Məhkəmə qərarları › İş №2(102)-5305/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5305/2022

05.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5305/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması, kassasiya şikayəti vermə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisi) qarşı kredit müqaviləsin in ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-564/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin (bundan sonra – Notariat Ofisi) xüsusi notariusu tərəfindən təsdiq edilmiş, Cavabdeh (bundan sonra – borcverən və ya cavabdeh) ilə İddiaçı Vəzixan qızı (bundan sonra – borcalan və ya iddiaçı) arasında bağlanmış 1 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcverən borcalana 4000 manat pul məbləğinin faizsiz borc vermiş, borcalan krediti 1 yanvar 2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 1 mart 2019-cu il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində yerləşən notariat ofisində 3M-95 nömrə ilə reyestrdə qeyd edilməklə bağlanan kredit müqaviləsinin borcun ödənilməsi səbəbi ilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1939/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 424.2, 427.3, 527.2, 528, 529.1, 529.3, 529.5, 529.6, 739.2-ci maddələrinə istinad la əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-564/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 424.2, 427.3, 527.2, 528, 529.1, 529.3, 529.5, 529.6, 739.2-ci maddələrinə is tinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin hallarından da göründüyü kimi, iddiaçı öz öhdəliyinin icrasını tamamilə yerinə yetirərək, bu halı verdiyi izahatla (nümayəndəsinin vasitəsilə), kredit müqaviləsinin 6-cı bəndində nəzərdə tutulduğu qaydada borcverənin müvafiq qeydinin məhz onun tərəfindən yazılmasını təmin etmişdir. Apellyasiya instansiya məhkəməsi işi tam araşdırmamış, işin əhəmiyyət kəsb edən hallarını nəzərə alma mışdır.

10. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 217.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçı van Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

13. Maddə 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri

14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-5305/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir.

16. İş öyrənilərkən müəyyən edilmişdir ki, kassasiya şikayəti MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

17. Belə ki, MPM-in 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin müb ahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

18. Baxılan iş üzrə iddia tələbi 4000 manat pulun borc verilməsi barədə kredit müqaviləsinin ləğvindən ibarətdir. İddiaçı öz tələbini həmin borcu qaytardığı ilə əsaslandırır. Göründüyü kimi iddiaçının öz tələbini necə adlandırmasından asılı olmayaraq hazırkı mülki mübahisə 4000 manat məbləğində pul vəsaitinin qaytarılıb-qaytarılmadığı ilə bağlıdır. MPM-in 402.1.-ci maddəsinə əsasən belə işlər dən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)5305/2022 nömrəli qərardadı ləğv edilərək, kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 402.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-564/2022 nömrəli, 31 may 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 05 sentyabr 202 2-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-5305/22 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar