Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5338/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 23 avqust 2019-cu il İŞ № 2(102)-5338/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(103)7460/2019 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 2(003)-2273/20 18 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.Ə.Axundova) İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Bakı şəhəri, 7 saylı Xüsusi Notariat Kontoruna qarşı “bağışlama müqavilələrinin ləğv edilməsi, alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin geri qatarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi” tələblərinə dair iddiası “bağışlama müqaviləsinin ləğv edilməsi” hissəsində rədd edilib. Eləcə də həmin məhkəmənin 30 iyul 2018-ci il tarixli qərardadı ilə “bağışlama müqavilələrinin ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin geri qatarılmaqla üzərində mülkiyyət hüququnun bərpa edilməsi” tələblərinə dair iddiası üzrə mülki işin icraatına “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hi ssəsində xitam verilib. İddiaçı ayrıca qərardaddan şikayət, qətnamədən isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(103)7460/2019 saylı qərardadı ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdənova və F.F.Babayev) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 30 iyul 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. İddiaçı qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 arasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yeni sahə, ev 3/434-də yerləşən, yaşayış sahəsi 146,5 kv.metr, yardımçı sahəsi 232,3 kv.metr, ümumi sahəsi 378,8 kv.metr olan fərdi yaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən sahəs i 114,2 kv.metr olan qeyri-yaşayış sahəsinə dair bağlanmış, notarial qaydada təsdiq edilmiş 06 iyun 2016-cı il tarixli bağışlama müqavilələrinin ləğv edilməsi, eləcə də həmin daşınmaz əmlakalara dair Cavabdeh2lə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 11 avqust 2016-cı il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin yaşayış və qeyri-yaşayış sahələrinin ona qaytarılmaqla üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şik ayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, vəkili X1, cavabdehlər Cavabdeh2, X2 və Bakı şəhəri, 7 saylı Xüsusi Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏ SƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı nümayəndəsi və vəkili Xnın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddia tələblərinin “alqı-satqı müqvilələrinin etibarsız hesab edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam ve rərkən ona əsaslanıb ki, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X2ya qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” barədə iddia tələbləri rədd edilib. Sonradan həmin işə apellyasiya və kassasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Hazırda İddiaçı eyni cavabdehlərə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə təkrar “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb. Ona görə də birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə istinad edib, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını əsas tu tub mülki işin icraatına “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hissəsində xitam verməklə düzgün nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozub. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol ver ilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış olsun və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. İlk öncə nəzərə alınmalıdır ki, mübahisə tərəflərinin eyniliyi o, halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. Mübahisə tərəflərinin eyni olub-olmaması haqqında məsələ həll olunarkən nəzərə alınmalıdır ki, burada tərəf anlayışına yalnız Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinin tələbləri baxımından yanaşmaq olmaz. Həmin maddəyə görə, prosesdə tərəflər yalnız iddiaçı və cavabdeh hesab edildiyi halda, mübahisə tərəfləri daha geniş dairəni nəzərdə tutur. İddianın predmeti isə iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə- iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin onun həmin cavabdehə qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. Eyni predmet üzrə iddia tələbinin həcminin artırılması və ya azaldılması iddianın predmetini dəyişdirmir. Belə olan halda əvvəlki iddia tələbi yenidən irəli sürülərkən tərəflər və iddianın əsası dəyişmədikdə işin icraatına xitam verilir. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə- iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu mü nasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Apellyasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini pozaraq, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə rədd edilmiş, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və evə köçürülmə” barədə iddia tələblərinin əsasları ilə hazırkı iddia tələblərinin əsaslarının eyni olub-olmamasını, eyni əsasların nədən ibarət olmasını aydınlaşdırmadan, hansı dəlillərə əsasən iddiaçının şikayətini təmin etmədiyini qərardadda göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki iddiaçı, iddia ərizəsində, şikayətində iddia edir ki, hazırkı iddia tələblərinin irəli sürülməsi üçün yeni əsaslar əmələ gəlmişd ir. Belə ki, əvvəlki mülki iş üzrə məhkəmə mübahisəsi başa çatdıqdan sonra Cavabdeh1 istintaq orqanında mübahisə predmeti olan daşanmaz əmlakları satın almamasını, həmin daşınmaz əmlaklara dair müqavilələri formal, görünüş üçün bağlmasını göstərib etirafedici ifadələr vermişdir. Bu kimi yeni əsaslar əmələ gəlsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırmadan, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına dair səhv nəticəyə gəlib. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, iş üzrə icraata xitam verilməsi, işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə, prosesin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəm ə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəməvasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şə xslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya instansiyası məhkəməsi hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(103)-7460/2019 saylı qərardadı ləğv edildi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərarqəbul edildiyiandan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5338/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5338/2019
23.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver