Məhkəmə qərarları › İş №2(102)-5194/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5194/2019

08.08.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5194/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli 2(103)1548/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova, iş № 2(005)-3120/2017) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və 9 saylı Notariat Kontoruna q arşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitin vərəsələr arasında bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, S.F.Hacıyev və F.Ş.Talışinski) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunub X4 ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın bağışlanması haqqında” 28 oktyabr 2015-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqaviləyə əsasən N saylı evin 50 saylı mənzilinə dair Cavabdeh 1 adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: N saylı evin 50 saylı mənzili 30 dekabr 2014-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X2 mülkiyyətində olmuş və Bakı şəhəri 9 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq olunmuş 28 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 ona məxsus olan mənzili oğlu Cavabdeh1 bağışlamış və sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin mart ayında İddiaçı1 Cuma qızı və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X2 mülkiyyətində olan evin 20 avqust 2014-cü il tarixdə 9 saylı notariat kontorunda təsdiq olunmuş vəsiyyətnamə ilə bərabər paylarda onlara v əsiyyət etməsini, lakin qardaşları Cavabdeh1 yataq xəstəsi olan və yaddaşını itirmiş atalarının həmin vəziyyətindən istifadə etməklə mənzilin ona bağışlanmasına nail olmasını və notariat əməliyyatının atasının evində aparılmasını və s. əsas göstərməklə bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin vərəsələr arasında paylarına uyğun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndər ilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsini etibarsız hesab edərkən qeyd etmişdir ki, Cuma İlyasov mənzilini cavabdehə bağışlayarkən keçirtdiyi ağır xəstəliklə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməmiş və onlara rəhbərlik edə bilməmişdir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyasının qətnaməsi qanunun tələbinə uyğun əsaslandırılmadığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, bağışlama müqaviləsi notariatdan kənar – 28 oktyabr 2015-ci il tarixdə bağlanmış, müqaviləyə əsasən mənzili bağışlamış şəxs, yəni N ondan 2 gün sonra – 30 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Apellyasiya instansiyası məhkəməsi Nun müqaviləni bağlayarkən öz hərəkətlərinin mənası nı başa düşməməsi barədə nəticəyə gələrkən onun xəstəlik tarixlərinə, şahid ifadələrinə və Məhkəmə-X1 26 may 2018-ci il tarixli rəyinə əsaslanmışdır. Lakin işdən görünür ki, bağışlama müqaviləsi 9 saylı notariat kontorunun xüsusi notariusu N tərəfindən bilavasitə Nun mənzilində təsdiq edilmiş və bu zaman onun hərəkətlərinin mənasını başa düşməməsi və onun sağlamlıq durumunun müqavilənin bağlanmasına mane olması müəyyən olunmamışdır. Belə olduqda sübutların araşdırılmasının tamlığının təmin olunması və həqiqətin müəyyən olunması üçün notariat əməliyyatını aparmış notariusun məhkəmədə dindirilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ə rzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi bağışlama müqaviləsi 28 oktyabr 2015-ci il tarixdə bağlanmış, həmin müqavilənin etibarsız sayılması barədə iddia isə 2017-ci ilin mart ayının 29-da, yəni təxminən 1 il 5 aydan sonra qaldırılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həmin halına əhəmiyyət verilməmiş, 1 illik müddətin ötürü lmə səbəbləri yoxlanılmamış və onlara qiymət verilməmişdir. Kollegiya bu zaman qeyd edir ki, həmin müddət iddia müddəti ilə bağlı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının hazırkı iş üzrə olan 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar