Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5356/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı və Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2121/2019 nömrəli iş üzrə 14 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Fuad Babayev) 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən mənəvi ziyana görə 40000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Xətai rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mənəvi ziyana görə ******* manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmas ını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs vəzifəli şəxs olan X3 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Belə ki, vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin X13 Sahəsinin 3 saylı Qaz istismar sahəsinin ustası vəzifəsində 2008-ci ilin yanvar ayında işlədiyi ərəfədə işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi fiziki şəxslərin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə, yəni 2 nəfərin ölümü və 2 nəfərin ağır bədən xəsarətləri alması, habelə zərər çəkmişl ərə məxsus əmlakın məhv olunması ilə müşayiət olunan ağır nəticələrə səbəb olmuşdur. Belə ki, X11 Qaz İstismar idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası işlədiyi vaxt Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən X6 evinin arxasındakı adsız küçədən keçən qaz kəmərinə dövrü baxış keçirməmiş, onun cihazla texniki yoxlamasını aparmamış, texniki vəziyyəti müayinə ediməmiş, eləcə də qaz xəttinin dövrlər üzrə cari və əsaslı təmirini yerinə yetirilməmiş yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasını, kəmərin əyilməsini, yastılanmasını, zədələnməsini aşkar etməmiş, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etməmiş, kəmərin torpağın altında olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etməmiş, yeraltı qaz kəmərinin cihazla te xniki yoxlanılmasında zədələnmə və qazsızma yerlərini aşkar etməmiş, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zəruriyyəti, habelə müddəti haqqında qərar qəbul etməməklə 01 oktyabr 2005-ci il tairxdə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.6, 3.3.7, 3.3.8, 3.3.10, 3.3.12, 3.3.19 və 3.3.27 bəndlərinin tələblərini, 26 iyun 1979-cu ildə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.29, 9.30, 9.36, 9.44, 9.45, 9.47 və 9.50-ci bəndlərinin tələblərini, 02.04.1987-ci ildə təsdiq edilmiş “Tikinti norma və qaydaları”nın 4.17 və 4.22-ci bəndlərinin tələblərini, 21 dekabr 2005-ci ildə təsdiq olunmuş “Qaz təsərrüfatında Texniki istismar qaydaları”nın 3.3-cü bəndlərinin tələblərini pozmuş, nəticədə 23 yanvar 2 008-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonun, 28 May qəsəbəsində yaşayan X6 evinin arxasında divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin 1 zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğın olmuş, Zaur Abbasov sifətinin, hər iki yuxarı və hər iki aşağı ətraflarının, gövdənin arxa səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki yanığın təsirindən aldığı ağır bədən xəsarətlərindən 26.01.2008ci il tarixdə, arvadı Günel Dadaşova başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla bütün bədən səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki alov yanığından aldığı ağır bədən xəsarətlərindən 27.01.2008-ci il tarixdə ölmüş, Arzu Abbaszadənin bədən səthinin 12-14%, İradə Abbaszadənin isə bədən səthinin 18-20 % hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almış, evin və müxtəlif təyinatlı əşyaların yanıb məhv olması nəticəsində zərərçəkmişlərə 7000 manatdan artıq məbləğdə maddi ziyan dəymişdir. Hökmdən görünür ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 06.03.2008-ci il tarixli, 21 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Zaur Abbasovun meyiti üzərində aşkar olunmuş xəsarətlər-yanıq xəstəliyi, yanıq şoku ağır dərəcədə, sifətin, hər iki yuxarı ətrafların, hər iki aşağı ətrafların, gövdənin arxa səthinin 2-3 «a», -4 «b» dərəcəli termiki yanğını (alovla) yüksək hərarəti təsirindən törənməklə yuxarıda göstərilən şəraitdə və 23.01.2008-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə ağır zərər vurmanın əlam ətlərini daşıyır. Zaur Abbasovun ölümü 26.01.2008-ci il tarixdə saat 22:15-də xəstəxanada baş vermişdir, məhz ölümünə səbəb almış olduğu yanıq xəsarətləri nəticəsində baş vermiş yanıq şoku olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 06.03.2008-ci il tarixli, 20 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Günel Dadaşovanın meyiti üzrərində aşkar olunmuş xəsarətlər-yanıq xəstəliyi, başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla, bütün bədən səthinin 2-3 «a», -4 «b» dərəcəli termiki yanğını (alovla) yüksək hərarətin təsirindən törənməklə yuxarıda göstərilən şəraitdə və 23.01.2008-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə ağır zərər vurmanın əlamətlərini daşıyır. Günel Dadaşovanın ölümü 27.01.2008-ci il tarixdə saat 14:40-da xəstəxanada baş vermişdir, məhz ölümünə səbəb almış olduğu y anıq xəsarətləri nəticəsində orqanizmin ümumi intoksikasiyası olmuşdur. Hökmdə göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 02.06.2008-ci il tarixli, 469 saylı rəyindən görünür ki, X4 bədəni üzərində xəsarətlər-yanıq şoku ilə müşayiət olunan, üzün, burunun, alt çənənin, boyunun, hər iki əlin üst səthlərinin geniş sahəli termiki yaraları, sağ əlin beşüadi barmağının proksimal falanqadan və 4-cü barmağın distal falanqadan ayrılması ilə müşayiət olunan yanıq yaraları, yuxarı tənəffüs yollarının yanıqları-bədən səthinin 12-14% hissəsinin 2-3 dərəcəli termiki yanıqları aşkar edilmişdir. Qeyd olunan yanıq xəsarətləri yüksək hərarətin yerli təsirindən-alovla törənmişdir, müddəti 23.01.2008-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Hə mçinin hökmdə göstərilmişdir ki, məhkəmə-tibbi ekspertizasının 02.06.2008-ci il tarixli, 470 saylı rəyindən görünür ki, X7 bədəni üzərində xəsarətlər-yanıq şoku ilə müşayiət olunan, başın alın nahiyyəsinin, üzün, alt çənənin, hər iki əlin üst səthlərinin, sol aşağı ətrafın (bədən səthinin 1820% hissəsinin) 2-3 dərəcəli termiki yanıqları, yuxarı tənəffüs yollarının 1-2 dərəcəli yanıqları yüksək hərarətin yerli təsirindən (alovun təsirindən) törənmişdir, müddəti 23.01.2008-ci ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2009-cu il tarixli 1(001)-149/2009 saylı hökmünə əsasən X10 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək onun 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhku m olunması, ona təyin olunmuş azadıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 24.06.2009-cu il tarixli, 1(001)-149/2009 saylı hökmü qanuni qüvvəyə minmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh əməkdaşı X13 İdarəsinin 3 saylı Qaz istismar sahəsinin sahə ustasının təqsiri ucbatından baş vermişdir. Hal-hazıra kimi ona qızının və onun həyat yoldaşının vəfat etməsi və həm ana, həm də atadan yetim qalan iki uşağına vurulan ağır zərərlə (ekspert rəylərində də onlara yetirilən xəsarətlərin dərəcələrinin ağır olması öz təsdiqini tapır) bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edi lməmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Binəqədi Rayon Məhkəməsinin 24.06.2009-cu il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Binəqədi rayon məhkəməsinin 24.06.2009-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X13 idarəsinin 3 saylı qaz istismar sahəsinin ustası vəzifəsində işləyərkən, törətdiyi səhlənkarlıq cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün şəxsi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsi nə maddi və mənəvi ziyan dəymiş, qızı və onun əri-həyat yoldaşı (yeznəsi) həyatını itirmiş, onların yetim qalan iki körpə uşaqlarına onlar baxmaq məcburiyyətində qalmışlar, Uşağın kiçiyi hadisə baş verən zaman 3 aylıq idi, hal hazırda isə onun 10 yaşı vardır. Bu cür uşaqlara baxmaq ağır mənəvi bir işdir. Uşaqlar da üzləri və bədənlərində yanıq xəsarətləri var ki, bu yanıqlar silinməz dərəcədə olan yanıq xəsarətləridir. Uşaqların üzlərində və bədən üzərində olan xəsarətlərin müalicəsi üçün estetik müalicə və cərrahiyə əməliyyatları aparılmalıdır. Bu cür əməliyyatların aparılması isə külli miqdarda pul tələb edir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının və onun ailəsinin ölməsi, uşaqlarının isə ata-anasız himayələrində qalması, onların üz və bədən yanıqları alması ilə bağlı onun və d igər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının, onun həyat yoldaşının ölümü və uşaqlarının kəskin olaraq yanması nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş ******* (bir milyon) manat məbləğində mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə q arşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsin barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşin hallarından aydın olur ki cavabdeh qurumun qeyri-hüquqi hərəkəti nəticəsində iddiaçınm İddiaçı fıziki-mənəvi əzab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə haqlı olaraq iddiaçının qızının və qızının həyat yoldaşının (yeznəsini n) vaxtsız ölümü və nəvələrinin üz, əl və bədənlərinin silinməz dərəcədə eybəcərləşmələri ilə əlaqədar mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul etmişdir. Zərərçəkən bunu ******* manat dəyərində qiymətləndirir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. İşə baxan hakimlərin bu ziyanı düzgün qiymətləndirməmələri mənəvi ziyanın təmin olunmasında Avropa təcrübəsinə istinad etməmələri, onların ziyanı düzgün qiymətləndirməmələri səhv nəticəyə gəlmələrinə gətirib çıxarmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellya siya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları, tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə qətnaməsində Cavabdeh tərəfindən hansı mülki hüquq pozuntusuna yol verildiyi göstərilməmiş və sübuta yetirilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hü quqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, X1 rayon məhkəməsinin 24 iyun 2009-cu il tarixli 1(001)-149/2009 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, qanuni qüvvəsini almış həmin hökmlə müəyyən edilmişdir ki, adı çəkilən şəxs, X13 idarəsinin 3 saylı Qaz istismar sahəsinin ustası-işlədiyi vaxt Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən X6 evinin arxasındakı adsız küçədən keçən qaz kəmərinə dövri baxış keçirməmiş, onun cihazla texniki yoxlanmasını aparmamış, texniki vəziyyəti müayinə etməmiş, eləcə də qaz xəttinin dövrlər üçün cari və əsaslı təmirini yerinə yetirməmiş, yerüstü qaz xəttinin yoxlanılması zamanı qazın sızmasın ı, kəmərin əyilməsini, yastılanmasmı, zədələnməsini aşkar etməmiş, kəmərin paslanmadan qabağını almaq üçün rənglənməsini təmin etməmiş, kəmərin torpağın altında olduğu tədqirdə kəmər boyu xarici əlamətlər üzrə və cihazlarla qaz sızmasını aşkar etməmiş, qaz kəmərinin yoxlanılmasının nəticələrini qeyd dəftərində yazılmasını təmin etməmiş, qaz kəmərində nasazlıqlar olduğu təqdirdə bu barədə müvafiq qaydaya uyğun aktlar tərtib etməmiş, yeraltı qaz kəmərinin cihazla texniki yoxlanılmasında zədələnmə və qazsızma yerlərini aşkar etməmiş, həmin qaz kəmərinin gələcək istismarının mümkünlüyü, onun yerdəyişməsi və ya təmir zərurəti, habelə müddəti haqqında qərar qəbul etməməklə 01 oktyabr 2005-ci il tairxdə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.3.5, 3.3.6, 3.3.7, 3.3.8, 3.3.10, 3.3.12, 3.3.19 və 3.3.27 bəndlərinin tələblərini, 26 iyun 1979-cu ildə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.29, 9.30, 9.36, 9.44, 9.45, 9.47 və 9.50-ci bəndlərinin tələblərini, 02.04.1987-ci ildə təsdiq edilmiş “Tikinti norma və qaydaları”nın 4.17 və 4.22-ci bəndlərinin tələblərini, 21 dekabr 2005-ci ildə təsdiq olunmuş “Qaz təsərrüfatında Texniki istismar qaydaları”nın 3.3-cü bəndlərinin tələblərini pozmuş, nəticədə 23 yanvar 2008-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində yaşayan X8 evinin arxasından divarın dibi ilə adsız küçə istiqaməti boyu keçən qaz kəmərindən evin zirzəmisinə, sonra isə yataq otağına təbii qaz sızmasından partlayış baş verərək yanğın olmuş, Zaur Abbasov sifətinin, hər iki yuxarı və hər iki aşağ ı ətraflarının, gövdənin arxa səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki yanğın təsirindən aldığı bədən xəsarətlərindən 26.01.2008-ci il tarixdə, arvadı Günel Dadaşova başın tüklü hissəsi və süd vəziləri istisna olmaqla bütün bədən səthinin 2-3 «a» və 4 «b» dərəcəli termiki alov yanığından aldığı bədən xəsarətlərindən 27.01.2008-ci il tarixdə ölmüş, Arzu Abbaszadə bədən səthinin 12-14%, İradə Abbaszadə isə bədən səthinin 18-20% hissəsinin 1-3 dərəcəli termiki yanıqları nəticəsində hər ikisi həyat üçün təhlükəli olan ağır dərəcəli yanıq bədən xəsarətləri almış, evin və müxtəlif təyinatlı əşyaların yanıb məhv olması nəticəsində zərərçəkmişlərə 7000 manatdan artıq məbləğdə maddi ziyan dəymişdir. İddiaçı məhz yuxarıda qeyd olunan hallara əsaslanmaqla iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mülki Məcəllənin 21-ci, 23-cü və 1099-cu maddələrinə istinad edərək cavabdeh təşkilatın işçisinin qanunazidd əməlləri səbəbilə baş vermiş hadisə nəticəsində mənəvi zərərə məruz qaldığını irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu h alında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq X3 qanuni qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh İB-nin məsuliyyət daşıdığı qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İB də apellyasiya şikayətində həmin qənaəti deyil, əsasən iddiaçıya vurulmuş mənəvi zərərin məbləği ilə bağlı məsələni mübahisələndirmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində isə cavabdeh təşkilatın mülki hüquq pozuntusuna yol verməsinin sübut edilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası şikayətinə dəlili ilə razılaşmır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü m addəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir və bu səbəblə də cavabdeh təşkilatın işçisi olmuş X3 təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, onun qızı və kürəkəni həmin hadisə nəticəsində vəfat etmiş, nəvələri ağır dərəcəli bədən xəsarəti almış, nəvələrini atasız və anasız böyütmək məcburiyyətində qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən etdiyi zaman işin bütün hallarına lazımi hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb edilən 1.000.000 manat məbləğini yüksək hesab edərək belə qənaətə gəlmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 40000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası m əruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun v ə dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdeh in təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mən əvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin mü əyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qızının və kürəkənin həlak olması, nəvələrinin ağır dərəcəli bədən xəsarəti alması, onun fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, onun qızı və kürəkəninin həmin hadisə nəticəsində vəfat etməsi, nəvələri ağır dərəcəli bədən xəsarəti alması, nəvələrinin atasız və anasız böyütmək məcburiyyətində qalması onun şüuruna həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya sə bəb olması qaçılmazdır. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi izdirabların ağırlığını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının az müəyyən edilməsinə gətirib çıxarmışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, İddiaçı keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, azyaşlı qız nəvələrinin ağır dərəcəli yanıq xəsarətlərindən sifətlərinin silinməz dərəcədə eybəcərləşməsi müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını İddiaçı qəyyumu olduğu azyaşlı qız nəvələrinin ömür boyu çəkmələri istisna edilmir. Şərh olunanlara əsasən m əhkəmə kollegiyası mənəvi zərərin həddinin 70000 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun və ağlabatan hesab edir. Mənəvi zərərə görə iddiaçının tələb etdiyi məbləğlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin müqabilində tələb edilən 1.000.000 manatın iddiaçının xeyrinə tutulması, onun pozumuş hüquqlarının ədalətli şəkildə bərpasından çox onun zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Odur ki, qətnamə dəyişdirilərək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikay əti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək Cavabdehndən iddiaçının xeyrinə ödəniləcək mənəvi ziyanın məbləği 70000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-5356/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5356/2019
15.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver