Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5218/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Ağababaş oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun, İddiaçı və vəkili Hüseynov Nüsrət Məzahir oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)-3708/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(001)3394/2018 saylı qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın təmin edilməsi, 65379,24 manat məbləğində sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(103)-6526/18 saylı qətnaməsi ilə (hakimlər: M.Məmmədov, X.Sarıyev və E.Nağıyeva) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2(102)-8715/2018 saylı qərarı ilə (hakimlər: S.Hacıyev, Q.Əsgərov, E.Vəliyeva) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(103)-6526/18 saylı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2 (103)-3708/18 saylı qətnaməsi ilə (hakimlər: Ş.Məhərrəmova, E.Şamayev və X.Sarıyev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(001)-3394/2018 saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)-3708/18 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 65.379,24 manat məbləğində pulun cavabdeh Şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul ed ilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 28.08.1998-ci il tarixdən 07.06.2016-cı il tarixə qədər (Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi-Əks Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətində) hərbi xidmətdə olmuşdur. 07.06.2016-cı il tarixdə “Hərbi xidmətəkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılmışdır. MTN-də hərbi xidmət dövründə dəfələrlə MTN-nin poliklinikasında, DTX-nın Hərbi Hospitalında müalicə olunub. Səhhətində yaranmış ciddi problemlərlə əlaqədar olaraq, DTX HTBİ Mərkəzi hərbi-həkim komissiyası tərəfindən iddiaçıya 22.02.2017-ci il tarixdə 211 saylı “Xəstəlik şəhadətnaməsi” verilmişdir. Qeyd olunan “Xəstəlik şəhadətnamə si” əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 21.11.2017-ci il tarixdə 2-ci qrup əlil kimi qeydə alınmış, bu barədə ona müvafiq arayış verilmişdir. Qeyd olunan arayışı 2017-ci ilin dekabr ayında cavabdeh Şirkətin rəhbərliyinə təqdim etmiş, ona 2-ci qrup əlil kimi “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanunu ilə nəzərdə tutulmuş müddəaları əsas götürülərək hərbçi kimi 6.600 manat sığorta pulu ödənilmişdir. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfıyyat fəaliyyəti haqqında” Qanunu, Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” qanunu, eləcə də, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Haqqında Əsasnamənin müddəalarından görünür ki, hər bir MTN əməkdaşı həmin qanunların subyektidir, onun xidməti fəaliyyəti həmin qanunlarla tənzimlənir və həmin qanundan irəli gələn müavinətlər ona şamil edilir. Azərbaycan Respublikası DTX-də həqiqi hərbi xidmət keçməsinə əsaslanaraq 16.01.2018-ci il tarixli ərizə ilə cavabdeh Şirkətə müraciət etmiş, ona verilmiş icbari sığorta ödənişinin yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir. DTX-nin Maliyyə İdarəsindən ona verilmiş ona verilmiş son xidmət dövrünün 5 illik pul təminatı 119.965,41 manat təşkil edir. “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndində ona sığorta ödənişi, sığorta məbləğinin 60% həddində, yəni 71.979,46 manat məbləğdə ödənilməlidir. Nəzərə alınsa ki, ona 6.600 manat sığorta pulu ödənilmişdir, onda, ona qanunla 65.379,24 manat sığorta ödənişi verilməlidir. Cavabdeh Şirkətin rəhbərliyi isə onun ərizəsinə cavab olaraq qeyd etmişdir ki, MTN ilə cavabdeh Şirkət arasında imzalanmış müqaviləyə görə MTN-nin hərbi qulluqçularının dövlət icbari sığortası yalnız “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunla tənzimlənir və həmin qanunun 5-ci maddəsinin ç bəndinə əsasən, 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmiş şəxslərə 11.000 manatın 60%-i, yəni 6.600 manat pul 15.01.2018-ci il tarixdə tam və düzgün ödənilməsi qeyd edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçıya 65.379,24 manat sığorta ödənişi verilməlidir. Lakin, cavabdeh Şirkət qeyd olunan məbləğdə olan sığorta ödənişinin verilməsindən əsassız olaraq imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassa siya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)-3708/18 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Hüseynov Nüsrət Məzahir oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdən göründüyü kimi, Azərbaycan Respublikası DTX HT Mərkəzi hərbi-həkim komissiyası tərəfindən verilmiş 211 saylı xəstəlik şəhadətnaməsinə əsasən, İddiaçı “dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə onurğanın bel-oma hissəsinin osteoxondrozu, L1 fəqərə cisminin köhnə postravmatik sınığı, L3-L4 fəqərələrarası diskin protruziyası, L4-L5 fəqərələrarası diskin yırtığı, hipertoniya xəstəliyi birinci mərhələ, tədricən inkişaf edən gedişli funksiya pozğunluğu olmadan qara ciyərin piyli distrofiyası, 2-ci dərəcəli alimentar piylənmə” diaqnozu ilə xəstədir, xəstəlik hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 26 “B”, 43 “C”, 66 “B” maddələrinin İİİ qrafasına müvafiq olaraq dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İşdə olan Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məlumatına əsasən, iddiaçıya “bel fərəqəsinin sınığı, dayaqhərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan L1 fəqərəsinin fəsadlaşmış köhnə sınığı, davamlı qalıq əlamətləri və s.” diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmiş, əlilliyin səbəbi hərbi xidmət dövrü ilə əlaqə dardır. İşdə olan cavabdeh Şirkətin 25.01.2018-ci il tarixli məktubuna əsasən, iddiaçıya İİ qrup əlillik təyin edilməsi ilə əlaqədar 15.01.2018-ci il tarixdə 6.600 manat sığorta ödənişi ödənilmişdir. Əlavə sığorta ödənişinin ödənilməsindən isə imtina edilərək qeyd olunmışdır ki, DTX-nin hərbi qulluqçularının icbari sığortası cavabdeh Şirkət tərəfindən aparılır və bu barədə müvafiq müqavilə bağlanılır. DTX ilə cavabdeh Şirkət arasında bağlanmış müqaviləyə görə DTX hərbi qulluqçularının icbari sığortası yalnız “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunla tənzimlənir və bu Qanun sığorta ödənişlərinin qayda və şərtlərini müəyyən edir. İşdə olan Azərbaycan Respublikasının DTX-nin pul təminatı və başqa gəlirlər barədə 20.02.2018-ci il tarixli 22, 22a, 23, 24, 25 və 26 saylı ara yışlarına əsasən, iddiaçının 2011- ci ilin iyul-dekabr ayları üzrə ümumi gəliri 12.185,12 manat, 2012-ci ilin yanvar-dekabr ayları üzrə bir ilin ümumi gəliri 19.660,60 manat, 2013-cü ilin yanvar-dekabr ayları üzrə bir ilin ümumi gəliri 23.302,48 manat, 2014-cü ilin yanvar-dekabr ayları üzrə bir ilin ümumi gəliri 25.187,10 manat, 2015-ci ilin yanvar-dekabr ayları üzrə ümumi gəliri 22.591,60 manat, 2016-cı ilin yanvar-iyun ayları üzrə ümumi gəliri 17.038,51 manat təşkil edir. İddiaçıya məxsus AZ-1 seriyalı, 010575 nömrəli “Əmək kitabçası”na və EZ seriyalı, A ******* nömrəli “Hərbi bilet”ə əsasən, 28.08.1998-ci ildən 07.06.2016-cı il tarixədək Azərbaycan Respublikası Hərbi Əks-kəşfıyyat Xidmətində, MTN-də, DTX-də həqiqi hərbi xidmət keçmiş, həmin tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamən in 156-cı maddəsinin “J” bəndinə müvafıq olaraq DTX-nın ehtiyatına buraxılmışdır. İşdə olan DTX tərəfindən verilmiş 24.02.2018-ci il tarixli arayışa əsasən, sabiq əməkdaşlara təqdim olunan “Hərbi bilet” və “Əmək kitabçasında” onların DTX-də hərbi xidmət dövrü qeyd edilir və DTX-nin əks-kəşfiyyat subyektinə aid edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmişdir. İşdə olan DTX-nin 27.04.2018-ci il tarixli 23/21-2134 saylı məktubuna əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə müvafiq olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçulardan komplektləşdirildiyindən onların dövlət icbari şəxsi sığortası "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20.05.1997-ci i l tarixli Qanunu ilə tənzimlənir. Həmin müddəaya əsasən, sığorta ödəmələri DTX ilə cavabdeh Şirkət arasında bağlanmış müqaviləyə uyğun həyata keçirilir və bu məqsəd üçün dövlət büdcəsindən illik saxlanma xərcləri tərkibində aidiyyəti vəsait ayrılır. Həyata keçirilməsi ilə bağlı müvafiq qaydaların mövcud olmaması Qanunda göstərilən 5 illik pul təminatı məbləğində sığorta müddəasının tətbiqini mümkünsüz edir. Eyni zamanda, bu sığorta ödənişləri üzrə dövlət büdcəsindən illik saxlama xərcləri tərkibində vəsaitin ayrılması nəzərdə tutulmamışdır. Həmçinin qeyd olunur ki, sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta müqaviləsi ilə müəyyən edilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində nəzərdə tutulan təminatın verilməsi ilə bağlı iddiaçı ilə DSKŞ arasında hər hansı sığorta müqaviləsi bağlanmadığı və bu Qanunla müəyyən edilmiş 5 illik əmək haqqına uyğun sığorta tədiyyəsinin cavabdeh Şirkətə ödənilmədiyi üçün tələb olunan sığorta ödənişinin verilməsi qeyri mümkündür. Beləliklə, işin sadalanan hallarından məlum olur ki, iddiaçı Milli Təhlükəsizlik Nazirliyində xidmət keçərkən 2016-cı ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq DTX-nin ehtiyatına buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabientinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklr Cədvəlinin” 26”B”, 43 “C”, 66 “B” maddələrinin İİİ qrafasına müvafiq olaraq dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. İddiaçıya 21.11.2017-ci ildən İİ qrup əlillik təyin edilmişdir. İddiaçı 2-ci qrup əlil barədə arayışı 2017-ci ilin dekabr ayında cavabdehə təqdim etmiş, cavabdeh 2-ci qrup əlil kimi “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanunu ilə nəzərdə tutulmuş müddəaları əsas götürülərək hərbçi kimi 6.600 manat sığorta pulu ödəmişdir. “İcbari sığortalar haqqında” Qanunun 1.1-ci maddəsinə görə ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığort alı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun: -1.1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. -3-cü maddəsinə görə hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tut ulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. -4-cü maddəsinə görə Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. -6-cı maddəsinə görə Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.2-ci maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Həmin Qanunun 20.11-ci maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Mülki Məcəllənin 907.1-ci maddəsinə görə icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. Həmin Məcəllənin 907.2-ci maddəsinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Sadalanan normalardan müəyyən olunur ki, icbari sığortalar üzrə sığorta hadisəsi hesab edilən hallar ödənilməli olan sığorta haqqı, sığorta ödənişinin həddi və hətta sığortaçı belə qanunla müəyyən edilsə də, icbari sığortalanmanın həyata keçirilməsi üçün imperativ olaraq sığorta etdirən müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanması və qanunla müəyyən edilmiş sığorta ödənişinə uyğun müvafiq sığorta haqqının ödənilməsi tələb olunur. Təkrar apellyasiya baxışı zamanı sığortaçı AR Dövlət Sığorta Kommersiya Şirkəti ilə sığorta etdirən AR Milli Təhlükəsizlik Nazirliyi arasında bağlanmış 2004-2015-ci illər üzrə icbari sığorta müqavilələri təqdim edilmişdir. Həmin sığorta müqavilələrinə əsasən müqavilələr “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanununa uyğun olaraq bağlanmışdır. Müqavilələrin 1-ci bəndlərinə görə sığortaçı Qanuna əsasən sığorta etdirənin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının dövlət icbari şəxsi sığortasının aparılmasını öz öhdəsinə götürmüşdür. 02.01.2004-03.01.2005-ci il tarixli müqavilənin 2-ci bəndlərinə görə sığorta məbləği “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq bir nəfər hərbi qulluqçu üçün qanunvericiliklə nəzərdə tutulmuş şərti maliyyə vahidinin min misli (5.500x1.000=5.5 00.000 manat) miqdarında, sığorta haqqı isə sığorta məbləğinin 1,0%-i miqdarında (55.000) manat müəyyən olunur və sığorta etdirən tərəfindən sığortaçının hesabına ödənilir. Eləcə də 14.02.2006-cı il tarixli sığorta müqaviləsinə əsasən sığorta məbləği “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq bir nəfər hərbi qulluqçu üçün qanunvericlikdə nəzərdə tutulmuş sığorta məbləğinin 1,0 %-i miqdarında sığorta haqqı hesablanır və sığorta etdirən tərəfindən sığortaçının hesabına ödənilir. 23.01.2007-ci il, 18.02.2008-ci il, 14.01.2009-cu il tarixli müqavilələrin 1-ci maddəsinə görə sığorta məbləği Qanunun 4-cü maddəsinə uyğun olaraq bir nəfər hərbi qulluqçu üçün qanunvericilikdə nəzərdə tutulmuş şərti maliyyə vahidinin on min misli məbləğində, yəni 11 00 0 (1,10x10.000) manat miqdarında, sığorta haqqı isə sığorta məbləğinin 1,0%-i miqdarında - 110 manat müəyyən edilir və sığorta etdirən tərəfindən sığortaçının bankdakı hesabına ödənilir. 18.01.2010-cu il, 11.01.2011-ci il, 14.01.2012-ci il, 09.01.2013-cü il, 08.01.2014cü il, 22.01.2015-ci il tarixli müqavilələrin 4-cü maddələrinə əsasən sığorta məbləği “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq hər bir sığorta olunan üçün 11 000 manat təşkil edir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında, yəni 110 manat müəyyən edilir. İşin hallarından görünür ki, iddiaçı hərbi qulluqçu statusu ilə yanaşı əks kəşfiyyat fəaliyyətinin subyektidir. Bu baxımdan iddiaçıya sığorta ödənişi məhz “Kəşfiyyat və əks kəşfiyyat haqqında” Qanunla nəzərdə tutulmu ş həddə ödənilməli olması qanunla nəzərdə tutulsa da, hazırki halda sığorta ödənişinin həmin Qanunla müəyyən edilmiş təminata uyğun olaraq verilməsi mümkün deyil. Belə ki, DTX ilə cavabdeh Şirkət arasında yuxarıda adı çəkilən icbari sığorta müqavilələri bağlanmış, həmin müqavilələrlə isə sığorta təminatı “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulduğu kimi 5 illik əmək haqqına uyğun olaraq deyil, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 4-cü maddəsinə uyğun olaraq 11 000 manat məbləğinə uyğun hesablanmışdır. Mülki Məcəllənin 897.2-ci maddəsinə görə xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdi r. Həmin Məcəllənin 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Sadalanan normalardan görünür ki, icbari sığorta müqaviləsinin sığortaçının təqsiri olmadan bağlanmaması və yaxud qanunla müəyyən edilmiş şəkildə bağlanmaması qanunvericiliklə sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə aid məsələdir. Hazırki iş üzrə isə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı sığorta təminatı sığorta müqaviləsi ilə müəyyən edildiyindən və həmin müqavilələr əsasında sığortaçı sığorta olunanı “Kəşfiyyat və əks kəşfiyyat haqqında” Qanunla nəzərdə tutulmuş sığorta ödənişi həddində sığortalamaması birbaşa olaraq sığortaçını sığorta olunan qarşısında məsuliyyətdən azad edir. Beləliklə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulan təminatın iddiaçıya verilməsi mümkün deyil və bu əsasdan iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mə hkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2019-cu il tarixli, 2(103)-3708/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5218/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5218/2019
22.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver