Məhkəmə qərarları › İş №2(102)-5367/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5367/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5367/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5367/20 (Açar sözlər: ipotekaya xitam verilməsi ) 01.12.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) X6 və X4 ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Orucov Ruslan Bahad oğlunun iştiraklarıı ilə, İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı ipotekaya xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4402/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinə əsasən borc verən “xxxx” KB ASC borc alan X2 1.000.000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2019cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən isə əsas kredit müqaviləsi çərçivəsində borcalana verilən kreditlər əlavə kredit müqavilələrinin bağlanması ilə rəsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifi k şərtlər əlavə kredit müqavilələri ilə tənzimlənir. “xxxx” KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48-1/14SU saylı əlavə kredit müqaviləsinə əsasən “xxxx” KB ASC tərəfindən X2 36 ay müddətinə, illik 19% ödəmək şərtilə 50.000 ABŞ dolları məbləğində kredit vermiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 29mspSUM/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinə əsasən isə “xxxx” KB ASC tərəfindən X2 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 3.000 manat məbləğində kredit vermiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxx” KB ASC ilə borcalan X3 və ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2014cü il tarixli 48İ/14SU saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, X saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İddiaçı onunla bağlanmış ipoteka müqaviləsinə xitam verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərində olan X1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun təminatı olaraq ipoteka ilə yüklülüyünə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana 1.000.000 manat məbləğində 60 ay müddətinə xx xxxxxxxx 2019- cu il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Bundan sonra əsas kredit mü qaviləsi əsasında X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixində KOS-201402/01 saylı kredit müqaviləsinə əsasən X2 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq İddiaçı ilə “xxxx” Kommersiya Bankı ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil X1 xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcunun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 50.000 ABŞ dolları məbləğində kreditin verilməsi ilə yaranan borc üçün ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan evin yüklü edilməsi tamamilə əsassızdır. Çünki ip oteka müqaviləsinin 1.3-cü maddəsinə əsasən ipoteka predmeti əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Yəni ipoteka predmeti o zaman borcalanın öhdəliklərinin icrasının təminatı altına gələ bilər ki, əlavə kredit müqavilələri ilə müəyyən edilmiş öhdəliyin həcmi və müddəti əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində razılaşdırılmış olsun. Əsas kredit müqaviləsində isə kreditin limiti 1.000.000 manat məbləğində müəyyən edilməklə əlavə kredit müqavilələrinin də manatla verilməsini özündə ehtiva edir. xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsi bağlandıqdan sonra iki dəfə verilmiş kr editlərə görə ona məxsus olan əmlak ipoteka yükü daşıya bilməz. Sonradan bağlanmış kreditin ABŞ dolları ilə bağlanması və müddətinin uzadılması ipoteka qoyanın hüquqlarını məhdudlaşdırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-610/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 375.2, 385.1, 390.1-ci və Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 48.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki 1-ci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Z.Əliyev (sərlik edən və məruzəçi), R.Eyvazov və F.Talışinski) xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11785/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məh kəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 17-ci mkr, 65 saylı evin 40 saylı mənzilin üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən, “İpoteka haq qında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki 1-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Nurməmmədov, M.Əhmədova və Ə.Əhmədov, iş No 2(102)-907/20 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11785/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Mülki işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edən kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən nəzərə a lmamışdır ki, cavabdeh İddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsi borclu Elşad Cahangirov ilə bank arasında xx.xx.2014-cü il tarixli 48/14SU saylı əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bank ilə borclu Elşad Cahangirov arasında kredit müqaviləsi çərçivəsində sonradan bağlanmış kredit razılaşmalarında öhdəliyin müəyyən edilən həcmi (faktiki verilən məbləğ, illik faiz, müdət və.s) ilə bağlı ipoteka qoyan İddiaçı razılığının olmaması, ipoetka qoyan ilə bank arasında bağlanmış kredit xətti müqaviləsinin təminatı qismində çıxış edən ipoteka müqaviləsinin yüklülükdən azad edilməsi və ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Apelyasiya instansiyası məhkəməsindəki 2-ci icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-X.Sarıyev (sərlik ed ən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-4402/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd olunan ipoteka yüklülüyünə xitam verilməsini tələb etsə də, bunun üçün əsas hesab olunan hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir hal öz təsdiqin tapmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilə rək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilələrin şərtləri ilə bağlı olduğundan əlavə sübutlar təqdim edilməsinə zərurət yoxdur. Kredit götürənlə kredit verən bank arasında bağlanmış müqavilələr, eləcə də bankla iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi təqdim edildiyindən və mübahisənin həlli üçün həmin sübutlar kifayət etdiyindən əlavə sübutlar təqdim etmək və hansısa əlavə halları sübuta yetirməyə zərurət yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi Orucov Ruslan Bahad oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tə ləbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqav ilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələr i, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2019-cu il tarixli Qərardadı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Əvvəla, iddiaçı ipoteka ya xitam verilməsini tələb etdiyindən məhkəmələr ipotekaya xitam verilməsinin əsaslarının mövcud olub-olmamasının yoxlamışlar. Tərəflər arasında ipoteka müqaviləsi X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsinin təminatı üsulu kimi bağlanmışdır. İşə baxan məhkəmələr haqlı olaraq həmin ipotekaya xitam verilməsi üçün əsaslar olmaması qənaətinə gəlmişlər. Çünki qanunvericilik ipotekaya xitam verilməsinin əsaslarını konkret olaraq göstərmişdir (Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 48-ci maddəsi, yuxarıda məzmunu qeyd edilmişdir). İşə baxan məhkəmələr müəyyən etmişlər ki, ipotekaya xitam verilməsi üçün qanunda nəzərdə tutulan həmin hallardan heç biri mövcud deyil. İddiaçı özü də “xxxx” Kommersiya Bankı ASC ilə bağlanm ış xx xxxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığı tələbini irəli sürmür, belə müqavilənin mövcudluğunu qəbul edir. Həmin müqavilə “əsas kredit müqaviləsi” kimi qəbul edilmiş X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsinin təminatı üsuludur. Ona görə iddiaçı ilə bağlanmış ipoteka müqaviləsinin xitamından söhbət gedə bilməz. Bu mövqedən çıxış edərək məhkəmələrin gəldiyi qənaət əsaslıdır. İddia tələbi ipotekaya xitam verilməsi barədə olsa da, tələbin məzmunundan belə qənaət hasil olur ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının tələblərinə uyğun olaraq onunla bağlanmış ipoteka müqaviləsinin sonrakı tarixlərdə bağlanmış kredit müqavilələrinin təminatı olaraq istifadə olunmamasını tələb edir. Çünki sonrakı müqavilələrdə borc verilən vəsaitin valyutası və müqavilənin müddəti dəyişdirilmiş və bu zaman iddiaçının razılığı alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hətta iddiaçının dediyi yanaşma yenə də, ipotekanın xitamına səbəb olmur. Çünki həmin ipoteka X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müq aviləsinin təminatı üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarının 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrind ə faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin müddətində faiz dərəcəsinin valyuta və s., zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” AR Qanununun 1.0.9-cu, “İpoteka haqqında” AR Qanununun 10.5, 14 və 48-ci maddələrinin və AR MM-inin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarda deyilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi ilə bağlı bildirir ki, əslində qeyd olunan qərarda ipoteka müqaviləsinin sonradan bağlanmış və ipoteka qoyanın razılığı alınmayan müqavilələrə münasibətdə bağlanmamış hesab olunması barədə ifadə formasını belə iddialar irəli sürülməsinə çağırış kimi başa düşülməməlidir. Qərarın məzmunu baxımından bağlanmamış hesab olunma onu ifadə edir ki, sonradan bağlanmış müqavilələrin əsas şərtləri barədə ipoteka qoyan iradə ifadə etməmişdirsə həmin müqavilə onun üçün yoxdur, həmin müqavilənin ona təsiri, gücü yoxdur. Əslində belə müqavilənin mövcud olmaması ipotekanın həmin müqaviləyə münasibətdə təsiri olmaması, öhdəlik yükü daşımaması anlamını verir. Ona görə həmin qərarlarda qeyd edilmişdir ki, İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çə rçivəsində məsuliyyət daşıyır. Yəni, hazırkı işdə ipoteka qoyan, X3 ilə “xxxx” Kommersiya Bankı ASC arasında xx.xx.2014-cü il tarixli 48/14 SU saylı əsas kredit müqaviləsinin təminatı üsulu olaraq ipotekaqoyan kimi məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq ipotekaya xitam verilməsi və yaxud bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymır. Çünki Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd olunan ipoteka müqavilələri, və yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır. Belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər, və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipotek a ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddiaların təmin olunub-olunmaması zamanı istifadə oluna bilər. Hazırkı işdə poteka müqaviləsinə xitam verilməsi tələb olunduğundan iddia təmin oluna bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məsələyə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarının tətbiq edilməsinin müddət baxımından mümkünsüzlüyü barədə Apelyasiya Məhkəməsinin mövqeyi düzgün deyil. Amma nə qədər ki, nəticə etibarı ilə məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur, formal əsaslarla həmin qətnamənin ləğv olunmasına zərurət yoxdur. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3. maddəsinə əsasən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4402/2020 nömrəli iş üzrə xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar