Məhkəmə qərarları › İş №2(102)-535/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-535/2020

28.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-535/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlu, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3214/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(067)-316/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı “bir gə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin müəyyən edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3214/2019 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə sədrlik edən, məruzəçi, T.O.Quliyev və E.G.Rəhimov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi qismən təmin edilərək, tərəflərin birgə nikahından xx xxxxxxxx 2006-cı il tarixdə doğulmuş xx və xx xxxxxxx 2008-ci il tarixdə doğulmuş xx yaşayış yerinin ataları İddiaçı yaşayış yeri üzrə müəyyən edilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq “birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarının yaşayış yerinin müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xah iş olunub. İddiaçı kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili xx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh və üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Rəşid Novruzəliyevin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia ərizəsini qismən təmin edərkən, tərəflərin birgə nikahından doğulmuş xx və xx xeyli müddətdir ki, ataları İddiaçı yanında yaşamalarına, dindirilərkən onaların ataları İddiaçı yanında yaşamaq istəmələrini bildirmələrinə, onlara münasibətdə iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə, digər uşaqlar xx və xxa münasibətdə iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 52, 58.2, 60.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməyib, cavabdeh isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilməsi hissədə mübahisələndirib. Ona görə kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər xx xxxxxxx 2003-cü il tarixdə faktiki nikah münasibətinə girmiş və xx xxxxx 2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeydə aldırmışlar. Onların birgə nikahından xx xxxx 2004-cü il tarixdə xx, xx xxxxxxxx 2006-cı il tarixdə xx, xx xxxxxxx 2008-ci il tarixdə xx və xx xxxxxxxx 2010-cu il tarixdə xx adlı 4 uşaqları doğulmuşdur. Sonradan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, azyaşlı xx və xxın ataları İddiaçı alınıb anaları Cavabdeh verilməsi, xx və xx anaları Cavabdeh yanında saxlanılması, xx xxxxxxxx 2014-cü il tarixdən başlayaraq dörd uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay, hər uşağa görə 50 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub Şahsənəm Velyayevaya verilməsi qət edilib. Hazırda iddiaçı, cavabdehlə birgə nikahından doğulmuş xx, xx, xx və xxın yaşayış yerlərinin onun yaşayış yeri üzrə müəyyən edilməsi və cavabdehin yanında yaşayan xx və xxın cavabdehdən alınıb onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını iddia edir. İşə əlavə edilmiş Xacmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxx 2019-cu il tarixli rəyi və aktlarla müəyyən olunur ki, tərəflərin hər ikisinin mənzil və məişət şəraiti araşdırılmış və məlum olmuşdur ki, iddiaçı Xaçmaz rayonu, Rəhimoba kəndində atasına məxsus olan evdə atası, anası, q ızı xx və oğlu xx ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evi 0,10 ha həyətyanı torpaq sahəsində yerləşir, ev 1 mərtəbəli olmaqla, 3 otaqdan və mətbəxdən ibarətdir. Evin ümumi sahəsi 127 kv.metr, yaşayış sahəsi 50 kv.metrdir və ev orta təmirlidir. Ailənin mülkiyyətində ümumi sahəsi 3 ha olan müxtəlif növ meyvə ağacları vardır. Kənd təsərrüfatı məhsullarının satışından ailə ildə 4.000-5.000 manat gəlir əldə edir. İddiaçının atası 452 manat, anası isə 145 manat pensiya alırlar. Cavabdeh isə Xaçmaz rayonu, Rəhimoba kəndində, qızı xx və oğlu xxla birlikdə əmisi xxə məxsus olan evdə yaşayır. Fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, 4 otaq və mətbəxdən ibarətdir. Evin ümumi sahəsi 130 kv.metr, yaşayış sahəsi 65.1 kv.metrdir və həyətyanı torpaq sahəsi 0,1 hadır. Cavabdehin özünün mülkiyyətində 0, 30 ha fındıq bağı vardır. Həyətində toyuq-cücə, malqara saxlayır. Oğlu xx 206 manat sosial müavinət alır. Meyvə mövsümündə meyvə yığımı, qalan vaxtda digər fərdi işlərlə məşğul olur. Ümumilikdə orta hesabla ailə hər ay 1.000-1.100 manat gəlir əldə edir. Valideyinlərinin mənzil-məişət şəraitinin müayinəsi göstərir ki, uşaqlarını maddi və mənəvi cəhətdən təmin etmələri üçün tərəflərin hər bir şəraiti və imkanları vardır. 10 yaşına çatmış uşaqların fikri komissiyada dinlənilmiş, onlardan xx və xx ataları, xx isə analarının yanında qalmaq istədiklərini bildirmişlər. xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş xxın yaşı az olduğuna görə onun ana qayğısına, nəvazişinə dahi çox ehtiyacı vardır. Uşaqların maraqlarını nəzərə alaraq Komissiya xx xxxxxxxx 2006-cı il tarixdə doğulmuş xx və xx xxxxxxx 2008 -ci il tarixdə doğulmuş xxın ataları İddiaçı himayəsində, xx xxxx 2004-cü il tarixdə doğulmuş xx və xx xxxxxxxx 2010-cu il tarixdə doğulmuş xxın anaları Cavabdeh himayəsində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Xacmaz rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Akif Mövlanovun iştirakı ilə dindirilərkən xx Ridvanova göstərmişdir ki, iddiaçı onun atası, cavabdeh isə anasıdır. 2014-cü ildən o, qardaşı xx ilə atası İddiaçı yanında qalır. Onların tərbiyyəsi ilə atası və onun valideynləri məşğul olur. Bu vaxt ərzində anasının yanına getməmişlər. Digər qardaşı xx və bacısı xx ilə tez-tez görüşürlər. Hazırda atası İddiaçı yanında qalmasını istəyir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iclasında dindi rilərkən xx Ridvanov da eyni məzmunlu izahat vermişdir. xx isə dindirilərkən göstərmişdir ki, tərəflər onun valideynləridir və valideynləri ayrıldıqdan sonra o, atasının yanında qalmışdır, sonradan anasının yanına getmişdir. Bu müddət ərzində o, qardaşı xx ilə anasının yanında yaşayır və hazırda anası ilə qalmaq istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqların a zidd olan hallar istisna olunmaqla, 10 yaşına catmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına catmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata kecirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata kecirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alcaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata kecirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən oluumuş qaydada məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gət irməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata kecirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki ailə hüquq münasibətlərinə tətbiq edib, apellyasiya şik ayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib, işin faktiki hallarını, o cümlədən tərəflərin birgə nikahından doğulmuş Gülçiçəyin 13, xxın 11 yaşında olmalarını, onların məhkəmə iclasında dindirilərkən atalarının yanında qalmaq istəmələrini və 2014-cü ildən faktiki olaraq onların atalarının yanında yaşamalarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, iddia tələbini xx və xxa münasibətdə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia ərizəsi qismən- faktiki olaraq iddiaçının yanında yaşayan uşaqlar xx və xxa münasibətdə təmin edilməli və onların yaşayış yeri ataları İddiaçı yaşayış yeri üzrə müəyyən edilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı Qərarının 7.1 və 7.2-ci bəndlərində göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla, uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlə rin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar nəzərə alınmalıdır. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Göründüyü kimi istər milli, istərsə də beynəlxalq qanunvericiliyə görə uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideyinlərinin himayəsində və onların məsuliyyəti altında və hər bir halda, məhəbbət, maddi-mənəvi təminat mühitində böyüməlidir. Valideynlər arasında uşaqla bağlı mübahisə ilk növbədə uşaqların hüquq və mənafeləri, maraqları və onların rəyi nəzərə alınmaqla həll edilməlidir. Hər bir halda uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməli, uşağın üstün mənafeyi ilk növbədə nəzərə alınmalıdır. Yaddan çıxarmaq olmaz ki, hər bir uşaq təkrar olunmaz varlıqdır. Uşaqla bağlı mübahislər həll edilərkən əsas vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum dərəcədə təmin edə bilən valideyn seçilsin və bu zaman uşağın xarakteri, psixoloji vəziyyətinin səciyyəvi cəhətləri nəzərə alınsın. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən s axlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3214/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar