Məhkəmə qərarları › İş №2(102)-5240/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5240/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5240/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: öhdəliyin icrası, mənzilin təhvil verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3605/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki mübahisə cavabdehin iddiaçıya məxsus yaşayış sahəsini söküb, əvəzində yeni inşa ediləcək binada yaşayış sahəsi vermək barədə öhdəliyini icra etməməsi ilə bağlı yaranmışdır.

2. Belə ki, İddiaçı 1991-ci ildən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 48 kv.m sahəsi olan fərdi yaşayış evində yaşamışdır. 3. 2019-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında yerləşən 4 mərtəbəli bina pilot layihə əsasında söküldüyündən, həmin binanın həyətində yerləşən, Sədri Qədirovun yaşadığı fərdi yaşayış evi də sökülmüşdür.

4. Cavabdeh ilə (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqaviləyə əsasən, MMC ünvan 2 ünvanda ye rləşən, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 10 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binada iddiaçıya məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətində olan fərdi yaşayış evinin əvəzinə 1 otaqlı, təmirsiz 31 kv.metr mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə qeyd olunmuşdur ki, cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə veriləcək kirayə haqqından imtina edir.

5. Cavabdeh həmin müqavilə üzrə öhdəliyini icra etməmişdir.

6. İddiaçı bundan əvvəl cavabdeh "RR Construction” MMC-yə qarşı evin sökülməsinə görə "kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə onun iddiaçı rədd edilmişdir. Bu qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5699/2021 nömrəli qətnaməsi ilə təmin olunmamışdır. Həmin qətnamədə göstərilmişdir ki, iddiaçının qanunla müəyyən edilmiş qaydada göstərilən 3 hərəkətdən birini etmək imkanı var: 1) müqaviləni mübahisələndirmək; 2) müqavilənin ləğvini tələb etmək; 3) müqavilə öhdəliklərinin icrasını tələb etmək. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh MMC-nə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üz ərinə müqavilə ilə ona verilməli olan 31 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, fərdi yaşayış evinin sökülməsindən sonra Nərimanov rayon İcra Hakimiyyətinin 16 aprel 2019-cu il tarixli 109 nömrəli sərəncamına əsasən Cavabdeh MMC-nin nümayəndələri iddiaçı ilə görüşərək sökülmüş evin əvəzində ona və ailəsinə sökülmüş evin yerində inşa ediləcək binada 1 otaqlı təmirsiz 31 kv.m-lik mənzilin verilməsini təklif etmişlər. İddiaçı tərəfindən cavabdehin nümayəndələrinə ailəsi ilə birgə yaşadığı 3 otaqlı 48 kv.m-lik evin və həmin evin yerləşdiyi torpaq sahəsinin əvəzinə ona 1 otaqlı və həm də təmirsız mənzilin təklif olunmasına etiraz edilsə də, onlar tərəfindən iddiaçıya yaşadığı həyət evinə və onun yerləşdiyi torpağa mülkiyyət hüququnu təsdiq edən sənədə malik olmaması səbəbindən ona və ailəsinə yalnız həmin 1 otaqlı 31 kv.m-lik təmirsiz mənzili verə biləcəklərini bildirərək iddiaçıya təzyiq göstərmişlər. Bu səbəbdən iddiaçı əlacsız qalıb, cavabdehin nümayəndələrinin ona təqdim etdiyi müqaviləni imzalamışdır. İddiaçı 2019-cu ilin avqust ayında evindən məcburi qayda çıxmalı olmuş və həyət tipli evi sökülmüşdür. İddiaçı həmin vaxtdan sonra ailəsi ilə birgə kirayədə qalaraq hər ay 400 manat ödəyir. 2019-cu ilin 25 dekabr tarixində cavabdeh iddiaçıya 042 nömrəli məktub göndərərək, artıq sökdükləri evinin əvəzinə onunla imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bunu həmin sökülmüş ev üzərində mül kiyyət hüququnu təsdiq edən sənədlərə malik olmaması ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki, cavabdeh onun ailəsi ilə fərdi yaşayış evindən çıxarmaq üçün onu həmin müqaviləni imzalamalı olmağını məhz onunla əsaslandırmışdı ki, onun yaşadığı evə mülkiyyət hüququ yoxdur. Müqavilə imzalanmazdan öncə cavabdehin onun yaşadığı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərə malik olmadığını bilməsinə dəlalət edən daha bir məqam isə fərdi yaşayış evinin yaxınlığında mövcud olan və cavabdehlə imzaladıqları müqavilə əsasında köçürülən qonşularına, o cümlədən də bacısı X1 təklif olunan müqavilə şərtlərinin onlar üçün ona təklif olunan şərtlərdən dəfələrlə daha əlverişli olmasıdır.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəflər arasında barışıq sazişi b ağlandığı üçün iddiaçının tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçı ilə MMC arasında bağlanmış 06 iyul 2021-ci il tarixli barışıq sazişində qeyd olunur ki, iddiaçı Nərimanov Rayon Məhkəməsinin 2(005)- 201/2021 №-li iş üzrə qəbul etdiyi 01 mart 2021ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayətini geri götürür: 1.1.ünvan 4 ünvanında yerləşmiş, hüquq müəyyənedici sənədləri olmayan evin sökülməsinə və hüquq müəyyənedici sənədləri olmadan istifadə edilmiş torpaq sahəsinə görə -180000 manat məbləğində tələbdən imtina edir; 1.2. 4800 (dörd min səkkiz yüz) manat məbləğində kirayə xərclərinin ödənilməsi tələbindən imtina edir; 1.3. 20000 (iyirmi min) manat məbləğində mənəvi z ərərin ödənilməsi tələbindən imtina edir; 1.4. 1000 (bir min) manat məbləğində hüquqi yardımla bağlı xərcin ödənilməsi tələbindən imtina edir; 1.5. 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi tələbindən imtina edir. 2.İddiaçının bu barışıq sazişinin 1 bəndində göstərilmiş tələblərdən imtina etməsi şərti ilə, cavabdeh iddiaçıya nağd şəkildə, bir dəfəyə 20400 (iyirmi min dörd yüz) manat məbləğində pul vəsaiti ödəyir.

3. Tərəflər razılığa gəlirlər ki, ünvan 4 ünvanında, hüquq müəyyənedici sənəd olmadan iddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərcləri ilə bağlı iddiaçının cavabdehə qarşı heç bir tələbi qalmamışdır və iddiaçı gələcəkdə belə tələblərlə bağlı məhkəməyə müraciət etməyəcəkdir.

4. Cavabdeh öhdəsinə götürür ki, ünvan 4 ünvanı nda qeydiyyatda olmuş və ya olmamış ailə üzvlərindən heç bir kəs ünvan 4 ünvanında, hüquq müəyyənedici sənəd olmadan iddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərcləri ilə bağlı cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir.

5. Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişinin qüvvəyə minməsilə, onlar arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilir (tərəflərin qarşılıqlı razılaşması əsasında).

11. Bu barışıq sazişi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)201/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş, lakin həmin barışıq sazişi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5699/2021 saylı mülki işi üzrə məhkəmə kollegiyası tərəfindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin barışıq sazişini imzalasa da, sonradan izahatında sazişin onun iradəsinə uyğun olmadığını bildirərək, sazişin təsdiq edilməsinə etiraz etmişdir.

12. Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-389/2022 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 saylı müqavilə üzrə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMCnin üzərinə qoyulmuşdur.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə görə, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavil ələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd edilməlidir ki, müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kim hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. 13.1. İddiaçı tərəfindən iddia ərizəsində irəli sürdüyü tələblər məhkəmə araşdırmasında öz hüquqi təsdiqini tapdığından, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqavilə üzrə öhdəliyin icrası təmin olunmalıdır. Belə ki, iddiaçının sökülmüş yaşayış yerinin əvəzinə ona 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin verilməsi öhdəliyini Ca vabdeh qeyd olunan müqavilə üzrə öz üzərinə götürmüşdür. Lakin müqavilə öhdəyinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət (müqavilənin 2.2.4 bəndi), yəni 18 ay bitmiş, hazırkı vaxtadək müqavilə şərtləri cavabdeh tərəfindən pozularaq icra edilməmişdir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 425.1, 427.3, 442, 445.2.1 və 448.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 06 iyul 2021-ci il tarixdə bağlanılmış sazişin bəndlərindən göründüyü ki mi, iddiaçı razılaşır ki, MMC tərəfindən ona veriləcək 20.400 manat pulun əvəzində o, 20 avqust 2019-cu il tarixdə bağlanılmış K/H 004 saylı müqavilədə nəzərdə tutulmuş mənzildən imtina edir. İddiaçı MMC-dən 20.400 manat pulu qəbul etməklə və onu indiyə qədər geri qaytarmamaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən MMC tərəfindən ona ünvanlanan ofertanı aksept etmiş və bununla da müqavilənin şərtlərinin dəyişdirilməsinə (və ya onun yenisi ilə əvəz edilməsinə) razılıq vermişdir. Həmçinin, apellyasiya məhkəməsinin tərəflər arasında bağlanılmış sazişi təsdiq etməməsi müqavilənin şərtlərinin dəyişdirilməsi haqqında razılaşmanın legitimliyinə məhdudiyyət yaratmır. Belə ki, tərəflər arasında bağlanılmış saziş əsas müqaviləyə uyğun formada bağlanaraq tərəflərin imzaları və möhürlə təsd iq edilmişdir, bu isə o deməkdir ki, qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət olunduğundan məhkəmə təsdiqinə zərurət yoxdur. Birinci instansiya məhkəməsi işin hallarına uyğun olaraq tərəflərin münasibətlərini, onlar arasında bağlanmış əqdin mahiyyətini düzgün qiymətləndirməmiş və bununla da, işin hallarına uyğun olmayaraq qətnamə qəbul etmişdir. Bundan başqa,16 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı tərəflər arasında bağlanılmış barışıq sazişində göstərilən 20.400 manat pulu aldığını etiraf etsə də, bu mühüm fakt öz əksini məhkəmə iclas protokolunda tapmamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2(103)-3605/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrə mova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının sökülmüş yaşayış yerinin əvəzinə ona 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin verilməsi öhdəliyini Cavabdeh qeyd olunan müqavilə üzrə öz üzərinə götürmüşdür. Lakin müqavilə öhdəliyinin yerinə yetirilməsi üçün müəyyən edilmiş müddət (müqavilənin 2.2.4 bəndi), yəni 18 ay bitmiş, hazırkı vaxtadək müqavilə şərtləri cavabdeh tərəfindən pozularaq icra edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi barışıq sazişi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında barışıq sazişinin b ağlanması, həmin barışıq sazişinə əsasən MMC-nin iddiaçıya 20.400 manat pul verməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı apellyasiya məhkəməsində vermiş olduğu izahatında həqiqətən də, cavabdehdən bu məbləğdə pul aldığını etiraf etmişdir. Həmin məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa məxaric orderləri ilə də təsdiq edilir. 19.1. Doğrudur, iddiaçı bildirmişdir ki, cavabdehlə aralarında daha böyük məbləğdə pulun verilməsinə dair razılaşma olmuş, cavabdeh bu məbləğin bir hissəsini versə də, qalan məbləği ona ödəməkdən imtina etmiş, bu səbəbdən o, barışıq sazişini məhkəmədə imzalamaqdan imtina etmiş və sonradan almış olduğu 20.400 manat pulu MMC-nin direktoruna qaytarmışdır. Lakin iddiaçı onların arasında belə bir razıla şmanın olmasını, habelə almış olduğu 20.400 manat pulu qaytarmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. 19.2. Bununla yanaşı, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin 5-ci bəndində qeyd edilmişdir ki, «tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin qüvvəyə minməsi ilə, onlar arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilir (tərəflərin qarşılıqlı razılaşması əsasında). 19.3. Müqavilənin bu bəndindən görünür ki, tərəflər öz aralarında bağladıqları 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilməsini qeyd edilən sazişin qüvvəyə minməsi ilə şərtləndirmişlər. Hazırkı halda isə müəyyən edilir ki, həmin saziş imzalansa da, sonradan məhkəmə tərəfindən təsdiq edil məmiş və qüvvəyə minməmişdir. Ona görə də bu saziş, onun iştirakçıları tərəfindən imzalansa da və sazişlə nəzərdə tutulan pul məbləği iddiaçıya ödənilsə də, tərəflərin razılaşdıqları kimi qüvvəyə minmədiyindən 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqaviləyə xitam verilməsinə əsas vermir.

20. Kollegiya həmçinin qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli barışıq sazişi eyni tərəflər arasında məhkəmənin icraatında olan başqa bir mülki mübahisə ilə əlaqədar hazırlanaraq imzalanmış, həmin saziş bir neçə bənddən ibarət olmaqla, həmin mübahisənin həllinə yönəlmiş və bu sazişdə tək müqaviləyə xitam verilməsi yox, bir neçə mübahisəli məsələ ilə bağlı tərəflərin ümumi razılaşması əks olunmuşdur. Ona görə də, qeyd edilən sazişin mətnindən hər hansı məsələni ümumi razılaşmanın kontekstindən çıxar ıb ona ayrıca müstəqil əqd kimi qiymət vermək tərəflərin bu sazişi imzalayarkən arzu etdikləri nəticə baxımından niyyətlərini əks etdirməyəcəkdir. Bu səbəbdən, həmin razılaşma bağlandıqdan sonra cavabdeh MMC tərəfindən iddiaçıya 20.400 manat pulun verilməsini onların arasında bağlanmış 20 avqust 2019-cu il tarixli K/H-004 №-li müqavilənin şərtlərinin dəyişdirilməsi, yaxud həmin müqaviləyə xitam verilməsi kimi qiymətləndirməyi kollegiya yolverilməz hesab edir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 425.1, 427.3, 442, 445.2.1 və 448.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Cavabd eh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 407.1, 423.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

26. Maddə 385.1. Öhdəliy ə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

29. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

30. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

31. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra ed ilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

34. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunmuş hallara görə, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüş, cavabdeh iddiaçı ilə 20 avqust 2019-cu il tarixdə bağladığı müqavilə əsasında, sökülmüş yaşayış evinin əvəzinə 1 otaqlı, təmirsiz 31 kv.metr sahəsi olan mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyin icra etməmişdir.

45. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

47. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

48. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu m üəyyən etdiyinə görə həmin müqavilə üzrə cavabdeh razılaşdıqları şərtlər əsasında müqaviləni icra etməli idi.

49. Tərəflərin arasında barışıq sazişi bağlandığına əsasən irəli sürülən dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin mübahisəni qarşılıqlı razılıq əsasında sonlandırmaq barədə gəlinən razılığı, bununla bağlı aralarında müəyyən etdikləri şərtləri ehtiva edir. Bu cür saziş yalnız məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər üçün məcburi xarakter alır. Barışıq sazişi tam olaraq tərəflərin hüquq və vəzifələrinin yaranması, dəyişdirilməsi və ya xitam edilməsinə yönələn iradə ifadəsini əks etdirir. Yəni barışıq sazişinin qurucu elementi tərəflərin iradə ifadəsidir. Bu mənada barışıq sazişinin təsdiq olunması üçün vacib şərt ən azından, tərəflər məhkəmə qarşısında olduqları zaman barışıq sazişində təsbit olunmuş şərtləri əsas tutmaqla onun təsdiq olunması barədə hər iki tərəfin xahişinin olmasıdır. Lakin hazırki işdən göründüyü kimi iddiaçı barışıq sazişinin təsdiq olunmasını nəinki tələb etmir, əksinə bu sazişin onun iradə ifadəsinə uyğun olmadığını bildirir. Bu hal barışıq sazişinin olmaması deməkdir və məhkəmə tərəfindən müqavilə şərtlərinin müzakirə olunması üçün heç bir əsas qalmamış olur.

50. Kollegiya bildirmişdir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Məhkəmə kollegiyası yux arıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3605/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar