Məhkəmə qərarları › İş №2(102)-5292/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5292/2020

17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5292/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5292/20 (Açar sözlər: alimentin tutulması və əlavə xərclərdə iştirak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X7, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3034/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh birgə nikahlarından anadan olmuş 23 yanvar 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat miqdarında alimentin tutularaq ona ödənilməsi, X1 üçün onun tərəfindən sərf edilən əlavə xərclərin qismən kompensasiya edilməsi üçün cavabdehdən alimentdən əlavə olaraq hər ay 100 manat pulun tutularaq, uşaq üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 26 mart 2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində onunla Cavabdeh arasında nikah qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından 23 yanvar 2016-cı il tarixdə X11 anadan olmuşdur. Cavabdeh son vaxtlar onunla kobud şəkildə davrandığından, eləcə də ona əl qaldırdığından, məcbur olub 2019-cu ilin avqustun 24-dən o, ata evinə qayıtmışdır. İki gün sonra isə cavabdeh bəzi əşyalarını gətirib vermişdir. Həmin vaxtdan cavabdeh övladının saxlanması üçün ona hər hansı bir vəsait ödəməmişdir. Hal-hazırda o, azyaşlı uşağı ilə birlikdə yaşayır. Övladının qayğısını, ehtiyaclarını özü təkbaşına ödəyir. Bundan başqa, övladı X6 həm kəllə daxili təzyiq, həm də gözündə çəplik vardır. Uşaq vaxtı həmçinin beynində tromp (qan yığımtısı) olmuşdur. Kəllə daxili təzyiqlə əlaqədar uşağın qıcolması olmaması üçün, eləcə də beynindəki trompla əlaqədar mütamadi müalicə almalıdır ki, normal inkişafdan qalmasın. Uşağın danışığında (nitqində) zəiflik vardır ki, bu da zəruri müalicə tələb edir. Eləcə də gözündəki çəpliklə əlaqədar qızının gözünə vaxtaşırı dərmanlar tökülür və tez-tez həkim müayinəsindən keçir. Ayrı yaşadıqları vaxtdan cavabdeh bir dəfə də olsun uşağının xəstəliyi ilə maraqlanmamış, müalicəsində və saxlanmasında bir ata kimi öz atalıq borcunu yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən, onunla Cavabdeh birgə nikahından anadan olan 23 yanvar 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat miqdarında alimentin tutularaq ona ödənilməsi, X1 üçün onun tərəfindən sərf edilən əlavə xərclərin qismən kompensasiya edilməsi üçün cavabdehdən alimentdən əlavə olaraq hər ay 100 manat p ulun tutularaq uşaq üçün ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov, iş № 2(010)-6091/2019) iddia qismən təmin edilmiş, 23.01.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 12.11.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit məbləğdə aliment və əlavə xərclərə görə birdəfəlik 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, AZ-İİ seriyalı, 034096 saylı nikah haqqında şəhadətnaməsinə görə, tərəflər 26.03.2015-ci ildə nikaha daxil o lublar. AZ-İİİ seriyalı, 702995 saylı doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, tərəflərin birgə nikahından 23.01.2016-cı il təvəllüdlü X11 anadan olmuşdur. “Andromed” Tibb Mərkəzinin 25.07.2016-cı tarixli neyrosonoqrafiya protokoluna görə, 23.01.2016-cı il təvəllüdlü X4 tərəfli subependimal mikrokista diaqnozu qoyulmuşdur. 02.11.2019, 03.11.2019 və 08.11.2019 tarixli qəbzlərə görə, müəyyən dərman ləvazimatlarının alınması üçün 128,90 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin xxxx MMC-nin 03.1.2019-cu il tarixli məktubuna gürə, Cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati işlər departamenin Təchizat və Təsərrüfat şöbəsinin Nəqliyyat sektorunun minik avtomobili sürücüsü vəzifəsində çalışır. Cavabdeh aylıq əm ək haqqı 460,00 (dörd yüz altmış) manat təşkil edir. AZ-İ seriyalı, 479998 saylı və AZ-T seriyalı, 006311 saylı doğum haqqında şəhadətnamələrin surətlərinə görə, Cavabdeh ilə X2 birgə nikahlarından X12 və X10 anadan olmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları - 23.01.2016-cı il təvəllüdlü X11 İddiaçı himayəsindədir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respu blikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəli rindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2019-cu ildə 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclə rə cəlb edə bilər. Birinci instansiya məhkəməsi iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafelərini, «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, 23.01.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 12.11.2019-cu il tarixdən başlayaraq, hər ay 160 manat sabit məbləğdə aliment və əlavə xərclərə görə birdəfəlik 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi məqsədəuyğundur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(10 3)-3034/2020 ) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan şəhadətnamələrə görə, iş üzrə tərəflər 26.03.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan onların 1 övladları var: 23.01.2016-cı il təvəllüdlü X11. “Baku Clinic” Tibb Mərkəzinin 17.03.2016-cı il tarixli “Ultrasəs müayinə protokolundan”, “Andromed” Tibb Mərkəzinin 25.07.2016-cı il tarixli “Neyrosonoqrafiya protokolundan”, X3 07.04.2019-cu il tarixli arayışından, “X18 11.04.2019-cu il tarixli arayışından və işdə olan digər tibb sənədlərindən görünür ki, 23.01.2016-cı il təvəllüdlü Aynurda kəllə daxili təzyiqindən, beynində trombdan, gözündə çəplikdən əziy yət çəkir, mütəmadi müalicəyə ehtiyacı var. Bakı Dövlət Sosial-İqtisadi Kollecinin 25.02.2020-ci il tarixli arayışından görünür ki, iş üzrə iddiaçı həmin Kollecdə mühasib vəzifəsində işləyir və 375 manat məbləğində əmək haqqı alır. “xxxx” MMC-nın 03.12.2019-cu il və 06.12.2019-cu il tarixli arayışlarından görünür ki, cavabdeh həmin MMC-də sürücü vəzifəsində işləyir və 460 manat məbləğində əmək haqqı alır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, “Uşaq hüquqları haqqında” Bəyənnaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibəti nə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qanunun 19- cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56-cı maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 81.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması nəzərə alınaraq, işə baxmış Rayon Məhkəməsi uşağın yetkinlik yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini 160 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Cavabdehin təklif etdiyi qaydada, yəni alimentin 80 manat məbləğində müəyyən edilməsi üçün əsas yoxdur. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tibb sənədlərindən görünür ki, iş üzrə tərəflərin nikahından doğulmuş uşağı səhhətində problemlər var və onun mütəmadi müalicəyə ehtiyacı var. Əvvəlki nikahdan doğulmuş uşaqların ca vabdehin yanında yaşaması və onun az məbləğdə əmək haqqı alması onu uşağın müalicəsindən ibarət əlavə xərclərə cəlb olunmasından azad etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3034/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və əlavə xərclərdə iştirak tələbinə dair” iddiasının qismən – hər ay 160 manat sabit məbləğdə alimentin 80 manatının və əlavə xərclərə görə birdəfəlik 100 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3034/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və əlavə xərclərdə iştirak tələbinə dair” iddiasının qismən – hər ay 160 manat sabit məbləğdə alimentin 80 manatının və əlavə xərclərə görə bird əfəlik 100 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İddiaçının vəkili X13 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3034/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hiss əsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq olaraq kassasiya şikayətinin məzmunu və dəlillər kimi istinad edilənlər apellyasiya şikayətnin məzmunu və dəlillər ilə eynilik təşkil etmişdir. Apellyasiya məhkəməsi həmin dəillərə müvafiq olaraq işdə olan sübutlar həddində düzgün qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına u yğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3034/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar