Məhkəmə qərarları › İş №2(102)-5292/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5292/2022

05.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5292/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ilk, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: özbaşına tikilinin sökülməsi, zərərin əvəzinin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı evə qəsd edən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, evə vurulmuş zərərin ödənilməsi tələbinə dair və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Binəqədi Rayon İcra Hakimiyyəti cəlb edilməklə) özbaşına tikilinin sökülməsi və vurulmuş zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-709/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsindən qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0,01973 torpaq sahəsində yerləşən 39 nömrəli, 1 mərtəbəli binada, 18,0 kv metr yaşayış sahəsindən ibarət 1 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 19 aprel 1995-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 5 X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4ün (indiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi ev 39 mənzil 4) divarının üstündən tikdirdiyi qanunsuz 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi, ünvan 1-in 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərənin bağlamasını və suyun axıdılması nəticəsində ona dəymiş 15000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onа veriliməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etm işdir.

4. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4-ü (Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi, ev 39, mənzil 4) o, 2008-ci il tarixdə tam tikili vəziyyətdə, təmirli olaraq almış və 12 ildir ki, anası Dastiyari Naidə ilə həmin ünvanda yaşayırlar. Yan qonşusu Cavabdeh2, onun oğlu Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 onlara bu evdə yaşamaqlarına imkan vermirlər. Belə ki, cavabdehlər ona məxsus evin divarının üstünə 3-cü mərtəbəni özbaşına hər hansı tikinti normalarına cavab vermədən tikmişlər. H ətta onlar həmin evə yeni köçən zaman onların qadın olmağından istifadə edib qanunsuz tikdiyi evin 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərə açmışlar. Evinə məxsus divarın üstündən qanunsuz tikilinin sökülməsini dəfələrlə cavabdehdən xahiş etmişdir. Cavabında isə ona “siz kimsiz, siz başsız ailəsiz, bizə belə xoşdur və sökmüyəcəyik demişlər”. Atası Dastiyari X8 veteranı olmuş və 12 avqust 2012ci il tarixdə rəhmətə getmişdir. Cavabdeh3 və oğlu Cavabdeh1 12 ildir ki, onların evinin damının üstündə gəzirlər. Evinin şiferləri sınmış və yenidən məcbur qalıb həmin şiferləri öz hesabına düzəltdirmişdir. O, cavabdehlərə etiraz edərək aparılmış tikintini onun evinə birləşdirilməməsini, evindən heç olmasa 2 metr aralı aparılmasını bildirmiş və əlavə etmişdir ki, bu tikili ilə onun evində ya şamaq mümkünsüz olacaq. Lakin onlar tikinti normalarını pozaraq tikdirdikləri 3-cü mərtəbədə heç nə olmamış kimi yaşayırlar. Ona məxsus mənzilin həyətinə baxan pəncərədən isə qonşunun söhbətləri, söyüşləri onun evində təmiz eşidilir. Cavabdehlər onunla düşmən kimi davranırlar. Cavabdehlərin əməllərinə artıq tab gətirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə tikilən evlər arasında saxlanılmalı olan ara məsafələri müəyyən edilir. Həmin qərara əsasən cavabdeh apardığı tikili ilə onun mülkiyyətində olan ev arasında ən azından 4-5 metr məsafə saxlamalı idi. Cavabdehlər özlərinə məxsus mənzilə kondisioner quraşdırmış və həmin kondisionerin suyu onun evinə tökülmüş və evi yararsız vəziyyətə düşmüşdür. Cavabdehlər özlərinə məxsus evin nov alçasına qəsdən boru taxmamışlar və nəticədə yağan yağış suyu onun evinə axmış, evin tavanı, döşəməsi, divar kağızları yararsız vəziyyətə düşmüşdür. Evdə yaşamaq artıq qeyri-mümkün hala çevrilmişdir. Lakin onun yaşamağa başqa yeri yoxdur. Onun evi bərbad vəziyyətə salınmışdır. O, evinə axıdılan su ilə və tikilinin sökülməsi ilə bağlı polisə və MİS-ə müraciət etmişdir. Gəlib yerində akt tərtib etmişlər. Beləliklə cavabdehlər tərəfindən evinə axıdılan suyun təsiri nəticəsində ona 15000 manat dəyərində maddi ziyan vurulmuşdur. Cavabdeh3 və oğlu onun evinin damına baxan pəncərələr vasitəsi ilə oğurluğa girmiş, evindən qızıl və pulları oğurlamışdır. O, həmin oğurluqla bağlı polisə müraciət etmiş, araşdırma gedir. Cavabdehlərlə aralarında olan mübahisə 12 ildir ki, davam edir. Hətta 2015-ci il t arixdə həmin evin birinci mərtəbəsini əxlaqsız yuva kimi istifadə etmiş və onların şikayəti əsasında da cavabdehlərin əməllərinə son qoyulmuşdur. Göründüyü kimi, cavabdehlər tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına, texniki şərtlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarına əməl etməmiş, onun etirazlarına məhəl qoymamışlar.

6. Daha sonra cavabdehlər Cavabdeh1 və Nəzərova X2 Nərmin Zaur qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (hazırda 1-ci Dəmiryol) küçəsi, ev 39 mənzil 4 ünvanında mülkiyyətdə olan 18 kv metr yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin (mansardın, dam örtüyünün) İddiaçı hesabına sökülməsi, əvvəlk i vəziyyətinin bərpa edilməsi, 13000 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ailə üzvləri ilə birlikdə 1989-cu il tarixdən Rəsulzadə qəsəbəsi, 1-ci Dəmiryol küçəsi, ev 39 mənzil 5 ünvanında yaşayır. Evin əsaslı təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatmışdır. Həmin vaxt cavabdehin hazırda yaşadığı ev Telman adlı şəxsə məxsus idi və onun zamanında hər ikisi razılaşıb evi təmir etdirmişlər. Daha sonra isə Telman həmin evi halhazırda da qonşuluqlarında yaşayan Ağacan adlı şəxsə satmışdır. Cavabdeh iddia ərizəsində bildirdiyi kimi, təxminən 2008-ci il tarixdə qonşuluqdakı evə köçmüşlər, on lar həmin evə köçərkən şəkildə də göründüyü kimi ev tam hazır vəziyyətdə idi və cavabdehin köçməsindən sonra evlərində hər hansı bir artırma olmamış və ya yeni pəncərə açılmamışdır. Əksinə cavabdeh köçərkən onun hazırda tikdiyi əlavələr olmamış, mansard olmamış, bir mərtəbədən ibarət olmuş və evin üstü düz olmaqla damı belə olmamışdır. Bu faktı cavabdehdən əvvəl o evdə qalmış olan və sonra həmin evi cavabdehə satmış Hüseynov Ağacan təsdiq edə bilər. Sözügedən evi qonşusu Ağacan da Telman adlı şəxsdən 2005-ci il tarixdə almışdır. Bir daha bildirirlər ki, cavabdeh evi aldığı zaman onların evi şəkildə olduğu kimi tam hazır vəziyyətdə idi və əlavə heç bir tikili olmamışdır. Əksinə, cavabdeh evi aldıqdan sonra 2020-ci ilin noyabr ayında artırmalara, tikintiyə başladı, bununla bağlı müvafiq orqa nlara şikayətləri olmuşdur. Cavabdehin artırmaları onun evinə günəş enerjisinin düşməsinin qarşısını almaqla yanaşı yağışlı günlərdə isə şəkillərdən də göründüyü kimi divarların nəm çəkməsinə, yağış suları evə daxil olmaqla suvağın, oboyların dağılmasına səbəb olmuşdur. Göründüyü kimi pəncərələri açdığı zaman cavabdehin özbaşına tikdiyi dam örtüyü ilə qarşılaşır, dam örtüyü birbaşa onun divarına bitişik şəkildə qurulmuşdur. Bundan əlavə, otaqlar günəş enerjisi qəbul edə bilmir və belə olan halda otaqların rütubətli olmasına gətirib çıxartmaqla ailə üzvləri arasında müxtəlif ağır xəstəliklərin yaranmasına səbəb ola bilər, bununla bağlı cavabdeh tərəfə öz iradlarını bildirərək qanunsuz davranışlarına son qoymasını, vurulmuş zərərin ödənilməsini, maneələri aradan qaldırmasını tələb etdiyi z aman cavabdeh onlara şərböhtan ataraq ailəsini polisə şikayət edərək onları oğurluqda, əxlaqsız yuva saxlamaqda ittiham edərək şikayət etmişdir və hal-hazırda da əməlinə haqq qazandırmaq üçün onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. İlkin iddiaya münasibətdə bildirirlər ki, iddia tələbi tamamilə əsassızdır, cəfəngiyyatdan ibarətdir. Hesab edirlər ki, onların daha əvvəldən tikmiş olduğu evin pəncərələri cavabdehi öz evindən istifadə etməsinə hər hansı bir formada maneə yaratmır, cavabdehin qanunla qorunan hüquqlarını, eləcə də maraqlarını pozmur, cavabdeh oraya gələrkən artıq qonşuluqda yerləşən evlər ona bəlli idi və kimlərlə qonşu olacağı və onların evlərinin quruluşu, mərtəbəsi aydın şəkildə görünürdü. Cavabdeh 1 mərtəbəli evi alarkən qonşuluqda onların evini də görmüşdü və əgər onların evi ona hər hansı bir narahatlılıq gətirəcək idisə evi almaqdan imtina edə bilərdi, əksinə isə cavabdeh öz birmərtəbəli evini qanunsuz olaraq artırmaqla qonşuluq münasibətlərini pozmağa başlamışdır.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, ekspertin rəyi ilə razı deyil. Belə ki, ekspertiza obyektiv aparılmamış, birtərəfli yöndə, yəni qarşılıqlı iddia üzrə iddiaçıların xeyrinə rəy verilmiş, ekspert qarşısında qoyulmuş suallara tam, hərtərəfli və obyektiv cavab verilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsini, qarşılıq lı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar evin üst mərtəbəsini tikəndə lazımı orqanlardan icazə almışlar. İddiaçı onların evinə su axıdılmasını bildirsə də, lakin onların evinə daha çox su axır. Bu barədə 05 noyabr 2020-ci il tarixdə su axıdılmasına görə icra hakimiyyətinə müraciət etmişlər. Hazırda onlara məxsus evin texniki pasportunu məhkəməyə təqdim edə bilmir. Belə ki, onlar texniki pasportu itirmiş, yenisini isə müraciət etmələrinə baxmayaraq əldə edə bilməmişlər. Həmçinin göstərmişdir ki, ekspert rəyinə hər hansı etirazı yoxdur.

10. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsini qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, ekspert rəyinə hər hansı etirazı yoxdur, baxmayaraq ki, həmin rəy cavabdehlərin də xeyrinə deyildir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 10/1013 nömrəli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş 25 may 2021-ci il tarixli rəylərindən müəyyən olunmuşdur ki, iddiaçı X4 4 nömrəli mənzilinin texniki pasportu ilə mövcud vəziyyəti arasında müqayisə edilərək, mənzildə əlavə tikinti işləri aparıldığı, həmin əlavə işlərin evin ölçüləri 4,6 x 3,8 metr artırılmasından (2010-cu ilə qədər) və evin dam örtüyü sökülərək kənar divarlar (parapet) 80 sm hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarət olduğu, aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına uyğun yerinə yetirilmədiyi və Nəzərova (Mahmudova) Zülfiyyə Lətif qızının mülkiyyətində olan mənzilə təhlükə törətmədiyi və onun mülkiyyət hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. Cavabdeh2 5 nömrəli mənzilinin rəsmi reyestrdə qeydə alınmış texniki pasport təqdim olunmadığından əlavə hər hansı tikinti işlərinin görülməsini müəyyənləşdirmək mümkün olmamışdır. 5 nömrəli mənzilinin 18 metr uzunluğunda yan divarı İddiaçı mülkiyyətində olan 4 nömrəli mənzillə ara divar (şərikli) üzərində (2010-cu ilə qədər) inşa edilmişdir və 4 nömrəli mənzilə təhlükə törətmir. 5 nömrəli mənzilinin üçüncü mərtəbəsində 4 nömrəli mənzilin dam örtüyündən 60 sm yuxanda pəncərələr (3 ə dəd) mövcuddur. Mənzilin texniki pasportu təqdim olunmadığından həmin pəncərələrin texniki sənədlərində əks olunmasını söyləmək mümkün deyil. Həmin pəncərələrin mövcudluğu 4 nömrəli mənzilə təhlükə törətmir və mənzilin sahibinin mülkiyyət hüquqlarını məhdudlaşdırmır. 5 nömrəli mənzilin damından 4 nömrəli mənzilə su axmamışdır. 5 nömrəli mənzilin dam örtüyündən 4 nömrəli mənzilin dam örtüyünə su axa bilər. 4 nömrəli mənzilə su axmasına səbəb 4 nömrəli mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Tədqiq olunan 4 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 973,0 manat məbləğində müəyyən olunur. 4 nömrəli mənzilin damından Cavabd eh2 mülkiyyətində olan 5 nömrəli mənzilin yan divarına (12 m2 sahədə) su sızmışdır. Su sızmasına səbəb 4 nömrəli mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Tədqiq olunan 5 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1105 manat məbləğində müəyyən olunur

12. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: M.Rüstəmli) 23 avqust 2021-ci il tarixli, 2(001)-1824/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 973 (doqquz yüz yetmiş üç) manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qism ən təmin edilməsi, İddiaçı 1105 (bir min bir yüz beş) manat məbləğində vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 2 (iki) manatı tutularaq Cavabdeh2 ödənilməsi, qarşılıqlı iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus mənzildə və mənzilin damında texniki pasportda nəzərdə tutulmayan əlavə tikinti işləri aparılmış, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən ona məxsus mənzilin texniki pasportu təqdim edilmədiyindən əlavə hər hansı tikinti işlərinin görülməsi, habelə həmin mənzilin üçüncü mərtəbəsində iddiaçının dam örtüyündən yuxarıda inşa edilmiş pəncərələrin mənzilin texniki sənədlərdə əks olunub-olunmamasın ı müəyyən etmək mümkün olmamışdır. Bununla belə, qeyd olunan mənzillərin ara divar üzərində inşa edilməsi, iddiaçının gördüyü əlavə tikinti işləri, cavabdehin mənzilində inşa edilmiş pəncərələr tərəflərin mənzillərinə hər hansı təhlükə törətmir və onların mülkiyyət hüquqlarını məhdudlaşdırmır. Bundan əlavə, iddiaçı mənzili alarkən cavabdehə məxsus mənzil artıq hazırki vəziyyətdə mövcud idi, iddiaçının bildirdiyinə görə sonradan yalnız mübahisəli pəncərələr inşa edilmişdir.

14. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ara divar üzərində inşa edilmiş üçüncü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi və onun damına baxan iki pəncərənin bağlanması hissəsi, habelə cavabdehlərin qarşılıqlı iddia tələbinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən artıq inşa edilmiş t ikilinin onun hesabına sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia və qarşılıqlı iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə tərəflərin bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti or qanları qaldıra bilərlər.

15. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh1 həmçinin iddiaçıya qarşı həmin tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur, çünki mənzilin mülkiyyətçisi digər Cavabdeh2dır və subyektiv hüquq ona məxsusdur.

16. Məhkəmə iddia və qarşılıqlı iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissələri ilə bağlı hesab etmişdir ki, həm iddia, həm qarşılıqlı iddia tələbləri bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mənzilinin damında dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması səbəbindən cavabdehin mənzilinə su sızmış və bunun nəticəsində cavabdehə 1105 manat məbləğində ziyan dəymişdir. Cavabdehin dam örtüyündən isə iddiaçının damına suyun axması nətic əsində, yəni cavabdeh tərəfindən damından suyun iddiaçının damına axmasının qarşısının alınması üçün tədbirlər görülmədiyi səbəbindən iddiaçının mənzlinə su sızmış və bunun nəticəsində ona da 973 manat məbləğində ziyan dəymişdir.

17. Məhkəmə əmlakına qəsdən zərər vurduqlarına görə cavabdehlər barəsində xüsusi qərardadın çıxarılması barədə iddiaçının ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin hərəkətlərində hər hansı cinayətin əlamətlərinin olması müəyyən edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157, 139, 180, 170, 21, 1096 və 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119, 14, 77 və 217-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İlk iddiaçı X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-tikinti ekspertizasının rəyi həqiqətə uyğun deyildir və ekspertiza hərtərəfli aparılmamışdır, rəy aydın və tam olmadığı üçün verdiyi əlavə ekspertiza keçirilməsi barədə vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir.

21. Qətnamədən həmçinin qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilib, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində cavabdehin mənzilinə dəymiş zərərin onların təqsiri ucbatından baş verməsi qeyd edilməmiş, səbəb kimi cavabdehin öz dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması göstərilmişdir. Buna baxmayaraq məhkəmə zərərin ödənilməsi ilə bağlı hissədə iddiani qismən təmin edərkən cavabdehdən 973 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməsi qərarına gəlmişdir. Halbuki, Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərindən göründüyü kimi iş materiallarına və ekspert rəyinə əsasən zərərin baş verməsinə gətirib çıxardacaq hər hansı bir təqsirli, hüquqa zidd əməl olmamışdır. Bununla da məhkəmənin maddi zərərlə bağlı gəldiyi nəticə işin hallarına və ekspert rəyinə uyğun olmamışdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıy ev) 14 yanvar 2022-ci il tarixli, 2(103)709/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, İddiaçı ilk iddiası qismən təmin olunmuş, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ədalət Yusifov küçəsi, ev № 39-da yerləşən 4 №-li mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş, 5 №-li mənzilə aid olan 3-cü mərtəbənin Cavabdeh2 hesabına sökülməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin 4 №-li mənzilin divarının üstündə tikilmiş 3-cü mərtəbənin (5 №-li mənzilə aid 3-cü mərtəbənin) sökülməsi tələbi ilə bağlı qeyd etmişdir ki, tikinti-texniki ekspertizanın rəyi ilə müəyyən olunub ki, 5 №-li mənzilin 18 metr uzunluğunda yan divarı 4 №-li mənzillə ara (şərikli) divar üzərində inşa edilib. Məhkəmə qeyd edir ki, rəydə qeyd olunan “18 metr uzunluğunda yan divar” İddiaçı sökülməsinin tələb etdiyi tikilinin (5 №-li mənzilə aid olan 3-cü mərtəbənin) yan divarıdır. Bu divar 4 №-li mənzillə ara (şərikli) divar üzərində inşa edildiyinə görə İddiaçı onun sökülməsini tələb etmək hüququna malikdir. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. 18 metr uzunluğunda yan divarın 4 və 5 №-li mənzillərin ara (şərikli) divarı üzərində inşa edilməsi həmin ara (şərikli) divarın sahiblərindən birinin (4 №-li mənzilin mülkiyyətçisi İddiaçı) maraqlı tərəf sayılmasına əsas verir.

25. Tikinti-texniki ekspertizasının rəyində qeyd olunub ki, 18 metr uzunluğunda yan divar 4 №-li mənzilə təhlükə törətmir. Lakin təhlükə törədib-törətmədiyindən asılı olmayaraq, divar sökülməlidir. Bu məsələdə həlledici meyar təhlükə deyil, mülkiyyətçinin iradəsidir. 4 №-li mənzilin ara (şərikli) divarı üzərindəki tikilinin mövcudluğu həmin mənzilin mülkiyyətçisi İddiaçı iradəsinə ziddir. Mülkiyyət anlayışı İddiaçı səlahiyyət verir ki, mülkiyyətində olan mənzilin ara (şərikli) divarı üzərində özbaşına tikintinin olmasına etiraz etsin. 26. 18 metr uzunluğunda yan divar özbaşına tikinti obyektidir. Belə ki, həmin divar 5 №-li mənzilin texniki göstəricilərində qeyd olunmayıb. Daşınmaz əmlakın texniki göstəriciləri texniki pasporta əsasən müəyyən olunur. Odur ki, daşınmaz əmlakın hər hansı hissəsinin özbaşına tikinti olub-olmadı ğı müəyyən edilərkən texniki pasportun məlumatları əsas götürülür. 4 №-li mənzilin texniki pasportu məhkəməyə təqdim edilsə də, 5 №-li mənzilin texniki pasportu təqdim edilməyib. Apellyasiya icraatı zamanı 5 №-li mənzilin texniki pasportunun məhkəməyə təqdim edilməsi mənzilin mülkiyyətçisinə təklif olunmuş, bu məqsədlə məhkəmə baxışı təxirə salınmış, lakin texniki pasport məhkəməyə təqdim edilməmişdir. 5 №-li mənzilin mülkiyyətçisinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktubda qeyd olunub ki, həmin ünvanda qeydiyyatdan keçmiş mənzil söküldüyünə görə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. İşdə olan məlumatlar məhkəməyə əsas verir ki, 4 №-li mənzilin ara (şərikli) divarı üzərində inşa edilmiş 18 metr uzunlu ğunda yan divarı (5 №-li mənzilə aid divarı) özbaşına tikinti obyekti saysın. Həmin divar sökülməlidir, bu isə o mənanı verir ki, 5 №-li mənzilə aid 3-cü mərtəbə sökülməlidir, çünki 1 divar olmadan digər 3 divarın mövcud olması mümkün deyil.

27. Məhkəmə iddia tələbinin 5 №-li mənzilin 3-cü mərtəbəsindən 4 №-li mənzilin damına baxan 2 pəncərənin bağlanması hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb təmin oluna bilməz. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 5 №-li mənzilin 3cü mərtəbəsində, 4 №-li mənzilin dam örtüyündən 60 sm yuxarıda 3 ədəd pəncərə mövcuddur. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə ilə 3-cü mərtəbənin sökülməsi qət olunub, bu isə o deməkdir ki, pəncərələr də həmin mərtəbə ilə birlikdə söküləcək. Sökülməsi qət olunan pəncərənin həm də bağlanması qət olu na bilməz.

28. Məhkəmə iddia tələbinin 4 №-li mənzilə 5 №-li mənzildən suyun axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 15000 manat ödənilməsi barədə hissəsi ilə bağlı qeyd etmişdir ki, Tələb təmin oluna bilməz. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 973 manat təşkil edir. Lakin həmin rəydə eyni zamanda qeyd olunub ki, 5 №-li mənzilin damından 4 №-li mənzilə su axmamışdır. 5 №-li mənzilin dam örtüyündən 4 №-li mənzilin dam örtüyünə su axa bilər. 4 №-li mənzilə su axmasına səbəb 4 №-li mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Ekspert qeyd edib ki, 5 №-li mənzilin dam örtüyündən 4 № -li mənzilin dam örtüyünə su axa bilər. Dam örtüyündən digər dam örtüyünə axan su isə atmosfer yağıntılarının nəticəsində əmələ gələn sudur. Dam örtüyü öz təyinatına görə atmosfer yağıntılarının tikiliyə daxil olmasının qarşısını almaq üçündür. Əgər atmosfer yağıntıları nəticəsində əmələ gələn su dam örtüyündən tikiliyə daxil olursa, deməli, tam örtüyünün özündə qüsur var. Ekspert də bunu təsdiq edib. Ekspert rəyində qeyd olunub ki, 4 №-li mənzilə su axmasına səbəb 4 №-li mənzilin özünün dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Bu səbəbdən Mülki Məcəllənin 21, 1096 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, su axma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb əsassızıdır.

29. Məhkəmə qarşılıqlı iddianın 4 №-li mənzildə 18 kv metr sahədən (mülkiyyətdə olan sahədən) artıq inşa edilmiş tikililərin (mansard, dam örtüyü) sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi barədə hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb əsassızdır. Belə ki, tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzildə əlavə tikinti işləri aparılıb. Həmin əlavə işlər mənzilin ölçülərinin 4,6x3,8 metr artırılmasından və mənzilin dam örtüyünün sökülərək və kənar divarlar (parapet) hörülərək çardaq tipli (mansard deyil) olmaqla yenidən quraşdırılmasından ibarətdir. Rəydə daha sonra qeyd olunub ki, aparılmış tikinti işləri tikinti norma və qaydalarına uyğun yerinə yetirilməyib. Lakin 5 №-li mənzilin mülkiyyətçisi 4 №-li mənzilə aid olan əlavə tikililərin sökülməsini tələb etmək hüququna malik deyil. Çünki tikinti-texniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzilə aid olan əlavə tikililər 5 №-li mənzilə təhlükə törətmir və 5 №-li mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnu məhdudlaşdırmır. 30. 4 №-li mənzildəki əlavə tikililərin özbaşına tikinti olması faktı öz-özlüyündə qonşu mənzilin - 5 №-li mənzilin mülkiyyətçisinə həmin tikililərin sökülməsini tələb etmək hüququ vermir. Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. 5 №-li mənzilin mülkiyyətçisinin maraqlı tərəf sayılması üçün əsas yoxdur. 5 №-li mənzilin mülkiyyətçisi qarşılıqlı iddia ərizəsində qeyd edib ki, pəncərələri açdığı zaman 4 №-li mənzilə aid olan, özbaşına tikilmiş dam örtüyü ilə qarşılaşır. Lakin hazırkı qətnamə ilə həmin pəncərələrin yerləşdiyi mərtəbənin (3-cü mərtəbənin) sökülməsi qət olunub. Qarşılıqlı iddia ərizəsində qeyd olunan digər dəlillərə isə ekspert rəyində cavab verilib. Rəydə qeyd olunub ki, 4 №-li mənzilə aid olan əlavə tikililər 5 №-li mənzilin mülkiyyətçisinin mülkiyyət hüququnu məhdudlaşdırmır. Bu isə onu təsdiq edir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan dəlillər həqiqi deyil.

31. Qarşılıqlı iddia tələbinin 5 №-li mənzilə su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 13000 manat ödənilməsi barədə hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə də tələb əsassızdır. Belə ki, tikintitexniki ekspertizanın rəyində qeyd olunub ki, 4 №-li mənzilin damından 5 №-li mənzilin yan divarına (12 kv metr sahədə) su sızmışdır. Su sızmasına səbəb 4 №-li mənzilin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün quraşdırılmaması ola bilər. Su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri 1105 manat təşkil edir.

32. Lakin 5 №-li mənzilin mülkiyyətçisinə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktubda qeyd olunub ki, həmin ünvanda qeydiyyatdan keçmiş mənzil söküldüyünə görə texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Göründüyü kimi, qeydiyyatdan keçmiş mənzil (yəni 5 №-li mənzil) sökülüb, ona görə texniki pasportun tərtib edilməsindən imtina olunub. Su sızan yan divara (12 kv metr sahəyə) 5 №-li mənzil üzərindəki mülkiyyət hüququnun şamil olunub-olunmadığı texniki pasportun mə lumatlarına əsasən müəyyən olunur. Texniki pasport olmadığına görə bunu müəyyən etmək mümkün deyil. Odur ki, texniki pasport tərtib edilənə qədər, belə ehtimal mövcuddur ki, həmin divar mülkiyyət hüququnun obyekti olan daşınmaz əşyanın tərkibinə aid deyil. Zərərin əsasında isə hüququn pozulması dayanır. Divar mülkiyyət hüququnun obyekti olan mənzilin tərkibinə aid deyilsə, Mülki Məcəllənin 21, 1096 və 1111.2-ci maddələrinin göstərişlərinə görə 5 №-li mənzilin mülkiyyətçisi mülkiyyət hüququnun pozulmasına əsaslanıb zərərin əvəzini tələb edə bilməz.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21, 180.4, 1096 və 1111.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Qarşılıqlı id diaçılar (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilkin və qarşılıqlı iddiaya münasibətdə işə yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

35. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsini əsaslandırmamış, heç bir maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə öz qərarında Mülki Məcəllənin 180.4-cü maddəsinə istinad edərək apellyasiya şikayətini qismən təmin etməklə yanlış hüquqi nəticəyə gəlmiş, bununla da, Mülki Məcəllənin 152-ci maddəsinin, Konstitusiyanın 13-cü maddəsinin tələblərini də pozmuşdur. Tərəflər arasındakı hüquq münasibəti təxminən 2008-ci il tarixindən yaranmış, İddiaçı Binəqədi Rayon Məhkəməsində məhkəmə iclasında vermiş olduğu ifadəsində 2008-ci il tarix də 4 №-li mənzili aldıqlarını və ora köçdüklərini, mənzili tam tikili və təmirli vəziyyətdə aldıqlarını bildirmişdir. Bundan əlavə tərəflərin izahatları ilə sübut olunmuşdur ki, Cavabdeh2 ailəsi ilə birlikdə 1989-cu il tarixdən 5 №-li mənzildə yaşayırlar. 1995-ci il tarixdə mənzilə qeydiyyat vəsiqəsi əldə etmiş, 2000-ci ildə evin əsaslı təmirinə başlanılmış və 2003-cü il tarixdə təmir tam başa çatmışdır. İddiaçı hazırda yaşadığı mənzil əvvəl Telman adlı şəxsə məxsus olmuş daha sonra isə hal-hazırda da qonşuluqda yaşayan Ağacan adlı şəxsə məxsus olmuş və 2008-ci il tarixində İddiaçı satmışdır. Artıq Nərmin 4№-li evi alanda köhnə qonşuların razılığı ilə ev əsaslı təmir edilmiş və hazırkı vəziyyətinə gətirilmişdi, Nərmin aldığı evə köçəndə də bunu görüb, bilib almışdır. 2003-cü ildən bəri is materialında da olan şəkillərdəki evdə hər hansı bir dəyişiklik edilməmişdir. İlk iddia üzrə iddiaçı həmçinin hüquqdan sui-istifadə edir. Hüquqdan sui-istifadə Mülki Məcəllə ilə qadağandır. Mübahisəli 5 №-li ev 3 mərtəbəli deyildir. Şəkildən görünən tərəf evin arxa tərəfidir, yerin relyefinə görə həmin küçədən baxanda 3 mərtəbəli görünür, həmin hissədən evə giriş yoxdur, lakin giriş tərəfdən (əsas küçədən) evə daxil olunan zaman birbaşa 1-ci mərtəbəyə (məhkəmənin qeyd etdiyi 3-cü mərtəbəyə) daxil oluruq. Məhkəmənin 3-cü mərtəbə dediyi əslində 1-ci mərtəbədir, onun altında isə zirzəmi yerləşir. Məhkəmə yerli baxış təyin etməklə rahat bir şəkildə bu ziddiyyəti aradan qaldıra bilərdi. Bununla məhkəmə işin faktiki hallarına da düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı eti razın dəlilləri

36. İlk iddia üzrə İddiaçı kassasiya şikayətinə dair etirazla məhkəməyə müraciət edərək qarşılıqlı iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-709/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 39. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 40. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır;

43. Maddə 180.1. Əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

44. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

45. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

46. Maddə 560.2. Hüquqd an sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

48. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

51. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki Prosessual Məcəllə

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya insta nsiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, a şağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunması hissədə ləğv olunmaqla mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

60. Apellyasiya məhkəməsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov (hazırda 1-ci Dəmiryol) küçəsi, ev 39 mənzil 4 ünvanında iddiaçının mülkiyyətdə olan 18 kv metr yaşayış sahəsindən artıq inşa edilmiş tikilinin (mansardın, dam örtüyünün) İddiaçı hesabına sökülməsi, əvvəlki vəziyyətinin bərpa edilməsi, 13000 manat məbləğində vurulmuş zərərin ödənilməsi barədə cavabdehlərin qarşılıqlı iddiasını rədd edərkən iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizanın rəyi ilə iddiaçı tərəfindən aparlımış yenidənqurma işlərinin iddiaçya məxsus 5 nömrəli evə təhlükə törətməsinin, 5 nömrəli evdə yaşayan şəxslərin hüquqlarını məhdudlaşdırmasının müəyyən olunmamasına, həmçinin qarşılıqlı iddiaçıların yaşadıqları evin həmin ünvanda əvvəllər qeydiyyatdan keçmiş ev sökülməklə yenidən inşa olunduğuna və yeni texniki pasport tərtib olunmadığına görə cavabdedlərin tələblərinə mülkiyyət hüququnun müdafiəsinə dair normaların tətbiqinin mümkünsüz olması ilə əsaslandırmışdır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qarşılıqlı iddianın rədd olunması hissədə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qarşılıqlı iddianın rədd olunması barədə nəticə mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvinə əsas vermir.

62. İlk iddianın suyun axıdılması nəticəsində dəymiş 15000 manat ziayn tələbinə dair hissədə rədd olunması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi bu məsələnin həllində də düzgün nəticəyə gəlmiş, haqlı olaraq ekspert rəyinə əsasən hesab etmişdir ki, iddiaçıya məxzsus 4 nömrəli evə su axmasının səbəbi həmin evin dam örtüyünün, su navalçasının və əks su novunun düzgün qüraşdırılmaması olmuşdur, pozuntunun baş verməsində cavabdehlərin təqsiri istisna olunur.

63. İlk iddianın cavabdehlərə məxsus 5 nömrəli evin 3-cü mərtəbəsindən evinin damına baxan 2 pəncərənin bağlanması hissədə rədd olunması ilə əlaqədar qeyd edilməlidir ki, bu tələb cavabdehlərə məxsus 5 nömrəli evin 3-cü mərtəbəsinin cavabdehlərin öz hesabına sökülməsi tələbi ilə bölünməzdir, bağlanması tələb olunan pəncərələr 3-cü mərtəbədə yerləşir, 3-cü mərtəbənin sökülüb-sökülməməsindən asılı olaraq həmin tələbə qiymət verilməlidir.

64. İlk iddianın cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında tikinti sahəsində Dövlət standartlarına, tikinti norma və qaydalarına texniki şərtlərə və digər normativ hüquqi aktlara riayət olunmadan aparılmış, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 39 mənzil 4-ün (indiki Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 1-ci Dəmiryol küçəsi ev 39 mənzil 4) divarının üstündən tikdirdiyi qanunsuz 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi tə ləbinin təmin olunması ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, məhkəmə bu məsələnin həlli zamanı tərəflərin təqdim etdikləri sübutlara tam və hərətərfli baxmamış və işin müəyyən edilmiş hallarına uyğun nəticəyə gəlməmişdir.

65. İddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclasları zamanı verilmiş izahatlarda göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən, 18 kv metr sahəsi olan evi 2008-ci il tam tikili vəziyyətdə almış və anası ilə həmin evə köçmüşdür. Cavabdeh tərəf də bu faktı təsdiq etmişdir. İddiaçının adına 22 oktyabr 2008-ci il tarixdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da bu hal öz təsdiqini tapır.

66. İddiaçı tərəf evi alarkən cavabdehlərə məxsus evdə yalnız 3-cü mərtəbədə pəncərələrin açılmasi istisna olmaqlə başqa işlərin görülmədiyini, c avabdeh tərəf isə özlərinə məxsus 5 nömrəli evi söküb yerində başqa ev tikilməsinin 2000-ci ildə başlanıb 2003-cü ildə başa çatdırıldığını, tikinti işlərinin aparılmasına, ümumi divarın üzərində 3-cü mərtəbənin qaldırılmasına 4 nömrəli evin əvvəlki mülkiyyətçisinin etiraz etmədyini göstərmişdir.

67. Sökülməsi tələb olunan tikili (5 nöməril evin 3-cü mərtəbəsi) daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınmamışdır, həmin evin bir divarı qonşu iddiaçının evinin divarı ilə ümumidir, divar tərəflərin ümumi mülkiyyəti hesab olunur. Cavabdehlər tərəfindən 3-cü mərtəbə iddiaçıya məxsus evin əvvəlki mülkiyyətçisinin razılığı ilə inşa edilmişdir. Bu baxımdan da iddiaçının mülkiyyətinə müdaxilə kimi təqdim etdiyi, cavabdehlərin özbaşına tikili inşa etmələri və ondan istifadə etm ələri 4 nömrəli evin mülkiyyətçisi olan iddiaçıya münasibətdə qanunsuz sayıla bilməz. Belə olan halda mübahisənin həlli zamanı iddiaçının mülkiyyətinin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikili inşa etdirmiş cavabdehlərin əmlak mənafeləri diqqətdən qaçırılmamalıdır. Çünki, mülkiyyətçinin icazəsi ilə inşa edilmiş binaların sökülməsi nəticəsində qarşı tərəfin maddi zərərə düşəcəyi şübhəsizdir.

68. Məhkəmə kollegiyası onu da vurğulayır ki, əvvəl verdiyi razılıq əsasında cavabdehlər tərəfindən özlərinə məxsus 5 nömrəli evdə tikinti işlərinin aparılmasını, müəyyən xərclər çəkməsini nəzərə almadan, 4 nömrəli evin mülkiyyətsinin yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini tanısa da, hüquqdan sui-istifadə qadağası ilə həmin səlahiyyətləri məhdudlaşdırmışdır. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı işin düzgün həlli üçün cavabdehlər tərəfindən mübahisəli tikililər inşa edilərkən 4 nömrəli evin əvvəlki mülkiyyətçisinin buna razılıq verib-ver məməsi, sonrakı mülkiyyətçi olan hazırkı iş üzrə iddiaçının uzun müddət həmin tikililərdən cavabdehlərin istifadəsinə etiraz etməməsinin səbəbləri tərəflərin təqdim etdikləri sübutlar və iş materiallarına əsasında aydınlaşdırılmalı, bu araşdırmanın nəticəsindən asılı olaraq ilk iddianın cavabdehlər tərəfindən inşa edilmiş 3-cü mərtəbənin cavabdehlərin öz hesabına sökülməsi hissəsinə hüquqi qiymət verilməlidir.

70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, ilk iddianın təmin olunması hissədə ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldı rmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-709/2022 nömrəli, 14 yanvar 2022-ci il tarixli qətnaməsi qismən, ilk iddianın təmin olunması ləğv edilsin iş həmin hissədə yenidən baxılması üçün ape llyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar