Məhkəmə qərarları › İş №2(102)-5253/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5253/2021

16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5253/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məmmədova Fəridə Fuad qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5253/21 (Açar sözlər: aliment tutulmasının qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)2799/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin faktiki olaraq onunla qaldığı müddətdə cavabdeh tərəfindən ondan 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsi, 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 09 avqust 2020-ci il tarixədək onun yanında qaldıqları və onun tərəfindən saxlanıldıqlarına görə 09 avqust 2020-ci il tarixədək ondan 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 saxlanılması üçün cavabdeh tərəfindən aliment tələb edilməsinin qanun suz hesab edilməsi, 09 avqust 2020-ci il tarixədək ondan 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 saxlanılması üçün artıq ödənilmiş 3.000 manat pul vəsaitinin, habelə iddiaçıdan gələcəkdə tutulacaq alimentin məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.B.Axundov) iddia qismən təmin edilərək, 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin faktiki olaraq iddiaçıda qaldığı (yanında qaldığı) müddətdə cavabdeh tərəfindən ondan 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin saxlanılması üçün alimentin tələb edilməsinin əsassız hesab edilməsi, 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 09 avqust 2020-ci il tarixədək iddiaçının yanında qaldıqları üçün, habelə 09 avqust 2020-ci il tarixədək iddiaçıdan 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 saxlanılması üçün cavabdeh tərəfindən alimentin tələb edilməsinin əsassız hesab edilməsi, 09 avqust 2020-ci il tarixədək iddiaçı tərəfindən 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 saxlanılması üçün ödənilmiş 3.000 manat pul vəsaitinin (alimentin) iddiaçıdan gələcəkdə tutulacaq alimentin məbləği ilə kompensasiya edilərək əvəzləşdirilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 21 iyun 2009-cu il tarixdə doğulmuş X 4 Andreyeviçin faktiki olaraq iddiaçının yanında qalmasını nəzərə alaraq, cavabdeh tərəfindən həmin uşağa görə aliment tələb etməsinin qanunsuz sayılması nəticəsinə gəlib. Belə ki, işdən görünür ki, tərəflər arasında 24 iyun 2016-cı il tarixdə bağlanmış nikahın pozularaq, tərəflərin birgə nikahından 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviç, 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X1 anaları Cavabdeh1 yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları İddiaçı hər ay, hər uşağa görə 1.000 manat olmaqla, cəmi 3.000 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilib. Lakin alimentin tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsinin alimen tin tutulma vaxtına dair hissəsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilərək, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilib. Həmin qətnamə ilə müəyyən edilib ki, Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət etdiyi və hazırki vaxtda da uşaqlar tərəflərlə birlikdə eyni mənzildə yaşayıblar. Ailənin bütün xərcləri İddiaçı tərəfindən ödənilib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 60.1, 60.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin olunan hissəsində ləğv edilib, həmin his sədə də iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin olunan hissələrində ləğv edilib, həmin hissələrdə iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Apellyasiya inst ansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayı b. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasında gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəliri n) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlər ə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstər sə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 24 iyun 2016-cı il tarixdə rəsmi nikahın bağlanması, birgə nikahdan üç yetkinlik yaşına çatmayan (21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviç, 25 iyun 2011-ci il tarixdə doğulmuş X2 və 17 iyul 2014-cü il tarixdə doğulmuş X3) uşaqların olması işin mübahisə olunmayan hallarıdır. Həmçinin, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında olan nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların anaları Cavabdeh1 yanında qalmaları və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı hər ay, hər uşağa görə 1.000 manat olmaqla, cəmi 3.000 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, alimentin tutulmasının əvvəlinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilib. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2019cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin əvvəlinin hesablanması hissədə dəyişdirilərək, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilib. Sonradan həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2020-ci il arixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılıb. Daha sonra, apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli icra sənədi üzrə 11 sentyabr 2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarı qəbul edilib və həmin Şöbə tərəfindən İddiaçı 25 sentyabr 2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildiriş göndərilib və sonuncu tərəfindən müəyyən aliment məbləğləri ödənilmişdir. Hazırda iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir-neçə tələb irəli sürüb və onlardan biri- 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin faktiki olaraq onun yanında qalması, bu səbəbdən də Cavabdeh1 tərəfindən ondan həmin uşağın saxlanılması üçün aliment tələb edilməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Cavabdeh1 da 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin hazırda faktiki olaraq İddiaçı yanında qalmasını inkar etmir (lakin, o bu halla razılaşmır və uşağın zorla, təzyiq altında İddiaçı yanında saxlanıldığını bildirir). Birinci instansiya məhkəməsi 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçin faktiki olaraq atası İddiaçı yanında qalmasını nəzərə alaraq, Cavabdeh1 tərəfindən həmin uşağa görə aliment tələb olunmasının qanunsuz sayılması nəticəsinə gəlib. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hissədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia bu hissədə tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konve nsiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiə si haqqında” Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Eyni zamanda, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, istər daxili, ist ərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutu lur. Apellyasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb, İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərini araşdırıb qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hər üç uşağın anaları Cavabdeh1 yanında saxlanılması, hər ay, hər uşağa görə 1.000 manat sabit pul miqdarında aliment tutulması və alimentin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilib (Andrey Rudeynkonun əvvəlki işdə verdiyi apellyasiya və kassasiya şikayətlərində də analoji hallara istinad edilib). İcra hərəkətləri də məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən verilmiş icra sənədinə əsasən aparılır və həmin icra işində tələbkar (xeyrinə aliment ödənilən şəxs) Cavabdeh1 olub. Yəni, İddiaçı alimentin tutulmasının hüquqi (qanuni) əsası vardır və bu sahədə tələbkar Cavabdeh1 qanunsuz tələbi mövcud deyil. Belə olan halda isə hazırki tələb özü-özlüyündə uğurlu sayıla bilməz. Əks halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bir-birini təkzib etmiş olar (bir məhkəmə qərarı ilə alimentin tutulmalı olması, digəri ilə isə alimentin tələb olunmasının qanunsuz sayılması) ki, bu da prosessual hüquq normalarının tələblərinə uyğun olmazdı. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, alimentin miqdarı məhkəmə tərəfindən müəyyən olunduqdan sonra onun dəyişdirilməsi və ya aliment ödənilməsindən azad olunma ilə məsələlərə yenidən baxıla bilər. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilmə si barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin, Andrey Rudeynkonun hazırki tələbi bu istiqamətdə olmamaqla, dolayısı ilə qanuni qüvvədə olan məhkəmə qə rarının icrası ilə bağlı olub. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia, 21 iyun 2009-cu il tarixdə doğulmuş X4 Andreyeviçə aid hissədə əsassızdır və irəli sürülmüş faktiki tələb uğurlu olmamaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Lakin, hazırki iddia tələbinin rədd olunması iddiaçını digər əsaslardan çıxış edərək qanunvericiliyin tələblərinə uyğun yeni iddia irəli sürmək imkanılarını istisna etmir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddia təmin olunmuş qalan hissələrdə də rədd olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, alimentlə bağlı hissədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra iddiaçının bir müddət uşaqları ilə birlikdə yaşaması faktı özüözlüyü ndə onu aliment öhdəliyindən azad edə bilməzdi. Xüsusilə qeyd edilməlidir ki, ailə qanunvericiliyi aliment öhdəliyi müəyyən olunmuş şəxs tərəfindən uşaqlarının alimentdən əlavə müəyyən ehtiyaclarını qarşılamasını istisna etmir və hər bir valideyn uşaqlarına daha yaxşı təminat verməkdə sərbəstdir. Eyni zamanda Ailə Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi v ə ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Göründüyü kimi, ödənilmiş alimentin geri tələb olunması yalnız qanunda nəzərdə tutulmuş istisna halların mövcudluğu ilə bağlıdır. İddiaçı isə həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara müba hisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq dü zgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-2799/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar