Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5344/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X3 və X1 qanuni nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: evdən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katib liyi, İddiaçıların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2030/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli 2(004)-871/2013 saylı qətnaməsindən görünür ki, iddiaçılar X3 və X1 qanuni nümayəndəsi Nümayəndə1 cavabdeh X oğluna qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair və üçüncü şəxs Cavabdeh1 cavabdehlər X4 hüquqi varisi X2 və X oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli 2(103)-1868/2014 saylı qətnaməsi ilə iddiaçılar X3 və X1 qanuni nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yasamal rayon Məhkəməsinin 08.04.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdeh tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.08.2014-cü il tarixli 2(102)-2817/14 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli 2(103)-1868/2014 saylı qətnaməsindən X oğlu və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəm əsinin 28.07.2015-ci il tarixli 13(102)-145/2015 saylı qərardadından görünür ki, Cavabdeh2 və digərləri ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli 2(103)-1868/2014 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.08.2014cü il tarixli 2(102)-2817/14 saylı qərarının yuxarıda sadalanan mənzillərin mülkiyyətçiləri kimi onların maraqlarına toxunduğunu bildirmiş, qeyd olunan məhkəmə aktlarının ləğv edilməsini, mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə təqdimat verilməsini xahiş etmiş, müraciət təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X6 və X1 qanuni nümayəndəsi Nümayəndə1 cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdiriləsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki,. Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli 2(103)-1868/2014 saylı qətnaməsi ilə iddiaçılar X3 və X1 qanuni nümayəndəsi Nümayəndə1 cavabdeh X oğluna qarşı iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 saylı mənzillərin cavabdehdən alınaraq onlara təhvil verilməsi qət edilmişdir. Belə ki, Apellyasiy a Məhkəməsi tərəfindən müəyyən edildiyi kimi mərhum ataları X8 ilə fiziki şəxs X oğlu arasında bağlanmış şifahi podrat müqaviləsinin şərtlərinə görə XX12 ünvan 3 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasının tam tikilib başa çatdırılması məqsədi ilə həmin binadan ayrılan 20 mənzili X7 vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.08.2014-cü il tarixli 2(102)2817/14 saylı qərarı ilə cavabdeh X oğlunun və üçüncü şəxs Cavabdeh1 kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyasının qətnaməsi qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir. ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilin cavabdeh tərəfindən ona satıldığını iddia edən Cavabdeh2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsin in sədrinə müraciət edərək mülki işə baxılarkən onun iştirakının təmin edilmədiyini göstərərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.08.2014-cü il tarixli 2(102)-2817/14 saylı qərarının ləğv edilməsini, mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə Ali Məhkəmənin Plenumuna təqdimat verilməsini xahiş etmiş, Ali Məhkəmənin 28.07.2015-ci il tarixli 13(102)-145/2015 saylı qərardadı ilə müraciət təmin edilməmişdir. Cavabdehlər mübahisəli 69-cu mənzil üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olurlar. Cavabdeh2 bildirir ki, mənzil ona digər Cavabdeh1 mərhum atası X9 tərəfindən 05.05.2005-ci il tarixli müqavilə ilə verilib. Qüvvədə olan məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq cavabdehlər qanunsuz hərəkətləri ilə mənzil üzərində mülkiyyət hüququnu pozurlar. Cavabdeh1 mənzilə qaz və su xətlərinin rəsmi qaydada çəkilməsinə, mənzildə təmir işlərinin aparılmasına hər vasitə ilə mane olur. Digər cavabdeh mənzildə təmir işlərini aparmağa mane olur, mənzilin ona verilməsini tələb edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 02 oktyabr 2020-ci il tarixli 2(004)2761/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilinin iddiaçılara təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, cavabdehlərin həmin mənzilə dair hər hansı səlahiyyətlərinin olmasını təsdiq edən hüquq müəyyənedici sənədlər mövcud olma dığından iddia təmin olunmalı, cavabdehlərə mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi qadağan edilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 158.1.2, 158.4, 165.1, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2(004)2761/2020 nömrəli qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nümayəndə1 ünvan 5 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzil adı il ə başqasının mülkiyyətində olan mənzili ələ keçirməklə əsassız varlanmağa çalışır. Məhkəmə tərəfindən isə heç bir araşdırılma aparılmadan iddiaçının təqdim etdiyi qətnamələr əsasında iddia təmin edilmişdir. Halbuki, mübahisəli mənzilin həqiqətən mövcud olub-olmaması, məhz hansı mənzil olması və ya kimə məxsus olması aydınlaşdırılmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Rafael Eyvazov) 24 fevral 2021-ci il tarixli 2(103)-2030/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2761/2020 saylı iş üzrə 02 oktyabr 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətin in verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilmışdir. Apellyasiya şikayətində Cavabdeh1, iş üzrə mübahisəli mənzilin əslində iddiaçılara təhvil verilmiş 69 saylı mənzil deyil, başqasının mülkiyyətində olan digər mənzil olduğunu bildirsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi ni xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88 və 385-ci maddələrində nəzərdə tutulmuş prosessual hüquq normaları və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 386, 1091-ci maddələrində müəyyən edilmiş maddi hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi qətnamələr əsasında iddia tələbi təmin edilmişdir. Halbuki, məhkəmə tərəfindən mübahisəli mənzilin həqiqətən mövcud olub-olmaması, məhz hansı mənzil olması və ya kimə məxsus olması aydınlaşdırılmamışdır. Apelly asiya instansiya Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli qətnaməsinə istinad edilməklə, 69-cu mənzilin iddiaçılara təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu əsas göstərmiş və eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət olmadığı nəticəsinə gəlmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli qətnaməsində iddiaçıya təhvil verilməsi göstərilən 69-cu mənzilin sahəsi, neçə otaqdan ibarət olması və ən əsası üç blokdan ibarət və bir bünövrəsi qazılmış binanın tikintisi nəzərdə tutulmuş sahədə neçə 69 nömrəli mənzilin olması aydınlaşdırılmamışdır. Məhkəmələr mübahisəli mənzilin dəqiq müəyyən olunması üçün binaya yerində baxış keçirilməmişdir. Ən əsası məhkəmələr tərəfindən hazırki iş üzrə m əhz 69 nömrəli mənzil üzərində iddiaçının subyektiv hüququnun olub-olmaması araşdırılmamışdır. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə istinad olunmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü ma ddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməl i hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirdiyindən qətnamə Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddia tələbini rədd edərkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli binadakı 69-cu mənzilin cavabdehin hüquqi varisi olduğu X oğlu tərəfindən iddiaçılara təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutun un əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) et irazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyek tiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin kassasiya i nstansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2030/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətna məsi iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.