Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5380/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)14560/2019 nömrəli qərardadından cavabdeh QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə icla sında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)5077/2019 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) İddiaçı iddiası təmin edilərək, xx xxxxxx 2007-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə bankın əməliyyat sistemində mövcud olan 3712,81 manat kredit borcunun İddiaçı tələb edilməməsi, həmin borc məbləğinin silinməsi, “xxxx” MMC-yə İddiaçı borcunun olmaması barədə məlumatın verilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14560/2019 qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Cəmilovadan və İ.K.Xəlilovdan i barət tərkibdə) ləğv prosesində olan QSC “xxx” KB-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-5077/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx xxxx 2020-ci il tarixdə qətnamədən kasasiya şikayəti vermiş, həmçinin ərizə ilə apelyasiya müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14560/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-14560/2019 nömrəli qərardadı ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndəro vdan və E.C.Kazımovdan ibarət tərkibdə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14560/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdeh Ləğv prosesində olan QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə təmin edilməmiş və kasasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-14560/2019 nömrəli qərardadının ləğv edilməsi, müddətin bərpasına dair ərizənin təmin edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehə xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada daxil olmuş və kasasiya şikayəti verilməsinin sonuncu müddəti xx xxx 2020-ci il olmuşdur. Lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X3 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar-epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanunun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alaraq, həmin dövrdə bir sıra sahələr üzrə iş fəaliyyəti məhdudlaşdırılmışdır. QSC “xxx” KB ləğv prosesindədir və ləğvedic isi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 122 saylı qərarında fəaliyyəti icazə verilmiş sahələr üzrə siyahıya daxil edilməmişdir. Nəticədə Bankdan asılı olmayan səbəblərdən vaxt itkisi olmuşdur. Məhkəmə iclasında cavabdeh QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14560/2019 nömrəli qətnaməsi cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan olunmuş və qətnamənin surəti cavabdehin rəsmi ünvanına xəbərnaməli poçt vasitəsi ilə göndərilməklə, xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdeh xx xxxx 2020-ci il tarixdə kasasiya şikayətini apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Cavabdehin ərizəsini təmin etməyən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14560/2019 saylı qətnaməsindən kasasiya şikayəti vermə müddəti xx xxx 2020-ci il tarixdə bitmişdir. Lakin Azərbaycan Respublikasında koronovirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar olaraq məhkəmələrin fəaliyyəti xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək dayandırılmışdır. Həmin müddət ərzində məhkəmə iclasları qeyri-müəyyən vaxta təxirə salınsa da, məhkəmələrdə ərizə, apelyasiya və kasasiya şikayətlərinin qəbulu davam etdirilmişdir. xx xxx 2020-ci il tarixdən məhkəmələrin tam fəaliyyəti bərpa edilsə də, cavabdehin kasasiya şikayəti bundan təxminən 1 aya yaxın vaxt keçdikdən sonra məhkəməyə daxil olmuşdur. Buna görə də ötürülmüş müddət üzrlü hesab edilə bilməz. Hətta məhkəmələrin fəaliyyətini bərpa etdiyi xx xxx 2020-ci il tarixdən sonra qısa müddət ərzində cavabdehin kasasiya şikayəti məhkəməyə daxil olsaydı, buraxılmış müddəti üzrlü hesab etmək olardı. Hal-hazırda isə qətnamədən kasasiya şikayəti vermə müddəti keçdiyinə görə qətnamə icraya yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya sı məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və mə cburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olm uşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzm unundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini xx xxxx 2020-ci il tarixdə almış və kasasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmaqla, 3 ay 14 gün sonra, yəni xx xxxx 2020-ci il tarixdə vermişdir. Cavabdehin kasasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarında müəyyən olunmuş tədbirlərin bir qismi Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli qərarı ilə aradan qaldırılmış, o cümlədən xx xxx 2020-ci il tarixdən məhkəmələrin tam fəaliyyəti bərpa edilmişdir. Lakin cavabdeh kasasiya şikayətini həmin tarixdən sonra ağlabatan müddətdə verməmiş, təxminən 1 aydan sonra şikayət verməklə, bu müddətin ötürülməsinin əsaslandıran halları nə ərizəsində, nə də qərardaddan verdiyi kasasiya şikayətində göstərməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsinə və həmin şikayətin geri qaytarılmasına dair apelyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuş dur. Kasasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh QSC “xxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-14560/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5380/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5380/2020
23.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver