Məhkəmə qərarları › İş №2(102)-526/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-526/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-526/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair müqavilənin bağlanmış hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab olunması, torpağa mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı ndan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 2(105)-2701/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Sumqayıt Şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisindəki 600 kv.metr olan 37 saylı həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsinin 11 oktyabr 2007-ci il tar ixli rəyinə əsasən İddiaçı “Samur-Abşeron” kanalının şimalında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsinin alqısatqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 11 may 2007-ci il tarixli rəyi ilə İddiaçı 600 kv.metr həyətyanı torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. 22 noyabr 2007-ci il tarixli akta əsasən Sumqayıt Şəhər Bələdiyyəsinin əməkdaşı tərəfindən 600 kv.metr torpaq sahəsi İddiaçı təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən onun mülkiyyətinə verilmiş “Samur-Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.metr olan 37 saylı həyətyanı torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin həyətyanı torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 16 noyabr 2007ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəs inə görə iddiaçı 300 manat dövlət rüsumu ödəmiş, torpağı dəmir dirək və torla hasara almışdır. İddiaçı torpaq sahəsinə dair hüquqlarını qeydə aldırmaq istəsə də, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi heç bir səbəb göstərmədən imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 nömrəli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddia təmin edilmiş, Sumqayıt Şəhər Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş “Samur-Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisindəki 600 kv.metr həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə Sumqayıt Şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə, torpaq sahəsi üzərində hüququnun dövlət q eydiyyatına alınması qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəlləsinin 7.1, 14.1, 15.2, 152.1, 152.2, 152.3-cü maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 2(105)-2701/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(060)-2680/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair müqavilənin bağlanmış hesab olunması və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2, 6.8-ci maddələrinə istinad edərək göstərmişdir ki, tərəflər arasında alqı-satqının baş tutması üçün müqavilə yoxdur. Ərizəçi tərəfindən təqdim edilən bələdiyyə qərarı isə iddianın təmin edilməsi üçün yetərli hesab edilmir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunverici müqavilənin bağlanması üçün tərəflərin ilkin razılaşmasından sonra tərəflərdən birinin yayınması halları üçün Mülki Məcəllənin 335-ci maddəsi ilə müəyyən etmişdi ki, həmin norma 24 iyun 2005ci il tarixli Qanunu ilə 01 sentyabr 2005-ci il tarixdən çıxarılmışdır. İstər iddiaçı, istərsə də onun tələbini təmin edən birinci instansiya məhkəməsi qeyd edilən normaya birbaşa istinad etməsələr də, əslində həmin maddənin dispozisiyasına uyğun qərar qəbul edilmişdir. Mübahisəli hüquq münasibətləri yaranan zaman bu norma qüvvədən düşmüş, yəni həmin zaman əqdin bağlanmış hesab edilməsi barədə qüvvədə olan qa nunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda, İddiaçı da bu kateqoriyadan olan tələbi heç bir halda təmin edilə bilməz. Torpaq sahəsinə görə bələdiyyə büdcəsinə 300 manat vəsait ödənilməsi barədə iddiaçının dəlili barədə apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu hal hazırki formada iddianın təmini üçün əsas ola bilməz. Bütün hallarda iddiaçı ilə cavabdeh bələdiyyə arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair hüquq münasibətlərinin mövcudluğu istisna edilmir. Bu fakt həmin torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun əldə edilməsi üçün iddiaçıya əsas verir. Apellyasiya məhkəməsi razılaşmışdır ki, mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Ona görə də, izah etmişdir ki, bələdiyyə tərəfindən ona verilmiş torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsi üçün ilk növbədə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, alınmış cavabdan asılı olaraq inzibati qaydada mübahisə açmaq imkanından istifadə edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 2(105)-2701/2021 nömrəli qətnaməsinin qismən, yəni “İddiaçı Sumqayıt Şəhər Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” iddiasının təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədən düşmüş 335-ci maddəsinə istinad etmədiyi halda, apellyasiya məhkəməsi həmin maddəni şərh etmiş, iddiaçı müqavilənin bütün şərtləri barəsində bələdiyyə ilə razılığa gəlmiş və hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri hərəkətləri icra etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş və bununla prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən, yəni mübahisələndirilən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunmasının rədd edilməsi hissəsində mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əm laka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.8-ci maddəsinə görə torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair torpaqayırma sənədlərinin hazırlanması torpaq almaq istəyən şəxsin vəsai ti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutul muş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddianın tələb olunan qaydada təmin olunması üçün hüquqi əsası mövcud deyildir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddiaçı ilə cavabdeh bələdiyyə arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair hüquq münasibətlərinin mövcudluğunu istisna etməmiş və hüquqlarının inzibati icraat qaydasında qeydiyyata alınması üçün tədbirlərin görülməli olduğunu izah etmişdir. Odur ki, məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2021-ci il tarixli, 2(105) -2701/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni İddiaçı iddiasının “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması” tələbinin təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar