Məhkəmə qərarları › İş №2(102)-5209/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5209/2022

25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5209/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-864/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 17.04.2010-cu ildən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Zeynəlabdin Tağıyev küçəsi, 8 saylı evin 10 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətindədir.

2. İddiaçı (bundan sonra - iddiaçı) ilə cavabdeh 29 noyabr 2010-cu ildə birgə nikaha daxil olmuşlar.

3. Tərəflərin birgə nikahından 26 oktyabr 2011-ci il təvəllüdlü X2 və 15 fevral 2014-cü il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. 4. xx.xx.2010-cu ildə cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 36.500 manat kredit verilmiş, kredit müqa viləsinin təminatı kimi Abşeron ray., Xırdalan şəh., Vəkil1 pr., ev 8, mənzil 10 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmiş və cavabdeh tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixinədək 16.557,91 manat əsas 11.193,50 manat faiz məbləği ödənilmişdir. Həmin mənzil isə hal-hazırda "xxxx" ASC-nin “Həyat” filialının xeyrinə ipoteka ilə yüklüdür və girovdadır.

5. Cavabdeh mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı 400 manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın yanında qalması, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vax tdan başlayaraq cavabdehdən hər bir uşaq üçün, hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi; Abşeron rayonu, Xırdalan şəhəri, Vəkil1 prospekti, ev 8, 10 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə həmin mənzilin 1/3 hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması (payın müəyyən edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ailə münasibətləri bir müddət yaxşı olsa da, sonralar cavabdehin təqsiri üzündən tədricən pozulmağa başlamışdır. Onlar faktiki olaraq bir ailə kimi yaşamırlar. Hazırda cavabdeh ilə ailə münasibətlərini bərpa etmək qeyri-mümkündür, aralarında olan nikah formal xarakter daşıyır, ail ə münasibətlərinin bərpa edilməsi və ərarvad kimi birgə yaşamaqları mümkün deyildir.

8. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, nikahın pozulmasına və uşaqların ananın yanında qalmasına razı olduğunu bildirmişdir.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(012)-4001/2021 nömrəli iş üzrə 1 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdehin arasında bağlanmış nikahın ləğv edilməsi, birgə nikahdan anadan olmuş uşaqların iddiaçı ilə qalması, iddiaçının xeyrinə hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən aparılmış cəmi 27751.41 manat ödəniş məbləğində tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməklə, həmin hissəyə uyğun 13 875,70 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdehin birgə yaşaması və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən nikah pozulmalı, iddia bu hissədə təmin edilməli, cavabdehin uşaqların analarının himayəsində qalmalarına razılığını, uşaqların azyaşlı olmaqla daha çox ana nəvazişinə və qayğısına ehtiyacının olmasını nəzərə alaraq uşaqlar iddiaçının himayəsinə verilməli, cavabdeh əmək qabiliyyətli olub qazanc əldə etmək qabiliyyətinə malik olduğundan uşaqların normal yaşayış səviyyəsinin təmin edilm əsi məqsədilə iddiaçının xeyrinə aliment tutulmalı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə uyğun olaraq aparılmış ödənişin ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 22.1, 22.2.1, 75.1, 76, 78.1, 78.2, 100.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5, 8, 13, 19-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin qismən – sabit pul məbləğində alimentin tutulması hissəsində, həmçinin birgə nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş kredit məbləğinin tərəflər arasında bölünməsi hissəsində dəyişdirilərək, alimentin cavabdehin aylıq qazancının 1/3 hissəsində tutulmasını, birgə nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş kredit məbləğinin 17.930,55 manat müyyən edilməklə, tərəflər arasında bərabər bölünməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə birgə nikah dövründə əldə olunmuş mənzillə bağlı ödənilmiş kredit məbləğinin miqdarını düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə onun nikahdan əvvəl depozit hesabında olan 15.750,70 ABŞ dolları məbləğində pulu 2012-ci ilin oktyabr ayında çıxarmağı və həmin puldan xx.xx.2013-cü il tarixdə 9.688,88 manat əsas borc, 231,98 faiz borcu olmaqla, cəmi 9.820,86 manat miqdarında kredit ödənişi etməyin i təsdiq edən sübutları nəzərə almamış və nəticədə birgə nikah dövründə əldə olunmuş mənzillə bağlı ödənilən kredit məbləğində payların tərəflər arasında bölüşdürülməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Yəni birgə nikah dövründə ödənilən ümumi kredit məbləğindən onun nikahdan əvvəl depozit hesabına qoyduğu və nikah dövründə depozit hesabdan çıxararaq ödədiyi 9.820.86 manat ümumi ödənilmiş 27.751,41 manatdan çıxılmaqla, qalan 17.930,55 manat ödənilmiş kredit məbləği tərəflər arasında bölünməli idi. Lakin məhkəmə qeyd olunan faktlarla bağlı məhkəməyə təqdim etdiyi sübutları əsassız olaraq nəzərə almamış və bununla bağlı sübutlara, ümumiyyətlə, qətnamədə hüquqi qiymət verilməmişdir.

14. Cavabdeh şikayətində onu da qeyd etmişdir ki, işdə onun aylıq qazancının 400 manat təşkil etməsi barədə sübut, yəni əmək müqaviləsi bildirişi olsa da, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsininin 76.2-ci maddəsinin tələblərini pozmuş və əsassız olaraq hər bir uşağa görə 175 manat olmaqla, cəmi 350 manat miqdarında aliment təyin etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-864/2022 nömrəli mülki iş üzrə 16 may 2022ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə mənzilin alınmasına sərf olunmuş vəsaitin birgə nikah dövründə ödənilmiş kredit məbləğinin bölünməsinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, cavabdehdən iddiaçının xeyrinə 9.031,69 manatın tutulması qə t edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər birgə nikahda olduqları müddətdə ödənilmiş 9.688,02 manat kredit məbləği onların birgə nikahda olduqları müddətdə qazanılmış vəsait olmadığından həmin məbləğ tərəflər arasında bərabər şəkildə bölünə bilməz.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi alimentin məbləğinə aid hissədə düzgün nəticəyə gəlmişdir və bu səbəbdən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.2, 36.3, 37.1, 78.2, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13, 19-cu, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 225.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 384.0.1, 384.0.2, 385.1.1, 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil1 Vilayət oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən cavabdehin depozit hesabında 15.750,70 ABŞ dolları məbləğində pul vəsaiti olması barədə verilmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sən ədlərin kserosurət olması səbəbilə onların mötəbərliyi şübhə doğurur.

21. Kassator qeyd etmişdir ki, apellyasiya icraatı zamanı həmin sənədlərin həqiqiliyinin yoxlanılması üçün banka sorğu verilməsini xahiş etsə də, vəsatəti əsassız olaraq təmin edilməmişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.3, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

24. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan bir inin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

25. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

26. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

27. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası k imi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səla hiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən iş materialları ilə sübut olunur.

38. Hazırki kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər birgə nikahda olduqları müddətdə ödənilmiş 9.688,02 manat kredit məbləği (nikahdan əvvəl cavabdeh şəxsi vəsaiti əsasında qoyduğu depozit məbləği) onların birgə nikahda olduqları müddətdə qazanılmış vəsait olmadığından həmin məbləğ tərəflər arasında bərabər şəkildə bölünə bilməz. Həmin həcmdə ödənilmiş məbləğ cavabdehin ayrıca mülkiyyəti olmuş və bu fakt iş materillarında olan sübutlarla təsdiq olunur.

39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin fa ktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(103)-864/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar