Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5389/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-yə qarşı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4631/ 2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(006)-62/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4631/2020 sayl ı, 03 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-62/2020 saylı iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin olunması, “xxxx” KB QSC ilə İddiaçı Ramazan qızı arasında bağlanmış 06.07.2007-ci il tarixli, KMFŞ/080 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan “xxxx” KB QSC-nin tələb hüququna, eyni zamanda İddiaçı məxsus olan X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzili üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə qeydiyyatın ləğv edilməsi, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin ləğv prosesində olan “xxxx” KB QSC-dən alınaraq İddiaçı ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun ləğv prosesində olan “xxxx” KB QSC-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına) ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 06 iyul 2007-ci il tarixli, GMFŞ/080 saylı ipoteka müqaviləsi üzrə X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzili üzərində ipotekanın dövlət qeydiyyatının ləğvi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə əri zə ilə müraciət etmək öhdəliyinin cavabdeh “xxxx” KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə verilmiş tələbin həcminin artırılması barədə ərizədən görünür ki, onunla “xxxx” KB arasında bağlanmış 06 iyul 2007-ci il tarixli, ****** saylı kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq 06 iyul 2007-ci il tarixli, ****** saylı ipoteka müqaviləsi üzrə “xxxx” KB-nin tələb etmək hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən xitam verilməsi, 06 iyul 2007-ci il tarixli, *****saylı ipoteka müqaviləsi üzrə X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzili üzərində olan ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipotekaya xitam verilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” KB arasında bağlanmış 06 iyul 2007-ci il tarixli, ***** saylı kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” KB-dən 15.000 manat məbləğində kredit götürmüş və həmin kreditin təminatı kimi iddiaçı ilə “xxxx” KB arasında bağlanmış 06 iyul 2007-ci il tarixli, ****** saylı ipoteka müqaviləsinə əsasən iddiaçı öz mülkiyyətində olan X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzilini “xxxx” KB-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə bütün ödənişlər həyata keçirilmiş, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. Buna baxmayaraq, 06 iyul 2007-ci il tarixli, ***** saylı ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus mənzil üzərində olan ipotekaya xita m verilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeyd edilən torpaq sahəsinin “xxxx” KB qarşısında ipoteka ilə yüklülüyü barədə qeydiyyat ləğv edilməmişdir. Bununla əlaqədar “xxxx” KB-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna rəsmi qaydada müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçıya məxsus mənzil əsassız olaraq uzun müddət ipoteka ilə yüklü qalmış, iddiaçı cavabdehin qanunsuz hərəkəti səbəbindən öz əmlakı üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu hə min qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, hüququn tətbiq edilməsində səhvə yol vermiş, mahiyyətcə başqa tələb irəli sürülmüş ərizəni predmetin və əsasın dəyişdirilməsinə dair ərizə kimi qələmə vermiş, iş in faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” KB QSC ilə İddiaçı arasında bağlanmış 06.07.2007-ci il tarixli, ***** saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edərək, “xxxx” KB QSC-nin tələb hüququna təminat vermişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı onunla “xxxx” KB QSC arasında bağlanmış kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq ipoteka müqaviləsi üzrə bankın tələb etmək hüququna Mülki Məcəlləinin 550-ci maddəsinə əsasən xitam verilməsini, mənzil üzərində olan ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini və ipotekaya xitam verilməsini tələb etsə də, müqavilənin MM-in 337-354-cü maddələrində əqdin etibarsız sayılması üçün müəyyənləşdirilmiş hansı şərtləri pozmaqla bağlandığını, eyni zamanda MM-in 421-422-ci maddələrdə müqavilənin ləğv edilməsi üçün cavabdeh tərəfindən müqavilələrin hansı şərtlərinin əhəmiyyətli dərəcədə pozulduğunu sübut edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tələbin hüquqi əsaslarını nəzərdən keçirərək birinci instansiya məhkəməsinin bu qənaətini əsaslı saymamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci, 551.1-ci və 552.1-ci maddələrinə görə tələb ə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Göründüyü kimi, qanunverici öhdəliyə xitam verilməsi əsaslarından biri kimi məhz müddətin keçməsini nəzərdə tutmaqla, qanunla müəyyən edilmiş müddətlər keçdiyi halda kreditorun tələb hüququnun da aradan qalxdığını təsbit etmişdir. İşdən görünür ki, tərəflər arasında 06.07.2007-ci il tarixdə 24 ay müddətinə kredit müqaviləsi bağlanmış və onun təminatı kimi iddiaçıya məxsus X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. “xxxx” KB QSC əsas öhdəliyin icr ası müddəti çatdığı gündən (06.07.2009-cu il) 10 ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçıya qarşı tələb hüququndan istifadə etməmişdir. Bununla da, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyə, başqa sözlə, bankın tələb hüququna, avtomatik olaraq da, həmçinin əlavə öhdəliyə, başqa sözlə, bankın ipoteka hüququna qanuna əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Qanunun 1.0.1-ci və 1.0.6-cı maddələrinə əsasən ipoteka, öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyə t hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 48.1.2-ci maddəsinə görə əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Göründüyü kimi, ipoteka, əsas öhdəliyə bağlı olan əlavə öhdəlikdir. Yəni ipoteka, əsas öhdəliyə bağlı olmaqla, həmin öhdəlik üzrə kreditorun tələb hüququnun təminatıdır. Borclu tərəfindən öhdəliyin icrası gecikdirildikdə ipoteka saxlayan, ipoteka predmetinin məcburi satılaraq əldə olunan vəsait hesabına tələbinin təmin olunmasını istəyə bilər. Məhdud əşya hüququ kimi əmələ gəldikdən sonra onun bağlı olduğu əsas öhdəliyə xitam verildikdə ipotekaya da avtomatik olaraq xitam verilir. Apelyas iya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin etmək istədiyi mənafe “xxxx” KB QSC qarşısında öhdəliyinə qanuna əsasən xitam verildiyini təsbit etməklə, ipotekanın dövlət qeydiyyatının ləğv olunması, bununla da bankın xeyrinə yüklü edilmiş mənzilini ipotekadan azad etməkdir. İddiaçı, bunu apelyasiya baxışında da açıqca ifadə etmiş və “bankın tələb hüququna və ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının tələbini və haqlı mənafeyini, habelə yuxarıdakı mövqeyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilərək, “xxxx” KB QSC-nin 06.07.2007-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı qarşı tələb hüqu quna və Z.İparovaya məxsus X. ünvanında yerləşən 43 saylı evin 1 saylı mənzili üzərindəki ipoteka yüklülüyünə xitam verilməklə, daşınmaz əmlakın dövlət reyestrində həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə qeydiyyat da ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyetsrində ipotekanın qeydə alınmasının hüquqi səbəbini ipoteka müqaviləsi təşkil etdiyindən qeydiyyat orqanının əşya üzərində yüklülük qeydi aparmasının əsası ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayanın həmin əşya üzrərinə ipoteka hüququnun olmasıdır. Baxılan işdə isə, sözügedən mənzilin ipotekasının hüquqi əsası olan 06.07.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən “xxxx” KB QSC-nin ipoteka hüququna xitam verildiyindən, həmin mənzilin daşınmaz əmlakın dövlət reyest rində ipoteka kimi qeydə alınmasının (yüklülüyünün) hüquqi səbəbi aradan qalxmışdır. Buna baxmayaraq, iddiaçı, mənzilin ipotekadan azad edilməsinə nail ola bilməmişdir. “İpoteka haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Apelyasiya instansiyası məhkəməsi qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək işin faktiki hallarına uyğun nəticəyə gəlməməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya kollegiyası mahiyyətcə başqa tələb irəli sürülmüş ərizənin predmetin və əsasın dəyişdirilməsinə dair ərizə kimi qələmə verilməsinə dair kassatorun dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan ərizədən görünür ki, İddi açı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmişdir (i/v 145). Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını, hüququn tətbiq edilməsində səhvə yol verildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətin ə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: C avabdeh Ləğv prosesində olan “xxxx” KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4631/2020 saylı, 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5389/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5389/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver