Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5363/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Sığorta ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) 04.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5743/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19.04.2019-cu il tarixli, İ-MİC-0827/19 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən, faydalanan şəxs "xxxx" ASC-nin Yasamal filialı göstərilməklə, sığortalı İddiaçı məxsus “BMW X5” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.04.2019-cu il tarixdən 19.04.2020-ci il tarixədək sığortalanmış, sığortanın dəyəri 28.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. 26.06.2019-cu il tarixdə avtomobil etibarnamə əsasında Elvin Qarabağlı tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi baş verm iş və onun avtomobilinə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün şirkətin işçilərinin tələbi ilə avtomobil “Toyota Əhmədli” təmir müəssisəsində texniki müayinədən keçsə də, bu günə kimi müayinənin nəticəsi və dəymiş ziyanın hansı məbləğdə qiymətləndirilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, sığorta hadisəsi zamanı avtomobilin ön şüşəsi əhəmiyyətli dərəcədə zədə aldığından avtomobili qəza baş verdiyi gündən bu günədək istifadə edə bilmir və əsassız yerə sığorta işinin baxılmasının uzadılması da onun hüquqularının pozulmasına səbəb olur. Odur ki, mümkün qədər qısa müddətdə sığorta işinin nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin Yasamal filialının rəhbərliyinə ünvanlanmış 06.09.2019-cu il tari xli 3890/İ saylı məktubun surətindən görünür ki, İ-MİC-0827/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış İddiaçı məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil 26.06.2019-cu il tarixində sığorta hadisəsinə uğramış və avtomobilə 710 manat məbləğində zərər dəymişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250 manat olmaqla qismən (avtomobilinin dəyərinin 80%-i) sığortalanmışdır. Buna əsasən sığorta ödənişi avtomobilə dəymiş zərərin 80%-dən 250 manat azadolma çıxılmaqla 318 manat təşkil edir. Həmin avtomobilin "xxxx" ASC-nin Yasamal filialında girovda olduğunu, sığortalının bankina cari kredit borcunun mövcudluğunu və faydalanan şəxs olduğunu nəzərə alaraq sığorta ödənişinin sığortalıya, "xxxx" ASC-nin bank hesabına və ya avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsi barədə məlumat verilməsini xahiş etmişlər. "xxxx" MMM tərəfindən verilmiş 07.10.2019-cu il tarixli qüsur aktına əsasən “BMW AG” konserninin Azərbaycanda rəsmi idxalçısı "xxxx" MMM-nin texniki xidmət mərkəzinə 26.09.2019-cu il tarixdə daxil olmuş “BMW X5” markalı, 99-SE110 dövlət nömrə nişanlı, L408423 ban nömrəli avtomaşında ön şüşə zədələnmiş və onun dəyişdirilməsinə 1891,14 (ƏDV daxil) manat pul vəsaiti tələb olunmuşdur. "xxxx" ASC-nin Yasamal filialı tərəfindən "xxxx" ASC-yə, surəti İddiaçı ünvanlanmış 28.10.2019-cu il tarixli məktubuna əsasən sığorta hadisəsi nəticəsində “BMW X5” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə müəyyən edilən məbləğin sığortalı ilə (İddiaçı ilə) razılaşdırılmaqla həmin şəxsə verilməsinə etir az etmirlər. "xxxx" ASC-nin 29.07.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatına əsasən “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 710 manat vəsait hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2021-ci il tarixli, 9/5760 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablaşma yolu ilə təqdim edilmiş 07.10.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 26.06.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “BMW X5” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1660 manat müəyyən edilmişdir (o cümlədən dəyişilməli hissələrin qiyməti 1560 manat, təmir-bərpa işlərinin qiyməti – 100 manat). Aparılmış ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim olunmuş ekspert rəyindən görünür ki, sığorta hadisəsi nəticəsində texniki zədə almış avtomobilin təmir-bərpa xərci 1660 manat təşkil edir. Bu səbəbdən 1410 manat məbləğində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilməsinə görə 1500 manat məbləğində dəbbə p ulunun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-SE-*** dövlət qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil mülkiyyət hüququ əsasında ona məxsusdur. 26.06.2019-cu il tarixdə avtomobil idarə edilərkən öndə gedən avtomobilin təkərinin altından çıxan daş iddiaçının avtomobilinin ön şüşəsinə dəymiş və nəticədə şüşə yararsız vəziyyətə düşmüşdür. Sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-nin nümayəndələri dərhal məlumatlandırılmışdır. Dəymiş ziyanın müəyyən edilməsi üçün "xxxx" ASC-nin işçilərinin tələbi ilə avtomobil “Toyota Əhmədli” təmir müəssisəsində texniki müayinədən keçirilmiş və iddiaçıya 318 manat sığorta ödənişinin ediləcəyi bildirilmişdir. İddia çı həmin məbləğlə razılaşmamış və ondan sonra sığorta ödənişi ilə bağlı heç bir məlumat verilməmişdir. Avtomobil "xxxx" ASC-nin Yasamal filialının xeyrinə ipoteka ilə yüklü olduğundan sığorta şəhadətnaməsində bank faydalanan şəxs qismində göstərilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, "xxxx" ASC "xxxx" ASC-nin Yasamal filialına məktub ünvanlayaraq göstərmişdir ki, “... İMİC0827/19 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış İddiaçı məxsus **-SE-*** dövlət qeydiyyat nişanlı BMW X5 markalı avtomobil 26 iyun 2019-cu il tarixdə sığorta hadisəsinə uğramış və avtomobilə 710,00 (yeddi yüz on) manat məbləğində zərər dəymişdir. Avtomobil müqavilənin müddəalarına uyğun olaraq şərtsiz azadolma 250,00 (iki yüz əlli) manat olmaqla qismən (avtomobilin dəyərinin 80%-dən) 250,00 (iki yüz əlli) ma nat azadolma çıxılmaqla 318,00 (üç yüz on səkkiz) manat təşkil edir. Həmin avtomobilin sizin bankda girovda olduğunu, sığortalının bankına cari kredit borcunun mövcudluğunu və faydalanan şəxs olduğunuzu nəzərə alaraq sığorta ödənişinin sığortalıya, sizin bank hesabınıza və ya avtomobilin təmiri üçün təmir müəssisəsinə ödənilməsi barədə məlumat vermənizi xahiş edirik...”. ”Bank Respublika” ASC-nin Yasamal filialı isə həmin məktuba cavab olaraq göndərdiyi 28.10.2019-cu il tarixli məktubunda göstərmişdir ki, “... sığorta hadisəsi nəticəsində “BMW X5” markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə müəyyən edilən məbləğin sığortalı ilə (İddiaçı) razılaşdırılmaqla həmin şəxsə verilməsinə etiraz etmirlər...”. Lakin bundan sonra da cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərlə bağlı hər hansı müraciət və ya ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sığortaçı tərəfindən müəyyən edilən məbləğ həddindən artıq aşağı məbləğdir və avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün yetərli deyildir. Bu səbəbdən, dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan məbləğin müəyyən edilməsi üçün BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı "xxxx" MMM-nin texniki xidmət mərkəzinə müraciət etmişdir. Xidmət mərkəzində avtomobilə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2000,04 manat, avtomobilin müayinə edildiyi günə olan endirimli qiymətlə isə 1891,14 manat müəyyən edilmişdir. Hamıya bəllidir ki, “BMW” markalı avtomobillərin ən keyfiyyətli və real bazar qiymətlərinə uyğun təmiri "xxxx" MMM-də həya ta keçirilir. Lakin, cavabdeh tərəfindən “BMW” markalı avtomobillə heç bir əlaqəsi olmayan “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən aparılmış qiymətləndirmə əsas götürülmüşdür. Həmçinin, “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tərtib edilmiş qiymətləndirməyə dair hesabatdan görünür ki, qiymətləndirmə aparılarkən material və ehtiyyat hissəsi olaraq ancaq ön alın şüşəsi və kley, bir də xidmət haqqı nəzərə alınmışdır. Lakin, "xxxx" MMM-nin texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktında dəymiş zərərin aradan qaldırılması üçün ehtiyyat hissəsi olaraq, ön şüşə, şüşənin yuxarı kantı, yağış sensoru və yapışdırıcı göstərilmişdir. Bu iki rəy arasındakı əhəmiyyətli fərq onu göstərir ki, avtomobil “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tam müayinə edilməmiş və ön şüşə də yişdirilərkən hansı ehtiyyat hissələrinini dəyişilməli olması belə düzgün müəyyən edilməmişdir. Bu da həmin servisin ustalarının məhz “BMW” avtomobilləri ilə bağlı təcrübəsizliyinə dəlalət edir. İddiaçı hesab edir ki, mübahisə həll edilərkən “Toyota Əhmədli” təmir müəssisəsinin deyil, "xxxx" MMMnin qiymətləndirilməsi nəzərə alınmalıdır. Digər tərəfdən, “Toyota Əhmədli” təmir müəssisəsi tərəfindən tərtib edilmiş avtomobilin qiymətləndirilməsinə dair hesabatda yeni ön şüşənin qiyməti 630 manat göstərilmişdir. Halbuki, original ön şüşənin real bazar qiyməti 1200 manatdan aşağı deyil və heç bir yerdən 630 manata ön şüşənin alınması qəti surətdə mümkünsüzdür. Ona görə də cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatı əsaslı hesab edilə bilməz. Sığorta ödənişi müəyyən edilərkən "xxxx" tərəfind ən verilmiş Qüsur Aktında göstərilən 2000 manat əsas götürülməli və 250 manat azadolma məbləği çıxılmaqla 1750 manat sığorta ödənişi cavabdehdən iddiaçının onun xeyrinə tutulmalıdır. Bundan başqa, 06.09.2019-cu il tarixli məktubda göstərilmişdir ki, qismən sığortalandığına görə sığortalıya görə sığortalıya dəymiş zərərin 80%-i ödənilməlidir. Cavabdehin bu mövqeyi də əsassızdır. Belə ki, 19.04.2019-cu il tarixli “fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” şəhadətnaməsindən də görünür ki, avtomobil tam sığortalanmışdır. Şəhadətnamənin xüsusi şərtlər bölməsində “sığorta hadisəsi zamanı əmlakın sığorta məbləği onun real bazar dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətdə ödəyi r” barədə göstərilənlər müqavilənin qismən sığorta şərti ilə bağlanması nəticəsinə gəlmək üçün əsas deyildir. Belə ki, sığorta şəhadətnaməsinə daxil edilmiş bu şərti müqavilə bağlanan anda deyil, sığortalanmış əmlakın dəyərində sonradan artımın baş verməsi səbəbindən meydana gələn halı, yəni qismən sığorta halını tənzimləyir. Bu mənada, sığorta haqqını sığorta dəyərini rəhbər tutmaqla müəyyənləşdirilmiş cavabdeh MM-nin 896.1-ci maddəsində nəzərdə tutulmuş hüquqi imkandan faydalanması üçün hər hansı əsas yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi, MM-nin 896.1-ci maddəsindəki hüquqi imkan, habelə sığorta şəhadətnaməsindəki məlum şərt tam dəyər sığortası olaraq bağlanmış müqavilə üzrə sonradan qismən sığorta halının ortaya çıxması nəticəsində sığortaçının əleyhinə pozulan öhdəliklər aras ındakı tarazlığın bərpasına xidmət edir. Cavabdeh isə müqavilə bağlanan anda sığorta dəyərinin sığorta məbləğindən artıq olmasını bilirdi və sığorta haqqını da sığorta dəyərini nəzərə almaqla təyin edilmişdir (əgər nəzərə alınmamışdırsa, bu halın riskini sığortaçı daşıyır). Nəticə etibarılə sığorta hadisəsi baş verən məqamda sığortaçı və sığortalının qarşılıqlı öhdəlikləri arasındakı tarazlıq pozulmamışdır. Ona görə də bu hallarda Mülki Məcəllənin 896-cı maddəsinin hazırki mübahisəyə tətbiqi istisna edilir. Bundan başqa, cavabdeh nə iddiaçının tələb etdiyi, nə də ki özünün təyin etdiyi sığorta ödənişini hələ də bu günədək nə faydalanan şəxsə (banka), nə də ki, iddiaçıya ödəməmiş, yaxud faydalanan şəxsə və ya iddiaçıya sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsasland ırılmış bildiriş təqdim etməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-331/2021) iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus olan 2010-cu il buraxılışlı “BMW X5” markalı **-SE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 1078 (bir min yetmış səkkiz) manat sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əzəvi olmaqla, cəmi 1108 (bir min yüz səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir. Sığortalı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində vurulan maddi ziyanın 1660 manat olması müəyyən edildiyindən, bununla da sığorta şirkətinin hesabladığı ziyan məbləğinin həqiqətə uyğun olmadığı təsdiq olunduğundan, sığorta şirkəti sığorta müqaviləsinə əsasən həmin ziyan məbləğini ödəmək öhdəliyi daşıyır. Lakin məhkəmə eyni zamanda qeyd etmişdir ki, sığorta şəhadətnaməsinə əsasən azadolma məbləği 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sığortalı avtomaşına dəymiş ziya n məbləğindən (avtomobilin dəyərinin 80%-dən) 250 manat azadolma məbləği çıxılmalı, yerdə qalan məbləğ isə 1078 (1660 manatın 80%=1338 – 250 =1078) manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. İddiaçı sığorta təşkilatı tərəfindən ona hesablanmış sığorta ödənişi ilə razılaşmamışdır. Belə olan halda məhkəmə sığorta ödənişinin verilməsinin gecikdirilməsi halının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1500 manat dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verər ək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sığorta ödənişinin geckdirilməsinə görə tələb olunan dəbbə pulu hissəsində iddia tələbini təmin etməməsini onunla əsaslandırmışdır ki, “cavabdeh sığorta təşkilatı tərəfindən sığorta hadisəsi ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilməmişdir. İddiaçı sığorta təşkilatı tərəfindən ona hesablanmış sığorta ödənişi ilə razılaşmamışdır. Belə olan halda məhkəmə sığorta ödənişinin verilməsinin gecikdirilməsi halının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi 1500 manat dəbbə pulunun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir”. Məhkəmənin bu qənaət i Mülki Məcəllənin 934-cü maddəsinin göstərişinə uyğun olmamışdır. Belə ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 318 manat sığorta ödənişi təklif olunsa da, məhkəmənin özü sığorta ödənişinin məbləğini 1078 manat müəyyən etmişdir. Yəni, sığortaçı sığorta ödənişinin 760 manat hissəsini gecikdirmişdir. Belə olan halda, gecikdirilən məbləğə görə dəbbə pulu hesablanmalı olduğu halda, məhkəmə əsassız olaraq iddianı həmin hissədə rədd etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov, iş № 2(103)5743/2021) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-331/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (AR Vəkillər Kollegiyasının üzvü) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5743/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermiş, iddianın təmin olunmayan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini ap elyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 883.1-ci maddəsinə əsasən s ığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 934-cü maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları»nın 22-ci maddəsindən görünür ki, bu Qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq na ğd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəm ə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsi nə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5743/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5363/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5363/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver