Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5254/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5254/21 (Açar sözlər: kasasiya baxışından çıxarma) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.07.2021-ci il tarixli, 2(103)7467/2021 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayətinə 21 sentyabr 2021-ci il tarixdə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında imzalanmış 03 aprel 2006-cı il tarixli müqavilənin onun maraqlarına toxunan hissədə, yəni E məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən C korpusu; 1,4,6,8 K-M-N-N1 oxları arasında, hündürlüyü 5 metr, sahəsi 192,84 kv.metr olan, E korpusu; 21, 23, 24, 25, 27, 4-Q, P-N, MK oxları arasında, hündürlüyü 5 metr, sahəsi 175 kv.metr olan, C korpusu, K-N hərifoxları və 8-10 rəq. oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, M:P hərf oxları və 12:14 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 61,2 kv.metr olan, A2 korpusu, K:N hərf oxu ilə 10:12 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 99 kv.metr olan, A2 korpusu, PK hərf oxu ilə 14-17 və 18-21 rəqəm oxları arasında, hündürlüyü 5 metr, sahəsi 194 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC tərəfindən İlqar Ağahəhimoviçə satılması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə İddiaçı, Cavabdeh1 MMC-yə və Cavabdeh4 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd olunması, onunla Cavabdeh1 MMC arasında bağlanmış 03.04.2006-cı il tarixli 23 saylı müqavilə üzrə Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında sahibliyinə və istifadəsinə təhvil verilmiş, ümumi sahəsi 4564 kv.metr olan qeyri-yaşayış sahələrində t ərəfindən pəncərələrin və qapıların quraşdırılması, eləcə də daxili kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsi, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmiri və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsi faktının təsdiq olunması, həmin təmir-tikinti işlərinin aparılmasına İddiaçı, R və Cavabdeh4 tərəfindən edilən müdaxilələrin qanunsuz hesab edilməsi, müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərin, yəni ümumi TQİ-ri; daxili elektrik xətləri (mis məftil); xarici qapı və pəncərələrlə (plastik materialdan və ya ağac materiallarından) şüşələnmiş vəziyyətdə, yüksək keyfiyyətli suvağ işlərinin R tərəfindən yerinə yetirilməmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək Binəqədi rayon icra şöbəsi tərəfindən 14.08.2014-cü il tarixli akt əsasında mülkiyyət hüququ ilə sahibliyinə və istifadəsinə təhvil verilmiş, Eməhəlləsindəki yaşayış binasında yerləşən 2 mərtəbəli "Ticarət Mərkəzi”ndə iş ahəngini pozan hərəkətlərin və obyektlərdə göstərilən fəaliyyətlə bağlı müdaxilə və maneəçiliklərin törədilməsinin R-yə, İddiaçı, Cavabdeh4, onların nümayəndələrinə və digər şəxslərə qadağan olunması; mülkiyyət hüququ ilə onun sahibliyinə və istifadəsinə verilmiş ümumi sahəsi 4564 kv.metr olan həmin qeyri-yaşayış sahələrində tərəfindən pəncərələrin və qapıların quraşdırılmasına, eləcə də daxil i kommunikasiya xətlərinin çəkilməsi, obyektlərdə təmir və tamamlama işlərinin görülməsinə, həmçinin obyektlərin ətraf ərazisində gediş-gəliş yollarının müasir tipdə yüksək keyfiyyətli materiallarla təmirinə və s. bu kimi tikinti işlərinin yerinə yetirilməsinə çəkilən ümumi xərclərin (təxminən ******* manat) İddiaçı mübahisələndirdiyi obyektlərin həcminə müvafiq olaraq, mütənasib hissəsi miqdarında İddiaçı banklarda olna hesablaşma hesablarındakı, o cümlədən depozit hesablarındakı pul vəsaitlərinin çıxışına və qalan hissəsi miqdarında isə R-nin banklarda olan hesablaşma hesablarındakı pul vəsaitlərinin çıxışına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin 14 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan Cavabdeh1 MMC-nin nümayəndəsi qismində Vəkil3 tərəfindən verilmiş şikayət məhkəmənin 25 iyun 2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 06.07.2021-ci il tarixli, 2(103)-7467/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2235/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 MMCnin nümayəndəsi qismində Vəkil3 tərəfindən verilmiş şikayət üzrə apelyasiyanın qeyrimümkün hesab edilməsi və işin şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 MMC-nin vəkili Vəkil3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.07.2021-ci il tarixli, 2(103)-7467/2021 nömrəli qə rardadından kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 19.08.2021-ci il tarixli, 2(102)-5254/2021 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 21.09.2021-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, İddiaçı, ilk və qarşılıqlı iddia üzrə Cavabdeh1 MMC-nin vəkili Vəkil3, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, qarşılıqlı iddia üzrə Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlm əyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. İş materiallarından da göründüyü kimi, apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad iddianın təmini tədbiri barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadla bağlı qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsində isə kasasiya şikayəti verilməsi nəzərdə tutulan qərardadların dairəsi konkret olaraq göstərilmişdir ki, həmin qərardadlar siyahısında iddianı təmin etmə tədbirindən kasasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi əsasını birinci instansiya məhkəməsinin qeyd edilmiş olan müvafiq qərardadı təşkil etmişdir ki, belə olan halda da Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.07.2021-ci il tarixli, 2(103)-7467/2021 nömrəli qərardadı Mülki Prosessual Məcəlləyə zidd olaraq icraata qəbul edilmiş hesab edilməlidir. Azərbaycan Re spublikası Ali Məhkəməsinin 19.08.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iş kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.08.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iş kasasiya baxışından çı xarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.08.2021-ci il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilsin və iş kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5254/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5254/2021
21.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver