Məhkəmə qərarları › İş №2(102)-5342/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5342/2021

25.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5342/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh XXX oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4994/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X3 (bundan sonra – iddiaçı) Cavabdeh XXX oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 19 sentyabr 2014-cü il təvəllüdlü övladı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5483/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia qismən təmin olunmuş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2145/2016 nömrəli, 15 mart 2016-cı il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən 19 sentyabr 2014-cü il təv əllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin yeni məbləğdə tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Cavabdehin adından onun nümayəndəsi qismində X2 tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilərək iddianın rədd olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4994/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Şirinov və A.Tanrıverdiyev) apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelly asiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 360, 361.1.2, 361.2, 363.1.1 və 363.1.3-cü maddələrinin tələblərinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 29.10.2020-ci il tarixində tərəflərə göndərilmiş (i.v 41-42), 22.10.2020-ci il tarixində icraya yönəldilmiş, icra vərəqəsi 29 dekabr 2020-ci il tarixində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən qeydə alınmışdır (i.v 45-48). Lakin həmin qətnamədən apellyasiya şikayəti 01.04.2021-ci il tarixində verilmişdir (i.v 50). Qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alındığını təsdiq edən sübut iş materiallarına əlavə edilməmiş, birinci instansiya məhkəməsi i sə prosessual müddətə qiymət verməmişdir. Bundan əlavə, cavabdehin iş yeri, yaşayış yeri, yaxud olduğu yer apellyasiya şikayətində göstərilməmiş, həmçinin nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə iş materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti yolverilməz hesab edilməli və səlahiyyətləri həddində qiymət verilməsi üçün iş müvafiq məhkəməyə göndərilməlidır. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X7) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işə apellyasiya şikayətinə əsasən mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclaslarından xəbəri olmamış, məhkəmə qətnaməsi ona rəsmi qaydada təqdim edilməmişdir. Həmin qətnamədən o, İcra Şöbəsindən bildirişı alandan sonra (06.01.2021-ci il tarixdə) xəbər tutmuşdur. Cavabdehin nümayəndəsi 14.01.2021-ci il, daha sonra 09.02.2021-ci il tarixdə təkrar məhkəməyə ərizə ilə müraciət etdikdən sonra birinci instansiya məhkəməsi qətnamənin surətini 01.03.2021-ci il tarixdə poçt vasitəsilə ona göndərmişdir. Qeyd olunan halları sübut edən sənədlər apellyasiya şikayətinə əlavə edilmişdir. Bundan başqa, qətnamənin təqdim edilməsi barədə hər iki ərizəyə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olunmuşdur, lakin məhkəmə buna qiymət verməmiş dir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Şikayətin əsası kimi MPM-in 361, 363, 366.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir (maddə 361.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi isə, iş materiallarında şikayəti imzalayan şəxsin adına onu təmsil etməsi barədə cavabdeh tərəfindən verilmiş etibarnamənin mövcud olmadığına baxmayaraq şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi də qeyd olunan əsasla qanuni və əsaslı olaraq apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Kassasiya şikayətinin həmin hissə ilə b ağlı dəlilləri əsassızdır. Şikayətdə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verilməsi barədə nümayəndə tərəfindən verilmiş ərizələrə etibarnamə əlavə olunmuşdur. Lakin qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmır. Sözügedən etibarnamə apellyasiya instansiyası məhkəməsinin qərardadından verilmiş kassasiya şikayətinə əlavə olunmuşdur. Nəzərə alınmalıdır ki, apellyasiya şikayətinin mümkünlüyü barədə qərardad qəbul edildikdən sonra həmin nöqsanın aradan qaldırılması qəbul edildiyi dövrdə qanuni və əsaslı olan məhkəmə aktının ləğvi üçün deyil, MPM-in 363.4-cü maddəsinə əsasən yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək üçün əsasdır. İstinad olunan hal apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün birmənalı əsas verdiyindən Məhkəmə kollegiyası şikayətin qeyri-mümkünlüyü üçün istinad olunan digər əsaslarla bağlı əlavə hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4994/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar