Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-524/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiın İddiaçı Cavabdeh oğluna qarşı; Cavabdeh oğlunun İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiın 2(103)-3949/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.199 9-cu il tarixdən faktiki nikah münasibətlərində olmuşlar. Bu münasibətlərdən xx.xx.2000-ci ildə isə, xx.xx.2002-ci ildə Şəfiqə Mustafayeva adlı uşaqları doğulmuşdur. xx.xx.2003-cü il tarixdə tərəflər Qazax rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)1037/2019 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaqların ataları Cavabdeh oğlunun yanında saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktik i hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, əsəb xəstəsidir, təxminən 3 ildir ki, Bakı şəhəri “xxxx” MMC-nin “Əhmədli” Tibb Mərkəzində müalicə alır, heç bir yerdə işləmir, başqa gəliri və qazancı yoxdur, valideynlərinin himayəsində yaşayır və onun bütün maddi ehtiyaclarını, mütəmadi müalicə xərclərini onlar ödəyir. Atası pensiyaçıdır, anası isə heç yerdə işləmir. Atası aldığı pensiyası ilə ailənin dolanışığını təmin edir. Cavabdeh oğlu keçmiş polis işçisidir, hal-hazırda pensiya alır, eyni zamanda sahibkardır, Bakı şəhəri “Moskva” Univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. O isə maddi cəhətdən çox acınacaqlı vəziyyətdədir və nikahı pozulduqdan sonra cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. O, nə dolanışığını təmin edə bilmir, nə də mü təmadi müalicəsi üçün lazım olan dava-dərmanları almağa maddi imkanı yoxdur.
5. Cavabdeh oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş qızları X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 180 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, birgə nikahdan olan X4 hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “X8” fakültəsinin 2-ci kursunda əyani təhsil alır və onun bütün yaşayış və təhsil xərcləri onun üzərindədir. Birgə nikahdan doğulmuş qızları X2 isə yetkinlik yaşına çatmamışdır və hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbayc an Dövlət Pedaqoji Kollecində təhsil alır. Onun da saxlanılması və təhsili üçün müəyyən xərclər tələb olunur. O, hazırda pensiyaçıdır, heç bir yerdə işləmir. Aldığı aylıq pensiya məbləğindən başqa heç bir başqa gəliri yoxdur.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxxx 2019-cu il tarixli, 2(005)-4872/2019 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı qeyd olunan halların hər hansı birinin mövcud olduğunu və bu səbəbdən müvafiq iddia tələbi ilə müraciət etmək hüququnun yarandığını sübut edən mötəbər sübutlar təqdim edə bilmir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və toplanmış v ə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi rədd edilməlidir. Cavabdeh oğlu birgə nikahdan doğulmuş övladının saxlanılması üçün alimentə ehtiyacı olduğunu, həmçinin də iddia ərizəsində qarşılıqlı iddia üzrə cavabdehdən aliment tələbinin əsası kimi istinad etdiyi halları, yəni, İddiaçı qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh oğlu əmək qabiliyyətli olmaqla onun maddi imkanı uşağın saxlanılmasına kifayət edir. Qarşılıqlı iddia üzrə iddiaçının əldə edə biləcəyi pul vəsaiti uşağın normal saxlanılması üçün kifayət etməklə yanaşı, onun sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan verir. Yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh oğlunun aliment tutulması barədə iddiasının təmin edilməsi İddiaçı üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiın (hakimlər-R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxx 2020-ci il tarixli, 2(103)-3949/20 nömrəli qətnaməsi ilə ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İlkin İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi ilkin iddia tələblərinin əsaslandığı faktiki halları (§ 4) araşdırmamış və nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı həmin işdə iştirakının təmin edilməsi üçün ona rəsmi qaydada, qanunla müəyyən edilmiş müddətdə məhkəmə bildirişi göndərilməmiş, iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı alınmamış və həmin iş üzrə toplanmış sübutlarla yanaşı yoxlanılmamış və qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
14. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı olan psixoloji pozuntu onların birgə nikaha daxil olmaqlarından əvvəl də mövcud olan, anadangəlmə psixoloji pozuntudur ki, bu da onların ailəsində irsi xarakter daşıyır. Belə ki, onun atasında da həmin xəstəlik var. Bundan əlavə, o, hazırda pensiyaçıdır, heç bir yerdə işləmir. Aldığı aylıq pensiya məbləğindən başqa heç bir başqa gəliri yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədi yi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:
18. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;
19. Maddə 85.1.2. Sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
20. Maddə 85.1.3. Nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);
21. Maddə 85.1.4. Ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad).
22. Maddə
86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
29. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019 -cu il tarixli, 2(005)1037/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh oğlunun iddiası təmin edilmiş, Cavabdeh oğlu ilə Əlizadə (Mustafayeva) Mehriban Nazim qızı arasında Qazax rayon Qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 70 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2002-ci il təvəllüdlü X1 atası Cavabdeh oğlunun yanında saxlanılması qət edilmişdir.
30. İş materiallarında olan “xxxx” MMC-nin “Əhmədli” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.20118-ci il tarixdə klinikaya əsəbilik, yuxusuzluq şikayətləri ilə müraciət etmişdir. Nevropatoloq tərəfindən ona “sayrışan nevroz” diaqnozu qoyulmuş, müalicə yazılmı şdır. Psixoloqa müraciət etməsi məsləhət görülmüşdür.
31. İş materiallarına əlavə edilmiş Qazax rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli,11-21/766 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonunda qeydiyyatda olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixdən atası X3 himayəsində Qazax rayonun Yuxarı Salahlı kəndində yaşayır və heç bir yerdə işləmir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən onun saxlanılması üçün cavabdehdən 350 manat pul tələb olunsa da, onun tələbinin əsaslılığı ilə bağlı sübutlar təqdim olunmamışdır. Bundan başqa onun təqdim etdiyi həmin sənədlə onda “sayrışan nevroz” xəstəliyinin olması təsdiq olunsa da, onun əmək qabi liyyətini itirməsi müəyyən edilmir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş həmin arayışa əsasən hər ay Cavabdeh sabit pul məbləği formasında aliment tutulub ona ödənilməsi qənaətinə gəlmək üçün əsaslar yoxdur.
34. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı, tələbinin təmin olunması üçün cavabdehin zəruri vəsaitə malik olmasına və Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan digər dispozisiya şərtlərinə dair mötəbər sübutları təqdim etmədiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğundur.
35. Kollegiya İddiaçı apellyasiya baxışında iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslı saymır, ona görə ki, işə baxılmasının vaxtı və yeri b arədə ona müvafiq bildiriş göndərilmiş, bildirişin ünvanda qəbul edilməsinə dair SS644877115AZ nömrəli poçt xəbərnaməsi işə əlavə olunmuş, İddiaçı və nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələr verilərək işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir.
36. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiın 2(103)- 3949/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.