Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5359/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X1, vəkili Məlikov Balabəy Ağamməd oğlunun iştirakları ilə, cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin və vəkili Vəkil oğlunun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-690/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsindən verdikləri k assasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.Q.Səlimov) iddia qismən təmin edilərək, cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(107)-2069/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev), İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli, 2(102)-7789/2019 nömrəli qərarı ilə (hakimlər S.F.Hacıyev (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və E.R.Vəliyeva) İddiaçı cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri X5 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(107)-2069/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apellyas iya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-690/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.H.Şükürov (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və R.Ə.Əliyev), İddiaçı, cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri X5, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(019)-254/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı cavabdehlər “Ə.Cavabdeh2 adına X6” ASC-yə, “Ə.Cavabdeh2 adına X6” ASC-nin Müşahidə Şurasının sədri Cavabdeh2, “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçə, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «Ə.Cavabdeh2 adına X6» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 Əliyeviçin və Müşahidə Şurasının sədri Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, 13.10.2018-ci il tarixli “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının protokolunun qanunsuz hesab edilməsi, “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri”, “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak vergisinin bəyannamələri və onların əlavələri”nin etibarsız sayılması və məlumatın Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına və Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinə verilməsi, Azərbaycan Respublikasının Vergilər Nazir liynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X6» ASC-nin qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015-2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X6» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X6» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri, habelə vergi ödənşləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X6» ASC-in fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb-yaradılmaması ba rədə məlumatların və «Ə.Cavabdeh2 adına X6» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, “Ə.A. Ansuxski adına X6” ASC-nin 336 səhminin sahibidir. Hesab edir ki, “Ə.A. Ansuxski adına X6” ASC-nin idarəetmə orqanlarının (cəmiyyətin müşahidə şurasının, təftiş komissiyasının və cəmiyyətin icra orqanının) üzvləri tərəfindən öz vəzifə borcunun yerinə yetirlməməsi və onların qanunsuz hərəkətləri nəticəsində onun hüquqları və qanuni maraqları kobud şəkildə pozulmuşdu r. 26 may 2004-cü il tarixdə «xxxx» ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmişdir. 26 may 2004-cü il tarixli «xxxx” ASC-nin protokolundan görünür ki, səhmdarların ümumi yığıncacının qərarı ilə cəmiyyətin yeni redaksiyasında Nizamnaməsi təsdiq edilmiş və cəmiyyətin rəsmi adı “Ə.A. Ansuxski adına X6” Açıq Səhmdar Cəmiyyəti adına dəyişdirilmişdir. Həmçinin həmin iclasın qərarı ilə Müşahidə şurasının sədri Cavabdeh2, İdarə Heyətinin sədri Cavabdeh3, Maliyyə Təftiş Komissiyasının sədri Azad Balayev və üzvləri Fizuli Varanosov, Həqiqət Süleymanova seçilmişlər. Səhmdarı olduğu “Ə.Cavabdeh2 adına X6” ASC-nin nizamnaməsi 22.09.2004cü ildə 0904-B1-192 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin Nizamnaməsinə ə sasən cəmiyyətin nizamnamə kapitalı ********** (bir milyard dörd yüz doqquz milyon yeddi yüz doxsan min) AZN və ya 140979 ədəd adi səhmdir. «Ə.Cavabdeh2 adına X6» Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 7.20-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir: cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi, həmçininin, törəmə müəssisələr, filiallar və nümayəndəliklərin təsis edilməsi, müştərək müəssisələrin yaradılması haqqında qərarın qəbul edilməsi. 21.02.2015-ci il tarixdə Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 tərəfindən səhmdarlara göndərilmiş bildirişdən görünür ki, 30 mart 2005-ci il tarixində saat 11:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində o, ikinci məsələ kimi «Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması» məsələsini qoymuşdur. 13.07.2006-cı il tarixində Cəmiyyətin idarə Heyətinin Sədri Cavabdeh3 tərəfindən səhmdarlara göndərilmiş 09.06.2006-cı il tarixli bildirşdən görünür ki, 24 iyul 2006-cı il tarixində saat 15:00-a təyin edilmiş səhmdarların ümumi yığıncağının gündəliyində o, üçüncü məsələ kimi «Kredit xəttinin açılması» və dördüncü məsələ kimi «xxxx» MMC törəmə şirkətinin yaradılması məsələlərini qoymuşdur. Cəmiyyətin nizamnaməsinin 7.24cü bəndində göstərilir ki, Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar 15 təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Cəmiyyətin Nizamnaməsinin 7.20.8-ci bəndində göstərilir ki, səhmdarların ümumi yığıncağını n müstəsna səlahiyyətlərinə həmçinin, cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan hissəsinə xüsusi əhəmiyyətli əqdlərin bağlanması barədə qərarların qəbul edilməsi aiddir. Ümumi Yığıncağın bu barədə qərarı 15 təqvim günü müddətində səhmdarlara yazılı bildiriş göndərilməlidir. Lakin, İdarə Heyətinin sədri Cavabdeh3 30 mart 2005-ci il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş “Cəmiyyətin iştirakı ilə müştərək müəssisənin yaradılması” barədə qərarını, həmçinin 24 iyul 2006-cı il tarixində səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarını, « xxxx » MMC törəmə şirkətininin yaradılması» və «Kredit xəttinin açılması» barədə məlumatları ona verməmişdir. Beləliklə, İdarə Heyətininin sədri Cavabdeh3 Azərbaycan Respublikasının Mü lki Məcəlləsininin 107-5-3-cü və 99.3-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozmuşdur. «Ə.Cavabdeh2 adına X6” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərdiyi zaman heç vaxt mənfəətlə işləməmişdir. Bununla da o, MM-nin 106-1.3.7-ci maddəsində nəzərdə tutulmuş səhmdar cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququndan mərhum olmuşdur. Müəssisənin zərərlə işləməsinin səbəblərini araşdırmaq və onun maliyyə təsərrüfat fəaliyyəti haqqında tam və düzgün məlumat almaq məqsədi ilə o cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb bir sıra Cəmiyyətə aid olan sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. X8 sədri Cavabdeh3 ona cəmiyyətin maliyyə təsərrüfat fəalliyyəti haqqında heç bir məlumat verməmişdir. Cəmiyyətin rəhbərliyi onun Cəmiyyətin maliyyə təsərrüfat faəliyyəti haqqında məlumat al maq hüququnu pozduğuna görə o,Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş hüquqları bərpa edilərək “Ə.Cavabdeh2 adına X6” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında sənədlərin təsdiqlənmiş surətlərinin ona təqdim edilməsi «Ə.Cavabdeh2 adına X6»nun rəhbərliynə həvalə edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minəndən sonra Balakən Rayon Məhkəməsininin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli icra vərəqəsi 08.02.2016-cı il tarixində Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. «Ə.Cavabdeh2 adına X6» ASC-nin İdarə Heyətinin sədri Cavabdeh3 üzərinə qoyulmuş öhdəliklərin üç ilə yaxın icrasında qərəzli olar aq yayındığına görə, icra məmuru borclunun qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edilmiş və onu işin digər materialları ilə birlikdə 05.04.2018-ci il tarxində Balakən Rayon Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-183/2018 saylı, 14.09.2018-ci il tarixli qərarı ilə «Ə.Cavabdeh2 adına X6” ASC İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib üç min manat məbləğində cərimə edilmişdir. Lakin, İdarə Heyətinin sədri Cavabdeh3 Balakən Rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli qətnaməsinin tələbini icra etmək əvəzinə, 13.09.2018-ci il tarixdə ona göndərdiyi bildirişdə bildirmişdir ki, 13.10.2018-ci il tarixdə saat 18:00-da səhmdarların ümumi yığınc ağı keçiriləcəkdir və iclasın gündəliyində «Cəmiyyətin ləğv edilməsi» məsələsi qoyulmuşdur. Bununla əlaqədar 29.09.2018-ci iil tarixdə o, Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107.1.4-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, MM-nin 107.1.4-cü maddəsində göstəriliri ki, səhmdarların ümumi yığıncağının çağrılmasına qırx beş gün qalmış yığıncağın çağrılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməlidir. Habelə səhmdarlara və nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Cəmiyyətin rəhbərliyinin hal-hazırda səhmdarların ümumi yığıncağının gündəliyinə Cəmiyyətin ləğv edilməsi məsələsini qoyması qanuna ziddir. Cəmiyyətin ləğv edilməsi ilə bağlı qərarın qəbul ed ilməsi üçün cəmiyyətin rəhbərliyi mühasibat uçotu subyektinin maliyyə vəziyyəti haqqında əhəmiyyətli hesab olunan informasiyanı səhmdarlara təqdim etməlidlir. X7 Məhkəməsinin 14.09.2018-ci il tarixli qərarından göründüyü kimi, cəmiyyətin rəhbərliyi ASC-nin maliyyə təsərrüfat fəaliyyəti haqqında sənədləri (məlumatı) ona tam təqdim etməmişdir. Balakən Rayon Məhkəməsininin 13.08.2015-ci il tarixli qətnaməsinin icra sənədinin icraatı ilə bağlı icra məmurunun apardığı tədbirlərdən sonra cəmiyyətin vəzifəli şəxslərinin öz vəzifələrini yerinə yetirməmələri məlum olmuşdur. 31.07.2017-ci il tarixli məktubunda İdarə Heyətinin sədri Cavabdeh3 Balakən rayon İcra və Probasiya Şöbəsinə bildirmişdir ki, 2011-2015-ci illərdə maliyyə-təftiş komissiyasının və auditorun aktları: 2010-2014-cü illərdə “Müəssis ə balansları və onların Əlavələri” tərtib edilməmiş, 2011-2015-ci illər üzrə Müşahidə şurasının iclasları keçirilməmiş, 2009-2014-cü illərdə «aktivlərin və öhdəliklərin, mal-materialların inventarizasiyası» aparılmamış və 2011-2015-ci illər üzrə ASC tərəfindən əqdlər üzrə heç bir müqavilə bağlanmamışdır. Beləliklə idarə heyətinin sədri Şamil Ansuxski tərəfindən MM-nin 107.6-cı maddəsində və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli, 16 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş «Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları»nda nəzərdə tutulmuş tələblər pozulmuşdur. Digər tərəfdən səhmdarın ümumi yığıncağında idarə Heyətinin sədri Cavabdeh3 Cəmiyyət tərəfindən yaradılmış « xxxx» MMC törəmə və müştərək müəssisələrin fəaliyyəti ilə bağlı hesabatla rı, habelə cəmiyyətin 2.000.000 manatdan çox kreditor borclarının necə yarandığı barədə səhmdarlara hesabat təqdim etmir. Həmçinin, cəmiyyətin aktivlərinin bugünkü bazar dəyəri bilinmir.Hesab edir ki, Cəmiyyətin rəhbərliyi tərəfindən ASC-nin aktivlərinin qiymətləndirilməsinin aparılmasına böyük ehtiyac yaranmışdır. 29.09.2018-ci il tarixli ərizəsində o, cəmiyyətin rəhbərliyinə təklif etmişdir ki, 13.10.2018-ci il tarixinə təyin etdiyi səhmdarların ümumi yığıncağını MM-nin 107.1.4-cü maddəsinə riayət edilməklə başqa tarixə keçirsin, iclasın gündəliyinə qoyulmuş Cəmiyyətin ləğv edilməsi məsələləsini gündəlikdən çıxarsın, əlavə isə cəmiyyət tərəfindən yaradılmış «xxxx» MMC törəmə və müştərək müəssisələrinin maliyyət əsərrüfat fəaliyyəti ilə bağlı hesabatları; Cəmiyyətin kreditor və debitor bo rcları haqqında hesabatların verilməsi, «Cəmiyyətin aktivlərinin qiymətləndlirilməsinin aparılması» barədə məsələləri iclasın gündəliyinə daxil etsinlər. X8 sədri Cavabdeh3 23.10.2018-ci il tarixli cavab məktubunda növbəti dəfə bildirmişdir ki, 2016, 2017, 2018-ci illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktları yoxdur. 2015, 2016, 2017-ci və 2018-ci illər üzrə Müşahidə Şurasının protokolları yoxdur.2015,2016, 2017 və 2018-ci illər üzrə «aktivlərinin və öhdəliklərinin,materiallarının inventarizasiyası» aktları və əsas vəsaitlərin ləğv aktları yoxdur, 2016-2017 və 2018-ci illər üzrə «Ə.Cavabdeh2 adına X6» müqavilələr və icarə müqavilələri barədə məlumatlar yoxdur; 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X6» ASC-də aparılmış səyyar vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib edilmiş yoxlama aktları yoxdur. İdarə heyətinin sədri Şamil Ansuxskinin hərəkətləri qanunsuzdur. Müşahidə şurasının sədri Cavabdeh2 də hərəkətləri qanunsuzdur. Müşahidə şurasının sədri Cavabdeh2 nəinki cəmiyyətin ümumi rəhbərliyi və cəmiyyətin fəaliyyəti üzərində nəzarəti həyata keçirməmiş, hətta Müşahidə şurasının iclasları keçirilməmiş və müşahidə Şurasının protokollarını tərtib etməmişdir. Digər tərəfdən idarə heyətinin sədri Cavabdeh3 tərəfindən ona təqdim edilmiş 13.10.2018-ci il tarixli «Ə.Cavabdeh2 adına X6» ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarından görünür ki, 13.10.2018-ci il tarixində səhmdarların ümumi yığıncağı keçirilmişdir. Göstərdiyi əsaslara görə hesab edir ki, «Ə.Cavabdeh2 adına X6»ASC-nin 13.10.2018-ci il tarixli səhmdarlarının ümumi yığıncağının protokolu qanuna ziddir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ********** №li, 10.05.2018-ci il tarixli məktubunda bildirir ki, onun müraciətinə əsasən aparılmış araşdırma zamanı aşkar olunmuşdur ki, «Ə.Cavabdeh2 adına X6» ASC tərəfindən 27.05.2017-ci il tarixinə səhmdarların ümumi yığıncağının çağrılması barədə yazılı bildirişi ona qanunvericiliklə nəzərdə tutulmuş müddətə göndərməmişdir.Bununla əlaqədar olaraq həmin səhmdar cəmiyyətinə Palata tərəfindən icrası məcburi göstəriş verilmiş və səhmdarların növbəti ümumi yığıncaqlarının qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilinin təmin edilməsi tələb edilmişdir.Cəmiyyətin İdarə Heyətinin sədri Cavabdeh3 növbəti səhmdarlarırn ümumi yığıncağının 13.10.2018-ci il tarixinə çağrılmasını təşkil edərkən növbəti dəfə qərəzli olaraq MM-nin 107.1.4-cü maddəsinin tələblərinə riayət etməmişdir. Həmin faktı Palata tərəfindən ********** №li, 31.10.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. Bundan əlavə cəmiyyətin rəhbərliyi MM-nin 1061.3.4-cü maddəsinə əsasən cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyinə dəyişikliklərin edilməsi və gündəliyə yeni müzakirə mövzularının əlavə olunması barədə onun verdiyi təkliflərə baxmamışdır. Bu da, İdarə Heyətinin sədri Cavabdeh3 tərəfindən onun MM-nin 106-1.3.4-cü maddəsində nəzərdə tutulmuş hüququnun pozulmasıdır. 13.10.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, birinci məsələ ilə, yəni «Ə.Cavabdeh2 adlına X6» ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiq i ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmişdir. Digər tərəfdən həmin məsələ ilə bağlı protokolda qeyd edilən maliyyə göstəricisi, yəni cəmiyyətin daşınmaz əmlakın icarəyə verilməsindən əldə olunan gəlir-3.677.90 manat məbləğində olduğu üçün etibarsız sayılmalıdır. İdarə Heyətiinin sədri Cavabdeh3 23.10.2018-ci il tarixli məktubunda qeyd edir ki, Cəmiyyətin heç bir icarə müqaviləsi yoxdur. Bundan əlavə 13.10.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, ikinci məsələ ilə, yəni “A.Cavabdeh2 adlına X6” ASCnin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclasda aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bə ndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz, ona görə də hesab edir ki, «Ə.Cavabdeh2 adına X6» ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»; habelə 2017-ci il üzrə tərtib edilmiş «Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri» və “Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri” etibarsızdır. 13.10.2018-ci ilin tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, üçüncü məsələ ilə, yəni İdarəetmə və nəzarət orqanlarının seçilməsi ilə bağlı iclasın qərarları ilə bu şəxslər vəzifələrə təyin olunmuşlar.Cəmiyyətin idarə Heyətinin sədr i-Fizuli Varansov, Müşahidə Şurasının sədri – Abdulqədir Ansuxski, şuranın üzvləri M.Dibirov və Cavabdeh3dir. İdarə heyətinin sədri vəzifəsinə Fizuli Varansovun təyin olunması MM-nin 107-11.3-cü maddəsində nəzərdə tutulmuş tələbə ziddir. X9 Cəmiyyətin təftiş komissiyasının üzvüdür. Ona görə də o təftiş komissiyasının üzvü olduğuna görə, cəmiyyətin idarə heyətinin sədri təyin edilə bilməz. Digər tərəfdən, Cavabdeh3 İdarə Heyətinin sədri vəzifəsindən getməmişdən əvvəl Cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiyası aparılmalı idi. Sonra isə Fizuli Varansova Cəmiyyətin bütün aktivləri, kapitalı, gəlir və xərcləri barədə məlumatlar verilməli idi. Habelə maliyyə, vergi və digər hesabatlar, həmçinin baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri təhvil-təslim edilməli idi. Lakin cəmiyyətdə idarə heyətinin sədri Cavabdeh3 həmin sənədləri tərtib etməmişdir. Cəmiyyətin idarə heyətinin sədri Cavabdeh3 Balakən Rayon Məhkəməsininin 2(019)-828/2015 saylı, 13.08.2015-ci il tarixli qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş vəzifəsindən gedə bilməz. İdarə heyətinin sədri Cavabdeh3 auditor aktlarının: aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının «Ə.Cavabdeh2 adına X6» ASC tərəfindən digər təşkilatlarla bağlanmış əqdlərin, kontraktların və icarə müqavilələrinin olmamasının səbəbi kimi cəmiyyətin 2009-2018-ci illər ərzində heç bir fəaliyyətinin olmadığını göstərmişdir. Cəmiyyətin idarə etmə orqanlarının hərəkətləri nəticəsində Cəmiyyətə külli miqdarda zərər vurulmuşdur və bu da son olaraq Cəmiyyətin müflişməsinə gətirəcəkdir ki, bu da onun hüquqlarına və qanuni maraqlarına ziyan vuracaqdır. Balakən Rayon Məhkəməsinin 2(019)-254/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən hakim H.Q.Səlimov) iş üzrə icraata Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi Vegilər İdarəsinin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin üzərinə «Ə.Cavabdeh2 adına X6» ASC-nin qeydiyyat qovluğunda olan sənədlərin, dövlət reyestrindən çıxarışın, həmçinin 2015- 2018-ci illər üzrə vergi bəyannamələrinin, vergi orqanı tərəfindən «Ə.Cavabdeh2 adına X6» ASC-də aparılmış vergi yoxlamaları barədə məlumatların; «Ə.Cavabdeh2 adına X6» ASC tərəfindən vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirlər i, habelə vergi ödənişləri üzrə borclar haqqında və vergi yoxlamalarının nəticəsi ilə əlaqədar tərtib olunmuş yoxlama aktlarının; «Ə.Cavabdeh2 adına X6» ASC-nin fəaliyyət göstərdiyi dövrdə törəmə və müştərək müəssisələr yaradılıb yaradılmaması barədə məlumatların və «Ə.Cavabdeh2 adına X6» ASC tərəfindən törəmə və müştərək müəssisələr yaradılmışdırsa onların fəaliyyəti ilə bağlı qeydiyyat qovluğunda olan sənədlərin və dövlət reyestrindən çıxarışın, habelə 2014-2018-ci illər üzrə vergi bəyannamələrinin təsdiq olunmuş surətinin ona təqdim etməsi öhdəliyinin qoyulmasına dair hissəsində xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC həmin qətn amədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC və vəkili Vəkil kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işə birtərəfli, səthi, qeyri-obyektiv yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessua l hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 və vəkili Məlikov Balabəy Ağamməd oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında işdə iştirak edən digər şəxslər üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliynin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X1, vəkili Məlikov Balabəy Ağamməd oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apelyasiya şikayətinin təmin olunmaması ilə bağlı işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. “...öyrənilən işdən görünür ki, “Ə.Cavabdeh2 adına X6” ASC-nin İdarə Heyətinin sədri Cavab deh3 13.09.2018-ci il tarixdə iddiaçıya bildiriş göndərərək 13.10.2018-ci il tarixdə saat 18:00-da səhmdarların ümumi yığıncağının keçiriləcəyini bildirmişdir. Halbuki, MM-nin 107-1.4-cü maddəsinin tələbinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Öz növbəsində iddiaçı 29.09.2018-ci il tarixdə Cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhmdarların ümumi yığıncağının çağrılması zamanı MM-nin 107-1.4-cü maddəsinin tələblərinə riayət olunmamış, ona qanunla müəyyən edilmiş müddətdə və qaydada məlumat verilməmişdir. Digər tərəfdən müəyyən edilmiş bu fakt həmçinin, işdə olan Azərbaycan Respublikası Maliyyə X3 ********** №li, 31.10.2018-ci il tarixli məktubu ilə bir daha təsdiq edilmişdir. Bundan əlavə təhlil olunan 13.10.2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, «Ə.Cavabdeh2 adına X6» ASC-nin 2017-ci ilin maliyyə hesabatı və balansının təsdiqi ilə bağlı səhmdarların ümumi yığıncağı qərar verməmiş, həmçinin, sözügedən protokoldan görünür ki, «A.Cavabdeh2 adına X6” ASC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı ilə bağlı iclası aşağıdakı qərarı vermişdir: Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi. Halbuki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz. Bu baxımdan da apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi «Ə.Cavabdeh2 adına X6» ASC-nin 2017-ci il üzrə tərtib edilmiş «Mühasibat balansı və onların əlavələri»; habelə 2017-ci il üzrə tərtib edilmiş «Mənfəət vergisinin bəyənnamaləri və onların Əlavələri» və Əmlak Vergisinin bəyənnamələri və onların Əlavələri»ni etibarsız hesab etməkdə haqlı olmuşdur...”. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş ol duğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, “Ə.Cavabdeh2 adına X6” ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsi ilə bağlı elan 29.08.2018-ci il tarixində 32(444) saylı “Vergilər” qəzetində dərc edilmişdir. Həmin qəzetdə ümumi yığıncağın 13.10.2018-ci il tarixində saat 10:00-da keçiriləcəyi göstərilmişdir. Göründüyü kimi ümumi yığıncağın keçirilməsinə dair elan qəzetdə 45 gün əvvəl dərc edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-cü maddəsinin tələblərinə uyğundur. Həmin maddəyə görə: “Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir”. Həmin maddənin tələbinə görə yalnız elanın 45 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli olduğu təsbit olunmuşdur. Bu heç də səhmdarlara yazılı bildirişin 45 gün əvvəl çatdırılması kimi təfsir olunmamalıdır. Həmin maddədə səhmdarlara “ bu barədə” yazılı bildirişin göndərilməsi qeyd olunmuşdur. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması ilə əlaqədar müddətlər isə Mülki Məcəllənin 107-1.8-ci maddəsində təsbit olunmuşdur: 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə y etirməlidir: 107-1.8.1. üç iş günü müddətində səhmdarların ümumi yığıncağının vaxtını və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq səhmdarların ümumi yığıncağının keçirilməsini təmin etməlidir. Həmin maddənin tələbindən göründüyü kimi səhmdarın növbədənkənar ümumi yığıncaqda iştirakının təmin olunması üçün azı 25 gün qalmış yazılı bildirişin göndərilməsi təsbit olunmuşdur. Buna görə səhmdar MM-nin 107-1.4 və 107-1.5-ci maddəsini tələbləri baxımından ümumi yığıncaqda iştirak ının təmin olunması üçün ona kifayət edən məqsədəmüvafiq vaxtda qabaqcadan məlumatın verilməməsini mübahisələndirə bilər. Lakin yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi səhmdarların ümumi yığıncağının çağrılmasına 45 gün qalmış yığıncağın çağırılması haqqında “Vergilər” qəzetində məlumatın verilməsini ümumiyyətlə nəzərə almamış, Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından iddia tələbinin ümumi yığıncağın 13.10.2018-ci il tarixli protokolunun qanunsuz hesab edilməsi hissəsinə tam düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi iddia tələbinin “Ə.Cavabdeh2 adına X6” ASC-nin 2017-ci il üzrə tərtib olunmuş “Mühasibat balansı və onların əlavələri” nin etibarsız hesab edilməsi hissəsinə də düzgün hüqu qi qiymət verməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində düzgün olaraq qeyd etmişdir ki, Cəmiyyətin Nizamnaməsinin 10.2-ci bəndində göstərilir ki, Təftiş Komissiyası Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır, illik hesabatlar və balanslar əsasında rəy tərtib edir. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edilə bilməz. Lakin apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar ümumi yığıncağın 13 oktyabr 2018-ci il tarixli protokol qərarını tam düzgün nəzərə almamışdır. Həmin qərara əsasən: “ Təftiş komissiyasının hesabatı ümumi yığıncaqda təqdim edilmədiyi üçün hesabat qəbul edilmədi”. (1-ci cild i/v 77). Bununla əlaqədar həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin 2017-ci ildə tərtib edilmi ş “Mənfəət vergisinin bəyannamələri və onların əlavələri” və “Əmlak Vergisinin bəyannamələri və onların əlavələri” nin etibarsız hesab edilməsi hissəsi əsaslandırılmamış, iddia tələbinin həmin hissəsinin mübahisələndirilməsinə iddiaçının subyektiv hüququnun olub-olmamasına qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yen idən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh “Ə.Cavabdeh2 adına X6” ASC-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 2(107)-690/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5359/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5359/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver