Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5359/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN BDYPİ-yə, X4 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın birgə əmlakı, müqavilənin ləğvi, müqavilənin etibarsız hesab edilməsi, vicdanlı əldə edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavab deh1, Cavabdeh4, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN BDYPİ-yə, X4 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, Cavabdeh5 qarşı “müqavilələrin ləğv və etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4227/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X2 1995-ci ildə nikaha daxil olmuş, birgə nikahdan 1996-cı ildə Kənan və 1998-ci ildə Diana anadan olmuş, əri Lütfəli 2016-cı ildə ad və soyadını dəyişərək Əli Q uluzadə kimi rəsmiləşdirmişdir. 2. “İnfiniti FX35” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) xx.xx.2007-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) xx.xx.2006-cı il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.2013cü il tarixdə iddiaçının xüsusi mülkiyyətinə keçmişdir.
3. Mübahisəli avtomobil xx.xx.2011-ci il tarixdə iddiaçının adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adında qeydiyyatda qalmaqla yalnız dövlət qeydiyyat nişanı dəyişdirilərək nəqliyyat vasitəsinə yeni **-VB-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, xx.xx.2014-cü il tarixdə komisyon mağazada satılması üçün Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə hesab-arayış əsasında Cavabdeh8 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə **-BP-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, xx.xx.2019-cu il tarixdə isə avtomobil Cavabdeh8 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına təkrar dövlət qeydiyyatına alınmışdır.
4. Mübahisəli mənzil 27 saylı notariat kontorunda 4Ə-01/187 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmış, 51 saylı notariat kontorunda bağlanmış 4ə-122 reyestr nömrəli xx.xx.2016-cı il tar ixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 mülkiyyətinə keçmişdir.
5. Mübahisəli torpaq sahəsi 11 saylı notariat kontorunda bağlanmış 4Ə/163 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına, 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına qeydiyyata alınmışdır. Əmlak hazırda sonuncunun mülkiyyətindədır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin 2011-ci il tarixdə dəyəri olmuş 32 000 manatın Cavabdeh2 alınaraq ona verilməsi; **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alı naraq ona qaytarılması; mübahisəli torpaq sahəsi barəsində xx.xx.2013-cü il tarixdə X8 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış, 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə1-289 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması; mübahisəli mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə X2 tərəfindən Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması və qeyd olunan torpaq sahəsi və mənzilə dair mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız h esab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olmuş əmlaklar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən çıxarılaraq özgəninkiləşdirilmişdir. Avtomobil xx.xx.2011-ci il tarixdə BDYPİ-də Cavabdeh2 adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirilmiş, həmin vaxt avtomobilin dəyəri 32 000 manat olmuş, Cavabdeh2 avtomobili xx.xx.2012-ci il tarixdə Cavabdeh9 Şayəddin oğluna satmış və pulunu mənimsəmiş, bununla da ona 32 000 manat maddi ziyan vurmuşdur. Bundan başqa, avtomobilin **-VL-*** dövlət qeydiyyat nişanı Cavabdeh2 tərəfindən Cavabdeh9 verilmiş, daha sonra həmin qeydiyyat nişanı Cavabdeh10 məxsus “BMW-750" markalı avtomobilə təhkim olunm uşdur. Avtomobilin alqı-satqısı onun adından Cavabdeh3 tərəfindən saxta yolla tərtib olunmuş etibarnamə əsasında həyata keçirilmişdir. Belə ki, Rusiya Federasiyası, Tümen vilayəti, XantıMansiysk vilayəti, Radujnıy şəhərində xx-xx/489000 nömrəli xx.xx.2010-cu il tarixdə hazırlanması adı ilə əldə olunmuş saxta etibarnaməyə əsasən guya o, Cavabdeh2 avtomobilə dair etibarnamə vermişdir. Halbuki, heç vaxt heç kəsə belə bir etibarnamə verməmişdir və bunu notarius K.V.Osipovun xx.xx.2020-ci il tarixli məktubu və həmin iş üzrə aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi də təsdiq edir. Mübahisəli torpaq sahəsi xx.xx.2013-cü il tarixdə 11 saylı DNK-da 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh4 satılmış, bu zaman bir neçə saxta etibarnamələrdən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh3 adına 6 saylı notariat kontorunda xx.xx.2011-ci il tarixdə ƏN-İ seriyalı 287878 saylı saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər 38 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ötürülmüş, daha sonra isə həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər notarius E.H.Qurbanov tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qanunsuz etibarnamə ilə Cavabdeh2 tərəfindən X6 ötürülmüşdür. X8 da həmin etibarnamədən istifadə edərək torpaq sahəsini Cavabdeh4 satmışdır. Beləliklə, əmlaklara dair bağlanmış müqavilələrdən məlumatı və onlara razılığı olmamış, cavabdehlər bunları özbaşına etmişlər. Qeyd olunanlarla bağlı hüquq-mühafiz ə orqanlarına müraciət olunmuş və göstərdiyi faktlar öz əksini tapmışdır. 5555
9. Cavabdehlər X3 və Cavabdeh2 məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, iddia tələbinin tamamilə əsassız olduğundan rədd olunmasını xahiş etmişlər.
10. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil iddiaçıya məxsus olmuş, həmin avtomobil 2007-ci ildə alınmışdır. 2011-ci il tarixdə qardaşı Lütvəli ona öz tanışı vasitəsi ilə etibarnamə göndərmiş, o da, həmin etibarnaməni hava limanından götürmüşdür. Sonradan Lütvəli Cavabdeh2 2011-ci il tarixdə avtomobili öz adına keçirməsini, banka girov qoyaraq pul götürüb ona göndərməsini xahiş etmiş o da, avtomobili öz adına keçirmiş, bankdan pul götürüb qardaşı Lütfəliyə Dağıstan Respublikasında vermişdir. Həmin avtomobili adına keçirdikdən sonra iddi açıya və qardaşı Lütfəliyə etibarnamə də vermişdir. Yəni hər ikisinin razılığı ilə adına avtomobil rəsmiləşdirilmişdir. Əgər qanunsuz olaraq maşını öz adına keçirsəydi, onda etibarnamə verməyə də ehtiyac qalmazdı. Sonradan həmin avtomobili qardaşı Lütfəlinin göstərişi ilə X1 və pulu Anar qardaşı Lütfəliyə vermişdir. Qardaşı Lütfəli (Əli) avtomobilin üzərində olan **-VL-*** qeydiyyat nişanını isə Sahibəddindən aldığı borcun əvəzinə ona vermişdir. Bu halı Sahibəddin də təsdiq etmişdir. İddiaçı hazırkı iddia tələbində göstərilən xüsusatlarla bağlı Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Nərimanov Rayon Polis İdarəsinin 2021-ci ilin yanvar ayında qəbul etdiyi qərarla “mübahisəli avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cavabdeh2 və Cavabdeh3 əməlin də Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinə xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki. avtomobili sataraq pulu əldə edən şəxs iddiaçının əri X5r. Yəni, qərarla sübut olunmuşdur ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili onların razılığı ilə satmış və əldə olunmuş pul vəsaitini isə əri Əli (Lütfəli) Quliyevə vermişdir. Qərara əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın 13-cü bəndinə əsasən mübahisəli torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi Cavabdeh2 və X4 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əla mətləri olmadığından onların barəsində cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, mərhum ataları X8 xx.xx.2014-ci il tarixdə Lütfəli (iddiaçının həyat yoldaşı) ilə birlikdə notariat kontoruna getmiş, orada torpağı Seyran adlı şəxsə satmışdır. Alınan pul Lütfəliyə verilmişdir, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin satışından pulu əldə edən şəxs onun əri X12 (Quliyev Lütfəli) oğludur. Bu fakt sahid ifadələri, həmçinin cinayət işi materiallarında olan X12 (Quliyev Lütfəli) oğlunun özünün xətti ilə yazdığı imzası ilə təsdiq etdiyi ərizəsi ilə tam təsdiq olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 70 Bakı səhəri 27 saylı Notariat kontorunda xx.xx.2014-ci il tarixdə Qulizadə Əl i (Quliyev Lütvəli) tərəfindən qardaşı Zülfinin adına bağışlanmışdır. X15 (Quliyev Lütvəli) istəyi ilə banka girov qoyularaq, 50 000 manat kredit alınmışdır. Həmin pulu Əli Quluzadə (Quliyev Lütvəli) götürmüşdür. Bu hal Quluzadə Əlinin (Quliyev Lütvəli) öz ifadəsi və ərizəsi, şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Əli Quluzadə öz ifadəsində göstərmişdir ki, banka olan borcunu ödəyə bilməmişdir və qardaşı Cavabdeh2 müraciət etmişdir. Cavabdeh2 də pul vermiş və banka olan borcunu qaytarmışdır. Sonra qardaşı Cavabdeh3 ona verdiyi etibarnamə əsasında mənzili Cavabdeh11 adlı şəxsə satmış, evin satışından artıq qalan pul iddiaçının həyat yoldaşı Quliyev Lütvəliyə (Quluzadə Əliyə) verilmişdir. Qərara əsasən mənzilin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə və cinayət işinin i craatına CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.
11. İşə baxılarkən iddiaçının şikayətləri əsasında başlanmış cinayət işinin icraatına xitam verilməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Ceyhun Kərimovun xx.xx.2022-ci il tarixli qərar təqdim edilmişdir.
12. Həmin istintaq araşdırması zamanı alınmış məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/59 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2011ci il tarixli, ƏN-İ seriyalı, 287878 saylı etibarnamədə olan "imza" qrafasındakı imza və "Qulijeva" soyadı-İddiaçı tərəfindən yox, Cavabdeh1 tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
13. İstintaq araşdırması zamanı müəyyən edilmişdir ki, etibarnaməyə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi X8 və Cavabdeh2 tərəfindən satılmışdır. Bakı şəhəri 6 saylı notariat kontorundan verilmiş xx.xx.2011-ci il tarixli 7E/28071 reyestrdə qeydə alınmış etibarnamədə göstərilmişdir ki, İddiaçı həmin tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda qaynı Cavabdeh3 əmlak hüquqlarına dair baş etibarnamə vermişdir. Lakin 6 saylı notariat kontorundan verilmiş məktubdan görünür ki. xx.xx.2012-ci il tarixli 7E/28071 reyestrdə belə bir etibarnamə qeydiyyatdan keçməmişdir. Həmçinin müəyyən edilmişdir ki, etibarnamənin verildiyi tarixdə İddiaçı Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Həmin xüsusat üzrə dindirilmiş Cavabdeh3 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri 6 saylı notariat ko ntorundan verilmiş xx.xx.2011-ci il tarixli 7E/28071 reyestrdə qeydə alınmış etibarnamədən xəbəri olmamışdır, etibarnamə əsasında Cavabdeh3 Cavabdeh2 xx.xx.2012-ci il tarixdə etibarnamə vermişdir. xx.xx.2012-ci il tarixdə həmin etibarnamə əsasında Cavabdeh2 atası Qardaşxan Quliyevə etibarnamə vermişdir. Sonuncu etibarnamə əsasında torpaq sahəsi X8 tərəfindən Cavabdeh4 satılmışdır. Həmin torpaq sahəsi 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmışdır. İddiaçının mülkiyyətində olan mübahisəli mənzil Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2014cü il tarixdə Cavabdeh3 bağışlamış mənzilə dair çıxarış alınmış, xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da 4Ə-122 reyestr nömrəli alqı-satq ı müqaviləsinə əsasən Cavabdeh11 satmışdır.
14. Məhkəmə iclasında Cavabdeh11 göstərmişdir ki, ev almaq üçün Eldar adlı maklerə müraciət etmiş, o 3-4 ev göstərmişdir. mübahisəli mənzilə baxmış, mənzili satan Ülvi olmuş, onu əvvəllər tanımamışdır. Pulunu verib mənzili almışdır. Eşitdiyinə görə Ülvinin qardaşı xəstə olduğundan mənzili satmışdır. Hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
15. Məhkəmə iclasında izahat vermiş Cavabdeh5 göstərmişdir ki, 25 ildir Badamdarda yaşayır. Torpaq sahəsi almaq üçün alqı-satqı şirkətinə müraciət etmişdir. Ağabəy adlı maklerin vasitəsi ilə mübahisəli torpaq sahəsini xx.xx.2013-cü ildə Cavabdeh4 130000 ABŞ dollarına almışdır. Seyranı ondan qabaq tanımamışdır. Odur ki, iddia tələbinin təmi n olunmamasını xahiş etmişdir.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-315/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbləri təmin edilməmişdir.
17. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu 1995-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahları dövründə tərəflər iş üzrə mübahisəli avtomobili, torpaq sahəsini və mənzili əldə etmişlər və əmlaklar iddiaçının adına qeydiyyatdan keçmişdir. Quliyev Lütfəli (Qulizadə Əli) Qaprdaşxan oğlu onkoloji xəstəliyə tutulmuş və müalicə xərclərini qarşılamaq məqsədi ilə qardaşları Cavabdeh2 və Cavabdeh3 yardımı ilə iddiaçının adından verilmiş saxta etibarnamələr əsasında mübahisəli daşınar və daşınm az əmlakları özgəninkiləşdirmiş, əldə olunmuş pul vəsaitini müalicəsinə və bu məqsədlə götürdüyü borcların ödənilməsinə sərf etmişdir.
18. Məhkəmə iş üzrə araşdırılmış sübutlarla belə qənaətə gəlmişdir ki, iddiaçının adına qeydiyyatdan keçən, sonuncunun Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə birgə nikahları dövründə əldə edilmiş torpaq sahəsini və mənzili alqı-satqı anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatsız olmuş cavabdehlər Cavabdeh11 və X9 vicdanlı alıcıdırlar. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, iddiaçı Quliyev Lütfəli (Qulizadə Əli) Qard aşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olmuş, bu müddət ərzində birgə təsərrüfat aparmış, özgəninkiləşdirilən əmlakların pulu ailə ehtiyacları üçün sərf olunmuşdur.
19. Məhkəmə hesab etmişdir ki, mübahisə obyekti olan torpaq sahəsinin və mənzilin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. İddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına dair əsaslı və şübhədən kənar sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Məhkəmə mübahisəli avtomobillə bağlı hissədə tələb qiymət verərək qeyd etmişdir ki, avtomobilin satılaraq əldə olunmuş vəsaitin ərinin xəstəliyinə sərf olunmasının 2012-ci ilin yay aylarında ona məlum olması iddiaçının ibtidai istintaqa vermiş olduğu ifa dəsində birbaşa etiraf olunmuşdur. Həmin avtomobilin dəyərinin tələb olunmasının heç bir hüquqi əsası yoxdur. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 148.2, 152.1, 157.2, 225.6, 324.1, 324.5, 337.1, Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Şikayətdə işin halları, iddia ərizəsində göstərilənlər sadalanaraq, həmçinin qeyd edilmişdir ki, qətnamə əsassız və qanunsuzdur, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4227/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
30. Maddə
21. Zərərin əvəzinin öd ənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair et irazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
33. Maddə
225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadı n ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini p ulla ödəməlidir.
38. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
39. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
40. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
41. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürləri nin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Prosessual Məcəllə
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi...
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Mad də 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019 -cu il tarixli Qərarı
53. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iş tirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 167-ci maddəsi). Kassasiy a baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Baxılan işdə iddiaçının tələbi 5 hissədən ibarətdir: 1) Mübahisəli avtomobillin 2011-ci il tarixdə dəyə ri olmuş 32000 manatın Cavabdeh2 alınaraq ona verilməsi; 2) **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alınaraq ona qaytarılması; 3) Mübahisəli torpaq sahəsi barəsində xx.xx.2013-cü il tarixdə X8 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması; 4) Mübahisəli mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə X2 tərəfindən Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması; 5) Mübahisəli torpaq sahəs i və mübahisəli mənzilə dair mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi.
57. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr tələbin 1-2-ci hissələri üzrə düzgün nəticəyə gəlmişdir.
58. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən həmin avtomobil iddiaçı ilə mərhum ərinin birgə nikahı dövründə əldə edilmiş, avtomobilin satışından əldə olunmuş vəsait iddiaçının ərinin xəstəliyinə sərf olunmuş və iddiaçı uzun illər əvvəl bu barədə məlumatlı olmuşdur. Belə olan halda məhkəmələr avtomobilin özgəninkiləşdirilməsindən əldə edilmiş pulu cavabdehlərdən tələb edilməsinin qanuni əsasının olmaması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. İddiaçının kassasiya şikayətinin bu hissədə dəlilləri qeyd edilənlərə əsasən təmin edilə bilməz.
59. Məhkəmə kollegiy ası hesab edir ki, məhkəmələr tələbin ikinci hissəsini də rədd etməkdə düzgün nəticəyə gəlmişlər. Belə ki, iddiaçı tələbin həmin hissəsində vaxtı ilə mübahisəli avtomobilə təhkim edilmiş **-VL-*** dövlət nömrə nişanının Cavabdeh10 alınaraq ona qaytarılmasını xahiş etmişdir.
60. İddiaçı həmin hissədə iddia ərizəsini onunla əsaslandırmışdır ki, tələb olunan dövlət nömrə nişanı xx.xx.2012-ci il tarixdə mübahisəli avtomobildən çıxarılmış və Cavabdeh10 məxsus “BMW-750" markalı avtomobilə təhkim olunmuşdur. 61. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrind ə müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir (İ və İİ hissələr).
62. Bu baxımdan hər hansı avtonəqliyyat vasitəsini fərqləndirmək üçün verilmiş və avtomobilə bərkidilən dövlət nömrə nişanının həmin nişanın əvvəllər vurulduğu avtomobilin keçmiş sahibi tərəfindən ayrıca əşya kimi başqasından tələb edilməsinin hüquqi əsası yoxdur.
63. Apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin 3-5-ci hissələri ilə bağlı gəldiyi nəticə üzrə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
64. Birinci instansiya məhkəməsi iddia tələbinin 3-4-cü hissə lərinin hər iki daşınmaz əmlaklara dair bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini rədd edərkən ilk növbədə iş üzrə cavabdeh olan sonuncu alıcıların həmin müqavilələrin bağlanması anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmələri, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatlarının olmaması və bununla da, vicdanlı alıcı olmalarına əsaslanmışdır.
65. İddiaçı tələbini bu hissəsinin əsası kimi ona istinad etmişdir ki, mülkiyyətində olan daşınmaz əmlakların ilkin özgəninkiləşdirilməsi onun adından verilmiş saxta etibarnamələr əsasında aparılmışdır.
66. Birinci instansiya məhkəməs i iddiaçının adına olmuş hər iki əmlakın ilkin olaraq saxta etibarnamələrlə özgəninkiləşdirildiyini işin mübahisəsiz halı kimi müəyyən etmişdir.
67. Bu baxımdan məhkəmənin əqdin mülkiyyətçinin iradəsi olmadan, saxta etibarnamə əsasında özgəninkiləşdirildiyini müəyyən etdiyi halda, yuxarıda göstərilən əsaslarla etibarsızlıq tələblərini təmin etməməsi barədə gəldiyi nəticə ziddiyyətli olmaqla yanaşı, müvafiq hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına uyğun deyil.
68. Nəzərə alınmalıdır ki, hər hansı bir əqdin etibarlı olması üçün əqdin qurucu ünsürlərinin tam olub-olmaması müəyyən edilməlidir ki, bu ünsürlərdən biri də əqdin bağlanmasında səlahiyyətli subyektlərin iştirak etməsidir.
69. Mülki qanunvericilikdə əqdin təmsilçi vasitəsi ilə bağlanması imkanı nəzərdə tutulmuşdur. L akin hazırkı işdə mübahisələndirilən müqavilələrin bağlanması zamanı istifadə edilmiş etibarnamələrin iddiaçı tərəfindən verilmədiyi müəyyən edilmişdir.
70. Belə olan halda həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olmayan subyektlərlə bağlanmış müqavilə etibarsızdır (əhəmiyyətsizdir).
71. Nəzərə alınmalıdır ki, daşınmaz əşya mülkiyyətçisinin iradəsinə zidd olaraq digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra həmin əşyanı vicdanlı üçüncü şəxslərin əvəzli qaydada əldə etməsi Mülki Məcəllənin 140-cı maddəsinə əsasən sonuncu müqavilələrin etibarsızlığını istisna etsə də, bu hal birinci müqavilələrin etibarsız sayılmasından imtina edilməsi üçün qanuni əsas ola bilməz.
72. Əksinə özgəninkiləşdirmə barədə birinci əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydas ında təsbit edilməsi əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.
73. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçıya məxsus xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin və xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinin rədd olunmasını, həmçinin iddiaçının Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olması, onların bu müddət ərzində birgə təsərrüfat aparması, özgəninkiləşdirilmiş əmlakların pulunun ailə ehtiyacları üçün sərf olunduğu ilə əsaslandırmışdır.
74. Halbuki istinad olunan hallar əhəmiyyətsiz əqdin etibarsızlığının məhkəmə qaydada təsbit olunması b arədə iddianın rədd edilməsi üçün deyil, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi, yəni tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaq və ya onun dəyərini pulla ödəmək öhdəliyinin olub-olmadığının müəyyən edilməsi zamanı hüquqi əhəmiyyət kəsb edə bilər.
75. İddia tələbinin iddiaçıya məxsus olmuş daşınmaz əşyalara dair sonradan bağlanmış alqı-satqı müqavilələrinin ləğvi tələbi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
76. Müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir.
77. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
78. Baxılan iş üzrə iddia tələblərində iddiaçı özünün torpaq sahəsi və mənzillə bağlı bağlanmış ikinci müqavilələrə münasibətdə tərəfi olmadığı, cavabdehlər arasında bağlanmış əqdlərin ləğvini xahiş edir və tələbini onunla əsaslandırır ki, həmin əqdlər onun adından hazırlanmış saxta etibarnamələrdən istifadə edilərək onun xəbəri olmadan bağlanmışdır.
79. Birinci və apelyasiya instansiyası məhkəmələri iddia tələbinin həmin hissələrinin də rədd olunmasını əqdlərin etibarsızlığına dair maddi hüquq normaları ilə əsaslandırıb və iş üzrə həmin normalarının dispozisiya şərtlərinin mövcud olmadığı qənaətinə gəliblər. Halbuki yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin müqavilənin ləğvi tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onu ləğvinə qiymət vermək hüququ yoxdur.
80. Belə qiymətləndirmə mahiyyətcə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma olmaqla yanaşı, həm də iddiaçının eyni əqdi digər əsasla mübahisələndirmək hüququnun qarşısını almış olur.
81. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı tələbində mübahisəli daşınmaz əmlaklarla bağlı bağlanmış ikinci müqavilələrin ləğvini xahiş etsə də, iddiasını əsasən həmin əqdin etibarsız olduğu barədə dəlillərlə əsaslandırmışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci və 167-ci maddəsinin tələblərinə əsasən bu məsələni tərəflərlə müzakirə etmək məhkəmənin vəzifəsidir.
82. MPM-in 14.1-cü maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosess ual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir.
83. Sadalanan prosessual hərəkətləri yerinə yetirmədən və yuxarıda qeyd olunan məsələləri tərəflərlə müzakirə etmədən müqavilənin ləğvi barədə verilmiş iddia ərizəsinə müqavilənin etibarsızlığını tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməsi son nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına və düzgün olmayan məhkəmə aktının çıxarılmasına səbəb olmaqla yanaşı, tərəfləri də bir sıra mühüm prosessual hüquqlardan məhrum etmiş olur. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən MPM-in 14 və 167-ci maddələrinin tələbləri pozulmuş, müqavilənin ləğvi tələbləri müqavilənin etibarsızlığını tənzimləyən maddi hüquq normalarına istinad edilməklə təmin olunmamışdır.
84. İddia tələbinin 5-ci hissəsinin həlli tələbin 3-4 hissələrinə bağlı olduğundan Məhkəmə kollegiyası həmin tələb üzrə ayrıca hüquqi qiymətləndirmə aparılmasına zərurət görmür.
85. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 3-5 hissələrinin rədd edilməsi barədə nəticəyə gələrkən istinad edilən maddi v ə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
86. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin iş üzrə mövqeyini təkrarlamaqla, qətnaməni qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır.
87. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin 3-5-ci hissələrinin rədd olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4227/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi iddia tələbinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi barəsində xx.xx.2013cü il tarixdə X8 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış, 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması, torpaq sahəsi və mənzilə dair mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi tələblərinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə, yəni iddia tələbinin “İnfiniti FX35” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin və **-VL-*** dövlət qeydiyyat nişanının qaytarılması tələbinin təmin edilməməsi hissələrin də dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.