Məhkəmə qərarları › İş №2(102)-5369/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5369/2022

21.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5369/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızının cavabdeh Əziz (Dəmirçi) Qafar Aydın oğluna (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Şəki rayon 2 saylı dövlət notariat kontoru, X22i, X25, X26, X15 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Şəmsiyeva (Şəmsi) Mətanət Xanlar qızının cavabdeh Əziz (Dəmirçi) Qafar Aydın oğluna qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Şəki rayon 2 saylı dövlət notariat kontoru, X22i, X25, X26, X15 cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2942/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X16 və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti üzrə işə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Torpağa mülkiyyət hüququna dair 12 aprel 1999-cu il tarixli, 225 nömrəli Dövlət Aktına əsasən X18, X19, X7, X20, X8 və İddiaçı (bundan sonra-iddiaçı) kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə 14,89 ha torpaq sahəsi verilmişdir. 2. 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində yerləşən 14,89 hektar torpaq sahəsi X37 (bundan sonra-cavabdeh) 14700000 manata satmış satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2004-cü il tarixli, 235829 saylı torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 aprel 1999-cu il tarixli, 225 nömrəli Dövlət Aktına əsasən ümumi mülkiyyətdə olan torpaq sahəsinin alqı-satqısı barədə X43 ilə olan 28 dekabr 2004-cü il tarixli müqavilə X27 və onun ailə üzvlərinin adından imzalanmaqla bağlanmışdır. Lakin nə onun, nə də digər ailə üzvlərinin qeyd olunan müqavilədən xəbərləri yoxdur. Sonradan onlara məlum olmuşdur ki, onların torpaq sahələri satılmışdır. Onun və ailə üzvlərinin torpaq sahəsi üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, mübahisələndirilən müqavilənin bağlanması hüquq normalarının pozulması nəticəsində həyata keçirilmişdir və buna görə də etibarsız hesab edilməlidir. Hüquq, vəzifə və öhdəliklərin yaranmasından ötrü tərəfin iradə ifadəsini əks etdirən əqdlərdə vacib şərt kimi tərəfin özünün və ya səlahiyyətli nümayəndəsinin imzası tə ləb olunur. Müqavilədə imza olmadıqda və ya müqavilədəki imza ona məxsus olmadığı zaman həmin müqavilə heç bir hüquq, vəzifə və öhdəlik yaratmır.

5. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3013/2018 saylı qətnaməsi ilə iddiaçının vəsatətinə əsasən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 18720 saylı məhkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən ekspertizaya təqdim edilmiş X27, X28, X21, X25, X15, İddiaçı ilə X43 aralarında bağlanmış 235829 nömrəli 28 dekabr 2004-cü il tarixli müqavilədə “İmzalar:” qrafasında “мəтaнət” sözünün önündəki imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olumuşdur.

7. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tari xli, 2(006)-91/2020 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi təmin edilmiş, iddiaçı və onun ailə üzvləri ilə cavabdeh arasında bağlanmış 28 dekabr 2004-cü il tarixli, 235829 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş halların görünür ki, iddiaçı ilə bağlanmış müqavilədə mübahisəli torpaq sahəsinin dəyəri 14700000 manat (köhnə) məbləğində müəyyən olunmuş, lakin bu məbləğin ödənildiyi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324 və 337-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində i craat

10. Qətnamədən narazı qalan X3 və X4 məhkəmə aktı ilə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizələri təmin edilmiş, X16 və X17 Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi ilə maraqlarına toxunan şəxs qismində tanınmış, X16 və X17 tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətləri mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. X17 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə 14,89 ha torpaq sahəsi X11 və onun ailə üzvləri X12, X5, X13, X6, İddiaçı ümumi mülkiyyətinə verilmişdir. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini İddiaçı və onun ailə üzvləri X29 və digərləri Əziz (Dəmirçi) Qafar Aydın oğluna satmışdır. X31 isə xx.xx.2008-ci il tarixdə 4-Ə 372 saylı alqısatqı müqaviləsi əsasında həmin torpaq sahəsini Elşad Qurbanova satmışdır və sonuncu tərəfindən torpaq sahəsinin dəyəri ödənilmişdir. Alqı-satqı müqaviləsi əsasında 14,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 16 yanvar 2019-cu il tarixdə X32 ilə aralarında 4Ə-88 saylı alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan 14,89 ha torpaq sahəsinin 0,8625 ha hissəsini X2. X32 da torpağın dəyərini ödəmişdir. 14,022 ha torpaq sahəsi isə mülkiyyət hüququ əsasında E.Qurbanova məxsusdur. Alqı-satqı müqaviləsi üzrə Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin alıcısı olaraq E.Qurbanov vicdanlı əldə edən olduğundan, mübahisəli torpaq sahəsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi onun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddəsinin İ və İİ hissələrində, Mülki Məcəllənin 152 və 182-ci maddəsində təsbit olunmuş mülkiyyət və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi onun mənafeyini də əhatə etməkdədir. Çünki torpaq sahəsinə dair həmin alqısatqı müqaviləsindən sonra X31 ilə arasında bağlanmı ş 28 dekabr 2008-ci il tarixli alqısatqı müqaviləsi əsasında əldə etdiyi qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsi doğurmaqla, onunla 16 yanvar 2019-cu il tarixdə X23 əmlak (əşya) hüquqlarının pozulması ilə nəticələnir. xx.xx.2008-ci il tarixdə Əziz (Dəmirçi) Qafar Aydın oğlundan Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha torpaq sahəsi aldığı zaman əkinçilik üçün çox yarasız halda idi. İlkin olaraq torpaq sahəsinin münbitləşdirilməsi və əkinçilik üçün yararlı vəziyyətə gətirilməsi üçün xeyli miqdarda pul vəsaiti sərf etmişdir. 12 ildir torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olmuşdur və bu illər ərzində torpaq sahəsinə dair hər hansı bir şəxsin iddiası olmamışdır. X31 ilə alqı-satqı müqaviləsi bağlayarkən t orpaq sahəsi üzərində həbs və ya məhdudiyyət olmamışdır və iddiaçının göstərdiyi halları bilməmişdir. Ona görə də onunla bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdi. Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vicdanlı alıcısıdır və həmin əmlak üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün dispozitiv şərtlər mövcud deyildir. Hətta, X31 ilə iddiaçı və (digər torpaq mülkiyyətçiləri) arasında 2004-ci il tarixdə müqavilə bağlanması anında iddiaçının iddia etdiyi hər hansı halların müəyyən olunması belə E.Qurbanovun vicdanlı alıcı olaraq əmlak hüquqlarının pozulmasının səbəbini təşkil etməməlidir. X24 adına aparılmış qeydiyyat əsassız olsa belə iddiaçının pozulmuş mülkiyyət hüquqları həmin torpaq sahibinin vicdanlı əldə etmiş şəxs olaraq onun və torpaq sahəsinin satıldığı digər vicdanlı alıcıların hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən X31 ilə iddiaçı və onun digər ailə üzvləri arasında imzalanmış alqısatqı müqaviləsinin qüvvədə olmamasını və torpaq sahəsinin hüquqi vəziyyətini, digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi halını müəyyən etməmiş, iş üzrə işin nəticəsində maraqlı olan fiziki şəxslərin dairəsini müəyyən etməyərək hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırma aparmamışdır. Bununla da məhkəmə qətnaməsi çıxarılakrən iddianın predmetini təşkil edən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mükiyyətçisi və vicdanlı alıcısı olaraq E.Qurbanovu işə cəlb etməmişdir. Halbuki, məhkəmə iddianın predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi və hüquqi statusu müəyyən etməli, mülkiyyətçi olan və digər maraqlı şəxslər işə cəlb edilməklə, iddia tələblərinə həmin şəxslərin də qanunla qorunan mənafeləri, o cümlədən daşınmaz əşyanı vicdanlı əldə etmə ilə bağlı qaydalar nəzərə alınmaqla bütövlükdə hüquqi qiymət verilməli idi. İddiaçı 14 il ərzində torpaq sahəsinin hüquqi vəziyyəti və faktiki vəziyyəti ilə maraqlanamaması inandırıcı deyil. Bu müddət ərzində iddiaçı hərəkətsiz qalmışdır və subyektiv hüququn dan istifadə etməmişdir. İddia ərizəsinə diqqət etdikdə görünür ki, İddiaçı torpağın nə vaxt başqa şəxslərə satılmasından xəbərdar olmasını dəqiq qeyd etməmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə isə qətnamə çıxararkən bu hala da diqqət yetirməmişdir.

12. X16 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 59 nömrəli qərarı ilə 14,89 ha torpaq sahəsi X11 və onun ailə üzvləri X12, X5, X13, X6, İddiaçı birgə mülkiyyətinə verilmişdir. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,8 9 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini İddiaçı onun ailə üzvləri X29 və digərləri X31na satmışdır. X31 isə xx.xx.2008-ci il tarixdə 4-Ə 372 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X1 və 14,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X17 14,022 ha torpaq sahəsini Cavanşir Qurbanova bağışlamışdır. Alqı-satqı müqaviləsi üzrə Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mülkiyyətçisi olaraq C.Qurbanov vicdanlı əldə edən olduğundan, mübahisəli torpaq sahəsinə dair Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi onun A zərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İİ hissələrində, Mülki Məcəllənin 152 və 182-ci maddəsində təsbit olunmuş mülkiyyət və 60cı maddəsinin İ hissəsində nəzərdə tutulan məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. 28 dekabr 2004-ci il tarixli, 235829 saylı alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi C.Qurbanovun mənafeyini də əhatə etməkdədir. Çünki torpaq sahəsinə dair həmin alqı satqı müqaviləsindən sonra X31 ilə X17 arasında bağlanmış 28 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 14,89 ha torpaq sahəsinin ona satmışdır. 30 iyun 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X17 14,022 ha torpaq sahəsini C.Qurbanova bağışlamış, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2008-ci il ta rixdə Əziz (Dəmirçi) Qafar Aydın oğlundan Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha torpaq sahəsi apellyatorun oğlu Elşad Qurbanov aldığı zaman əkinçilik üçün çox yarasız halda idi. İlkin olaraq torpaq sahəsinin münbitləşdirilməsi və əkinçilik üçün yararlı vəziyyətə gətirilməsi üçün xeyli miqdarda pul vəsaiti sərf etmişlər. Daimi olaraq torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olmuşlat və bu illər ərzində torpaq sahəsinə dair hər hansı bir şəxsin iddiası olmamışdır. Qurbanov Elşad ilə X31 arasında alqı-satqı müqaviləsi bağlanılarkən torpaq sahəsi üzərində həbs və ya məhdudiyyət olmamışdır və iddiaçının göstərdiyi halları bilməmişlər. Buna görə də onunla bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdilər. Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsızlığı üçün dispozitiv şərtlər mövcud deyildir. X10 ilə iddiaçı və (digər torpaq mülkiyyətçiləri) arasında 2004-ci il tarixdə müqavilə bağlanması anında iddiaçının iddia etdiyi hər hansı halların müəyyən olunması belə onun vicdanlı alıcı olaraq əmlak hüquqlarının pozulmasının səbəbini təşkil etməməlidir. X24 adına aparılmış qeydiyyat əsassız olsa belə iddiaçının pozulmuş mülkiyyət hüquqları həmin torpaq sahibinin vicdanlı əldə etmiş şəxs olaraq onun hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən X31 ilə iddi açı və onun digər ailə üzvləri arasında imzalanmış alqı-satqı müqaviləsinin qüvvədə olmamasını və torpaq sahəsinin hüquqi vəziyyətini, digər şəxslər tərəfindən özgəninkiləşdirilməsi halını müəyyən etməmiş, iş üzrə işin nəticəsində maraqlı olan fiziki şəxslərin dairəsini müəyyən etməyərək hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırma aparmamışdır. Bununla da məhkəmə qətnaməsi çıxararkən iddianın predmetini təşkil edən Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin mükiyyətçisi və vicdanlı alıcılarını işə cəlb etməmişdir. Halbuki, məhkəmə iddianın predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət re yestrindəki mülkiyyətçisi və hüquqi statusu müəyyən etməli, mülkiyyətçi olan və digər maraqlı şəxslər işə cəlb edilməklə, iddia tələblərinə həmin şəxslərin də qanunla qorunan mənafeləri, o cümlədən daşınmaz əşyanı vicdanlı əldə etmə ilə bağlı qaydalar nəzərə alınmaqla bütövlükdə hüquqi qiymət verilməli idi. İddiaçı 14 il ərzində torpaq sahəsinin hüquqi vəziyyəti və faktiki vəziyyəti ilə maraqlanmaması inandırıcı deyil. Bu müddət ərzində iddiaçı hərəkətsiz qalmışdır və subyektiv hüququndan istifadə etməmişdir. İddia ərizəsinə diqqət etdikdə görünür ki, İddiaçı torpağın nə vaxt başqa şəxslərə satılmasından xəbərdar olmasını dəqiq qeyd etməmişdir. İddiaçı hazırkı iddia tələbi üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdi r. Məhkəmə isə qətnamə çıxararkən bu hala da diqqət yetirməmişdir.

13. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Namiq Cəfərov) xx.xx.2022-ci il tarixli, 2(103)2942/2022 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin olunmasına dair yeni qətnamə çıxarılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin hüquqi vəziyyəti, digər şəxslərin xeyrinə özgəninkiləşdirilməsi müəyyən edilmədiyindən işin nəticəsində maraqlı olan şəxslər (mülkiyyətçilər) məhkəmə prosesinə cəlb olunmamış, həmin şəxslərin hüquq və vəzifələrinə toxunan mə sələyə onların iştirakı olmadan baxılmışdır.

15. Apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəki rayonu, Turan qəsəbəsində (M.Əsədov adına qəsəbə) yerləşən 14,89 ha (14,022 ha və 0,8625 ha) torpaq sahəsinin 14,022 ha sahəsi X3, 0,8625 ha sahəsi isə X23 mülkiyyətindədir.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi iddiaçı tərəfindən yox, iddiaçının adından başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçının mübahisəli alqı-satqı müqaviləsinin bağlanmasına daxili iradəsinin olmamasına və beləliklə də həmin müqavilənin etibarsızlığına dəlalət edir. İddiaçı ilə cav abdeh arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, qeyd edilən əqdin etibarsızlığının nəticələri tətbiq oluna bilməz. Belə ki, iddiaçı ilə bağlanmış müqavilədə mübahisəli torpaq sahəsinin dəyəri 14700000 manata (köhnə) məbləğində müəyyən olunmuş, lakin bu məbləğin ödənilməsi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

17. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən 1 illik müddətin ötürülməsi barədə apellyasiya şikayətlərinin dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhk əmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

18. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 337, 347.1, 354.1, 354.2 və 390.1-ci və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırılmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

19. Maraqlı şəxslər X14 oğlu və X17 (vəkili Vəkil1) kas asiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

20. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qurbanov Elşad ilə X31 arasında alqı-satqı müqaviləsi bağlanılarkən torpaq sahəsi üzərində həbs və ya məhdudiyyət olmamışdır və iddiaçının göstərdiyi halları bilmirdik. Buna görə də onunla bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdik. Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,022 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququmun yaranmasının əsasını təşkil edən daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsızlığı üçün dispozitiv şərtlər mövcud deyildir. X10 ilə iddiaçı və (di gərtorpaqmülkiyyətçiləri) arasında 2004-ci il tarixdə müqavilə bağlanması anında iddiaçının iddia etdiyi hər hansı halların müəyyən olunması belə mənim vicdanlı alıcı olaraq əmlak hüquqlarımın pozulmasının səbəbini təşkil etməməlidir. Alqı-satqı müqavilənin predmetini təşki edən Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin xx.xx.2020-ci il tarixdə məhkəmə qətnamə çıxararkən mülkiyyətçisi olaraq mənim vicdanlı alıcı olduğuma hüquqi qiymət verməmişdir. Həmin torpaq sahəsi hazırda mənim mülkiyyətimdədir. Torpaq sahəsinin vicdanlı alıcısı olduğumüçün məhkəmə qətnaməsi mənim Mülki Məcəllənin 182.1-ci maddəsində təsbit edilmiş hüquqlarımın pozulmasına səbəb olmuşdur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanm alıdır. Məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmamışdır. Məhkəməyə vəsatət verərək komisyon məhkəmə xətşünaslıq ekspertizası təyin etməsini və ekspertiza qarşısında 28 dekabr 2004-ci il tarixli, 235829 nömrəli alqı-satqı müqaviləsindəki imzalar qrafasındakı imza sözündən sonra 1,2,3,4,5,6,7 rəqəmindən sonrakı hansı imza və mətn İddiaçı məxsus olmasının müəyyən ediməsini xahiş etmişdik. Məhkəmə isə verdiyimiz ekspertiza keçirilməsi barədə vəstətə münasibət bildirməmişdir. Həqiqətin müəyyən edilməsi üçün ekspertiza təyin edərək iddiaçının iddia ərizəsində, ərizədə və verdiyi imza nümulərindəki imzası alqı-satqı müqaviləsində 1 rəqəmi qarşısında imza ilə eynilik təşkil edir. Yəni həmin müqavilə imzalanarkən texniki səhvə yol verilə və iddiaçı Mətanət 1 rəqəmi qarşısında imza atada bilərdi. Əgər məhkəmə tərəfindən ekspertiza təyin edilərkən tək 3 nömrənin qarşısında imza nümunəsinin deyil ümumlikdə müqavilədə Mətanətin imzasının olub-olmaması sualı qoyulsaydı müəyyən olunardı ki, 1 rəqəminin qarşısındakı imza Mətanət tərəfindən icra edilmişdir. Alqı-satqı müqaviləsi 28 dekabr 2004-ci il tarixində bağlandığı halda, Mətanət Şəmsiyev həmin müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 2018-ci il tarixində müraciət edərək, Mülki Məcəlləsinin 354-ci maddəsində müəyyən edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Alğı-satqı müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada və müddətlərdə mübahisələndirilməmişdir. İddiaçı 14 il ərzində torpaq sahəsinin hüquqi vəziyyəti və faktiki vəziyyəti ilə maraqlanmayaraq əqdi mübahisələndirməmiş, əqdin mübahisələndirməsinə dair iradə ifadəsinin hər hansı şəkildə qarşı tərəfə bildirməmiş və əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl etməmiş və Mülki Məcəllənin 354.2-ci maddəsiilə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığıandan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsizərurəti vardır. Lakin məhkəmə qətnamə çıxararkən Mülki Məcəllənin 354.2-ci maddəsi ni qətnamədə qeyd etsədə, həmin kəsici müddəti tətbiq edib-etməməsinə münasibət bildirməmişdir. Halbuki, məhkəmə iddiaçının kəsici müddətə əməl edib-etməməsini öz təşəbbüsü ilə yoxlamalı və kəsici müddəti tətbiq etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır.

23. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda h əyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

24. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirs in və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

25. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

26. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıqdan kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə maraqlı şəxslər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamə nin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İddiaçı iddia tələbində 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etsə də, iddia tələblərini müqavilənin etibarsızlığına dair müddəlarla əsaslandırmış və əqdin etibarsızılığı barədə normalara istinad etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddia tələbinə müqavilənin etibarsızlığı barədə tələb kimi baxılması qanunauyğundur.

40. Kassasiya şikayətlərinin dəlilləri bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlillər i ilə eyni məzmunlu olmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, Məhkəmə kollegiyası bu qiymətlnədirmə ilə razılaşır. Təkrar qiymətləndirməyə zərurət görmür. Odur ki, göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər X16 və X17 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2942/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar