Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5414/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5414/21 (Açar sözlər: qızıl-zinət tələbi ) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı və nümayəndəsi X1, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-28 9/2021 nömrəli, 03.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 30 mart 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, ilk iddiaçı X2 qəsəbəsi, Xəzər yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçərək özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparıb yerləşdirmişdir. Tərəflərin 20.12.2006-cı il tarixdə Əli və 04.11.2008-ci il tarixdə Həmid adlı iki nəfər uşaqları doğulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçıya hədiyyə şəklində qızıl-zinət əşyaları verilmişdir. İddiaçı gəlin köçdüyü evdən gedərkən hədiyyə şəklində ona verilmiş və ona məxs us qızıl-zinət əşyalarını və cehiz əşyalarını özü ilə apara bilməmiş və cavabdeh həmin əşyaların ona verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Həmçinin cavabdeh isə iddiaçıdan 3700 manat pulun, ona məxsus 12 qram 583 əyyarlı qızıl üzüyünün, 10 ədəd kəhrəbanın, hərbi biletinin, doğum haqqında şəhadətnamənin, ona aid kaset və şəxsi şəkillərinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İlk İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz və qızıl-zinət əşyalarının və ödədiyi 30 manat dölət rüsum unun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh ilə 30 mart 2007-ci il tarixdə bağlanmış nikahları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(005)- 3741/2019 saylı qətnaməsi ilə rəsmi qaydada pozulmuş, birgə nikahdan doğulmuş 20.12.2006-cı il tvəllüdlü və 04.11.2008-ci il təvəllüdlü nəfər uşaqları onun himayəsində saxlanmışdır. Gəlin köçərkən cehiz əşyalarını Cavabdeh yaşadığı X2 qəsəbəsi, Xəzri adlanan yaşayış sahəsində yerləşən 2 yaşayış otağından ibarət fərdi yaşayış evinə yerləşdirmişdir. Toy ərəfəsində cavabdehin qohumları tərəfindən ona həddiyə olaraq 3 ədəd qızıl üzük və digər qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Nikahları pozulmazdan əvvəl qaynanası X1 ona məxsus qızıl-zi nət əşyaları olan 3 ədəd qızıl üzükləri bildiyinə görə "xxxx" ASC-yə girov qoyub kredit pul götürmüşdür. Ümumiyyətlə əvvəllər qaynanası ona məxsus həmin 3 ədəd qızıl üzükləri bir neçə dəfə banklara girov qoyub kredit pul götürmüşdür. Nikahları pozulandan sonra dəfələrlə cehizlərini və qızılzinət əşyalarını, yəni 3 ədəd qızıl üzüklərini ona qaytarmalarını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Cavabdeh son dəfə bildirmişdir ki, cehiz əşyaları qaytarmayacaqdır, 3 ədəd qızıl üzükləri isə anası banka girov qoyub kredit pul götürmüşdür. Cavabdeh qızıl-zinət əşyalarını və cehizlərini qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Adları göstərilən qızıl-zinət əşyaları və cehiz əmlakı cavabdehin yaşadığı X2 qəsəbəsi, Xəzər yaşayış sahəsind ə yerləşən fərdi yaşayış evindədir. Həmin əmlaklar 1 ədəd «Roza» yataq mebeli - 1100 manat, 1 ədəd stenka mebeli - 800 manat, 1 ədəd miz (stol) 6 ədəd kürsü(stul) ilə birlikdə - cəmi 220 manat, 1 ədəd mətbəx mizi (stol) 6 ədəd kürsü (stol) ilə birlikdə - 80 manat, 1 ədəd jurnal mizi (stol) - 30 manat, 1 ədəd televizor mizi (stol) - 80 manat, 1 ədəd «Nord» soyuducu 400 manat, 1 ədəd «DAEWOO» paltaryuyan maşın (7 kq-lıq) - 1100 manat, 1 ədəd «Vestel» tetevizoru - 370 manat, 1 ədəd «LG» dividi ilə birlikdə vidiomaqnitofon- 100 manat, 1 ədəd «X4» markalı elektrik ət maşını- 70 manat, 1 ədəd «İtimat» markalı elektrik sobası - 100 manat, 1 ədəd şirəçəkən - 50 manat, 1 ədəd mikser-20 manat, 1 ədəd soğançəkən - 10 manat, 1 ədəd elektrik gecə lampası, cəmi - 50 manat, 2 ədəd çilçıraq, cəmi - 90 m anat, 3 ədəd buxarlı eletrik ütüsü, cəmi 110 manat, 1 ədəd Fen - 70 manat, 1 ədəd «Tefal» çaynik - 20 manat, 1 dəst 60 əşyadan ibarət göy rəngli «Madonna» qabqacağı - 500 manat, 1 dəst 60 əşyadan ibarət «Roza» qab-qacağı - 80 manat, 6 fincandan ibarət 1 çay dəsti - cəmi 15 manat, 12 fincandan ibarət 1 çay dəsti - 150 manat, 6 ədəd büllur (xrüstal) bakallar - 30 manat, 12 ədəd rəngli bakallar - 60 manat, 6 stəkan və 1 qrafindən ibarət dəst - 30 manat, çamadanda stəkan dəsti -50 manat, 6 ədəd büllur (xrüstal) sok stəkanları - 30 manat, 5 ədəd büllur (xrüstal) meyvə qabı, cəmi - 60 manat, 4 ədəd göy rəngli «Madonna» meyvə qabı, cəmi - 80 manat, ağ rəngli «Madonna» kafe dəsti - 15 manat, 30 ədəd şüşə rozetkalar (mürəbbə nəlbəkisi), cəmi - 25 manat, 12 ədəd kiçik stəkanlar, cəmi - 6 manat, 6 əd əd böyük «Madonna» kasalar, cəmi 36 manat, 1 ədəd şüşə qrafin - 5 manat, 1 ədəd çərəz qabı - 10 manat, 12 ədəd şüşə kassa, cəmi - 60 manat, 2 ədəd şüşə qənd qabı, cəmi - 6 manat, 4 ədəd tava - 60 manat, 6 ədəd dəmir çaydanlar, cəmi - 90 manat, 1 ədəd şüşə dəm çayniki - 15 manat, 5 predmetdən ibarət 1 dəst şirəli qazan - 40 manat, 6 ədəd bıçaq, cəmi - 15 manat, bıçaq və qaşıq dəsti (52 ədəd), cəmi - 50 manat, 6 ədəddən ibarət fincan dəsti - 15 manat, 3 ədəd pərdə, cəmi 90 manat, 1 qutuda dini əşyalar ( şarf- 2 ədəd, namaz papağı- 2 ədəd, möhür 3 ədəd, təsfeh 6 ədəd), cəmi - 20 manat, çeşidli plastik mətbəx əşyaları (aşsüzən, xəmiryoğuran və s.) 30 manat, 23 ədəd dəmir və plastik paltarasan, cəmi - 40 manat, müxtəlif mətbəx əşyaları (ələk, taxta qaşıqlar və s.),cəmi - 40 manat, 4 ədəd plasti k vedrə və 5 ədəd plastik qazanlar, cəmi - 40 manat, 2 ədəd böyük aş qazanı, cəmi - 60 manat, 3 ədəd 3x4 metr ölçüdə xalçalar, cəmi - 450 manat, 1 ədəd 4x2,5 metr ölçüdə kavrolit- 30 manat, 3 ədəd 1,5x2 metr ölçüdə kiçik xalçalar, cəmi - 30 manat, 3 ədəd ədyal, cəmi - 90 manat, 1 dəst divan və kreslo üzü, cəmi - 40 manat, 2 ədəd mütəkkə, cəmi - 10 manat, 21 ədəd döşəküzləri (navoloçka), cəmi -105 manat, 3 ədəd 1 nəfərlik döşəklər, cəmi -300 manat, 1 ədəd ikinəfərlik döyük döşək - 150 manat, 1 ədəd ikinəfərlik, 4 ədəd birnəfərlik yorğanlar, cəmi 340 manat, 6 ədəd dəsmal, cəmi - 30 manat, 6 ədəd qalın ədyal, cəmi 50 manat, 2 ədəd iri yataq ədyalları, cəmi - 80 manat, 26 ədəd yastıq üzü (navoloçka), cəmi 110 manat, 4 ədəd xəmiryayan taxta, cəmi 20 manat, 2 ədəd oxlov, cəmi 4 manat, 1 ədəd dəm ir odun peçi - 30 manat, 1 ədəd kiçik mürcü - 30 manat, 6 dəst ikinəfərlik, 10 dəst birnəfərlik yataq komplektləri, cəmi 300 manat, 1 ədəd xənçər formasında şüşə fiqur - 20 manat, 15 ədəd kasetlər, cəmi 15 manat, 30 ədəd disklər, cəmi 30 manat 13 ədəd böyük yastıq (poduşka), cəmi - 390 manat, cehiz əşyaları cəmi 9347 manat təşkil edir. Bütün göstərilən əşyalar onun şəxsi əmlakıdır və valideynləri tərəfindən alınıb ona toy ərəfəsində hədiyyə edilmişdir. Nişan zamanı və toydan əvvəl cavabdehin və valideyinlərinin ona bağışladıqları qızıl-zinət əşyaları da cavabdehin evində qalmışdır və həmin qızıl-zinət əşyaları bunlardır: 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şə ffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat, qızıl-zinət əşyaları cəmi 1350 manat təşkil edir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 3700 manat pulun, ona məxsus 12 qram 583 əyyarlı qızıl üzüyünün, 10 ədəd kəhrəbanın, hərbi biletinin, doğum haqqında şəhadətnamənin, ona aid kaset və şəxsi şəkillərinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd olunanlar hiqəqətə uyğun deyildir. Belə ki, iddia ərizəsində qeyd olunan bütün əmlaklar iddiaçı tərəfindən yaşadıqları mənzilə gətirilməmişdir. Həmin əmlakların bir qismi cehiz kimi gətirildiyindən əmlakla ba ğlı iddiaçının iddia tələbini qismən qəbul edir. Qaldı ki, qızı-zinət əşyalarına, həmin hissədə iddiaçının iddiasını qəbul etmir. Belə ki, həmin qızılzinət əşyaları hər zaman iddiaçıda olduğundan, mənzili tərk edərkən iddiaçı qeyd olunan qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Həmin qızıl-zinət əşyalarının onda olmasına dair hər hansı sübut və dəlil mövcud deyil. Hazırda onun yaşadığı mənzildə iddiaçıya aid 1 ədəd “Roza” yataq mebeli, 1 ədəd stenka mebeli, 1 ədəd miz (stol 6 ədəd kürsü (stul) birlikdə, 1 ədəd televizor mizi (stol), 1 ədəd itimat markalı elektrik sobası, 2 ədəd çilçıraq, 1 dəst 60 əçyadan ibarət göy rəngli “Madonna” qab-qacağı, 1 dəst 60 əşyadan ibarət “Roza” qab qacağı, 6 fincandan ibarət çay dəsti, 12 fincandan ibarət 1 çay dəsti, 6 ədəd büllur bakallar, 12 ədəd rəng li bakallar, 4 ədəd göy rəngli “Madonna” meyvə qabı, ağ rəngli “Madonna” kafe dəsti, 30 ədəd şüşə rozetkalar, 6 ədəd böyük “Maddona ” kaasalar, 3 ədəd pərdə, 3 ədəd 3x4 metr ölçüdə xalçalar, 1 ədəd 4x2,5 metr ölçüdə kavrolit, 1 dəst divan və kreslo üzü, 2 ədəd mütəkkə, 3 ədəd 1 nəfərlik döşəklər, 1 ədəd ikinəfərlik böyük döşək, 1 ədəd ikinəfərlik 4 ədəd bir nəfərlik yorğanlar, 1ədəd kiçik mücrü və 13 ədəd böyük yastıq vardır. Qalan əşyalar iddiaçı tərəfindən aparılmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilib, Cavabdeh 1 ədəd «Roza» yataq mebeli - 1100 manat, 1 ədəd stenka mebeli - 800 manat, 1 ədəd miz (stol) 6 ədəd kürsü(stul) ilə birlikdə - cəmi 220 manat, 1 ədəd mətbəx mizi (stol) 6 ədəd kürsü (stol) ilə birlikdə - 80 manat, 1 ədəd jurnal mizi (stol) - 30 manat, 1 ədəd televizor mizi (stol) - 80 manat, 1 ədəd «Nord» soyuducu - 400 manat, 1 ədəd «Daewoo» paltaryuyan maşın (7 kq-lıq) - 1100 manat, 1 ədəd «Vestel» tetevizoru - 370 manat, 1 ədəd «LG» dividi ilə birlikdə vidiomaqnitofon- 100 manat, 1 ədəd «X4» markalı elektrik ət maşını- 70 manat, 1 ədəd «İtimat» markalı elektrik sobası - 100 manat, 1 ədəd şirəçəkən 50 manat, 1 ədəd mikser-20 manat, 1 ədəd soğançəkən - 10 manat, 1 ədəd elektrik gecə lampası, cəmi - 50 manat, 2 ədəd çilçıraq, cəmi - 90 manat, 3 ədəd buxarlı eletrik ütüsü, cəmi 110 manat, 1 ədəd Fen - 70 manat, 1 ədəd «Tefal» çaynik - 20 manat, 1 dəst 60 əşyadan ibarət göy rəngli «Madonna» qab-qacağı - 500 manat, 1 dəst 60 əşyadan ibarət «Roza» qab-qacağı - 80 manat, 6 fincandan ibarət 1 çay dəsti - cəmi 15 manat, 12 fincandan ibarət 1 çay dəsti - 150 manat, 6 ədəd büllur (xrüstal) bakallar - 30 manat, 12 ədəd rəngli bakallar - 60 manat, 6 stəkan və 1 qrafindən ibarət dəst - 30 manat, çamadanda stəkan dəsti -50 manat, 6 ədəd büllur (xrüstal) sok stəkanları - 30 manat, 5 ədəd büllur (xrüstal) meyvə qabı, cəmi - 60 manat, 4 ədəd göy rəngli «Madonna» meyvə qabı, cəmi - 80 manat, ağ rəngli «Madonna» kafe dəsti - 15 manat, 30 ədəd şüşə rozetkalar (mürəbbə nəlbəkisi), cəmi - 25 manat, 12 ədəd kiçik stəkanlar, cəmi - 6 manat, 6 ədəd böyük «Madonna» kasalar, cəmi 36 manat, 1 ədəd şüşə qrafin - 5 manat, 1 ədəd çərəz qabı - 10 manat, 12 ədəd şüşə kassa, cə mi - 60 manat, 2 ədəd şüşə qənd qabı, cəmi - 6 manat, 4 ədəd tava - 60 manat, 6 ədəd dəmir çaydanlar, cəmi - 90 manat, 1 ədəd şüşə dəm çayniki - 15 manat, 5 predmetdən ibarət 1 dəst şirəli qazan - 40 manat, 6 ədəd bıçaq, cəmi - 15 manat, bıçaq və qaşıq dəsti (52 ədəd), cəmi - 50 manat, 6 ədəddən ibarət fincan dəsti - 15 manat, 3 ədəd pərdə, cəmi 90 manat, 1 qutuda dini əşyalar ( şarf- 2 ədəd, namaz papağı- 2 ədəd, möhür 3 ədəd, təsfeh 6 ədəd), cəmi - 20 manat, çeşidli plastik mətbəx əşyaları (aşsüzən, xəmiryoğuran və s.) - 30 manat, 23 ədəd dəmir və plastik paltarasan, cəmi - 40 manat, müxtəlif mətbəx əşyaları (ələk, taxta qaşıqlar və s.),cəmi - 40 manat, 4 ədəd plastik vedrə və 5 ədəd plastik qazanlar, cəmi - 40 manat, 2 ədəd böyük aş qazanı, cəmi - 60 manat, 3 ədəd 3x4 metr ölçüdə xalçal ar, cəmi - 450 manat, 1 ədəd 4x2,5 metr ölçüdə kavrolit- 30 manat, 3 ədəd 1,5x2 metr ölçüdə kiçik xalçalar, cəmi - 30 manat, 3 ədəd ədyal, cəmi - 90 manat, 1 dəst divan və kreslo üzü, cəmi - 40 manat, 2 ədəd mütəkkə, cəmi - 10 manat, 21 ədəd döşəküzləri (navoloçka), cəmi -105 manat, 3 ədəd 1 nəfərlik döşəklər, cəmi -300 manat, 1 ədəd ikinəfərlik döyük döşək - 150 manat, 1 ədəd ikinəfərlik, 4 ədəd birnəfərlik yorğanlar, cəmi 340 manat, 6 ədəd dəsmal, cəmi - 30 manat, 6 ədəd qalın ədyal, cəmi 50 manat, 2 ədəd iri yataq ədyalları, cəmi - 80 manat, 26 ədəd yastıq üzü (navoloçka), cəmi 110 manat, 4 ədəd xəmiryayan taxta, cəmi 20 manat, 2 ədəd oxlov, cəmi 4 manat, 1 ədəd dəmir odun peçi - 30 manat, 1 ədəd kiçik mürcü - 30 manat, 6 dəst ikinəfərlik, 10 dəst birnəfərlik yataq komplektləri, cəmi 30 0 manat, 1 ədəd xənçər formasında şüşə fiqur - 20 manat, 15 ədəd kasetlər, cəmi 15 manat, 30 ədəd disklər, cəmi 30 manat 13 ədəd böyük yastıq (poduşka), cəmi - 390 manat adlı cehiz əmlakların alınaraq İddiaçı verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddia tələbinin qızıl-zinət tələbinə dair hissədə təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən təmin edilib, İddiaçı 12 qram 583 əyyarlı qızıl üzük, 10 ədəd kəhrəba və Cavabdeh aid şəxsi şəkillərin alınıb, Cavabdeh verilməsi və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 30 (otuz) m anat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir.
7. Məhkəmə iddia tələblərini qisməın təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsini 157.2, 225.2; Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 03.02.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sərlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş; Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2020 -ci il tarixli, 2(060)-2244/2020 saylı qətnaməsi qismən «İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair ilk iddia ərizəsi «1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pulun təmin edilməsin» hissəsində ləğv edilmiş və ilk iddia ərizəsi həmin hissədə təmin edilmiş; İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsa llı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pulun alınıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin tamamilə ləğv olunaraq, qarşılıqlı iddia üzrə tələbin təmin edil məsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, ilkin iddia ərizəsində qeyd edilən əmlakların mövcudluğuna dair sübut təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı və nümayəndəsi X1 Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
17. Maddə.
127. Hissə İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə. 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə. 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər
20. Maddə. 225.2. Nikaha girənədək ər-arvaddan hər-birinə mənsu b olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir Azərbaycan Respublikası Ailə Məcəlləsi:
21. Maddə. 34.1. Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hərbirinin əmlakıdır).
22. Maddə. 34.2. Zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ərərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Məhkəmələr müəyyən etmişlər ki, tərəflər 30 mart 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, ilk iddiaçı X2 qəsəbəsi, Xəzər yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçərək özünə məxsus cehiz əşyalarını həmin mənzilə aparıb yerləşdirmişdir. Tərəflərin 20.12.2006-cı il tarixdə Əli və 04.11.2008-ci il tarixdə Həmid adlı iki nəfər uşaqları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. İddiaçıya hədiyyə şəklində qızıl-zinət əşyaları veril mişdir. İddiaçı gəlin köçdüyü evdən gedərkən hədiyyə şəklində ona verilmiş və ona məxsus qızıl-zinət əşyalarını və cehiz əşyalarını özü ilə apara bilməmiş və cavabdeh həmin əşyaların ona verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Həmçinin cavabdeh isə iddiaçıdan 3700 manat pulun, ona məxsus 12 qram 583 əyyarlı qızıl üzüyünün, 10 ədəd kəhrəbanın, hərbi biletinin, doğum haqqında şəhadətnamənin, ona aid kaset və şəxsi şəkillərinin və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsum alınaraq ona verilməsini xahiş etmişdir.
29. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq qeyd etmişdir ki, işin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutl ar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazl arı bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd edilən qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
31. Şərh olunanları nəzərə alan Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilməklə həmin normaların tələblərini pozmuşdur.
32. İşin tədqiq edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfind ən tələb edilən qızılzinət əşyaları olaraq 1 ədəd üzərində 3 brilyant qaşları olan Rusiya istehsallı qızıl nişan üzüyü - 800 manat, 1 ədəd yaşıl rəngli qaşları olan Rusiya istehsallı qızıl üzük - 300 manat, 1 ədəd şəffaf qaşları olan Rusiya İstehsallı qızıl üzük - 250 manat və ya onların ümumi dəyəri olan 1350 manat pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınıb, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməlidir.
33. Həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini qismən təmin etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia tələbini qismən qəbul edib, 12 qram 583 əyyarlı qızıl üzüyü, 10 ədəd kəhrəbanını və şəxsi şə killəri onda olduğu üçün həmin əşyaları qarşılıqlı iddia tələbi üzrə iddiaçıya Cavabdeh qaytarmağa razıdır. Tələbin digər hissədə təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmişdir.
34. Göründüyü kimi ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, Cavabdeh bu vəzifəsinin öhdəsindən gələ bilməmişdir.
35. Kollegiya qeyd edir ki, bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
36. İddiaçının sübutları da MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görü nür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutladır. Əsaslı şübhədən kənar sübutlar olduğu halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olan hallar kimi qiymət verə bilər.
37. Cavabdeh tərəf isə bu öhdəliyin icrasını təmin edə bilməmiş, mübahisəli qızılların iddiaçının özündə olması barədə məhkəmələrə inamlı və şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. Cavabdeh bu cür sübut kimi yalnız öz izahatlarını təqdim edir.
38. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sü butlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
39. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
40. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.
41. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-289/2021 nömrəli, 03.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.