Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5311/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(103)2830/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim B.Ş.Məmmədov, iş № 2(011)-9738/2018) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək bir uşağın saxl anılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda uşağın üç yaşına çatana kimi hər ay cavabdehdən iddiaçının xeyrinə 50 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, Ş.Ə.Məhərrəmova və İ.K.Xəlilov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 10 dekabr 2018ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmasına dair hissədə ləğv edilmiş və bir uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat məbləğində aliment tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. İşin halları: T ərəflər 21 aprel 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuşdur. 2018-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən uşağı yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat, 3 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayəti verərək alimentin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş məbləğinin azaldılmasının və 3 yaşına çatana kimi alimentin tutulmasına dair hissədə iddianın rədd olunmasının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələb inə uyğun olmamaqla qətnamənin uşağın təminat səviyyəsinin maksimum saxlanılmasına dair qanunun tələbinə cavab verməməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin əldə etdiyi aylıq gəlir 300 manat məbləğində əmək haqqından və 40 manat məbləğində müavinətdən ibarətdir və öhdəsində əmək qabiliyyəti olmayan valideynləri vardır. Göstərilənlərlə əlaqədar kollegiya hesab etmişdir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı 160 manat məbləğində müəyyən olunmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı onun maddi vəziyyətinə və qazancına, eləcə də ölkədə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyğun olduğundan, kollegiya alimentin miqdarına münasibətdə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşağın üç yaşına çatana kimi cavabdehdən alimentin tutulmasına dair hissədə iddianı rədd edərkən, kollegiya hesab etmişdir ki, cavabdehin əlavə aliment ödəmək imkanına malik olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmin hissədə gəldiyi nəticəni əsaslandırarkən Ailə Məcəlləsinin 86-cı maddəsinə istinad etmişdir. Qanunun həmin normasına görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada ) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Kollegiya hesab edir ki, iddianın həmin hissədə rədd olunması qanunun tələbinə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5311/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5311/2019
31.07.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver