Məhkəmə qərarları › İş №2(102)-5297/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5297/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5297/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5297/20 (Açar sözlər: ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipotekasaxlayana təklif edilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibli yi, Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-3761/2020 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 524/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən “xxxx” ASC-nin xeyrinə 37.545,05 manat borcun tutulması, tələbin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması qət edilmişdir.

2. Həmin qətnamə üzrə verilmiş icra vərəqi Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir.

3. İpoteka predmeti olan mənzil İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən ilkin satış qiyməti 80000 (səksən min) manat olmaqla açıq hərraca çıxarılmışdır.

4. İlkin hərrac baş tutmadığından mənzil 68000 manatla təkrar hərraca çıxarılmışdır.

5. Təkrar hərracda da mənzili alan olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı (Binəqədi rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmaqla) Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq, ona məxsus məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinə dair "Cavabdeh1" ASC-nin ipoteka yüklülüyünə xitam verilməsi və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, Binəqədi rayonu İcra şöbəsinin xx/xx-6482-10 saylı, xx.xx.2017-ci il tarixli sifarişinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzil ilkin satış qiyməti 80000 (səksən min) manat olmaqla açıq hərracdan satılması üçün Hərrac təşkilatçısı “xxxx” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. 8. xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərə əsasən mənzilin açıq hərracdan satılması məqsədilə xx.xx.2017-ci il tarixində saat 11:00-da ilkin hərrac keçirilmişdir. 9. xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlər əsasən isə mənzilin açıq hərracdan satılması məqsədilə təkrar hərracda satış qiyməti 68000 manat olmaqla xx.xx.2017-ci il tarixində 11:00-da təkrar hərrac keçirilm işdir.

10. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. 11. "xxxx" MMC tərəfindən Sifarişçi Binəqədi rayon İcra şöbəsinə, həmçinin məlumat üçün "İpoteka qoyan"a, "İpoteka saxlayan"a göndərilmiş xx.xx.2017-ci il tarixli, 01/3714 saylı məktubda qeyd edilir ki, "xx/xx-3582/10 saylı, xx.xx.2017-ci tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 10 saylı evin 62 saylı mənzilinin satışı ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə "Birja yenilikləri" qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir.

12. Hərraclar baş tutmadığından və tələbkar tərəf indən əmlak əldə edilmədiyinə görə sifariş Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmışdır. 13. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə əsasən bankın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi ipotekaya xitam verilməsinə üçün əsas yaradır.

14. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününün axımı xx.xx.2017-ci il tarixdən başlamış və xx.xx.2017-ci il tarixdə bitmişdir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir.

16. Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi birinci instansiya məhkəməsində iddiya etiraz edərək bildirib ki, hərracın nəticəsi barədə bankda heç bir məlumat yoxdur.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-941/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilə dair ipotekaya xitam verilməsi, həmin mənzil barəsində ipotekaya yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi vəzifəsinin ləğv prosesində olan "Cavabdeh1" ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Solmaz Must afayeva)

18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-524/2013 saylı icra vərəqəsinə əsasən «xxxx» MMC-dən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29997.80 manat əsas, 7397.25 manat faiz, 100 manat dəbbə pulu, 50 manat dəyərində ekspertiza təhqiqatının dəyəri, ümumilikdə 37,545,05 manat borc və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü olan və cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xətai Rayonu, Telnov küçəsi, 10 saylı evin 62 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29997.80 manat əsas, 7397.25 manat faiz, 100 manat dəbbə pulu, 50 manat aparılmış ekspertiza təhqiqatının dəyəri, ümumilikdə 37.545.05 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan qalan vəsait cavabdeh İddiaçı qaytarılması qət edilmişdir.

19. Müəyyən edilib ki, alıcı olmadığından təkrar hərracın baş tutmamış. Bu barədə elan verildikdən sonra “xxxx” MMC tərəfindən ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən "Cavabdeh1" ASC-yə xx.xx.2017-ci il tarixli bildirişin göndərilib və göndərilmiş bildirişdə ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış etmələrini xahiş etməsinə baxmayaraq "Cavabdeh1" ASC 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməyib.

20. Məhkəmə qeyd edib ki, ipoteka saxlayanın öz hüququndan vaxtında istifadə etməməsi, yə ni ipotekasaxlayanın hərəkətsizliyi, qanunvericiliyin tələblərinə əsasən ipoteka qoyana ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.

21. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 62 saylı mənzilə dair ipotekaya xitam verilməli olması qənaətinə gəlmişdir.

22. Bununla belə birinci instansiya məhkəməsi qeyd edib ki, tələb təkcə hüquqi şəxsə, yəni ləğv prosesində olan "Cavabdeh1" ASC-yə qarşı deyil, həmçinin onun ləğvedicisi, yəni qanuni nümayəndəsi kimi fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fonduna qarşı irəli sürülmüşdür. Halbuki ləğvedici yalnız bankın qanuni nümayəndəsi kimi onun işlərini idarə edir, onun adından məhkəmədə çıxış edir və onun məhkəmə qərarına əsasə n gələcəkdə digər bir ləğvedici ilə əvəz olunması istisna olunmur. Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "Cavabdeh1" ASC-nin qanuni nümayəndəsi (ləğvedicisi) olmasına baxmayaraq onun öhdəlikləri üzrə məsuliyyət daşımır və onun üzərinə banka aid vəzifələr qoyula bilməz. Bu səbəbdən də iddia tələbi Əmanətlərin Sığortalanması Fonduna qarşı hissədə təmin edilə bilməz.

23. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 15, 43, 48, Mülki Məcəllənin 60.3, 60.4, 114.3, 116.3, və 117.7-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq xx xxxxxxx 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat

24. Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

25. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, hərracın keçirilməsindən bankın xəbəri olmayıb, nə Hərrac Mərkəzi, nə də Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən ipoteka predmeti ilə bağlı banka təklif gəlməyib.

26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-3761/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi) İkram Şirinov, Anar Tanrıverdiyev)

27. Apelyasiya məhkəməsinin mövqeyinə gö rə birinci instansiya məhkəməsi hazırkı mübahisəyə “İpoteka haqqında” Qanunun 15, 43, 48-ci maddələrini tətbiq edib, iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, hərracın keçirilməsi barədə bank məlumatlı olmayıb, ipoteka predmetinin alınması ilə bağlı nə Hərrac Mərkəzi, nə də Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən banka təklif gəlməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın ın dəlilləri

30. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

31. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmi şdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. [72] Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipot eka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq xx xxxxxxx 2014-cü il tarixli Qərarı Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

34. Hazırkı kassasiya şikayətində tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

36. Belə ki, cavabdeh bankın ləğvedicisi iddiaya etiraz olaraq birinci instansiya məhkəməsində və apelyasiya şikayətində hərrac barədə banka məlumat verilməməsini, ipoteka predmetinin alınması barədə banka təklif daxil olmamasını dəlil kimi irəli sürsə də, onun bu dəlilləri üzrə hər hansı araşdırma aparılmayıb. 37. “İpote ka haqqında” Qanunun 43.1.1 və 43.1.1-4-cü maddələrinə əsasən hərrac aşağıdakı hallarda baş tutmur: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

38. Məhkəmələrin istinad etdiyi “xxxx” MMC-nin Binəqədi rayon icra şöbəsi, "Cavabdeh1" ASC və “xxxx” MMC-yə ünvanlandığı xx.xx.2017-ci il tarixli, 01/3714 saylı məktubda hərracın «İpoteka haqqında» Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutmadığı göstərilib.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın konkret olaraq hansı səbəbdən baş tutması q eyd edilən məktubla müəyyən edilmir. Əgər hərrac iki nəfərdən az alıcının gəlməsi və ya hərracın iştirakçısı olmaması əsası ilə baş tutmayıbsa, belə olan halda, cavabdeh bankın ləğvedicisinin hərrac barədə banka məlumat verilməməsi barədə dəlili əsaslı dəlil kimi araşdırılmalı, gəlinən nəticə də həmin halın araşdırlmasına əsaslanmalı idi. Lakin bu hal araşdırılmayıb.

40. Məhkəmələr xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli bildirişlərlə hərracın keçirilməsi barədə, tərəflərə, o cümlədən tələbkar banka məlumat verilməsini müəyyən etsələr də, həmin bildirişlərin bank tərəfindən alınması halını müəyyən etməmişlər. Məktubun göndərilməsi barədə bildirişin olması, həmin məktubun ünvan sahibinə çatdırılmasını təsdiq etmək üçün yetərli deyil.

41. Həmçinin məhkəmələrin istinad etdiyi “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli, 01/3714 saylı məktubunun cavabdeh bank və ya bankın ləğvedicisi tərəfindən alınıbalınmaması müəyyən edilməyib. Halbuki ipoteka predmetinin alınması barədə banka təklif daxil olmaması barədə dəlillə bağlı bu xüsusat araşdırlmalı idi.

42. Göründüyü kimi, birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmayıb, apelyasiya məhkəməsi də həmin pozuntuları aradan qaldırmayıb.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə v ə işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)3761/2020 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar