Məhkəmə qərarları › İş №2(103)-453/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-453/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-453/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Salayev X8, Cavabdeh1 İnşaallah oğlu, Cavabdeh2 və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Salayev X5, Cavabdeh1 İnşaallah oğluna, Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 İnşaallah oğlunun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında bağlanmış və Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə reyestrdə 4Ə/01-95 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmin qeyriyaşayış sahəsinə dair Salayev X8 ilə Cavabdeh2 arasında 2013-cü ildə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında bağlanmış və Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə reyestrdə 4Ə/01-95 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Salayev X8 adına xx.xx.2006-cı ıl tarixdə ********* qeydiyyat nömrəsi ilə (Seriya MH N ******* sayı çıxarışla təsdiqlənmiş) aparılmış qeydiyyatın, Salayev X8 ilə Cavabdeh2 2013-cu ildə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə (Senya MH N ******* sayı çıxarışla təsdiqlənmiş) aparılmış qeydiyyatın və həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 Haçı oğlu ilə Salayev X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyri- yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Salayev X4 adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını; həmçinin, Cavabdeh1 İnşaallah oğlu adına qeydə alınmış və sonuncunun mülkiyyətində olmuş Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsinə dair Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında, həmçinin həmin qeyriyaşayış sahəsinə dair digər şəxslər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən aparılmış qeydiyyat barədə arayışı və həmin qeydiyyatın aparılması üçün əsas hesab edilmiş sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin, hər bir qeydiyyat nəticəsində verilmiş reyestrdən çıxarışların, torpaq sahəsinin planı, ölçüsünün təsdiq olunmuş surəti (məlumatlar) cavabdehlərdən, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilməsini; tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evin yerləşdiyi torpaq sahəsi 485 kv.m təşkil edir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətli orqan olan ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun bu müraciətinin icrasından imtina edilmiş və əsas kimi onun istifadəsində olan torpaq sahəsinin 250 kv.m hissəsinin Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Halbuki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin cavabdehə ayrılmasına dair sənəd və plan-ölçü arxiv qovluğunda mövcud olmamışdır. O, mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İnzibati Məhkəməyə müraciət etmiş, lakin məhkəmənin qərarı ilə onun iddiası mümkün sayılmamışdır. Buna görə də, iş üzrə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsinin zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 1203/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hazırkı qərardad üzrə apellyasiya baxışının predmetini “Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında bağlanmış və Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə reyestrdə 4Ə/01-95 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Salayev X4 adına xx.xx.2006-cı ıl tarixdə ********* qeydiyyat nömrəsi ilə (Seriya MH N ******* sayı çıxarışla təsdiqlənmiş) aparılmış qeydiyyatın ləğv edilməsi” təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissələri verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisələndirilən qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin iclasında İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasına baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş çıxarışla təsdiqlənmiş qeydiyyatın ləğv edilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə qalan hissədə mahiyyəti üzrə yoxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 474 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində yerləşən ümumi sahəsi 172,0 kv.m olan 53 nömrəli qeyri-yaşayış binası Cavabdeh1 İnşaallah oğlunun xüsusi mülkiyyətində olmuşdur. Bakı şəhəri 42 saylı DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4Ə/01-95 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İnşaallah oğlu xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində yerləşən ümumi sahəsi 172,0 kv.m olan 53 nömrəli qeyri-yaşayış binasını 368.000 manata Salayev X1. DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli MH0006015 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində 0,14953 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,0 kv.m olan 53 nömrəli qeyri-yaşayış binası Salayev X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı DNK-da bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə/-93 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Salayev X8 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində 0,14953 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 172,0 kv.m olan 53 nömrəli qeyri-yaşayış binasını 800.000 manata ‘‘ALLİANCE GROUP” MMC-yə satmışdır. DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində 0,01824 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,8 kv.m olan 53 nömrəli qeyri-yaşayış binası ‘‘ALLİANCE GROUP” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhərinin xüsusi notariusu T.Kərimova tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ‘‘ALLİANCE GROUP” MMC xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində yerləşən ümumi sahəsi 129,8 kv.m olan 53 nömrəli qeyri-yaşayış binasını 500.000 manata Cavabdeh2 satmışdır. DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində 0,01824 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 129,8 kv.m olan 53 nömrəli qeyri-yaşayış binası Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhərinin xüsusi notariusu T.Kərimova tərəfindən təsdiq edilmiş ‘‘ALLİANCE GROUP” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-97 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair Bakı şəhəri 46 saylı Notariat Kontorunda ‘‘ALLİANCE GROUP” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ZM- 856 reyestr nömrəli sazişə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsində yerləşən 53 nömrəli qeyri-yaşayış binası ‘‘ALLİANCE GROUP” MMC-nin mülkiyyətinə; sonra isə Bakı şəhəri 19 saylı DNK-da Salayev X8 ilə ‘‘ALLİANCE GROUP” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 4Ə/-93 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair Bakı şəhəri 19 saylı X2 X8 ilə ‘‘ALLİANCE GROUP” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ZM/1-554 reyestr nömrəli sazişə əsasən Salayev X4 mülkiyyətinə qaytarılmışdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında bağlanmış və Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə reyestrdə 4Ə/01-95 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin predmetini Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyriyaşayış sahəsi təşkil etmişdir. Müqavilənin mətnindən, həmçinin həmin müqaviləyə əlavə edilmiş texniki sənədlərdən bu qeyri-yaşayış sahəsindən əlavə hansısa torpaq sahəsinin olduğu müəyyən edilmir. Lakin qeyd edilən alqı-satqı müqaviləsi əsasında alıcı Salayev X5 verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda həmin əmlakın Dövlət reyestrində qeydiyyata alınarkən onun 0,14953 ha torpaq sahəsində yerləşdiyi göstərilmişdir. İş materiallarında olan sənədlərdən qeyd edilən torpaq sahəsinin hansı hüquqi əsasla cavabdeh Salayev X4 mülkiyyətinə keçməsi müəyyən edilmir. Həmçinin, DƏDRX tərəfindən bu torpaq sahəsinin cavabdeh Salayev X4 adına xüsusi mülkiyyət hüququ ilə Reyestrdə qeydiyyata alınmasının hüquqi əsası müəyyən edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh Salayev X4 adına Dövlət Resyetrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin 250 kv.m hissəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanda istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, iddiaçı faktiki olaraq ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehə məxsus əmlakın Dövlət reyestrində qeydiyyatının düzgün aparılmadığını, bununla da onun əmlak hüquqlarının pozulduğunu göstərmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2014-cü il tarixli Qərarında göstərilir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır.Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyrimümkün hesab etməkdə haqlıdır. Həmin Qərarla müəyyən edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin dispozitiv şərtinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin müəyyən edilmiş hallarından, qanunvericiliyin və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddia öz hüquqi təbiəti etibarı ilə iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətlərindən doğan mübahisə ilə bağlı olmayıb, inzibati orqan hesab olunan ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Dövlət Reyestrində qeydiyyatın mübahisələndirilməsi ilə bağlı olan inzibati-hüquq xarakterli tələbdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «Reyesirdəki qeydiyyat hər hansı mülki hüquqi əqdlə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal inzibati orqanın ümumi (publik)hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan iralə gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır». Birinci instansiya məhkəməsi həmin tələbi icraata qəbul edib mahiyyəti üzrə baxmaqla, aidiyyatla bağlı mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qətnamənin həmin tələbə münasibətdə ləğv edilməsi hissəsində əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında bağlanmış və Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə reyestrdə 4Ə/01-95 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Salayev X8 adına xx.xx.2006-cı ıl tarixdə ********* qeydiyyat nömrəsi ilə (Seriya MH N ******* sayı çıxarışla təsdiqlənmiş) aparılmış qeydiyyatın ləğv edilməsi» tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 1203/2020 saylı qətnaməsi «Cavabdeh1 İnşaallah oğlu ilə Salayev X8 arasında bağlanmış və Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunda xx.xx.2006-cı il tarixdə reyestrdə 4Ə/01-95 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə döngəsi 53 ünvanda yerləşən ümumi sahəsi 172.0 kv.m olan qeyriyaşayış sahəsinə dair Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Salayev X8 adına xx.xx.2006-cı ıl tarixdə ********* qeydiyyat nömrəsi ilə (Seriya MH N ******* sayı çıxarışla təsdiqlənmiş) aparılmış qeydiyyatın ləğv edilməsi» tələbinin təmin edilməməsi hissəsində ləğv olunsun və həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar