Məhkəmə qərarları › İş №2(102)-535/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-535/2021

24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-535/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6298/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh münasibətindən xx.xx.2007-ci il də adlı uşaqları doğulmuşdur. Tərəflər xx.xx.2007-ci il tarixdə nikaha girmişlər. Uşaqların doğulmasından sonra tərəflərin ailə münasibətləri pozulmuş, cavabdeh uşaqları iddiaçının yanında saxlamaqla başqa ünvanda yaşamışdır.

2. Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, bu zaman hər iki uşağın İddiaçı himayəsində qalması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ananın qız uşaqlarını onun yanında qoyub getdiyi vaxt uşaqlar körpə idilər. Lakin indi qızları xeyli böyüyüblər, Bakı şəhərindəki 12 saylı tam orta məktəbin 7-ci sinfində oxuyurlar. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır, tədrisləri ilə bağlı əlavə xərclərə məruz qalır. Bununla yanaşı 2012-ci ildən başlayaraq səhhətində ciddi problemlər yaranmışdır, artıq işləmir, müayinə və müalicələri Bakı şəhərindəki tibbi klinikalarla yanaşı İranda da aparılmışdır, lakin bu müalicələr və keçirdiyi cərrahiyyə əməliyyatı fayda verməmişdir. Tibbi prosedurların həyata keçirilməsi xərcləri valideynlərinin və digər yaxınlarının maddi vəsaiti hesabına həyata keçirilmişdir, habelə qızlarının maddi təminatı da bu vasitə ilə təmin olunur. Bir neçə ildir ki, işləmir, artıq uşaqlarının maddi təminatını həyata keçirə bilmir. 12 ildir ki, uşaqlara özü baxır, cavabdeh isə onların hansı qaydada və necə saxlanmaları ilə maraqlanmamışdır. Cavabdeh uşaqlarına nəinki maddi cəhətdən kömək etməmiş, hətta kənddə yaşamasına baxmayaraq heç onlara kənd məhsullarından pay da göndərməmişdir. Özü səhhətinə görə artıq işləmir və uşaqların təminatını həyata keçirə bilmir. Əgər cavabdeh aliment ödəmirsə, onda uşaqları indi də o götürüb, saxlasın. Uşaqlara baxdığına görə ailə qura bilmir. İşləmədiyi üçün və uzun müddətdir xəstəliyi ilə bağlı müalicələrdə olduğundan, maddi cəhətdən çox çətinlik çəkir. Əvvəllər 3 ay müddətinə sosial yardım almış, lakin sonradan bu yardımı kəsmişlər. Cavabdehin yaşadığı kənddə hamı onları maddi vəziyyəti yaxşı olan ailə kimi tanıyırlar, avtobusları, obyektləri var.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, nikahları pozularkən iddiaçı uşaqları ondan məcbur almışdır. Əgər tərsinə idisə, onda uşaqları ona verərdilər, özü uşaqların saxlanması üçün aliment tələb edərdi. Etiraf edir ki, uşaqlarına pul və ya rayondan hansısa pay göndərməmişdir. Lakin buna imkanı yol verməmişdir. İddiaçı artıq bir ildir ki, onu məhkəmələrdə süründürür, alimentlə bağlı işə apellyasiya məhkəməsində də baxılmış, lakin iddiaçının aliment tələbi təmin olunmamışdır. Yenidən ailə qurduğu şəxsin özünün 22 yaşlı uşağı vardır, ona güclə baxır. Belində “qrija” vardır, işləmir, aliment ödəməyə maddi imkanı yoxdur, ailə qurduğu şəxsdən bir uşağı vardır, ikinci uşağı isə ana bətnindən düşmüş, doğulmamışdır. Q ızları artıq böyümüşdür, onları yad kişinin evində aparıb necə saxlasın. Səhhəti ağırdır, öd kisəsindən əməliyyat olunmalıdır. Lakin bunun üçün pul tapa bilmir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Sadıqov) xx xxxxxx 2019-cu il tarixli, 2(007)3991/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2019cu il tarixdən başlayaraq, xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmə Ailə Məcəllənin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, uşaqların mənafeyini və iddiaçının onun himayəsində qalan yetkinlik yaşına çatmamış uşaqlara t əkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiqdir. Cavabdehin himayəsində başqa uşağın olması, xəstə olması və digər hallar onu əvvəlki nikahından olan uşaqların saxlanması üçün aliment ödəmək öhdəliyindən azad etmir, uşaqlarından və həyat yoldaşından ayrıldıqdan, 2009cu ildə iddiaçı ilə nikahı rəsmi pozulduqdan sonra cavabdeh uşaqlarının maddi təminatı ilə maraqlanmamışdır. İddiaçı isə, 2015-ci ildən işləmir, müxtəlif xəstəliklərdən əziyyət çəkir, cərrahiyyə əməliyyatına məruz qalmışdır, uşaqlar isə artıq böyümüşlər, orta məktəbin 7-ci sinfində oxuyurlar, maddi tələbatları təbiidir ki, əvvəlki illərə nisbətdə çoxdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6298/20 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3991/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi uşaqların saxlanılmasına görə tutulacaq alimentin məbləğinə aid hissədə dəyişdirilmiş, Cavabdeh xx xxxxxx 2007-ci il təvəllüdlü X2 və X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi cavabdehin heç yerdə işləmədiyini, Tovuz rayonunda cəbhə bölgəs ində yaşadığını, xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilməli və uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 80 manat məbləğində alimentin tutulması mübahisənin halları baxımından daha ədalətli və ağlabatandır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işləməklə yüksək gəlir əldə edir. İddiaçının cavabdehə qarş ı aliment tələbinə dair iddiası cavabdehin yeni qurduğu ailə həyatını dağıtmaq və onu məhv etməkdən ibarətdir. Bunu özü də etiraf edir. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdehin yeni qurduğu ailəsinində həyat yoldaşının kifayət qədər güya ki, imkan var, onun bir neçə sprinter markalı mikroavtobusları və digər gəlir sahələri var. Amma əslində isə onun dediyi kimi deyil. Cavabdehin yeni qurduğu ailə evsiz-eşiksizdir, kasıb şəkildə yaşayırlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazı mi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qaza ncından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdak ıları müəyyən etmişdir.

24. AZ-İ Seriyalı 974155 nömrəli və AZ-İ Seriyalı 974156 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 və X3 xx xxxxxx 2007-ci il tarixdə doğulmuşlar. Ataları İddiaçı, anaları Cavabdehdır.

25. Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx xxxxxxxx 2007ci il tarixdə 722 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və X2 İddiaçı himayəsində qalmışlar.

26. Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 140/5 nömrəli və 140/6 nömrəli arayışlarından görünür ki, X2 və X3 Bakı şəhəri 12 nömrəli tam orta məktəbin 7ç sinfində oxuyurlar.

27. Bakı şəhəri 141 saylı MKİS-nin xx xxxxxxx 20 19-cu il tarixli 911 nömrəli arayışından görünür ki, əmək kitabçasına əsasən İddiaçı xx xxx 2015-ci il tarixdən işləmir.

28. Bakı Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli 33 nömrəli arayışından və digər tibbi sənədlərdən görünür ki, İddiaçı “Xr. Hepafiz; Xr. Xolesistit; Xr. Panovafiz; Sol aşağı ətrafın kəskin tromboflebiti” və digər xəstəliklərdən qeydiyyata alınmış, cərrahiyyə əməliyyatı keçirmişdir.

29. Ağstafa rayon İHB-nın Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin xx xxxxxx 2019-cu il tarixli 579/g nömrəli arayışından görünür ki, Cavabdeh Aşağı Göycəli kəndində qeydiyyatdadır, işləmir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin m üəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (2020-ci ildə uşaqlar üçün 170 manat) özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

31. Cavabdehin heç yerdə işləmədiyini, Tovuz rayonunda cəbhə bölgəsində yaşadığını, xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilməli və uşaqların saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul mə bləğində hər uşaq üçün 80 manat məbləğində alimentin alınaraq iddiaçıya verilməli, çünki bu hazırkı mübahisənin halları baxımından daha ədalətli və ağlabatandır.

32. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

33. Ona görə ki, ayrı yaşayan valideynin aliment ödəməklə uşaqların saxlanılmasında iştirak etmək vəzifəsi yuxarıda qeyd olunan maddi hüquq normalarında nəzərdə tutulmuşdur (§ 15-17). Belə olan halda, cavabdehdən uşaqlar üçün alimentin tutulması qanuni və əsaslıdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-ci il tarixli qərarına əsasən, uşa ğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.

35. Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

36. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6298/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar