Məhkəmə qərarları › İş №2(102)-5336/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5336/2019

16.08.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5336/2019 16.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh-nin Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməs i barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh-yə qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi və girov qoyulmuş əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İsmayıllı rayon məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Şirinov, iş 2(037)-31/2018) İddiaçı Cavabdeh-ə qarşı “müqavilə üzrə öhdəliklərə xitam verilməsi və girov qoyulmuş əşyaların qaytarılması” tələbi barədə iddiası rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidovvə İ.Quliyev, iş № 2(107)-975/2018) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(037)-31/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov(sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov, iş № 2(102)-6700/2018) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynovvə V.Məlikov, iş № 2(107)-324/2019) apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tar ixli, 2(037)-31/2018 saylı qətnаməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12.03.2015-ci il tarixli ÇÇİ 713486 nömrəli müqaviləyə əsasən öhdəliyə (girovla təmin edilmiş öhdəliyə) xitam verilməsi, 08 adda zərgərlik məmulatı- 03 ədəd 11,5 qram çəkidə 750 əyarlı moneta -862,50 manat, 01 ədəd 08 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl onluq -600,00 manat, 01 ədəd 6,5 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl beşlik -487,00 manat, 01 ədəd 5,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 330,00 manat, 01 ədəd 4,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 264,00 manat, 01 ədəd 6,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl üzük 390,00 manat, 01 ədəd 6,5 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl sırğa 390,00 manat və 01 ədəd 7,4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl zəncir - 444,00 manat və ya onların ümumi dəyəri 3767.11 (üç min yeddi yüz altmış yeddi manat on bir qəpik) manatın Cavabdeh-dən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qızıl-zinət əşyalarının dəyərinin qalan hissəsində təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə – Dövlət Xəzinədarlıq Agentliyinin hesaba keçirilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rə dd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub- olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməs i müəyyən etmişdir ki, Cavabdeh tərəfindən verilmiş 12.03.2015-ci il tarixli ÇÇİ 713486 nömrəli girov biletinə əsasən İddiaçı aylıq 12 faiz ödəmək şərti ilə 600 manat məbləğində kredit verilmiş və öhdəliyin icrasının təminatı kimi, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq İddiaçı 3 ədəd 11.5 qram çəkidə 750 əyyarlı sikkəyə bənzər lom, 1 ədəd 8 qram çəkidə 750 əyyarlı onluq sikkə, 1 ədəd 6.5 qram çəkidə 750 əyyarlı beşlik sikkə, 1 ədəd 5.5 qram çəkidə 583 əyyarlı üzük, 1 ədəd 4.4 qram çəkidə 583 əyyarlı üzük, 1 ədəd 6.5 qram çəkidə 583 əyyarlı üzük, 1 cüt 7.4 qram çəkidə 583 əyyarlı sırğa və 1 ədəd 2.4 qram çəkidə 583 əyyarlı boyunbağı Cavabdeh-yə girov qoyulmuşdur. Girov biletində mübahisəli qızııların ümumi dəyəri 672 (altı yüz yetmiş iki) manat qiymətləndirilmişdir. 12.03.201 5-ci il tarixli ÇÇİ 713486 nömrəli girov biletinin üzərinə vurulmuş və üzərində “Ödənilib İmişli” qeydi olan ştamplara görə, iddiaçı tərəfindən 28 aprel 2015-ci tarixdən 15 may 2016-cı il tarixədək 12 dəfə ayrı-ayrı vaxtlarda aylı ödəniş edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Cavabdeh-nin nümayəndəsi girov qoyulmuş əşyaların qaytarılması üçün İddiaçıla razılığa gəlmək üçün onunla görüşüb girov qoyulmuş əşyaları ona təqdim etsə də, sonuncu qızılların hamısının ona məxsus olmadığını əsas gətirərək qarşı tərəflə razılaşmamış və bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Mübahisəli qızıl-zinət əşyalarının dəyəri ilə bağlı keçirilmiş ekspert rəyinə görə, qeyd olunan qızıl-zinət əşyalarının 2019-cu ilin yanvar ayına, respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri hesablama yolu 3767.11 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 295, 194.1, 294.1.1, 294.2, 296.1, 302.1, 302.7, 6.2, 386.1, 399.1, 16, 560.1, 560.2, 157.2-ci maddələrini tətbiq etmişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hi ssəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərmə klə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orad a aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar