Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5226/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1122/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-3761/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Y.Əhmədov) İddiaçı Adışırin oğlunun Cavabdeh qarşı “alimentin miqdarının azaldılması və əsassız hesablanmış borcun silinməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apelyasiya şikayəti verilib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)1122/2020 saylı qətnaməsi ilə (hakimlər L.M.Məmmədova sədrlik edən, məruzəçi, F.Ə.Məmmədov və G.F.Tağızadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxxxx 2016-cı ildən xx xxxxxx 2019cu il tarixədək olan müddət üzrə hesablanmış aliment borcunun silinməsi, həmçinin Ab şeron rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay, hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili Vəkil, Cavabdeh və üçüncü şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şik ayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən iddianın əsassız olmasına, iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xx xxxxxx 2011-ci ildə Gülbacı və xx xxxxxxxx 2014-cü ildə Mehdi adlı iki uşaqları doğulub. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahı n pozulması, hər iki uşağın anaları Cavabdeh yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları İddiaçı hər ay, hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat almentin tutulub Cavabdeh verilməsi qət edilib. Bundan sonra, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “almentin miqdarının artırılıması” barədə iddiası təmin edilərək, İddiaçı hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilib. Hazırda iddiaçı, Abbşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxxxx 2016-cı ildən xx xxxxxx 2019-cu il tarixədək olan müddət üzrə hesablanmış aliment borcunun silinməsi, həmçinin Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-c u il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay, hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat müəyyən edilməsini iddia edir. Cavabdeh isə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişikliyin olmasını və bu səbəbdən də onun tələbinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarının artırılaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat olmasını əsas tutub iddiaya etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfl ərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2019-cu ildə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Sadalanan maddi hüquq normalarının mənasına görə, məhkəmə tər əflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, vaxt dəyişə, başqa sözlə artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin prosessual qanunvericilikdə ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, işdə iştirak edən şəxslərin izahatlarına əsaslanaraq müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin miqdarının azaldılmasına əsas verən İddiaçı maddi vəzəyyətində hər hansı dəyişlik baş verm əyib. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı, kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə ba xarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, nikahları pozulduqdan sonra xx xxxxxx 2019-cu il tarixədək cavabdehlə barışıb bir ailədə yaşadığını, uşaqlarına baxıb onlara maddi yardım göstərdiyini və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstə rilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsass ız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsi nin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(105)-1122/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5226/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5226/2020
24.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver