Məhkəmə qərarları › İş №2(102)-5408/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5408/2021

01.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5408/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı doğum akt qeydində olan ata qrafasındakı qeydin ləğvi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının prosessual hüquqi varisi X2 vəkili Vəkil2, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4054/2021 nömrəli iş üzrə 29 a prel 2021-ci il tarixli qətnaməsindən iddiaçının prosessual hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıla Cavabdeh2 2000-ci ilin əvvəllərindən qeyri-rəsmi (faktiki) ər-arvad münasibətlərində olmuşlar. Cavabdeh2 xx.xx.2001-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində Cavabdeh1 adlı uşağı dünyaya gəlmişdir. İddiaçıla Cavabdeh2 15.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Gürcüstan Respublikasının Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən 10 avqust 2012-ci il tarixdə aparılmış akt qeydində uşağın ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh2 göstərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gürcüstan Respublikasının Qldani-Nadzaladevsk rayonu VVQA-nın VRA xidməti tərəfindən xx xxxxxx 2001-ci il təvəllüdlü Cavabdeh1 verilmiş 13 avqust 2012-ci il tarixli **********0 akt qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin Cavabdeh1 “atasının adı” qrafasında “İddiaçı” qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2000-ci illərin əvvəllərində tanış olmuş, aralarında xoş ünsiyyət yaranmışdır. 1 ilə yaxın müddət ərzində cavabdehlə görüşləri kəsilmiş, növbəti dəfə, yəni 1 ildən sonra görüşdükdə isə cavabd ehin ona körpə bir uşağı göstərərək uşağın onun olduğunu bildirmişdir. Xeyli-söz-söhbətdən sonra cavabdeh onu tam əmin etdiyinə görə buna inanmışdır. Həmin uşağa layiqincə atalıq göstərmiş, cavabdehlə 15.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, rəsmi nikahlarından sonra cavabdehin vətəndaşı olduğu Gürcüstanda uşağa 10.08.2012-ci il tarixdə **********0 nömrəli doğum şəhadətnaməsi (təkrar) almış, şəhadətnamədə xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 atası qismində onun adı göstərilmişdir. Sonradan münasibətləri pisləşmiş, məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Son vaxtlarda ona gəlib çatan digər söz-söhbətlərdən cavabdehin vaxtilə ona yalan söylədiyini, özünü atası hesab etdiyi uşağın ondan olmadığını öyrənmiş, 2018-ci ilin sentyabr ayından mənzil mübahisəsi ilə bağlı cavabde hlə aralarında gələn məhkəmə çəkişmələri zamanı bu barədə bildirsə də, cavabdeh uşağın əsl atasının o olduğunu hər dəfə birmənalı şəkildə bəyan etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı əsl Cavabdeh1 ilk əvvəllər dünyaya gəldiyindən xəbərsiz olduğunu, sonradan Cavabdeh2 öyrəndiyini və 2005-ci il tarixə kimi uşağın onun olduğuna inanmadığını, sonradan əhəmiyyət verməyərək razı olduğunu, miqrasiya xidmətlərinə görə razı olduğunu bildirmişdir. Lakin hal-hazırda uşağın onun olmadığına əmin olduğuna görə test verilməsinin və bu səbəbdən də iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında əsl olmayan Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh1 atasıdır. Cava bdeh1 artıq 18 yaşı tamamdır və yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.6-cı maddəsinə əsasən Cavabdeh1 barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə yol verilir. Cavabdeh1 belə bir iddianın onun ictimaiyyət arasında şərəf və ləyaqətini alçaltdığını nəzərə alaraq Cavabdeh1 barəsində atalığın müəyyən olunmasına razılığı yoxdur. Bu səbəbdən də əsl olmayan cavabdeh kimi onu əsl olan Cavabdeh1 ilə əvəz edilməsinə etiraz olmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının ərizəsi əsasında Cavabdeh2 əsl Cavabdeh1 ilə əvəz edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun 18 yaşı tamam olduğu və yetkinlik yaşına çatdığı üçün Azərbaycan Respublikasının Ailə Məcəl ləsinin 44.6cı maddəsinə istinadən atası İddiaçı tərəfindən atalığın müəyyənləşdirilməsinə etiraz edir. İddia edilən DNK testi və ekspertizanın təyin olunmasını tamamilə rədd edir. Qeyd olunanlara görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh1 bioloji atası deyil və bu səbəbdən onun doğum haqqında şəhadətnaməsinin «atasının adı» qrafasında «İddiaçı» qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əvvəllər Cavabdeh1 onun övladı olmamasını bildiyindən və daha sonradan bu və ya digər əsaslarla atası olmasını qəbul etdiyindən Ailə Məcəlləsinin 47.2ci maddəsinə əsasən iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə cavabdehin etirazı kimi yetkinlik yaşına çatmış şəxs barəsində atalığın müəyyən olunması yalnız onun razılığı ilə müəyyən olunması ilə bağlı qeyd etmişdir ki, hazırki mülki iş üzrə atalığın müəyyən olunması tələbi deyil, yəni cavabdehin atasının kim olması məhkəmə mübahisəsi olmamaqla, məhkəmədə yalnız iddiaçının cavabdehin atası olmamasının müəyyən edilməsidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1, 44.6, 46.2, 47.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.1 və 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçının prosessual hüquq varisi (iddiaçının 31.10.2020-ci il tarixdə vəfat etd iyi müəyyən olunmuşdur) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, iş üçün əhəmiyyət kəsb edən halların sübuta yetirilmədiyini, hakimin işə qərəzli yanaşdığını irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 2(103)-4054/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instan siya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin hallarından, iddiaçının bilavasitə özünün bildirdiklərindən aydın olur ki, xx.xx.2001-ci il təvəllüdlü Raminin doğum haqqındakı akt qeydi qanunvericiliyə uyğun aparılmış, uşağın ata qrafasında iddiaçının adının yazılması onun öz iradəsi əsasında reallaşmış, qeyd aparıldığı zaman iddiaçı uşağın həqiqi valideyni olduğuna əmin olmasa da, bu və ya digər səbəblə müvafiq qeydiyyata etiraz etməmişdir (iddia ərizəsində iddiaçının bildirməsinə görə, xeyli söz-söhbətdən sonra cavabdeh onu inandırdığı üçün buna razılıq vermişdir). Buna görə də məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, habelə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellya siya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, mərhum İddiaçı atalığı haqqında qeydi həmin qeydin aparılmasından təxminən 18 il sonra, həm də cavabdehlə münasibətlərinin pozulmasından və növbəti nikahından başqa uşağın dünyaya gəlməsindən sonra mübahisələndirmişdir. Bu hal isə onun irəli sürdüyü arqumentlərin inandırıcılığına şübhə ilə yanaşmağa və “hüquqdan sui-istifadə qadağası”nı pozmuş olduğu qənaətinə gəlməyə əsas verir. Məhkəmə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalarla əsaslandırmış, əlavə olaraq Mülki Məcəllənin 5.3, 16.1, 152.6, 560-cı maddələrinə istinad etmişdir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiy ası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Ailə Məcəlləsinin 47.1-ci maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmiş, Məcəllənin 47.2-ci maddəsini tətbiq etməməli olduğu halda tətbiq etmişdir. Belə ki, iş materiallarından, o cümlədən mərhum İddiaçı iddia tələbinin dəlillərindən görünür ki, Cavabdeh2, onu uşağın əsl atası olduğuna inandırdığı üçün o, doğum haqqında şəhadətnamədə uşağın həqiqi atası qismində yazılmışdır. Lakin 2016-cı ildə İddiaçı Gürcüstandan qayıtdıqdan sonra tərəflər arasında mübahisə yaranmış və onlar həmin vax tdan etibarən faktiki olaraq ayrılmışlar. İşə baxan məhkəmələr isə tamamilə əsassız olaraq heç bir sübut olmadan İddiaçı uşağın həqiqi valideyni olmadığını bildiyi halda, könüllü surətdə “ata” kimi yazıldığı nəticəsinə gələrək mübahisəyə Ailə Məcəlləsinin 47.2-ci maddəsini tətbiq etmişlər. İş materiallarında İddiaçı uşağın həqiqi valideyni olmadığını bildiyi halda onun doğum şəhadətnaməsində ata qismində yazıldığına dair cavabdeh tərəfın heç bir dəlili yoxdur. Habelə iş materiallarından görünür ki, Cavabdeh2 lap əvvəldən (sonradan isə Cavabdeh1), yəni iş üzrə məhkəmə çəkişməsi başlandığı vaxtdan DNA (DNK) ekspertizasının təyin olunmasına qəti surətdə etiraz etmiş, lakin həmin etirazını əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçıları nın izahatları İddiaçının prosessual hüquqi varisi X2 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun doğum akt qeydindəki yazının ləğvi barədə tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. İş üzrə iddiaçının prosessual hüquqi varisi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etməməsi ilə bağlıdır. Belə ki, kassator hesab edir ki, məhkəmə Ailə Məcəlləsinin 47.1-ci maddəsinin tətbiq etməli olduğu halda, Ailə Məcəlləsinin 47.2-ci maddəsinə istinad edərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 47ci maddəsi (Atalığa, analığa dair mübahisə açma) təşkil edir (normanın 3-cü və 4-cü hissləri hazırki mübahisəyə aid deyil). Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi mübahisəyə Ailə Məcəlləsinin 47.1 və 47.2-ci maddələrini tətbiq etmişlər. Ona görə də, ilk növbədə qeyd edilməlidir ki, kassasiya şikayətinin Ailə Məcəlləsinin 47.1-ci maddəsinin tətbiq edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili əsasızdır. Ailə Məcəlləsinin 47.2-ci maddəsinin tətbiq edilməli olmaması ilə bağlı şikay ətin dəlilləri də əsassızdır. Belə ki, həmin normaya görə, Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun doğum akt qeydindəki yazının ləğvi barədə tələbi təmin oluna bilməz. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına əsasən, uşağın ata qrafasında iddiaçının adının yazılması onun öz iradəsi əsasında reallaşmış, qeyd aparıldığı zaman iddiaçı uşağın həqiqi valideyni olduğuna əmin olmasa da, müvafiq qeydiyyata etiraz etməmişdir. Belə ki, iddia ərizəsində iddiaçının bildirməsinə görə, bir müddət cavadehlər bir yerdə olmamış, 1 ildən sonra təkrar görüşdükdən sonra cavabdeh ona körpə uşaq göstərərək onun oğlu olduğunu bildirmişdir. Xeyli söz-söhbətdən sonra cavabdeh onu in andırdığı üçün buna razılıq vermişdir. Göründüyü kimi, iddiaçı uşağın ata qrafasında onun adının yazılmasına razılıq verərkən uşağın iddiaçının uşağı olması barədə iddiaçının dəqiq məlumatı olmadığı halda buna razılıq vermişdir. Ailə Məcəlləsinin 47.2-ci maddəsinə görə, Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun doğum akt qeydindəki yazının ləğvi barədə tələbi təmin oluna bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(103)-4054/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar