Məhkəmə qərarları › İş №2(102)-5333/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5333/2019

09.12.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5333/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili ***, Cavabdeh2 vəkili İbadov Zaur Fəzail oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(107)-459/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəki şəhər 1 saylı Notariat Kontoruna və 3-cü şəxs Şəki rayonu İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqısatqısına dair onunla Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2011-ci il tarixli, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə təqdim edərək, iddiasının cavabdehlər Cavabdeh3, Şəki şəhər 1 saylı Notariat Kontoruna və 3-cü şəxs Şəki rayonu İcra Şöbəsinə qarşı hissəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2 (075)-4045/2016 nömrəli qərardadına əsasən İddiaçı iddia təl əbinin cavabdehlər Cavabdeh3, Şəki şəhər 1 saylı Notariat Kontoruna və 3- cü şəxs Şəki rayonu İcra Şöbəsinə qarşı hissəsi baxılmamış saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi ilə (hakim K.Süleymanov) İddiaçı iddiası təmin edilmiş, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2011-ci il tarixli alqısatqı müqaviləsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilələr əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi qət edilmiş, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərci özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2018-ci il tarixli 2(107)61/2017 nömrəli (sədrlik edən M.A.Əsədli, hakimlər V.K.Qasımov və Ə.T.Məcidov) qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2011-ci il tarixli, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011ci il tarixli alqı-satqı müqavilələri və onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli 2(102)428 7/2017 nömrəli (sədrlik edən Ə.Ə.Şadiyev, hakimlər A.Ə.Hüseynov, İ.K.Dəmirov) qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2ayrıayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verərək, Ali Məhkəmənin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra - Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı- satqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dai r mülki iş üzrə Azərbaycan Respublikası Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli 13(102)7(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikas ı Ali Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli 2(102)-4287/2017 nömrəli və onunla bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2018-ci il tarixli 2(107)-61/2017 nömrəli qətnaməsi Cavabdeh1 ilə F.Adögözəlov arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(107)-459/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(075)-4045/2016 saylı qətnаməsi Cavabdeh1 ilə Cavab deh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilmiş, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(107)-459/2019 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(107)-459/2019 nömrəli qətnaməsindən kassasiya ş ikayəti verərək, onun ləğv, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində istinad edilən müqavilənin müqavilə tərəfi olmayan şəxs tərəfindən ləğvinin qanunvericiliklə nəzərdə tutulmaması bildirilsə də, apellyasiya instanisyası məhkəməsi bu dəlilə və bununla yanaşıə digər dəlillərə qiymət verməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Süleymanov Türkel Hümbə t oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili İbadov Zaur Fəzail oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Şəki şəhəri 01 saylı Notariat Kontoru, üçüncü şəxs Şəki rayon İcra Şöbəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası qəbul etdiyi 08.02.2019-cu il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli qətnаməsini R. Süleymanov ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edib, iddia tələbini həmin hissədə təmin edib, Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edərkən maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 13 yаnvаr 2011-ci il tаrixli, MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"a əsasən *** nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinə Məmmədоv Məmməd Müslüm оğlunun mülkiyyət hüququ qeydiyyаtа аlınmışdır. Şəki rаyоn 1 sаylı Dövlət Nоtаriаt Kоntоrundа təsdiqlənmiş 13 yаnvаr 2011-ci il tаrixli аlqı-sаtqı müqаviləsinin surətindən görünür ki, Məmmədоv Məmməd Müslüm оğlu mülkiyyətində olan *** nöm rəli ünvаndа yerləşən fərdi yаşаyış evini 660000 mаnаtа Süleymаnоv Rövşən Аsim оğlunа sаtmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 03 fevrаl 2011-ci il tаrixli MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"ın surətindən görünür ki, *** nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinə*** mülkiyyət hüququ qeydiyyаtа аlınmışdır. Şəki rаyоn 1 sаylı Dövlət Nоtаriаt Kоntоrundа təsdiq edilmiş 25 mаy 2011-ci il tаrixli, АN-İ seriyаlı ******* nömrəli dаşınmаz əmlаkın аlqı-sаtqı müqаviləsinin surətindən görünür ki, ***mülkiyyətində olan *** nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evini *** 400000 manata sаtmışdır. Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 26 mаy 2012-ci il tаrixli MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"a əsasən *** nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinə Аdıgözəlоv Fаmil Kаmil оğlunun mülkiyyət hüququ qeydiyyаtа аlınmışdır. İddiaçı Məmmədоv Məmməd Müslüm оğlu tərəfindən cavabdeh Süleymаnоv Rövşən Аsim оğluna göndərilmiş məktubdan və həmin məktubun göndərilməsi barədə poçt göndərişindən görünür ki, iddiaçı Məmmədоv Məmməd Müslüm оğlu cavabdeh Süleymаnоv Rövşən Аsim оğluna *** nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evinin alqı-satqısı ilə bağlı aralarında bağlanmış müqavilə əsasında ödəməli olduğu pulu ödəməsin i tələb etmiş, əks halda müqavilənin ləğv olunacağını bildirmişdir. Məhkəmə kollegiyasının 30 yanvar 2019-cu il tarixli iclasında əlavə şahid qismində dəvət olunmuş X1 ifadə verərək bildirmişdir ki, Rövşəni yerli adam kimi, İddiaçı da sürücüsü işlədiyi uşaqların atası kimi tanımışdır. O, Bakı şəhərində təxminən beş il müddət, yəni 2011-ci ilin may ayınadək İddiaçı uşaqlarının sürücüsü olmuşdur. 2011-ci ilin may ayında isə ayrı iş taparaq İddiaçı ayrılmışdır. 2011-ci ilin aprel ayının əvvəllərində, səhv etmirsə aprelin 11-də (ona görə yadında qalıb ki, hər il aprel ayının 10-u İddiaçı ad günü qeyd olunur) İddiaçı ad günündən bir gün sonra İddiaçı ona zəng edərək onu Bakı Əyləncə Mərkəzinə aparmağı tapşırmışdır. O da həmin gün İddiaçı Bakı Əyləncə Mərkəzinə aparmışdır. İddiaçı həmin vaxt tel efonla Rövşənin qardaşı Rasimlə də danışmışdır. Onlar həmin mərkəzə çatanda İddiaçı avtomaşından düşərək, həmişəki kimi uca səslə “burda *** kimdir” deyə soruşmuşdur. Orda olan *** adlı şəxs özünü təqdim edəndən sonra onlar - Məmməd, *** və o birlikdə cay stolu arxasında oturmuşlar. Bir az keçmiş Rövşənin qardaşı Rasim də həmin yerə gələrək onlarla birlikdə əyləşmişdir. Çay stolu arxasında Məmmədlə *** uzun müddət Məmmədə məxsus olan Şəki şəhərində yerləşən evdən danışmış, hətta M.X2 hərəkətlərindən və onun başına açdığı oyunlardan danışmışdır. *** də onda “bu neçə hacıdır” deyə Aqili məzəmmət etmişdir. Onlar çay stolu arxasında oturarkən xeyli müddət pul, ev alqı-satqısı barədə söhbət oldu və *** də həmin mübahisəli evlə bağlı gedən söhbətlərdən xəbərdar olurdu. Çünki bütün söhbətlər ** *in yanında gedirdi. Bildiyinə görə həm İddiaçı, həm də Rövşəni bu oyuna salan Aqil adlı şəxs olub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh1 və F.Adıgozəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 iyul 2018-ci il tarixli Qərarına əsasən İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqısatqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı ilə R. Süleymanov ilə Cavabdeh2 arasında bağlanmış 25 may 2011- ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv ed ilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli, 13(102)7(k)/2018 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli, 2(102)-4287/2017 saylı qərarı və onunla bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli, 2(107)- 61/2017 saylı qətnaməsi Cavabdeh1 ilə F.Adıgozəlov ar asında bağlanmış 25 may 20111-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv olunmuşdur. İş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli, 13(102)7(k)/2018 nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2017-ci il tarixli, 2(107)-61/2017 saylı qətnaməsi Cavabdeh1 ilə F.Adığozəlov arasında bağlanmış 25 may 20111-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində ləğv edilib, mülki iş yeni apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edil ən Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu iş üzrə Qərarına istinad olunaraq göstərilmişdir ki, “qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin müqavilənin etibarsızlığına dair iş üzrə 27 may 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə yenidən baxılarkən iddia müddətinin ötürülüb-ötürülməməsinin, *** vicdanlı əldə edən olub-olmamasının yoxlanılmasına dair göstəriş verilmişdir. Bu göstərişin yalnız bir hissəsi yoxlanılmış, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməmiş, digər göstəriş üzrə heç bir araşdırma aparılmamışdır. Beləliklə, *** vicdanlı əldə edən olub-olmaması məsələsinin yoxlanılması yalnız müqavilənin etibarsızlığına dair kassasiya instansiya məhkəməsinin 27 may 2015-cil tarixli qə rarında göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu müqavilələrin ləğv edilməsinə dair iş üzrə kassasiya instansiya məhkəməsi tərəfindən MPM-nin 82.3-cü maddəsinə istinad edilməsini əsassız hesab etmişdir. Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı müqavilələrin ləğv edilməsinə dair iş üzrə kassasiya instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarında MPM-nin 82.3-cü maddəsi səhv təfsir edildiyindən *** Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, bu iş üzrə məhkəmələr tərəfindən Konstitusiyanın 60-cı maddəsinin, 127-ci maddəsinin İİ və İV hissələrinin, MPM-nin 9 və 88-ci maddələrini n tələbləri pozularaq, mübahisəli evin F.Adığözəlov tərəfindən qanuni əsaslarla alınmasına dair Cavabdeh1, Cavabdeh2, onların nümayəndələri və vəkili tərəfindən irəli sürülən dəlillər üzrə araşdırma aparılmamış, bu dəlilləri təsdiq və ya təkzib edən sübutlara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəflərin izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən etmişdir ki, Cavabdeh1la İddiaçı arasında mübahisəli evə dair alıcı tərəfindən satıcıya 660.000 manat ödəmək öhdəliyi ilə 13 yanvar 2011-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş, bundan bir neçə ay keçdikdən sonra isə, yəni 25 may 2011-ci il tarixdə Cavabdeh1 həmin evi 400.000 manatın müqabilində (aldığı qiymətdən 260.000 manat aşağı qiymətə) F.Adıgozəlova satmışdır. Qeyd olunan məsələlər a pellyasiya kollegiyasının iclasında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı, Cavabdeh1 qardaşı Rasim, Cavabdeh2 2011-ci ilinin aprel ayının əvvəllərində Bakı şəhərində Bakı Əyləncə Mərkəzində görüşmüş, mübahisə predmeti olan evlə bağlı söhbət etmişlər. Cavabdeh2 da həmin görüşdə bilavasitə söhbətdə iştirak etməklə alqı-satqı predmeti olan evin mübahisəli olduğundan, həmçinin tərəflər arasında xeyli məbləğə dair pul mübahisəsinin olmasından məlumatlı olmuşdur. Bundan əlavə Cavabdeh1 özünün də etirafından göründüyü kimi onun F.Adığözəlova aralarında olmuş ticarət münasibətlərindən 400.000 manatdan yuxarı borcu olmuş, lakin həmin borcu qaytara bilmədiyindən, borcun əvəzi olaraq həmin evi F.Adıgzəlovun adına sənədləşdirmişdir. İşin bu halı Cavabdeh1 tərəfindən də mübahisələndirilmir. Buradan da göründüyü kimi Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış müqavilə heç də, alqı-satqı müqaviləsinin mahiyyətinə və məqsədinə uyğun gəlməyərək, borcun əvəzləşdirilməsi, eyni zamanda tərəflər arasındakı mübahisənin “sakitləşdirilməsindən” ibarət olmuşdur. Məhkəmə kollegiyasının iclasında o da müəyyən edilmişdir ki, mübahisəli ev sonuncu dəfə Cavabdeh2 satılmasına baxmayaraq evin açarları İddiaçı olmuş, həmin evdən bu günə kimi iddiaçı istifadə etmişdir. Deməli, buradan da belə çıxır ki, mübahisəli ev Cavabdeh2 adına sənədləşdirilməsinə baxmayaraq hələ də sonuncuya təhvil verilməmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, Cavabdeh2 apellyasiya şikayəti ilə qismən razılaşaraq qeyd etmişdir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslı olsa da, iddianın rədd edilməsi üçün kifayətedici hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın olmuşdur ki, Аzərbаycаn Respublikаsı Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidmətinin Şəki Ərаzi İdаrəsi tərəfindən verilmiş 13 yаnvаr 2011-ci il tаrixli MА seriyаlı ******* nömrəli "Hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən çıxаrış"a əsasən Şəki şəhəri B. Vаhаbzаdə (keçmiş F.Аbdurаhmаnоv) küçəsi 19 nömrəli ünvаndа yerləşən fərdi yаşаyış evi iddiaçı Məmməd Məmmədоvun adına tam mülkiyyət hüququ üzrə qeydiyyаtа аlınmışdır. Həmin mübahisəli fərdi yaşayış evi Şəki rаyоn 1 sаylı DNK-dа təsdiqlənmiş 13 yаnvаr 2011-ci il tаrixli а lqı-sаtqı müqаviləsinə əsasən 660000 mаnаtа cavabdeh ***a satılmış, sonuncu da öz adına reyestrdən çıxarış almışdır. Lakin tərəflər arasında uzun sürən mübahisədən sonra həmin müqavilə və onun əsasında verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Bundan sonra Şəki rаyоn 1 sаylı DNK-u tərəfindən təsdiq edilmiş 25 mаy 2011-ci il tаrixli аlqı-sаtqı müqаviləsinə əsasən cavabdeh *** iddiaçıdan aldığı həmin mübahisəli evi 400.000 manat borcunun müqabilində Cavabdeh2 adına sənədləşdirmiş, hətta özünün dediyinə görə də sənədləşməni özü aparmış, sənədləşməyə dair çəkmiş olduğu xərci də bu günə ki sonuncudan ala bilməmişdir. Apellyasiya kollegiyası sonuncu alıcı Cavabdeh2 qeyd olunan mübahisəli evi qanuni əsaslarla əldə edib-etməməsinə, eləcə də həmin evi alarkən vicdanlılıq nümayiş etdirməsini araş dıraraq belə qənaətə gəlmişdir ki, nə qədər ki, F.Adgözəlov Bakı Əyləncə Mərkəzində İddiaçı və Cavabdeh1 qardaşı Rasimlə birlikdə olub, yaranmış pul və mübahisə predmeti olan əmlak mübahisəsindən məlumatlı olmuşdur, onda sonuncunun doğrudan da sözügedən mübahisəli evi alqı-satqı yolu ilə əldə etməsi, alqı-satqının əvəzində satıcıya evin real dəyərini ödəməsi və əldə edərkən vicdanlı olması, həmçinin Cavabdeh1 660.000 manata aldığı evi bir neçə aydan sonra 260.000 manat aşağı qiymətə, yəni 400.000 manata satması məhkəmə kollegiyası tərəfindən heç də inandırıcı görünmür. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 özü öz izahatında F.Adgözəlova 400.000 manatdan yuxarı borcu olduğunu, alqı-satqı müqaviləsini də məhz həmin borcun əvəzi olaraq Cavabdeh2la bağladığını etiraf etmişdir. İşi n bu halından da göründüyü kimi mübahisəli evə dair sonuncu alıcı Cavabdeh2 qeyd olunan mübahisəli evi heç də qanuni əsaslarla və vicdanlı alıcı qismində deyil, ticarət münasibətləri nəticəsində Cavabdeh1 ona yaranmış borcunun əvəzində əldə etmişdir. Belə ki, işin müəyyən olunmuş halllarından aydın olur ki, tərəflər arasında əvvəllər kоmmersiyа münаsibəti olmuş, mübahisəli fərdi yaşayış evi də məhz bu kommersiya münasibətlərindən yaranmış borcun “qurbanı” olmuşdur. Tərəflər arasında bağlanmış 25 may 2011-ci il tarixli müqavilənin rəsmiləşdirmə prosesinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilə formal olaraq rəsmiləşdirilməklə, əsl həqiqətdə alqı-satqı müqaviləsinin mahiyyətinə uyğun gəlmir. Çünki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə gö rə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar (M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarixli Qərar). Apellyasiya kollegiyası Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından da qeyd olunan müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həq iqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almış, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmışdır. Qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız olması sübut edilməyənədək vicdanlı hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları o na məlum olsun və bu iddialar sonradan qanuni sayılsın. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı hüquq normalarına istinad etmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin: 6.2-ci mаddəsinə əsаsən fiziki və hüquqi ş əxslər mülki hüquqlаrı öz mənаfelərini gerçəkləşdirmək üçün irаdələrinə uyğun olаrаq əldə edir və həyаtа keçirirlər. Onlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvericiliyə zidd olmаyаn hər hаnsı müqаvilə şərtləri qoymаqdа sərbəstdirlər. 386.1.-ci mаddəsinə əsаsən öhdəliyin əmələ gəlməsi üçün оnun iştirаkçılаrı аrаsındа müqаvilə оlmаlıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adət ən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kr editor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Apellyasiya kollegiyası yuxarıda qeyd edilə nlərə istinad edərək hesab etmişdir ki, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Beləliklə də, Cavabdeh2 Şəki şəhəri B.Vahabzadə küçəsindəki 19 saylı evin alqı-satqısına dair Cavabdeh1 ilə arasında 25 may 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlayarkən həmin evin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh1 arasında mübahisə olduğunu əvvəlcədən bilmişdir. Mübahisə predmeti olan həmin fərdi yaşayış ev ini Cavabdeh1 əldə edən Cavabdeh2 əqdin legitimsizliyindən, eyni zamanda əldə olunmuş əmlaka digər şəxslərin mümkün iddialarından xəbəri olduğundan o, vicdanlı alıcı hesab edilə bilməz. Kassasiya kollegiyası apellyasiya instanisyası məhkəməsinin yuxarıda gəldiyi nəticəni və onun hüquqi əsaslandırması ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi apellyator Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə, xüsusən də Mülki Məcəllənin 421-ci maddəsinə əsasən İddiaçı müqavilə tərəfi olmadığı müqaviləni ləğv etmək hüququnun olmaması ilə bağlı iş üçün mühüm əhəmiyyt kəsb edən dəlilinə qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissə sində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Eyni zamanda S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən m üddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırm aq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edilməsinə dair nəticəsinin əsaslandırmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərarı; Hiro Bilani işi üzrə 9 dekabr 1994-cü il tarixli qərarı). Göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iş üçün əhəmiyyətli olan dəlillərinə qiymət verməli olduğu halda halda bunu etməmiş və nəticədə Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad edilən müdd əalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman maddi və prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe baxımından mülki mübahisənin qanuni həlli üçün işə baxa n məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin bu iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən müqavilə tərəflərinin müqavilə üzrə vicdanlılığına qiymət verməmişdən əvvəl iddiaçının ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv h üquqa malik olub-olmamasına qiymət verməlidir. İddiaçının subyektiv hüququna qiymət verərkən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(107)459/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar