Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5368/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2741/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş 2(006)-5241/2018) İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə və qeyrisinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli, iş 2(103)-5430/2019) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş 2(102)7371/2019) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim lər: A.Ə.Hüseyn, R.Ə.Qurbanov və Ü.A.Mayılov) iddiaçının apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli “Həyat sığortası” Şəhadətnaməsinə əsasən İddiaçı faydalanan şəxs “xxxx” Bank ASC-nin 20 Yanvar filialına xx xxxx 2018-ci il tarixə olan 31.352 manat kredit borcunun qalığı məbləğində sığorta ödənişinin Cavabdeh Sığorta Şirkəti ASC-dən alınıb “xxxx” Bank ASC-nin xeyrinə tutulması, əmək qabiliyyətini itirdiyi 2017-ci ilin mart ayından xx xxxx 2018-ci il tarixədək “xxxx” Bank ASC-yə ödədiyi 9.760 manat pul ödənişinin, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat məbləğində xidmət haqqının və 30 ma nat məbləğində dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları: xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Bankı ASC tərəfindən İddiaçı “xxxx” MTK ilə bağladığı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən satış qiyməti 61.420 manat olan mənzilin alınması məqsədi ilə 115 ay müddətinə 44.680 manat məbləğində kredit verilmiş, “xxxx” MTK isə xx xxxx 2014-cü il tarixli məktubuna əsasən MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun mənzilə dair 44.680 manat məbləğində qalıq borcu xx xxxx 2014-cü il tarixdə tam ödənilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli Həyat Sığortası şəhadətnaməsinə əsasən xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının həyatı sığorta müddəti ərzində ölməsi, əmək qabiliyyətinin xəstəlik və fərdi qəza nəticəsində daimi tam itirməsi, sığorta müddəti ərzində ona İ və İİ qrup əlillik təyin edilməsi hallarında sığorta riskləri üzrə sığortalanmış, şəhadətnamədə faydalanan şəxs kimi “xxxx” Bank ASC göstərilmiş, sığorta məbləği 44.680 manat, sığortanın qüvvədə olma müddəti isə xx xxxx 2014-cü il saat 00:01-dən xx xxxx 2017-ci il saat 24:00-dək müəyyən edilmişdir. İddiaçı xx xxxxxx 2018-ci il tarixdə ilkin müayinədən keçmiş, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona İİ qrup əlillik təyin edilmiş və səbəb kimi ümumi xəstəlik göstərilmişdir. Növbəti müayinə xx xxxxxx 2023-cü il tarixə təyin edilmişdir. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək onun faydalanan şəxs “xxxx” Bank ASC-yə xx xxxx 2018-ci il tarixə olan 31.352 manat məbləğində qalıq kredit borcunun, əmək qabiliyyətini itirdiyi 2017-ci ilin mart ayından xx xxxx 2018-ci il tarixədək “xxxx” Bank ASC-yə ödədiyi 9760 manatın, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 200 manat məbləğində xidmət haqqının, 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh “xxxx” Sığorta Şirkəti ASC kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, sığorta qanunvericiliyinin tələblərinə uyğun çıxarılmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya İİ qru p əlillik Tibbi Sosial Ekspert Komissiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə təyin olunsa da o, sağlamlığını 2017-ci ilin mart ayında, yəni həyat sığortası şəhadətnaməsinin qüvvədə olduğu dövrdə itirmişdir. Həyat sığortası şəhadətnaməsinin qüvvədə olduğu müddət isə xx xxxx 2014-cü il tarixdən xx xxxx 2017-ci il tarixədək olmuşdur. Belə olduqda, iddiaçıya sığorta müddətinin bitməsindən sonra əlillik dərəcəsinin verilməsi ona sığorta ödənişinin verilməsindən imtina olunması üçün əsas verməmişdir. Sığorta şirkəti iddiaçıya təyin edilmiş əlilliyin müvəqqəti olmasını iddia etsə də, apelyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçının növbəti müayinəsinin xx xxxxxx 2023-cü il tarixə təyin edilməsi əlilliyin müvəqqəti olması nəticəsinə gəlmək ü çün əsas verməmişdir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydalarında əmək qabiliyyətinin daimi və ya müvəqqəti itirilməsi anlayışları deyil, onun tam və ya qismən itirilməsi anlayışlarından istifadə olunduğundan, kollegiya hesab etmişdir ki, yalnız əmək qabiliyyətinin tam və ya qismən itirilməsindən asılı olaraq sığorta təminatının şərtləri müəyyən edilə bilər. Həmin Qaydaların 16-cı maddəsinə görə sığorta müqaviləsində həm sabit sığorta məbləğinin, həm də azalan sığorta məbləğinin nəzərdə tutulduğu halda sığorta olunanın əmək qabiliyyətini itirdiyi halda ona təyin edilən əlillik dərəcəsindən asılı olaraq sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış miqdarda və ya qalıq b orc məbləğinin sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmış hissəsində sığorta məbləği ödənilməlidir. Göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2017-ci ilin mart ayında, yəni sığortanın xx xxxx 2017-ci il tarixədək qüvvədə olduğu müddətdə iddiaçının ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsiz hesab edilməsi ilə sığorta hadisəsi baş vermiş və cavabdehin xx xxxx 2014-cü il tarixli həyat sığortası şəhadətnaməsinə əsasən xəstəlik nəticəsində sığortalının ümumi əmək qabiliyyətinin tam itirilməsi halına görə, yəni müqavilənin qüvvədə olduğu müddətdə sığorta olunanın əmək qabiliyyətinin tam itirilməsi nəticəsində ssuda üzrə borcun ümumi sığorta məbləğindən çox olmayan qalığı həcmində ödəniş etmək öhdəliyi yaranmışdır. Müəyyən olunmuşdur ki, sığorta hadisəs inin baş verdiyi xx xxxx 2018-ci il tarixinə iddiaçının ipoteka müqaviləsi üzrə qalıq borcu 31.352,26 manat təşkil etmiş, 2017-ci ilin mart ayından xx xxxx 2018-ci il tarixə kimi iddiaçı tərəfindən “xxxx” Bankına 9760 manat ödənilmiş, sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 44.680 manat müəyyən edilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi sığortaçının üzərinə məhz tələb olunan həcmdə ödənişin ödənilməsi barədə öhdəlik qoymuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5368/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5368/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver