Məhkəmə qərarları › İş №2(102)-5221/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5221/2019

09.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5221/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər Z.Əliyev və İ.Kərimli) Nəsimi rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apelly asiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi verərək, ondan uşaqlarının saxlanılması üçün tutulmuş alimentin miqdarının azaldılaraq cəmi 100 manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərıflər 27 noyabr 1999-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsi ilə tərəflər arasında 27 noyabr 1999-cu il tarixdə rəsmiləşdirilmiş nikahın pozulması, 10 fevral 2003-cü il tarixdə anadan olmuş X2 və 01 iyul 2006-cı il tarixdə anadan olmuş Nağıyev Xanış Mürşüd oğlunun anaları Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı 11 yanvar 2010-cu il tarixdən başlayaraq 10 fevral 2003-cü il tarixdə anadan olmuş X2 və 01 iyul 2006-cı il tarixdə anadan olmuş N6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat, cəmi 200 manat alimentin tutularaq Cavabdeh ödən ilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, 10 fevral 2003-cü il təvəllüdlü X2 və 01 iyul 2006-cı il təvəllüdlü Nağıyev Xanış Mürşüd oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 29 may 2014-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, onun 200 manat məbləğində alimenti hazırda verməyə maddi gücü çatmır. Bu, onunla əlaqədardır ki, hazırda o, heç yerdə işləmir və heç yerdən gəliri yoxdur. Həmçinin, hazırda başqa qadınla ailə qurmuşdur. Hazırki həyat yoldaşı da işləmir. O, uşaqlara aliment verməkdən imtina etmir. Uşaqların saxlanması üçün cavabdehə hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat aliment verməyə maddi gücü çatır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanun vericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyükimi, istərdaxili, istərsədəbeynəlxalqhüquqnormalarınıntələblərinəgörə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə kollegi yası qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər (maddi imkanının aşağı olması, başqa nikaha daxil olması və s.) onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Həmçinin, qeyd edilməlidir ki, «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Göründüyükimi, yaşayışminimumuözündəinsanınsağlamlığınınvəhəyatfəaliyyətininyalnızminimumsəviyyəsi üçünzəruriehtiyaclarımüəyyənləşdirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı (hər uşağa görə 103 manat) isə hazırki vaxtda ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş vəsaitdən belə azdır. Be lə olan halda isə, alimentin məbləğinin daha da azaldılması azyaşlıların mənafeyinə uyğun deyildir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəkimövqeyinəgörə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi nin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar