Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-525/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh5 Cavabdeh: Cavabdeh6 Cavabdeh: Cavabdeh7 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh8 İddia tələbi: “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(103)-536/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, RB/MF-5169 nömrəli baş kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 20 % ödəmək şərti ilə 17.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə kreditdən təyinatı üzrə onun götürüldüyü məqsədlərə uyğun istifadə etməyi, kredit və ona hesablanmış faizləri, dəbbə pullarını və cərimələri müqavilədə göstərilən müddətdə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli kassa məxari c orderinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh2 hesabına 17.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli arayışa əsasən Cavabdeh2 xx xxxxxxxx 2015-ci il tarixli, RB/MF-5169 saylı müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixinə əsas borcu 3.288,34 ABŞ dolları, faiz borcu 3.452,5 ABŞ dolları, cərimə borcu 3.400 ABŞ dolları, cəmi 10.140,84 ABŞ dolları təşkil edir. İş materiallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli, RB/MF-5169 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi ray onu, X2 küçəsi, ev 34, mənzil 29 “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Borc məbləğinin ödənilməməsi səbəbindən xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə bank tərəfindən müvafiq olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bildiriş göndərilərək kredit müqaviləsi üzrə yaranmış borc ödənilmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə məlumat verilmişdir. İddiaçının xx.xx.2016-cı il tarixli, xx-xx/1852 saylı ərizəsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 34 saylı evin 29 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 29753 saylı ekspert rəyinə əsasən, hesabdan çıxarışlardan və “xxxx” ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, RB/MF-5169 saylı baş kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə bitən müddətə, yəni xx.xx.2018-ci il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən: əsas borc üzrə-5626,58 ABŞ dolları; faiz borcu üzrə1344,89 ABŞ dolları; Cavabdeh2 maliyyə arayışı müddətinə, yəni xx.xx.2019-ci il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən: əsas borc üzrə-3288,34 ABŞ dolları; faiz borcu üzrə-1655,85 ABŞ dolları; cərimə borcu üzrə 87,67 ABŞ dolları. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavab deh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, RB/MF-5169 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 3.288,34 ABŞ dolları, faiz borcuna görə 3.452,50 ABŞ dolları, cərimə borcuna görə 3.400 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 10.140,84 ABŞ dolları və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 34 ünvanında yerləş ən 29 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, RB/MF-5169 saylı baş kredit müqaviləsi üzrə cəmi 10.140,84 ABŞ dolları və 61 manat dövlət rüsumu məbləğində pulun iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 34 ünvanında yerləşən 29 saylı mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 34 ünvanında yerləşən 29 saylı mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1956/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxxxx 2015-ci il tarixli, RB/MF-5169 nömrəli kredit müqaviləsi üzrə 3.288,34 ABŞ dolları əsas borc, 3.452,50 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 7.040,84 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), ipoteka predmeti tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün rüsum kimi ödənilmiş 31 manatın və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 m anatın 21 manatının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsində yerləşən 34 saylı evin 29 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsində yerləşən 34 saylı evin 29 saylı mənzilinin ilkin satış qiyməti 44.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “xxxx” ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsində yerləşən 34 saylı evin 29 saylı mənzilin satıldıqdan sonra bir ay ərzində Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 tərəfindən boşaldılması və boşaldılmış vəziyyətdə təqim edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-536/2020 nömrəli, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), V.M.Ağayev və A.B.Nuriyeva) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1956/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin xx xxxxxxxx 2015-ci il tarixli, RB/MF-5169 saylı kredit müqaviləsi üzrə faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyə n edilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh2 xx xxxxxxxx 2015-ci il tarixli, RB/MF5169 saylı kredit razılaşması üzrə 1.344,89 ABŞ dolları faiz borcunun, cəmi 4.933,23 ABŞ dolları borcun tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) “xxxx” ASC-yə ödənilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 34 saylı evin 29 saylı mənzilinin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 200 manatın tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: **********, Hesab: AZ34AZEG********************, Bank: “xxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ75NABZ********************, Kod: 505817; SWİFT BİK: AZEGAZ22) ödənilməsi və Cavabdeh2 120 manatın tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası təyin edilmiş ekspertizaların rəylərinə düzgün hüquqi qiymət verməmiş, təkrar ekspertiza t əyin etməli olduğu halda bunu etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh4 və Cavabdeh8 hər hansı üz rlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə araşdırması zaman ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli, RB/MF-5169 saylı kredit müqaviləsi üzr ə iddiaçı tərəfindən 3.452,5 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 1.344,89 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 462.1, 462.3 və 467-ci maddələrinə əsasən əsas və cərimə məbləğinin tutulması hissələrində əsaslı nəticəyə gəlsə də, faiz borcunun tutulması hissəsində əsaslı nəticəyə gəlməmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən tərəflər arasında olan kredit razılaşması üzrə müqavilə müddətinin sonuna əsas borc 5626,58 ABŞ dolları və faiz borcu 1344,89 ABŞ dolları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ekspert rəyi ilə mü əyyən edilən əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd olunan əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməli və ekspert rəyi ilə müəyyən edilən məbləğ əsas götürülərək 1.344,89 ABŞ dolları (müqavilə bitən müddətə, yəni xx.xx.2018-ci il tarixə) tutulmalıdır. Kassasiya kollegiyası kassartorun apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaların rəyinə düzgün hüquqi qiymət verilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-536/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-525/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-525/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver