Məhkəmə qərarları › İş №2(102)-5208/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5208/2021

09.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5208/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi və mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1173/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 dekabr 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 25 avqust 2016-cı il tarixli, ********* saylı payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzil almışdır. 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçındən Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 saylı mənzil almışdır. 25.08.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-bina 1, blok 2, 2 otaqlı 208 saylı mənzil üçün 53500 AZN borc 25.08.2016-cı il tarixdə müştəriyə verilmiş kredit hesabına tam ödənilmişdir. 25.08.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-bina 1, blok 2, 2 otaqlı 207 saylı mənzil üçün 57600 AZN borc 25.08.2016-cı il tarixdə müştəriyə verilmiş kredit hesabına tam ödənilmişdir. Maraqlı şəxs2 ASC tərəfindən İddiaçı MTK-ya və Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv. metrdən ibarət 2 otaqlı 207 saylı mənzilə dair PK-İİ-077 saylı, 06.03.2020-ci il tarixli və Sumqayıt şəhəri, 10cu mikrorayon, 1-bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 mənzilinə dair isə PK-İİ- 0554 saylı, 05.12.2019-cu il tarixli kreditinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərərək bildirmişdir ki, tələb olunan müddətdə borcu ödəməyəcəyi təqdirdə o na qarşı bankla aralarında bağlanmış 25.08.2016-cı il tarixli 3-2508-2016-QR-S2 N-li Təminatlı Kredit Müqaviləsinin və Zaminlik Müqaviləsinin ləğv edilməsi (müqavilələr ləğv edildikdə istifadəsində olan "xxxx" MTK-dan aldığı mənzillər boşaldılaraq Zaminə təhvil verilməlidir), barədə İddiaçı MTK-ya müraciət olunacaqdır. Zamin İddiaçı MTK-nın isə müqavilənin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı olan mənzilləri öz sahibliyinə keçirərək, Maraqlı şəxs2 ASC qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 1777 saylı arayışa əsasən Cavabdeh 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən Maraqlı şəxs2 ASC-yə 5200 AZN borcu və 295 gün gecikməsi yaranmışdır. Cavabdeh "xxxx" MTK-ya isə 840 AZN kommunal borcu və 7189 AZN debitor borcu yaranmışdır. Cavabdeh 25 avqust 2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən isə Maraqlı şəxs2 ASC-yə 5880 AZN borcu və 385 gün gecikməsi yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı 25.08.2016-cı il tarixli və ********* saylı 25.08.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı 25.08.2016-cı il tarixli və ********* saylı 25.08.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərdən Cavabdeh və onun ailə üzvləri X2 və X1 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 saylı və Sumqayıt şəhəri, 10-cu mikrorayo n, 1-bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzillərini almaq üçün Cavabdeh ilə Maraqlı şəxs2 ASC Sumqayıt filialı arasında 25.08.2016-cı il tarixli 3-25-08-2016-QR-S2 № li və 25.08.2016-cı il tarixli 3-25-08-2016-QR-S2 № li iki ayrı-ayrı təminatlı kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdehə ayrı 57.600.00 (əlli yeddi min altı yüz) və 53.500.00 (əlli üç min beş yüz) manat məbləğində kredit üzrə faizləri hər ayın 25dən gec olmayaraq, 240 ay müddətinə kredit verilmişdir. Cavabdeh, İddiaçı MTK və Maraqlı şəxs2 ASC arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqavilələrinə əsasən aldığı kredit vəsaitlərini hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələr ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitlərindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq ev üçün heç bir ödəniş etməmişdir. Belə ki, cavabdeh 207 saylı mənzil üçün son ödənişi 25.12.2019-cu il tarixdə etmişdir, 250 gün gecikməsi yaranmışdır və həmin mənzilə hal-hazırki borcu 4500 AZN və 208 saylı mənzili üçün son ödənişi 27.01.2020-ci il tarixdə etmişdir, 330 gün gecikməsi yaranmışdır və bu mənzil üçün borcu 5000 AZN, ümumilikdə borcu isə 9500 AZN təşkil edir. Bununla əlaqədar olaraq Maraqlı şəxs2 ASC MTK-ya və cavabdehə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 saylı mənzilə dair PK-İİ-077 saylı, 06.03.2020-ci il tarixli və Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1-bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.me trdən ibarət 2 otaqlı 208 mənzilinə dair isə PK-İİ- 0554 saylı, 05.12.2019-cu il tarixli kreditinə tutmanın yönəldilməsi haqqında iki ayrı bildirişlər göndərmişdir. Həmçinin müqavilələrin 4.2.7-ci bəndində də qeyd edilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Maraqlı şəxs2 ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu zaman MTK Maraqlı şəxs2 ASC və payçı arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirir. Bundan başqa eyni müqavilənin 8.11-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecik dirildiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satdıqdan sonra, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. Yuxardakılara əsasən payçı müqavilələri ləğv edilməli, mənzillər dərhal boşaldılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva, iş № 2(060)-5132/2020) iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış ********* saylı 25.08.2016-cı il tarixli və ********* saylı 25.08.2016-cı il tarixli payçı müqavilələrinin ləğv edilməsi, Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 saylı mənzil və Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzildən Cavabdeh, ailə üzvləri X2 və X3 ilə birlikdə çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış payçı müqavilələrinin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"-nın öhdəliklərini yerinə yetirməlidir. Ca vabdeh iddiaçı ilə arasında bağlanmış payçı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Digər tərəfdən tərəflər arasında bağlanmış payçı müqavilələrinin 8.11-ci maddəsinə əsasən payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 19 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını n tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla Maraqlı şəxs2 ASC arasında 25 avqust 2016cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən qeyd edilən mənzilləri almış və həmin müqavilə əsasında bank qarşısında öhdəliklərini yerinə yetirmişdir. Göründüyü kimi kredit müqaviləsi onunla Maraqlı şəxs2 ASC arasında bağlanmış və bankdan əldə etdiyi kreditlər hesabına hər iki mənzilə görə ödənişlər tam olaraq iddiaçı şirkətə ödənilmişdir. Belə olan təqdirdə artıq iddiaçı qarşısında deyil, bank qarşısında öhdəçilik daşıyır və həmin kreditin ödənilməsini ondan bank tələb edə bilər, həmin krediti ödəyə bilmədiyi halda kredit müqaviləsi bağladığı bank ona qarşı kredit tələbi ilə bağlı iddia qaldırmaq hüququna malikdir. Göründüyü kimi iddiaçının satd ığı mənzilin dəyərinin ondan tam olaraq aldığı və bu barədə maliyyə arayışı verdiyi halda, onunla ailə üzvləri ilə birlikdə aldığı mənzillərdən çıxarılmağının heç bir hüquqi əsası yoxdur. İddia tələbi onu qaldırmaq hüququ olmayan şəxs tərəfindən verilmişdir, bu hal həmin iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda məhkəmə iddia tələbi üzrə işə baxaraq hazırki qətnaməni qəbul etmişdir. Bundan başqa iddiaçı tərəf onun bu 4 ildə ödəmiş olduğu vəsaitlərin məbləğini göstərməmişdir, birinci instansiya məhkəməsi də bu məsələyə önəm verməmişdir. Halbuki müqavilə ləğv olunduğu təqdirdə onun ödəmiş olduğu pul vəsaitləri, tərəfindən çəkilmiş bütün xərclər də ona qaytarılmalıdır. Böyük məbləğdə etdiyi ödənişlərə baxmayaraq hər iki mənzillə bağlı müqavilənin ləğvi və onun ailə üzvləri ilə həmin mənzillərdən çıxarılmağı, əvəzində də onun ödəmiş olduğu pullara qiymət verilməməsi hazırki qətnamənin qanunsuz olmasına dəlalət edən əsaslardan biridir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)-1173/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(060)5132/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasına dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1173/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsini ləğv etməklə işi yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, krediti ödəyə bilmədiyi halda kredit müqaviləsi bağladığı bank ona qarşı borc tələbi ilə bağlı iddia tələbi ir əli sürmək hüququna malikdir. Lakin göründüyü kimi iddiaçının satdığı mənzilin dəyəri ondan tam olaraq alınmış, bu barədə maliyyə arayışı vermişdir. Belə olan halda onun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması üçün heç bir hüquqi əsas yoxdur. İddia onu irəli sürmək huququ olmayan şəxs tərəfindən verilmişdir. İddiaçı tərəf onun 4 ildə ödəmiş olduğu vəsaitlərin məbləğini göstərməmiş, məhkəmə də bu məsələyə önəm verməmişdir. Halbuki müqavilə ləğv olunduğu təqdirdə onun ödəmiş olduğu pul vəsaitləri, tərəfindən çəkilmiş xərclər qaytarılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı MTK kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntul arına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli 2(105)-1173/2021 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi X5 izahatını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərdən biri kassasiya şikayəti ver miş, qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (Cavabdeh şikayətinə münasibətdə) yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona məns ub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 567-ci maddəsinəəsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvi l almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.4-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 88-ci mad dəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edi lməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassatorun əsas dəlili MTK-nın həmin iddianın irəli sürməsi üçün subyektiv hüquqa malik olmaması və müqavilə üzrə ödənişlərin əsassız olaraq geri qaytarılmaması ilə bağlıdır. İşə baxan məhkəmələr tərəflər arasında bağlanmış müqavilənin aşağıdakı şərtlərinə istinad etmişlər: - İddiaçı MTK və Cavabdeh arasında mübahisəli mənzillər barəsində bağlanmış 25 avqust 2016-cı il tarixli Payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən müqavilənin qiymə ti “Payçı” “MTK” və Maraqlı şəxs2 ASC arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. - 2.7-ci bəndinə əsasən borc alan tərəfindən 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 25 avqust 2016-cı il tarixli, ********* nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 47.5 kv.metrdən ibarət 2 otaqlı 208 saylı mənzili boşaltmalıdır. - tərəflər arasında bağlanmış payçı müqavilələrinin 4.2.7-ci maddəsinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan Kr edit Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK"xxxx"MTK" "xxxx" ASC və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn "Payçı"nın öhdəliklərini yerinə yetirməlidir. - müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin iki ay müddətdən artıq gecikdirildiyi halda, MTK müqaviləni birtərəfli olaraq ləğv edir və həmin mənzili digər şəxsə satmaq hüququnu özündə saxlayır. Bu halda MTK həmin mənzili digər şəxsə satıqdan sonra, mənzilin qalıq borcu bağlanır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ «payçıya» qaytarılır. - 13.9-cu bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 25 avqust 2016-cı il tarixli, ********* nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1- bina 1, blok 2, 10-cu mərtəbə, ümumi sahəsi 53.5 kv.metrdən ibarət 2 otaqlı 207 saylı mənzilin boşaldılmasını tələb dir. Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Apellyasiya məhkəməsi məhz tərəflər arasında bağlanmış müqavilənin 4.2.7-ci bəndinə, yəni cavabdehin müqavilə üzrə öhdəliyi pozması və icrasından imtina etməsinə əsaslanaraq və eyni zamanda iddiaçının zamin qarşısında öhdəliyi yerinə yetirməsinə dair şərtə əməl etməsinə istinad edərək hazırki tələbin irəli sür ülməsi üçün subyektiv hüquqa malik olması nəticəsinə gəlmişdir. Digər dəlillə bağlı isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə (müqavilənin 8.1-ci bəndi) öhdəliyi icra etməyən borclu ilə bağlanmış müqavilə ləğv edilir və mənzili satmaq hüququ iddiaçıda saxlanır. Mənzil satıldıqdan sonra isə məhz borclu ilə hesablaşma aparılır. (MTK qarşısında olan öhdəliklər nəzərə alınır, qalan məbləğ payçıya qaytarılır.) Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kas sasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1173/2021 nömrəli iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar