Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5403/2022 16.09.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin icraata qəbulundan imtina barədə Ali Məhkəmənin hakimi Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən (Vəkil2) verilən kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş 41895.26 manat ziyanın ödənilməsi, həmçinin bundan sonrakı dövr üçün sağlamlığına dəymiş ziyanı ödənilməsi vəzifəsinin həmin müəssisənin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1849/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini ömürlük 25% itirilməsi ilə əlaqədar sağlamlığa vurulmuş ziyanın əvəzi kimi xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının keçmiş “Orconikidzeneft” müəssisəsində Quyuların Əsaslı Təmiri Sexində 3-cü dərəcə üzrə qazmaçı köməkçisi vəzifəsinin əmək haqqısına uyğun (mövcud əmək haqqı cədvəlinə uyğun olaraq) və qanunla müəyyən edilmiş həddə hər ay ömürlük zərəri n əvəzinin ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1605/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1849/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1605/2021nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakim lər-Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 16 dekabr 2021-ci il tarixli, 2(102)5713/2021 nöməli qərarı ilə İddiaçı və Cavabdeh kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1605/2021nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2026/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev), Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1849/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə q əbul edilməsi, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən (Vəkil2) kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayəti Vəkil2 tərəfindən imzalanmaqla, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə 20 avqust 2022-ci il tarixdə təqdim edilmişdir. İş materiallarından (səhifə 74) görünür ki, İddiaçı tərəfindən Vəkil2 verilmiş etibarnamə xx.xx.2020-ci il tarixə qədər qüvvədə olmuş, bundan sonra yeni etibarnamə verilməmişdir. Göründüyü kimi, Vəkil2 kassasiya şikayətini imzalayarkən nümayəndə qismində səlahiyyətli olmamışdır. MPM-in 407.3-cü maddəsinə əsas ən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozularaq prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayəti baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.3, 408.1.1, 409 -cu maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5403/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-5403/2022
16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver