Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5224/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə üzvünün aldığı xəsarətlərə görə mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı və onun vəkili Abbaszadə Rəhim İsaq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4191/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ailəsi ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə 01.12.2019-cu il tarixdə saat 23 radələrində qaz sızması səbəbindən partlayış baş vermişdir. Həmin vaxt iddiaçının evdə olan övladları – 26.09.2008-ci il təvəllüdlü Ümid Əhmədov üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müçayiət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər, 09.10.2010-cu il təvəllüdlü X9 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyəsinin İ-İİ dərəcəli termiki ya nığı ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər, 15.02.2017-ci il təvəllüdlü X3 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşayiət olunan xəsarətlər almışdır.
2. Goranboy Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 1(045)-30/2020 saylı hökmü ilə baş vermiş partlayışa görə X19 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə mənəvi zərərə görə 700.000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 sahəsinin əməkdaşının səhlənkarlığı nəticəsində 3 övladı müxtəlif dərəcəli xəsarətlər almışdır. X17 tibbi müayinəsi və tibbi sənədinə əsasən, aldığı xəsarətlər səbəbindən ömür boyu əziyyət çəkəcəyi və 1-ci qrup əlil olacağı bildirilmişdir. Övladının xəsarətinin nə qədər ağır olmasını, onun aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini ondan başqa kimlərsə hiss edə bilməz. Həm də bu xəsarətin hansısa adi qaydada deyil, evdə bir göz qırpımında dəm qazından biri ağır dərəcəli olmaqla 3 körpə uşağının eyni zamanda xəsarətlər alması ömür boyu onun və uşaqlarının xatirində pis bir hadisə kimi qalacaqdır. Cavabdeh orqanın mə sul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı övladlarının ağır və az ağır xəsarətlər alması ilə bağlı ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə 25.000 manat məbləğində kompensasiyanın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin vəzifəli şəxsi işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhlənkarlıq etdiyinə görə iddiaçının övladı 26.09.2008-ci il təvəllüdlü X6 həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan, 09.10.2010-cu il təvəllüdlü X1 az ağır zərər vurmaya aid olan, 15.02.2017-ci il təvəllüdlü X2 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşayiət olunan xəsarətlər alması nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi, bu hadisə nəticəsində və ondan sonr akı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnun yaranması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun mənəvi zərərin əvəzinin ödənilməsi barədə tövsiyyələrinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə 25.000 manat məbləğində kompensasiya tutulmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1097.1, 1099.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh “Az əriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı, 19.02.2021-ci il tarixli qətnaməsinin iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığı səbəbindən ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında cinayətin törədilməsində təqsirli bilinən X11 tərəfindən mənəvi zərərin ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4191/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və İ.S.Şirinov) iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-877/2021 saylı işi üzrə 19.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 25, 28-38, 385-388, 560, 1096-1099, 1115-1116-ci maddələrinə istinadən, apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətində qeyd edilən tələbə qiymət verilməsini, yəni cinayətin törədilməsində təqsirli bilinən X11 tərəfindən mənəvi zərərin ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini yolverilməz hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Ödənilən məbləğin isə işəgötürən tərəfindən mülki icraat qaydasında işçisindən tələb etmək hüquqları mövcuddur. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərə görə kompensasiya məbləğinə dair qeyd etmişdir ki, zərərçəkənlərin (və xəsarət alanların) dairəsi və səciyyəsi nəzərə alınmaqla mütənasiblik və ağlabatanlıq meyarları müstəvisində cavabdeh etiraz etdiyi əsaslara dair sübutedici mötəbər dəlillər müzakirəyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, X7 barəsində olan cinayət işinə baxılarkən zərərçəkmiş şəxs kimi tanınmış X8 (iddiaçının əri) təqsirləndirilən şəxsin ondan üzr istədiyini, maddi və mənəvi dəstək verərək 10.000 manat maddi ziyanı ödədiyinə görə barışdıqlarını bildirmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli qərarına əsasən, zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkənin ondan hə m də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi “Azəriqaz” İB-nə qarşı deyil, məhz Ümid Kərimova qarşı yönəlməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPMnin 9.3, 88, 217,220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçı və vəkili Abbaszadə Rəhim İsaq oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək şikayətin təmin olunmamasını, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər de dikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüq uqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayət i təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məh kəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə İddiaçı ailəsi ilə ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır. 01.12.2019-cu il tarixdə saat 23 radələrində qaz sızması səbəbindən evdə partlayış baş vermişdir. Həmin vaxt iddiaçı ilə evdə olan uşaqları – 26.09.2008-c i il təvəllüdlü Ümid Əhmədov üzün, hər iki yuxarı və hər iki aşağı ətrafların, gövdənin arxa səthinin İİ-İİİ dərəcəli yanığı, çox ağır dərəcədə (bədən səthinin 65-70 faizini) yanıq şoku ilə müşayiət olunan həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər, 09.10.2010-cu il təvəllüdlü X9 yanıq şoku, qarının, ön yan bel və sifət nahiyəsinin İ-İİ dərəcəli termiki yanığı ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər, 15.02.2017-ci il təvəllüdlü X3 nahiyəsinin İ-İİ dərəcəli və bədən nahiyəsinin termiki yanığı ilə müşayiət olunan xəsarətlər almışdır.
24. Həmçinin Goranboy Rayon Məhkəməsinin 06.08.2020-ci il tarixli, 1(045)-30/2020 saylı hökmü ilə baş vermiş partlayışa görə X19 İstismar İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsinin təmir- bərpa xidmətinin rəisi X11 təqsirli bilinmiş və məhkum edilmişdir.
25. İşin müəyyən olunmuş halları əsasında iddianın həlli üçün Mülki Məcəllənin 21, 1096, 1097 və 1099-cu maddələri tətbiq edilməlidir və aşağı instansiya məhkəmələri də haqlı olaraq həmin maddi hüquq normalarını tətbiq etmişdir.
26. Kassatorun iddiaçıya mənəvi zərərin “Azəriqaz” İB-dən deyil, cinayət əməlini törətmiş Ümid Kərimovdan tutulmalı olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəllənin 1099.1-ci maddəsi isə müəy yən edir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
27. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri b axımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
28. Baxılan işdə də bu dispozisiya şərtləri mövcuddur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
30. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsi ri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
31. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 09 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
32. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qa rşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
33. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mənəvi zərərin ödənilməsi barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda göstərilən hüquq normalarına, məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4191/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.