Məhkəmə qərarları › İş №2(102)-5411/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5411/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5411/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Çernobıl AES-də qəzanın aradan qaldırılması ilə əlaqədar əlilliyə görə sığorta ödənilməsi) 10.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(103)3897/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyab r 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 29.05.1987-ci ildən 03.09.1987-cı ilə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 167 №-li 29.01.2009-cu il tarixli qərarı ilə İddiaçı "radiasion ensefalopatiya, tez-tez baş verən qarışıq tip vegetativ damar krizi, dəmir defisiti xəstəliyi" doaqnozu qoyulmuş, xəstəliyin Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alındığı müəyyən edilmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 №-li Tibbi-Sosial Ekspert Komissiyasının 19.02.2009-cu il tarixli qərarı ilə 2-ci qrup əlillik təyin olunmuş, əlilliyin səbəbi kimi “Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası” müəyyən edilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi edilməsinin xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 28.10.2019-cu il tarixli, 0707-889 saylı məktubla cavab verərək, bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Az ərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta məbləği olaraq 6600 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və aldığı xəsarətə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Lakin bu günə qədər 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. 20 may 1997-ci ildə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına əsasən, qanu n qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənməlidir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1097/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməsi qət edilmişdir.

7. Məhkəmə iddiaçının hərbi xidmət dövründə xəsarət alması və nəticədə ikinci qrup əlil olması hallarına istinad etmiş, gəldiyi nəyicəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əsaslandırmış və qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması və nəticədə ikinci qrup əlil olması müəyyən edilmişdir. İddiaçı sı ğorta ödənilməsi üçün zəruri olan, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsində tələb edilən sənədləri məhkəməyə təqdim etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Cavavbdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(103)3897/2021 saylı qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «H ərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. Kassasiya şikayətlərinin və onlara etirazlqın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüququ şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliy yətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülkli Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Normativ hüquqi aktlar haqqında” qanunun 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanunun sığorta ödənişinin alınması müddəti ilə bağlı maddələri ilə Mülki Məcəllənin müddətlərlə bağlı fəslində nəzərdə tutulmuş normaları ziddiyyət təşkil etdiyinə görə, verilmiş iddiaya Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Apellyasiya instansiyası məhkəməsi eyni məzmunlu başqa bir iş üzrə 19921994-cü illərdə İ Qarabağ müharibəsində əlil olan şəxslərə 20.05.1997-ci ildə qəbul olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunu şamil etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamı şdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərinə görə məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə

935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:... 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;... 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallar da. 16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun Maddə

1. Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında qanunvericilik 1.1. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Maddə

2. Sığorta olunanlar Bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna da xil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər Maddə

5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlikl ə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İİ dərəcə əlilliyə görə - 60 faiz.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Məhkəmələr tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçı 29.05.1987-ci ildən 03.09.1987-cı ilə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsində iştirak etməsi ilə əlaqədar 2-ci qrup əlillik təyin olunduğuna görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddə sinin ç bəndinə əsasən sığorta ödənilməsini tələb edir.

20. Kassatorun dəlillərindən biri ondan ibarətdir ki, verilmiş iddiaya Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Çünki Mülki Məcəllənin 50-ci fəslində sığorta sahəsində münasibətləri tənzimləyən ümumi normalar əksini tapmışdır. Lakin sığortanın müxtəlif meyarlar əsasında növləri müəyyən edilir və qanunvericiliklə müəyyən olunan həmin sığorta növləri fərqli xüsusiyyətlərinə görə müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. Buna görə də Mülki Məcəllənin 50-ci fəslində mülki hüquq münasibətlərinin bir növü olan sığorta öhdəliyi tənzimlənir və bütün sığorta münasibətlərini tənzimləmək funksiyasını daşımır. Məsələn, “Sosial sığorta haqqında” qanun mülki hüquqa aid münasibətləri dey il, sosial təminat sahəsinə aid münasibətləri tənzimləyir. Eyni ilə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun da fərqli münasibətləri – hərbi qulluqçuların həyat və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını tənzimləyir.

21. Həmin qanunun 1.1-ci maddəsinə görə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında” Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

22. Bu normaya əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası münasibətlərinə Mülki Məcəllənin müddəaları o halda tətbiq edilə bilər ki, bu qanunda yaranm ış münasibəti tənzimləyən norma nəzərdə tutulmamış olsun və ya həmin münasibətləri tənzimləyən normalar arasında uyğunsuzluq olsun. Lakin baxılan iddia üzrə bu hallar müəyyən edilmir.

23. Kassatorun iddia müddətləri baxımından Mülki Məcəllənin müddəalarının tətbiq edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində müəyyən olunmuş müddətlər bütün tələblərə aid deyildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

24. Bu baxımdan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla müəyyən olunmuş müddətlər xüsusi iddia müddətləridir.

25. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997- ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 02.08.1997-ci il tarixdən qüvvəyə minmişdir.

26. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sı ğorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş və ya ehtiyatda olan şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur.

27. İşin hallarından görünür ki, iddiaçı X1 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində toplanışda və ya hərbi xidmətdə olmamışdır. Onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20.05.1997-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ilə icbari sığorta olunması sübut olunmur.

28. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, Çernobıl AESdə baş vermiş qəza SSRİ dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə hazırkı cavabdeh şirkət arasında heç bir müqavilə olmamışdır. Həmçinin SSRİ dövründə hərbi xidmətdə olmuş və hal-hazı rda ehtiyatda olan keçmiş hərbi qulluqçulara görə Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta haqqı ödənilməmişdir. Cavabdeh olan Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin 20.09.1991-ci il tarixli Fərmanı ilə yaradılmış və Əsasnaməsi 22.11.1991-ci il tarixdə təsdiq edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına istinadən qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası SSRİ-nın hüquqi varisi deyildir. Həmçinin, 24 yanvar 1994-cü il tarixli 23 saylı Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti (Azərsığorta) müstəqil dövlət təşkilatıdır.

30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsa slandırması ilə razılaşır və qeyd edir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda (həm hazırda üvvədə olan, həm də 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ nömrəli qanunla qəbul edilmiş redaksiyada), “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir.

31. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun və “Hərbi qulluqçuların statusu haqqında” qanun 1991-ci ildən qüvvəyə minmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarında da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməli olması da məhz “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Qanunlarda təsbit edilmiş hüquqlardan irəli gəlir.

32. Kassato run analoji işdə 1992-1994-cü illərdə İ Qarabağ müharibəsində əlil olan şəxsə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun şamil edilməsi barədə dəlilinə vahid məhkəmə təcrübəsi baxımından qiymət verərək bildirir ki, həmin iddia fərqli iddiadır və hazirki iddia ilə eynilik təşkil etmir.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli, 2(103)3897/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar