Məhkəmə qərarları › İş №2(102)-5241/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5241/2021

26.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5241/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh1 və digərlərinə qarşı eyni zamanda Cavabdeh1 İddiaçı MTK-ya və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qətnamənin qanuniliyinin apellyasiya şikayətinin dəlilləri həddində yoxlanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, X19 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4009/2021 saylı, 2 7.05.2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı MTK Bakı şəhərinin Yasamal rayonunun, Şərifzadə küçəsində 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 950 kv.metr qeyri-yaşayış sahəsini pay qismində Cavabdeh1 verir.

2. İddiaçı MTK-nın 02 aprel 2016-cı il tarixli arayışında Cavabdeh1 950 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödədiyi qeyd olunur. 3. 04.03.2016-cı il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 X15 04.09.2016-cı il tarixinədək 30.000 ABŞ dolları məbləğində pulu faizsiz borc vermək barədə öhdəlik götürmüşdür. 4.07.04.2016-cı il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 X15 07.10.2016-cı il tarixinədək 95.000 ABŞ dolları məbləğində pulu faizsiz borc vermək barədə öhdəlik götürmüşdür. 5.12.04.2016-cı il tarixli kredit müqaviləsinə görə Cavabdeh1 X15 58.000 ABŞ dolları məbləğində pulu faizsiz borc vermək barədə öhdəlik götürmüşdür. 6.ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X8 xüsusi mülkiyyətində olmuşdur. AN-İ№ ******* saylı, 21.10.2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən X12 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1. X7 isə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X3. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı MTK Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasından Cavabdeh1 950 kv.m. qeyri-yaşayış sahəsinin pay verilməsinə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilənin ləğv olunmasını xahiş etmişdir. 8.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə yaxın dostluq münasibətlərində olduğu Cavabdeh2 məsləhəti və təqdimatına əsasən İddiaçı MTK ilə Cavabdeh1 arasında 02 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır. Belə ki, İddiaçı MTK Bakı şəhərinin Yasamal rayonu Şərifzadə küçəsi ərazisində yüksək mərtəbəli yaşayış evinin tikintisini layihələşdirmiş, həmin layihə müvafiq dövlət orqanlarında təsdiq olunmuşdur. Lakin tikintiyə başlamaq üçün maliyyə vəsaiti çatışmırdı. Ona görə də bəzi dost-tanışlara müraciət edərək tikintiyə maliyyə cəhətdən kömək istənilib. Məhz belə bir anda Cavabdeh1 ilə belə bir razılaşma əldə olunmuşdur ki, tikintiyə 150.000 manat pul ödəyir və İddiaçı MTK Bakı şəhərinin Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tikəcəyi yüksək mərtəbəli binadan 950 kv.m. qeyri-yaşayış sahəsi pay qismində ona verilir. Cavabdeh1 qeyd olunan şərtlərlə müqavilə bağlamağa razılaşmışdır. Cavabdeh1 pulu 1 həftəyə ödəməyə söz vermiş, lakin həmin vaxt ərzində pulu ödəməmişdir. Cavabdeh1 bunun səbəbini belə izah etmişdir ki, hansısa bir bankdan külli miqdarda pul götürmək istəyir, lakin bankdan pulu o şərtlə verirlər ki, banka İddiaçı MTK ilə bağlanmış müqavilə və həmin müqavilə üzrə pulun MTK-ya ödənilməsi nəticəsində MTK-dan pay əldə olunmasını təsdiq edən arayış verməlidir. İddiaçı MTK-nın rəhbərliyi təcili pul lazım olduğunu, bu şəxsin müsbət xarakterizə olunduğunu, özünün də olduqca inamlı danışdığını nəzərə alaraq, pul ödənişi olmadığı halda onunla rəsmi müqavilə bağlamış və dərhal cavabdehə 150.000 pulun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Buna baxmayaraq Cavabdeh1 öz vədinə əməl etməmiş, qeyd olunan sənədləri əldə etdikdən sonra yoxa çıxmışdır. Bundan sonra Cavabdeh1 onları aldatdığını anlamışdır. İddiaçı MTK-də pul ödənişləri ciddi mühasibat sənədləri ilə aparılır. Belə ki, vətəndaşlar tərəfindən yaşayış və ya qeyri-yaşayış sahələri alınarkən onlardan alınan pul mühasibatlığa daxil olur və mühasibatlıq həmin şəxslərə müvafiq ödəniş qəbzləri verir. Cavabdeh1 bu cür qəbz verilməmişdir. Bu da onun göstəricisidir ki, əslində heç bir pul ödənilməmişdir. 9.Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasından Cavabdeh1 950 kv.m. qeyri-yaşayış sahəsinin pay verilməsinə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilənin və 02 aprel 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsini xahiş etmişdir.

10. Cavabdeh1 "xxxx" MTK-ya, X9 və X15 qarşı qarşılıqlı iddia ərizəsi verərək, "xxxx" MTK ilə X12 arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1250 kv.metr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış 15.09.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiada qeyd olunan Cavabdeh2 tanımır. Cavabdeh1 maliyyə arayışını alandan sonra yoxa çıxmamış, əksinə, dəfələrlə MTK-ya gedib və Rauf Əliyevlə telefon vasitəsilə danışıb və görüşüb. Lakin hər dəfə Rauf Əliyev məsələni həll edəcəyinə söz versə də, vədinə əməl etməyib. MTK-nın rəhbəri S.R.Əhmədov isə hazırda üzə çıxmır. Hazırda Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyir. Lakin müraciətinə şifahi olaraq bildirilmişdir ki, həmin binanın birinci mərtəbəsi 1250 kv.metr qeyri-yaşayış sahəsi bütövlükdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19.12.2014-cu il tarixli, 2-1(81)-5236/2014 saylı qərarı ilə X8 adına rəsmiləşdirildiyi üçün qeydiyyat aparıla bilməz. Binanın 1-ci mərtəbəsinin ümumi sahəsi 1250 kv.metrdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2014-cü il tarixli, 2-1(81)-5236/2014 saylı qərarının surəti Cavabdeh1 təqdim edilmişdir. Qeyd edilən məhkəmə qərarı Cavabdeh1 maraqlarına toxunduğuna görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh1 2-1(81)- 5236/2014 saylı iş üzrə üçüncü şəxs qismində cəlb etməklə məhkəmənin 19.12.2014-cü il tarixli, 2-1(81)-5236/2014 saylı qərarının Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsini, həmin hissədə işə Cavabdeh 1 iştirakı ilə yenidən baxılması və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17.10.2018-ci il tarixdə ərizə təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2014-cü il tarixli qərarı ləğv edilmiş və Cavabdeh1 həmin işə üçüncü şəxs qismində cəlb edilmişdir. İş materialları ilə tanış olduqda 1-ci mərtəbə ilə bağlı məhkəmə qərarının qəbul edilməsinə əsas olacaq hər hansı müqavilənin işdə olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, qarşı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, ərizəyə baxılması ilə bağlı məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Həmin ərizəyə isə Nizami Rayon Məhkəməsinin 2(007)-4071/2018 saylı 09.10.2018-ci il tarixli bildirişini əlavə etmişdir. Bundan sonra məlum olmuşdur ki, İddiaçı MTK hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19.10.2018-ci il tarixli, **********45 saylı məktuba əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı MTK ilə X12 arasında ünvan 2də inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyriyaşayış sahəsinin pay kimi verilməsinə dair 15.09.2006-cı il tarixli müqavilə bağlanmışdır.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) ilkin iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəll ədə inşa edilən yüksək mərtəbəli yaşayış binasından Cavabdeh1 950 kv.metr qeyri-yaşayış sahəsinin pay verilməsinə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilə və 02 aprel 2016-cı il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya, X9, X15 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvədə olan normativ hüquqi aktlara görə kassa mədaxil orderləri pul vəsaitinin ödənilməsini təsdiq edən yeganə sənəd hesab edilir. Cavabdeh1 mübahisəli qeyri-yaşayış sahəsinə görə İddiaçı MTK-nə 150.000 manat pay haqqı ödədiyini iddia etsə də, bu barədə kassa mədaxil orderinin surətini məhkəməyə təqdim etməmişdi r. Hazırki mülki mübahisə ilə bağlı Cavabdeh1 verdiyi izahatla onun məhkəməyə gətirdiyi şahidlərin ifadələri arasında kəskin ziddiyyətlər vardır. İşə əlavə edilmiş sübutlarla belə nəticəyə gəlmək olur ki, Cavabdeh1la İddiaçı MTK arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı işin əsl hallarını əks etdirmir. Həmin sübutlarla müqavilənin formal olaraq, görüntü yaratmaq üçün bağlanmış bir əqd olması, maliyyə arayışının isə müqaviləyə “müəyyən hüquqi don geyindirmək” məqsədilə tərtib olunduğu ehtimal edilir. Bu ehtimalın həqiqətə daha yaxın olması işin digər faktiki halları ilə də öz təsdiqini tapır. Belə ki, işin hallarına görə mübahisəli qeyri-yaşayış sahəsinin 1 kv.metri Cavabdeh1 158,8 manata satıldığı halda, Tamara Əliyevaya 450 manata satılıb. Cav abdeh1 İddiaçı MTK-nın ona bu qədər güzəştə getməsinin səbəbləri barədə məhkəməyə ağlabatan bir sübut təqdim etməmişdir. Eyni zamanda Cavabdeh1la Rauf Əliyev arasında başqa icraatda 07 aprel 2016-cı il və 12 aprel 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəmə mübahisəsinin olması da, tərəflər arasında müəyyən münasibətlərin mövcudluğu baxımından hazırki iş üçün əhəmiyyətlidir. Belə ki, Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinə verdiyi iddiada onunla İddiaçı MTK arasında bağlanmış sözügedən müqavilə və maliyyə arayışı barədə hər hansı bir cümlə yoxdur. Halbuki, həm qeyd olunan müqavilənin, maliyyə arayışının, həm də X17 Məmmədov arasında bağlanmış sözügedən kredit müqavilələrinin 2016-cı ilin aprel ayında təqribən 10 gün müddətində (02 apreldən 12 aprelədək) ba ğlanması da diqqətdən yayınmır. Tərəflər arasında bağlanmış kredit müqavilələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində 571 saylı yaşayış binasından Cavabdeh1 950 kv.m. qeyri-yaşayış sahəsinin pay verilməsinə dair İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqaviləyə hər hansı bir formada istinad olunmaması, (Cavabdeh1 özünün qeyd etdiyi kimi “verdiyi pullar qaytarılmasa mənzillər və qeyri-yaşayış sahəsi onda qalacaq”) müqavilədə qeyri-yaşayış sahəsinin hər bir kv.m. sahəsinin cəmi 157,8 manata satılması ilkin iddiada mübahisələndirilən əqdlərin reallığı əks etdirməyən əqdlər olmasına dəlalət edir. Eyni zamanda işə əlavə edilmiş sübutlarla müəyyən edilir ki, Tamara Əliyeva qeyri-yaşayış sahəsini Cavabdeh1 xeyli əvvəl 15 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı Cavabdeh1la müvafiq müqavilə bağlanmamışdan əvvəl məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2014-cu il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Cavabdeh1 qarşılıqlı iddiada qeyri-yaşayış sahəsinə dair Tamara Əliyeva ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız əqd olmasını əsaslandıra bilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk idd ianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Şahid5 sədrlik edən, məruzəçi, V.T.Həsənov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2019- cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, ilk və qarşılıqlı iddia ərizələri rədd edilmişdir. 17.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 354.2-ci maddələrinə istinadən onunla əsaslandırmışdır ki, İddiaçı MTK 02 aprel 2016-cı il tarixli müqaviləni imzalayarkən, həmin müqavilənin etibarsızlığına əsas hesab etdiyi hallarla bağlı bilmişdir, yə ni məlumatlı olmuşdur. 18.Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarında yalnız əqdlərin etibarsız hesab edilməsi nəzərdə tutulmuşdur. Maliyyə arayışı isə əqd deyildir. İddiaçının könüllü şəkildə səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmış və iddiaçının möhürü ilə təsdiq edilmiş maliyyə arayışı mövcuddur və onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. 19.Apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticəyə görə Cavabdeh1 İddiaçı MTK ilə X12 arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış 1 5 sentyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də, həmin əqdin etibarsız əqd olmasını əsaslandıra bilməmişdir.

20. İddiaçı MTK və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri vermişlər. Kasasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən, məruzəçi Q.A.Əsgərov və S.F.Hacıyev) kasasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 22.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apel lyasiya instansiyası məhkəməsi ilkin iddianın predmeti olan qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarsızlığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan kəsici müddətin ötürülməsi ilə, qarşılıqlı iddianı isə qarşılıqlı iddiaçının əqdin etibarsız əqd olmasını əsaslandıra bilməməsi əsası ilə rədd etməklə faktiki olaraq mübahisəni həll etməmiş, eyni sahəyə dair iki müqavilənin hüquqi qüvvəli olmasına bir növ şərait yaratmaqla ziddiyyət yaratmışdır. 23.Bundan əlavə, kollegiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Tamara Əliyevanın 1250 kv.metr qeyri-yaşayış sahəsinə dair 14.02.2015-ci il tarixdə çıxarış aldıqdan sonra həmin sahəni nümayəndəsi X13 vasitəsilə 2016-cı ildə Cavabdeh2 Həsən oğluna satması, sonuncunun da sözügedən sahəni 20 18-ci ildə X4, sonuncuların adına həmin sahəyə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsinə diqqət yetirməyərək onları hazırki iş üzrə cəlb edilməsinin zəruriliyini müzakirə etməmişdir. 24.Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK-nın mübahisəli sahəyə dair Cavabdeh1 ilə 02 aprel 2016-cı il tarixli müqavilə bağlayarkən həmin sahəyə dair Tamara Əliyevanın adına artıq 15 sentyabr 2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsinin mövcudluğuna hüquqi qiymət verməmiş, həmçinin Cavabdeh1 verilən qeyri-yaşayış sahəsinin dəyərinin müqavilə üzrə bir kv.metr sahə üçün 158 manat təyin edilərək 950 kv.metr sahə üçün 150.000 manat təşkil etməsinin həmin dövr üçün bazar qiym ətlərinə uyğun olub-olmamaqla inandırıcı görünməsinə də lazımi hüquqi qiymət verməmişdir. 25.Kollegiya daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Cavabdeh1 X15 qarşı pul tələbinə, sonuncunun isə ilk iddiaçıya qarşı kredit müqavilələrinin etibarsızlığı ilə bağlı qəbul edilmiş Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsinin məzmununa, eləcə də, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 tərəfindən X15 verilən pulların təminatı kimi mənzillərin və mübahisə predmet olan qeyri-yaşayış sahəsinə müqavilələrinin verilməsi ilə bağlı şahid ifadələrinin məzmununa diqqət yetirməmiş, qeyd edilən qətnamənin qanuni qüvvəsini alıb-almamasını yoxlamamış, iş üzrə şahid ifadələrinə həm sözügedən qətnamə ilə, həm də hazırki işin araşdı rılmış və müəyyən edilmiş faktiki halları baxımından hüquqi qiymət verməmişdir. 26.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab etmişdir ki, ilkin iddia üzrə müqavilənin bağlanmasından və maliyyə arayışının verilməsindən 2 il 6 ay sonra məhkəməyə iddia ərizəsi verilməsi zamanı kəsici müddət tətbiq edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin keçməsinin əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb etməsinə diqqət yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 28.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, R.X18 İddiaçı MTK-nın faktiki rəhbəri (təsisçilərindən biri) olduğunu irəli sürür və mübahisəsi gedən qeyri-yaşayış sahəsinə görə MTK-ya ödədiyini bildirdiyi 150.000 manat pulun borc kimi Rauf Əliyevə verdiyi vəsaitlərlə hər hansı bağlılığı olmadığını iddia etməkdədir. Cavabdeh1 həmin arqumenti özünün məhkəməyə şahid qismində dəvət etdiyi şahidlərin ifadələri ilə təkzib olunmuşdur. 29.Hər bir halda Cavabdeh1 özünün və şahidlərinin ver diyi izahat və ifadələrdən belə bir nəticəyə gəlmək olur ki, onunla İddiaçı MTK arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilə və eyni tarixdə tərtib olunmuş maliyyə arayışı işin əsl hallarını əks etdirmir. Həmin sübutlarla müqavilənin formal olaraq, görüntü yaratmaq üçün bağlanmış bir əqd olması, maliyyə arayışının isə həmin müqaviləyə “müəyyən hüquqi don geyindirmək” məqsədi ilə tərtib edilməsi ehtimal olunur. 30.Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində onunla MTK arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilədən və eyni tarixdə tərtib olunmuş maliyyə arayışından bəhs olunmasa da, həm qeyd olunan müqavilənin və maliyyə arayışının, həm də X17 Məmmədov arasında bağlanmış kredit müqavilələrinin hamısının 2016-cı ilin aprel ayında təqribən 10 gün ərzində (02 apreldən 12 aprelədək) bağlanması borc verilməsi ilə qeyri-yaşayış sahəsi ilə əlaqədar müqavilənin əlaqəli olduğu qənaətini yaradır. Cavabdeh1 “verdiyi pullar qaytarılmazsa, mənzillər və qeyri-yaşayış sahəsi onda qalacaq” arqumenti də həmin qənaəti gücləndirir və 02.04.2016-cı il tarixli müqavilənin reallığı əks etdirməyən əqd olmasına dəlalət edir. Cavabdeh1la MTK arasında bağlanmış 02.04.2016-cı il tarixli müqavilə bu yöndə hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün, yəni Cavabdeh1, MTK-nın faktiki təsisçisi olduğunu bildirdiyi Rauf Əliyevə verdiyi borcun təminatı qismində bağlanmışdır, bu isə mülki qanunvericiliyin uydurma əqdlə bağlı müddəalarının dispozisiya əlamətlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

31. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 339, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kasasiya instansiyası məhkəməsində ikinci icraat 32.Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli, 2(102)-121/2021 saylı qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən, məruzəçi) İ.K.Dəmirov və A.Ə.Abbasov) Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsinin qismən İddiaçı MTK-nin Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni uydurma əqd hesab edib, həmin əqdə münasibətdə restitusiyanın tətbiqini istisna edərkən gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb. Belə ki, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: 1) əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olma dan həmin əqdi bağlamış olmalıdırlar. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdırlar. 2) uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olmalıdır. 35.Apellyasiya instansiyası məhkəməsi İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqaviləni uydurma əqd, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığı nəticəsinə gələrkən, həmin müqavilə üzrə tərəflərin əslində hüquq və vəzifələrinin əmələ gəlməsi barəsində öz aralarında razılığa gəlib-gəlməmələrini, həmin müqavilənin başqasını, yəni üçüncü şəxsi aldatmaq məqsədilə bağlanıb-bağlanmamasını, bir sözlə müqavilənin bağlanması zamanı tərəflərin iradə ifadəsinin Mülki Məcəllənin 340.1 -ci maddəsinin tələbləri ilə uzlaşıbuzlaşmamasını, habelə müqavilənin uydurma əqdə aid əlamətləri özündə ehtiva edibetməməsini araşdırmayıb. 36.Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən müqavilənin uydurma əqd olmaqla bu yöndə hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün bağlandığını qeyd etdiyi halda, digər tərəfdən həmin müqavilənin Cavabdeh1, İddiaçı MTK-nin faktiki təsisçisi olduğunu bildiyi Rauf Əliyevə verdiyi borcun təminatı qismində bağladığını qeyd etməklə əslində ziddiyyətli nəticəyə gəlib və Mülki Məcəllənin 340.1 və 340.2-ci maddələrinin tələblərinə görə, uydurma və yalan əqdlərin fərqli anlayışlar olmaqla, onların etibarsızlığının fərqli nəticələrə səbəb olduğunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

37. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.05.2021-ci il tarixli, 2(103)4009/2021 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/19 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 38.Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı MTK-nın öz tələblərinin əsası kimi istinad etdiyi hallara görə mübahisələndirilən müqavilə başqa əqdi, yəni Cavabdeh1 tərəfindən tikintiyə 150.000 manat pul ödənilməsi və MTK-nın Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tikəcəyi yüksək mərtəbəli binadan 950 kv.metr qeyri-yaşayış sahəsinin pay qismində ona verilməsi ilə ba ğlı müqavilənin əvəzində bağlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişləri icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, mübahisələndirilən müqavilənin icrasına başlanılmadığından iddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqd üzrə 1 illik kəsici müddət buraxılmamışdır. Hal buki 1 illik kəsici müddətin axımının başlanması qanunvericilikdə müqavilənin icrasına başlanma ilə şərtləndirilməmişdir. Qanunverici həmin müddəti əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirmişdir. Apellyasiya instansiyasının istinad etdiyi şahid ifadələrinə və Cavabdeh1 öz izahatına gəldikdə isə həmin ifadə və izahatlarla MTK-dan qeyri-yaşayış sahəsinə görə pul ödənilməməsi göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 217.4, 14.2-ci maddələrinin tələblərini pozaraq nə iddiaçının, nə də cavabdehin bildirmədiyi ehtimallara əsaslanmışdır. Bununla yanaşı iddiaçının İddiaçı MTK olması, borc müqaviləsinə istinad etdiyi Rauf Əliyevin isə fiziki şəxs olmasını nəzərə almamışdır, eyni zamanda iş materialları nda Rauf Əliyevlə İddiaçı MTK arasında hər hansı bir münasibət olmasını təsdiq edən heç bir sənəd yoxdur. R.Əliyevlə Cavabdeh1 arasında bağlanan kredit müqavilələrinin təminatı kimi ipoteka müqavilələri bağlanmışdır. Buna dair məhkəmə qətnamələri də mövcuddur. Eyni zamanda məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi maliyyə arayışını da etibarsız hesab etmiş birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır ki, bu da Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarında yalnız əqdlərin etibarsız hesab edilməsi nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh1 vəkili Nümayəndə1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

43. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 33 7.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələ ri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

47. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. La kin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət vermiş, mübahisəli hüquq münasibə tini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İlkin iddia üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin ilkin iddiaya aid hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Lakin apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə hissədə birinci instansiya məhkməsinin qətnaməsi mübahisə predmeti olmadığı halda həmin hissə üzrə də qərar qəbul etməklə, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsin in qətnaməsinin dəyişdirilmədən saxlanılmasına aid hissədə ləğv edilməli, ilkin iddianın təmin edilməsinin dəyişdirilmədən saxlanması hissəsində dəyişdirilmədən saxlanmalıdır.

51. Belə ki, əqdəlrin etibarsız sayılmasının əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində müəyyən edilmişdir. Həmin fəslə aid olan 337.1-ci maddədə göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

52. Lakin bu norma ümumi normadır və qeyd olunan fəslə aid sonrakı normalarda etibarsız və əhəmiyyətsiz əqdlərin mahiyyəti, etibarsız sayılmanın əsasları və hüquqi nəticələri müəyyən olunur.

53. Bu əsaslar Mülki Məcəllənin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldat ma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, 340-cı maddədə uydurma və yalan əqdlərin etibarsızlığı, 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, 342-ci maddədə fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 343-cü maddədə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 344-cü maddədə on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı və s. kimi sadalanmışdır.

54. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bild irməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

55. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işin hallarını təhlil edərək bu nəticəyə gəlmişdir ki, iddiaçı MTK-nın öz tələblərinin əsası kimi istinad etdiyi hallara görə mübahisələndirilən müqavilə başqa əqdi, yəni Cavabdeh1 tərəfindən tikintiyə 150.000 manat pul ödənilməsi və MTK-nın Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tikəcəyi yüksək mərtəbəli binadan 950 kv.metr qeyri-yaşayış sahəsinin pay qismində ona verilməsi ilə bağlı müqavilənin əvəzində bağl anmışdır. 56.Məhkəmə həmin nəticəyə gələrkən ona istinad etmişdir ki, tərəflərin izahatları və Cavabdeh1 vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələrdən belə bir nəticəyə gəlinir ki, mübahisələndirilən 02 aprel 2016-cı il tarixli müqavilə və eyni tarixdə tərtib olunmuş maliyyə arayışı müqavilə tərəflərinin əsl iradə ifadələrini əks etdirmir. Eyni zamanda nəzərə alınır ki, mübahisələndirilən müqavilədə qeyri-yaşayış sahəsinin 1 kv.metrinin dəyəri cəmi 158,8 manat göstərilmişdir. Halbuki həmin qeyri-yaşayış sahəsinin 1 kv.metrinin dəyəri 450 manat olmaqla X2. 57.Məhkəmə kollegiyası Cavabdeh1 üç kredit müqaviləsi əsasında Rauf Əliyevə borc verilməsinin ilkin iddianın dəlilləri ilə əlaqəsini müəyyən edərək göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə Rəcəbəli X5 qarşı 58.000 ABŞ dolları və 95.000 ABŞ dolları da daxil olmaqla cəmi 400.000 ABŞ dolları borcun R.Əliyevdən alınıb ona verilməsinə dair iddiası rədd, Rauf Əliyevin ona qarşı “07 aprel 2016-cı il tarixli və 12 aprel 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26.07.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunaraq ilkin iddianın qismən edildiyi və tərəflər arasında bağlanmış 07.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 95.000 ABŞ dolları, 12.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq isə 58.000 ABŞ dolları X16 Məmmədovun xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmənin 09.06.2020-ci i l tarixli qərarı ilə həmin qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, tərəflərin izahatları, müqavilənin şərtləri, şahid ifadələri və qeyd olunan məhkəmə qərarları, həmçinin mübahisələndirilən müqavilə və X17 Məmmədov arasında bağlanmış kredit müqavilələrinin hamısının 2016-cı ilin aprel ayında təqribən 10 gün ərzində (02 apreldən 12 aprelədək) bağlanmasını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə başqa əqdi pərdələmək məqsədi ilə, yəni X17 Məmmədov arasında bağlanmış borc müqavilələrinin təminatı kimi bağlanmışdır. 58.Apellyasiya instansiyası məhkəməsi “əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl edilməməsi” barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nə ticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırki işin hallarına görə isə mübahisələndirilən müqavilənin icrasına başlanmamışdır. Çünki mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 təhvil verilməmiş və o, yalnız hazırki işdə həmin əmlaka dair İddiaçı MTK ilə X12 arasında bağlanmış 15.09.2006cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə 1 illik kəsici müddət ötürülməmişdir. 59.Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları təhlil edib qiymətləndirməklə ilkin iddiaya aid hissədə düzgün nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmışdır. 60.Məhkəmə kollegiyası x atırladır ki, MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 61.Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. 62.Buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 63.Bununla yanaşı iş materiallarından görünür ki, baxılan iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası 02 fevral 2021-ci il tarixli qərarında Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2(103)-3903/2020 saylı qətnaməsi qismən - İddiaçı MTK-nin Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, mülki işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yəni artıq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi, Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya, X9, X15 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin olunmamasına aid hissədə qanuni qüvvəyə minmişdir.

64. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

65. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmam alıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

66. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. 67.İşə baxmış apellyasiya instansiyası məhkəməsi apellyasiya araşdırmasının predmeti olmadığı halda qanuni qüvvəyə minmiş qarşılıqlı iddia üzrə nəticələri də yoxlamış və qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı MTK ilə X12 arasında ünvan 2də inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.m. olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağla nmış 15.09.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürsə də həmin əqdin etibarsız əqd olmasını əsaslandıra bilməmişdir.... Qarşılıqlı iddia tələbi təmin olunmamalıdır. 68.Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/19 saylı, 20 may 2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə dəyişdirilmədən saxlanmasına aid hissədə ləğv edilməlidir. Həmin hissə üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəyə minməsi nəzərə alınmalıdır.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(103)-4009/2021 saylı, 27.05.2021-ci il tarixli qətnaməsi, qarşılıqlı iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına aid hissədə ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsinin 27.05.2021-ci il tarixli qətnaməsi, birinci instansiya məhkəməsi qətnaməsinin ilkin iddianın təmin edilməsinin dəyişdirilmədən saxlanması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar