Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-53/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığına tətbiq edilən kəsici müddət 28.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, cavabdeh “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2029/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, 05 avqust 2013-cü il tarixdə bankla Cavabdeh2 arasında “Baş kredit razılaşması” bağlanmış, həmin Razılaşmaya əsasən bank kredit alana 05.08.2023-cü il tarixədək 5 000 000 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açmış, 18.11.2015-ci il tarixdə “Baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə” 001 saylı Razılaşma bağlanaraq “Baş kredit razılaşması”nın 2.1-ci bəndi yeni redaksiyada verilmiş və Cavabdeh2 120 ay müddətinə 5 000 000 (beş milyon) ABŞ dolları və ya AZN/RUB/AVRO ekvivalenti məbləğində kredit xəttinin açılması razılaşdırılmış, sözügedən razılaşmaya əsasən Cavabdeh2la bir neçə kredit müqaviləsi bağlanaraq ona müxtəlif m əbləğlərdə kreditlər verilmiş, kreditlərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil ipoteka ilə yüklü edilməsinə dair onunla bank arasında 27.11.2014-cü il tarixdə 267283 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka predmeti qarşılıqlı razılığa əsasən 150 000 manat dəyərində qiymətləndirilmişdir.
2. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, sonradan bankla X və Cavabdeh2lar arasında həmin ipoteka müqaviləsinə əlavə razılaşma bağlanmış, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 79 nömrəli mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair 27.11.2014- cu il tarixli müqavilənin 4.1-ci və 4.2-ci bəndləri dəyişdirilərək ipoteka ilə təmin edilən öhdəlik(lər)in 05 avqust 2013-cu il tarixli Baş Kredit Razılaşması və ona d əyişikliklər edilməsi barəsində 18.11.2015-ci il tarixli 1 saylı Əlavə Razılaşmanı, onun ayrılmaz hissəsi olan kredit müqaviləsini, “Bank Qarantiyasının verilməsinə dair Razılaşma”nı, o cümlədən Bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanan ayrıca müqavilələrdən əmələ gələn mövcud, həm də bankla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən, mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn bütün tələbləri əhatə etdiyi təsbit edilmişdir
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, “xxxx” ASC ilə kredit alan Cavabdeh2 və ipoteka qoyan İddiaçı arasında olan 27 noyabr 2014-cü il tarixli 267283 nömrəli “Daşınmaz Əmlak ın İpoteka Müqaviləsinin sonuncu vərəqəsində “İpoteka qoyan qrafasındakı” “İddiaçı” yazısı və həmin vərəqədə “Kredit alan” qrafasındakı “İddiaçı” yazısı – X tərəfindən icra olunmuşdur.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, “xxxx” ASC ilə İddiaçı (ipoteka qoyan) və Cavabdeh2 (kredit alan) arasında olan 27 noyabr 2014-cü il tarixli 267283 nömrəli “Daşınmaz Əmlakın İpoteka Müqaviləsinin 4-cü vərəqəsində “İpoteka qoyan” qrafasındakı imza – X tərəfindən icra olunmuşdur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, “xxxx” ASC ilə kredit alan Cavabdeh2 və ipoteka qoyan İddiaçı arasında olan 27 noy abr 2014-cü il tarixli 267283 saylı Daşınmaz Əmlakın İpoteka müqaviləsinin sonuncu vərəqəsində “İpoteka qoyan” qrafasındakı imza və “İddiaçı” yazısı– X tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı - cavabdehlər “xxxx” ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən 58,5 kv.m ümumi, 27.1 kv.m yaşayış və 31,4 kv.m yardımçı sahədən ibarət olan 1 otaqlı 79 saylı mənzilinə dair “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.11.2014-cü il tarixli, 267283 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş dir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 avqust 2013-cü il tarixdə Cavabdeh2 (borcalan) ilə “xxxx” Azərbaycan) ASC arasında bağlanmış 115767 nömrəli “Baş kredit razılaşması”na əsasən, həmin Razılaşma əsasında müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün Bank kredit alana 05.08.2013-cü il tarixdən 05.08.2023-cü il tarixədək 5.000.000 (beş milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Sonradan 18.11.2015-ci il tarixdə “Baş kredit razılaşmasına dəyişiklik və əlavələr edilməsi barədə 001 saylı Razılaşma bağlanaraq “Baş kredit razılaşmasının 2.1-ci bəndi yeni redaksiyada verilmiş və Cavabdeh2 120 ay müddətinə 5.000.000.000 (beş milyon) ABŞ dolları və ya AZN/RUB/AVRO ekvivalenti məbləğində kredit xəttinin açılması müəyyən edilmişdir. Sözüged ən “Baş kredit razılaşması”na əsasən Cavabdeh2 ilə bir neçə kredit müqaviləsi bağlanaraq aşağıda qeyd edilən kreditlər verilmişdir; 1 15767-1-8082/2 saylı, 22.10.2013-cü il tarixli “Kommersiya kredit müqaviləsi”nə əsasən restoranların təmiri məqsəd(lər)i üçün (kreditin təyinatı: biznesin inkişafı) 60 ay müddətinə, illik 14,50 faizlə 150.000,00 (bir yüz əlli min) ABŞ doilları məbləğində kredit verilmişdir; 115767-1-8082/2 saylı, 25.11.2014-cü il tarixli “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən investisiya məqsədləri üçün (kreditin təyinatı: obyektin alınması) 36 ay müddətinə, illik 14,50 faizlə 1-ci tranş üzrə 280000,00 (iki yüz səksən min) ABŞ dolları məbləğində, 2-ci tranş üzrə 60000,00 (altmış min) ABŞ dolları məbləğində, cəmi isə 340000,00 (üç yüz qırx min) ABŞ dolları məbləği ndə kredit verilmişdir. 115767-1-8082/2 saylı, 13.01.2015-ci il tarixli “Kommersiya kredit müqaviləsi”nə əsasən yenidən kreditləşmə məqsədləri üçün (kreditin təyinatı: biznesin inkişafı) 60 ay müddətinə, illik 14,50 faizlə 200000,00 (iki yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. “Baş kredit razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən 150 kv.metr ümumi, 80,60 kv.metr yardımçı və 69,40 kv.metr yaşayış sahəsi olan 4 otaqlı, 80 saylı mənzil və xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 58,5 kv.metr ümumi, 27.1 kv.metr yaşayış və 31,4 kv.metr yardımçı sahədən ibarət olan 1 otaqlı 79 saylı mənzil (yeni qaydalarla-Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr-ti, 65, M4, mənzil 1) ipoteka qoyulmuş və bu barədə 115767-NEDV1J1576 saylı, 05.08.2013-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” və 267283 saylı, 27.11.2014-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” bağlanmışdır. Yaşayış evinin girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onları özgəninkiləşdirən və girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Hazırki iş üzrə isə onun xəbəri və razılığı olmadan ona məxsus ünvan 3 ünvanında yerləşən 58,5 kv.metr ümumi, 27.1 kv.metr yaşayış və 31,4 kv.metr yardımçı sahədən ibarət olan 1 otaqlı 79 saylı mənzil ipotekaya qoyulmuş və sözügedən ipoteka müqaviləsində olan imza ona məxsus deyildir. Ona görə də hesab edir ki, ünvan 3 ünvanında yerləşən 58,5 kv.metr ümumi, 27.1 kv.metr yaşayış və 31,4 kv.metr yardımçı sahədən ibarət olan 1 otaqlı 79 saylı mənzilinə dair "xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh2 arasında bağlanmış 27.11.2014-cü il tarixli, 267283 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” etibarsız hesab edilməlidir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 noyabr 2019-cu il tarixli, 2(009)-104/2019 saylı qətnaməsi ilə (hakim R.Qafarova) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
10. Məhkəmə iddia tələbinə qiymət verərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların, yəni, hazırki iş üzrə isə onun xəbəri və razılığı olmadan ona məxsus ünvan 3 ünvanında yerləşən 58,5 kv.metr ümumi, 27.1 kv.metr yaşayış və 31,4 kv.metr yardımçı sahədən ibarət olan 1 otaqlı 79 saylı mənzil ipotekaya qoyulması və sözügedən ipoteka müqaviləsində olan imzanın ona məxsus olmamasının iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə tam təkzib edilməsini qeyd etmişdir.
11. Həmçini n məhkəmə hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəylərinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
12. Bundan başqa işin materiallarından görünür ki, cavabdeh Bank tərəfindən İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə 08.07.2016-ci il tarixdə Səbail rayon məhkəməsində iddia qaldırılmış və həmin məhkəmə prosesi ərzində İddiaçı məhkəmə proseslərində iştirak etmiş, həmin tarixdən də İddiaçı 27.11.2014-cü il tarixli, 267283 saylı “Daşınmaz Əmlakın ipoteka müqaviləsi” barədə məlumatı olmuşdur. Eyni zamanda həmin iş üzrə məhkəmə proseslərində İddiaçı iştirak etmiş onun tərəfindən “Əmlakın qiymətləndirmə ekspertizası və mühasibatlıq” ekspertizasının təyini və aidiyyətlə bağlı ərizələr verilmiş, sonra həmin ərizələr nəticəsində qəbul edilmiş qərardadlardan şikayətlər də verilmişdir.
13. Beləliklə də müəyyən edilmişdir ki, mübahisələndirilən müqavilə 27.11.2014cü ildə iddiaçı tərəfindən imzalanmış, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavil ənin etibarsızlığını şərtləndirən hal ona ən gec 2016-cı ilin avqust ayında artıq məlum olmuşdur. İddiaçı yaranmış hal üzrə mülki hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini yalnız yuxarıda göstərilmiş halların ona məlum olmasından təqribən 2 (iki) il sonra irəli sürmüşdür.
14. Halbuki, MM 354.2-ci maddəsinə əsasən əsasən maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
15. Məhkəmə öz mövqeyini Azərb aycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 354.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2029/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-104/2019 saylı iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatlarının dəyəri olan 710 (yeddi yüz on ) manat pulun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuşdur və bu, mülki qanunvericiliyin əsas prinsiplərindən olan müqavilələr azadlığı” prinsipinin təbii nəticəsidir. İpoteka müqaviləsini bağladığından xəbərsiz olması, müqavilələri imzalamadığı barədə iddiaçının dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, o, bu arqumentlərini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda, həmin dəlili nəz ərə alınaraq keçirilmiş məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri ilə müqavilədəki imzaların onun tərəfindən icra edilmiş olduğu müəyyən olunmuşdur. Kollegiya, iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini də əsaslı hesab edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edildiyi məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmamı ş, məhkəmə bildirişini 28.02.2020-ci il tarixində əldə etmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı “xxxx” ASC-nin vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə İddiaçı və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. (maddə 354.2) Mülki Prossesual Məcəllə
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İddiaçının apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qəbul edildiyi məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə bildirişin çatdırılması barədə qəbzd ə bildirişin çatdırılma tarixi 28.02.2020 olsa da, iş materiallarında olan SMS bildirişdən görünür ki, İddiaçı apelyasiya instansiyası məhkəməsinin 26.02.2020 tarixli məhkəmə iclasının vaxtı və yeri barədə ********* telefon nömrəsinə 20.02.2020-ci il tarixində SMS bildiriş göndərilməklə məlumatlandırılmışdır.
37. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məh kəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2029/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.