Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5213/2019 26.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi, İddiaçı vəkili Quliyev Sahil Əziz oğlunun, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Cavabdeh Sığorta Şirkəti ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Sığorta Şirkəti ASC Bakı Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8 Azərbaycan” QSC göstərilməklə) “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və siğorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən P.Hüseynov, iş 2(006)-2852/2018) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnam əsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-1283/2019) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2852/18 saylı, 22 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilərək, Cavabdeh sığorta şirkəti ASC-dən (105.000 ABŞ dollarından 1000 ABŞ dolları şərtsiz azadolma məbləğ çıxılmaqla) cəmi 104.000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) sığorta məbləğinin, məhkəmə xərcləri üçün 45 manatın (30 manat və 15 manat) alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin dəbbə puluna aid hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Sığorta Şirkəti ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Quliyev Sahil Əziz oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya M əhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araş dırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanan 18.12.2012-ci il tarixli, MTRP 350021/3 saylı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası şəhadətnaməsi”nin təsdiq edilmiş surətinə görə, İddiaçı məxsus Lexus markalı, LX 570 modelli, **-NR-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTJHY00W6A4045418, mühərrik nömrəsi 3UR3059474, rəngi qara metal, buraxılış ili 2010-cu il olan avtomobil Cavabdeh Sığorta Şirkəti tərəfindən 105.000 ABŞ dolları məbləğində sığortalanmış, sığorta müddətinin bitmə tarixi 18.05.2015-ci il müəyyən edilmişdir. Tərəflər arasında etibarlı sığorta müqaviləsinin bağlanması, eləcə də iddiaçının sığortalanmış avtomob ilinin yoxa çıxmasının müqavilənin qüvvədə olduğu müddətdə baş verməsi işin mübahisəsiz halıdır. İddiaçı və cavabdeh arasında bağlanmış 18.12.2012-ci il tarixli, MTRP 350021/3 saylı sığorta şəhadətnaməsinin 5.1-ci bəndində sığorta risklərinin dairəsi müəyyən olunmuşdur. Həmin şəhadətnamənin 5.1-ci bəndindəki sığorta riskləri aşağıdakı kimi qruplaşdırılmışdır: - avtonəqliyyat hadisəsi, - atılmış və ya düşmüş əşya, - oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, - yanğın və partlayış, - heyvanların hərəkəti, - üçüncü şəxslərin qanunazidd hərəkətləri və - təbii fəlakətlər. Müəyyən olunmuşdur ki, sığorta müqaviləsinə əsasən sığorta obyekti olan İddiaçı məxsus “Lexus İLX 570” minik markah, **-NR-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini bir qrup şəxs istintaqa məlum olmayan yoll a saxtalaşdıraraq dələduzluq yolu ilə ələ keçirdikdən sonra, 22 avqust 2014-cü il tarixdə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasından Gürcüstan İstiqamətində keçirdərək istintaqa məlum olmayan şəxslərə satmışlar. Həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. İddiaçının nümayəndəsi və vəkili S.Quliyev tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmü və Gəncə Apelyasiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarından müəyyən olunmuşdur ki, X1 və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında 2014cü ilin müxtəlif aylarında ayrı-ayrı şəxslərin mülkiyyətində olmuş müxtəlif markalı avtomobilləri yalan bəyan etmə və aldatma yolu ilə, habelə “müvəqqəti ixrac” gömrük prosedura adı a ltında rəsmiləşdirərək Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası istiqamətində çıxaraq istintaqa məlum olmayan şəxslərə satmaqla külli miqdarda qaçaqmalçılıq cinayətlərini törətmişlər və bu cinayət əməllərinə görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar. Cavabdeh məhz oğurluq faktının müəyyən edilməməsi, dələduzluq nəticəsində dəymiş zərərin isə tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riski kimi nəzərdə tutulmaması səbəbindən sığorta ödənişini verməkdən imtina etmişdir. İddiaçı isə ona məxsus sığortalanmış avtomobilinin oğlurlandığını-talandığını, başqa sözlə yoxa çıxdığını və buna görə də sığorta hadisəsinin baş verməsini iddia edərək, cavabdehdən 105.000 ABŞ dolla rı məbləğində sığorta ödənişinin və 149.100 ABŞ dolları məbləğində dəbbə pulunun ona ödənilməsini xahiş edir. Beləliklə də apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında etibarlı sığorta müqaviləsinin olması, eləcə də iddiaçının sığortalanmış avtomobilinin yoxa çıxmasının da məhz həmin müqavilənin qüvvədə olduğu vaxt ərzində baş verməsi mübahisəsiz olsa da, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunubolunmaması məsələsində tərəflər tam fərqli mövqedədirlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.1, 922.1, 922.2, 926.1, 934.1, 934.2, 324.5, 404-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin mübahisəli hüquq münasibəti ilə bağlı aşağıdakıları qeyd eləmişdir: “Tərəflər arasında balanmış sığorta müqaviləsinin 5.1-ci bəndində nəzərdə tutulmuş sığorta risklərini dairəsini təhlil etdikdə müəyyən olunur ki, həmin risklər hər hansı konkret hadisəylə bağlı olmayıb, müxtəlif istiqamətlər üzrə: - avtonəqliyyat hadisəsi, - atılmış və ya düşmüş əşya, - oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, - yanğın və partlayış, - heyvanların hərəkəti, - üçüncü şəxslərin qanunazidd hərəkətləri və - təbii fəlakətlər-müəyyən edilmişdir. Belə olan halda aydın olur ki, sığorta risklər sırasında üçüncü istiqamət kimi mülkiyyət əlehinə cinayətlərin bir neçəsi - oğurluq, quldurluq, qaçırma və soyğunçuluq sadalansa da, əslində bu istiqamət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində «mülkiyyət əlehinə olan cinayətlər» adlı XXİİİ Fəslində yer almış istənilən, o cümlədən də dələduzluq cinayət əməlləri nəticəsində sığortalanmış avtomobilin müxtəlif üsullarla talanması, ələ keçirilməsi və sahiblikdən çıxarılmasını (yox edilməsini) nəzərdə tutur. Demək ki, dələduzluq cinayəti yolu ilə iddiaçının avtomobilinin talanması, ələ keçirilməsi, başqa sözlə yoxa çıxması tərəflər arasında bağlanmış avtomobilin tam (KASKO) sığortası müqaviləsində nəzərdə tutulmuş sığorta riskləri ilə əhatə olunur və bu hal sığorta hadisəsi hesab olunur. Tərəflər arasında bağlanmış müqavilədə sığorta riskləri içərisində «...üçüncü şəxslərin qanuna zidd hərəkətləri» də qeyd edilmişdir. Həmin sığorta riski dairəsi də kifayət qədər geniş məzmunludur. Bunun özü də yuxarıda qeyd olunan qənaətin əsaslı olduğunu təsdiq edir. Hər hansı əks yanaşma, yəni müqavilənin həmin bəndinin dar (məhdud) təfsiri tərəflərin hazırkı müqaviləni bağlayarkən nəzərdə tutuduqları həqiqi iradə ifadəsi, eləcə də minik avtomobilinin tam sığortası (KASKO) müqaviləsinin mahiyyətinə zidd olardı.” Cavabdeh Sığorta Şirkəti ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1 və 922.2 maddələrinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır, Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunların da, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Bu o deməkdir ki, sığorta ödənişi yalnız tərəflərin bağladığı sığorta müqaviləsində müəyyən edilmiş hadisənin baş verməsi halında verilir. Sığorta qaydalarının 28-ci bəndində (Sığorta hadisəsi) göstərilir ki, Sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydaların 27-ci bəndində (Sığorta riskləri) nəzərdə tutulmuş risklərin baş verməsi nəticəsində sığortalanmış avtomobilə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Həmin Qaydaların 27.1-ci maddəsində isə göstərilir ki, Sığortalıya bu Qaydalar əsasında aşağıdakı bəndlərin birində və ya bir neçəsində q eyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatı verilir: 27.1.1. avtonəqliyyat hadisəsi - avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr; 27.1.2. atılmış və ya düşmüş əşya - avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi; 27.1.3. üçüncü şəxsin qanunazidd hərəkəti; 27.1.4. oğurluq, quldurluq, qaçırma və soyğunçuluq; 27.1.5. yanğın və partlayış - a) yanğın - alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğı n məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri; b) partlayış - qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi; 27.1.6. təbii fəlakət - sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr; 27.1.7. heyvanların hərəkəti - avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti. 27.1.8. avtokasko - bu Qaydaların 27.1.1-27.1.7-ci bəndlərində göstərilən risklərin məcmusu. Bu risklər həm də qanunun tələbinə görə sığorta şəhadətnaməsinin 5.1 bəndində sadalanır. Lakin bu risklərin təsviri qaydalarda verildiyinə görə onların əlavə şəhr olunmasına ehtiyac olmadığı halda, BAM qətnamədə onlara yeni məna vermək və əlavə don geydirməklə məşğul olmuşdur. Əslində BAM-ın normanı şərh etmək səlahiyyəti yoxdur. Çünki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konsitusiya qanununun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Qanunun mahiyyətindən də göründüyü kimi, normativ hüquqi aktda əslində hansı fikrin nəzərədə tutulduğunu həmin normayaratma orqanından başqa heç kim müəyyən edə bilməz. Normativ hüquqi aktın müddə sasına hüquqi və məntiqi şərhi isə yalnız Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verə bilər. Göründüyü kimi, BAM səlahiyyətlərini aşmaqla Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konsitusiya qanununun 90.1-ci maddəsinin də tələbini pozmuşdur.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiya qanunun 90.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi müvafiq normanı rəsmi şərh edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin belə bir dəlili ilə razı deyil ki, “norma tiv hüquqi aktda əslində hansı faktın nəzərdə tutulduğunu həmin normayaratma orqanından başqa heç kim müəyyən edə bilməz. Normativ hüquqi aktın müddəasında hüquqi və məntiqi şərhi isə yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi verə bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi şərhlər məcburi hüquqi qüvvəyə malikdirlər və ümumi xarakter daşıyır. Lakin bu xüsusat hüquq normasının mübahisəli hüquq münasibətinə tətbiqini həyata keçirən məhkəmələrin müvafiq hüquq normasını şərh edərək mübahisəli hüquq münasibətinə tətbiq etməsinə mane olmur. Əksinə, hər bir hakim iş üzrə faktiki halı müəyyənləşdirdikdən sonra həmin mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan müvafiq maddi hüquq normasını müəyyən edib, onu şərh etməli, mübahisəli hüquq münasi bətinə məhz həmin normanın tətbiq edilməli olduğunu əsaslandırmalıdır. Bu cəhətdən apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normasının şərh olunması qanun pozuntusu kimi qəbul edilə bilməz. Kassasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, məhkəmə iddianı təmin etdiyi zaman sığorta ödənişinin hesablanmasında pozuntuya yol vermişdir. Birincisi, Mülki Məcəllənin 927.1-ci maddəsinə görə əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. BAM isə 2014-ci ildəki avtomobilin bazar dəyəri əvəzinə 2012-ci ildə sığortalandığı zaman müəyyən edilmiş sığorta məbləğinə bərabər s ığorta ödənişi hesablamışdır. İkincisi, iddiaçı avtomobilini satmaq məqsədi ilə on.a qarşı "dələduzluq" etmiş şəxslərdən 12500 manat almasına baxmayaraq, məhkəmə bu məbləği sığorta ödənişindən çıxmayıb. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd olunanlar müzakirə edilmiş və cavabdehin həmin dəlillərinə münasibət bildirmişdir. Məhkəmə kollegiyası həmin məsələlərlə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması barədə dəlillərini də əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş ü zrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 yanvar 2019-cu il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5213/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5213/2019
26.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver