Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5199/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5199/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(103)2081/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC (yeni adı "xxxx" MMC) kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh2 MMC (yeni adı "xxxx" MMC) qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş 26 oktyabr 2018-ci il tarixli, 146 saylı hərracın yekunlarına dair protokolun; Cavabdeh3 BOKT ASC ilə Cavabdeh2 MMC arasında sözügedən mənzilə dair imzalanmış 26 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin mənzilə dair Reyestr Xidməti tərəfindən Cavabdeh3 BOKT ASC adına verilmiş 23 aprel 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.C.Musayeva) iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilinə dair tərtib edilmiş 26 oktyabr 2018-ci il tarixli, 146 saylı Hərracın yekunları barədə Protokolun, 26 oktyabr 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Reyestr Xidməti tərəfindən Cavabdeh3 BOKT ASC adına verilmiş 23 aprel 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, habelə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh3 BOKT ASC tərəfindən borcun bağlanması məqsədilə köçürülmüş 60.562 manat pulun ona qaytarılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ödəniş günü milli manata məzənnədə 10 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.957,98 ABŞ dolları, faiz borcuna görə 1.837,85 ABŞ dolları olmaqla, cəmi 23.795.98 ABŞ dollarının tutulub Cavabdeh3 BOKT ASC ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və mənzilin satılması üzrə birinci hərrac 10 sentyabr 2018-ci il tarixə, təkrar hərrac isə 19 oktyabr 2018-ci il tarixə təyin olunub. İlk hərrac barədə bildirişin 21 avqust 2018-ci il tarixdə, təkrar hərrac barədə bildirişin isə 11 oktyabr 2018-ci il tarixdə mənzilin mülkiyyətçisi (ipoteka qoyan) İddiaçı çatdırılması barədə poçt xəbərnamələri iş materiallarına əlavə olunub. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunub ki, təkrar hərrac barədə bildirişin İddiaçı çatdırılması barədə poçt xəbərnaməsindəki imza ona məxsus deyil. Bundan başqa, imza İddiaçı məxsus olmasa da bildiriş həmin şəxsin ünvanına o halda çatdırılmış sayıla bilər ki, ünvanda yaşayan şəxslərdən biri bildirişi İddiaçı verməsi üçün qəbul etsin. Lakin bildirişin məzmunundan onu qəbul edən şəxsin kimliyini (adını, soyadını və ünvan sahibinə münasibətini) müəyyən etmək mümkün deyil. Ona görə də hesab olunur ki, bildiriş İddiaçı ünvanına çatdırılmayıb. Belə vəziyyətdə hərrac keçirilə bilməzdi. Lakin bildirişin ünvana çatdırılması üçün başqa tarixdə təkrar təşəbbüs göstərilməyib və hərrac keçirilib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1, 42.5, 43.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakiml ər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 415.2, 416.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlill əri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh2 MMC (yeni adı "xxxx" MMC), vəkili Vəkil2, Nəsimi Rayon İcra və Probasiya Şöbəsi, "xxxx" BOKT ASC və DƏDRX-nin 01 saylı Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gə lmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42. 1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim gü nündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotek aya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətna mənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə d ə, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ödəniş günü milli manata məzənnədə 10 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 21.957,98 ABŞ dolları, faiz borcuna görə 1.837,85 ABŞ dolları olmaqla, cəmi 23.795.98 ABŞ dollarının tutulub Cavabdeh3 BOKT ASC ödənilməsi, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 62 saylı evin 15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilib. Bundan sonra qətnamə icraya yönəldilib və mənzilin satılması üzrə birinci hərrac 10 sentyabr 2018-ci il tarixə, təkrar hərrac isə 19 oktyabr 2018-ci il tarixə təyin olunub. İlk hərrac barədə bildirişin 21 avqust 2018-ci il tarixdə, təkrar hərrac barədə bildirişin isə 11 oktyabr 2018-ci il tarixdə mənzilin mülkiyyətçisi (ipoteka qoyan) İddiaçı çatdırılması barədə poçt xəbərnamələri iş materiallarına əlavə olunub. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olunub ki, təkrar hərrac barədə bildirişin İddiaçı çatdırılması barədə poçt xəbərnaməsindəki imza ona məxsus deyil. Bundan başqa, imza İddiaçı məxsus olmasa da bildiriş həmin şəxsin ünvanına o halda çatdırılmış sayıla bilər ki, ünvanda yaşayan şəxslərdən biri bildirişi İddiaçı verməsi üçü n qəbul etsin. Lakin bildirişin məzmunundan onu qəbul edən şəxsin kimliyini (adını, soyadını və ünvan sahibinə münasibətini) müəyyən etmək mümkün deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsinə onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bild irişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırm a ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən bildiriş İddiaçı ünvanına çatdırılmayıb. Belə vəziyyətdə hərrac keçirilə bilməzdi. Bundan başqa, işdən görünür ki, təkrar hərracın keçirilməsi üçün bildirişin İddiaçı ünvanına çatdırılması üçün başqa tarixdə təkrar təşəbbüs göstərilməyib və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmaqla hərrac keçirilib. Sözügedən Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənlə şdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırımasına lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 MMC (yeni adı "xxxx" MMC) kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(103)-2081/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5199/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5199/2021
16.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver