Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5418/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov, iş № 2(006)-xx/18) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “işdən az ad olunma barədə əmrin ləğvi və sair” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-xx/19) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olumasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC -nin xx xx 2018-ci il tarixli k/18-03497 saylı əmrinin ləğv edilməsi, həmin vaxtdan əvvəlki iş yerinə bərpa olunmaqla əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili C.Alıyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbin ə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil C.Alıyevin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razı laşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 27.03.2017-ci il tarixdə Aran RETSİ-nin X1 X3 nəzarətçi mühəndis vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və 2 ay sınaq müddəti təyin edilmişdir. “xxxx” ASC-nin xx xx 2018-ci il tarixli K/18-03497 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddəti qurtardığı üçün 03.07.2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. X5 Təchizatı və Satışı İdarəsi 03.07.2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı xəbərdarlıq göndərmiş və əmək kitabçasını götürmək üçün X5 Təchizatı və Satışı İdarəsinin Xidmətlər şöbəsinə müraciət e tməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi işin araşdırılan hallarına əsasən bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin əsassız və qanunsuz olduğunu bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanılmış 27.03.2017-ci il tarixli əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuş, həmin müqavilə 3 ay müddətinə bağlanılmış, müddət qurtardıqda əmək münasibətləri davam etdirilmiş, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış, növbəti 3 ayın tamamında isə müqavilənin müddəti yekunlaşmış, bundan sonra əmək münasibətləri davam etdirilməmiş və müddət bitdikdən sonra 03.07.2018-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Ona görə də, məhkəmə iddiaçının iddia tələbini əsassız hesab edərək onu təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da müəyyən edildiyi kimi, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 27.03.2017-ci il tarixdə AranRETSİ-n in X1 X4 nəzarətçi mühəndis vəzifəsinə qəbul edilərək onunla əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. 03.07.2018-ci il tarixdə isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03.07.2018-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqavilə si müddəti müəyyən edilmədən bağlanmalıdır. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 -ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. (45.1, 45.4, 47(f), 68.1, 68.2(b), 73.1, 76). Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan əmək qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 03.07.2018-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verməkdə haqlı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi cavabdeh tərəfindən əmək qanunv ericiliyinin hər hansı müddəasının pozulmaması səbəbindən iddiaçının «əmrin ləğv edilməsi» barədə tələbinin təmin olunmaması barədə düzgün nəticəyə gəlmişdir. O ki qaldı iddiaçının «əsassız olaraq işdən çıxarıldığı vaxtdan işə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» barədə tələbinə, apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, bu tələb «əmrin ləğv edilməsi» barədə tələbə əlavə tələb olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən onun da təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğun olmuşdur. İddiaçının «işə çıxdığı təqdirdə ona həmin günlərə görə əmək haqqının ödənilməməsi» barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının bu dəlili cavabdehin nümayənd əsi tərəfindən təqdim olunmuş «iş vaxtının uçotu tabeli»ndə aparılan qeydlərlə tam təkzib olundu. Belə ki, həmin tabeldə aparılan qeydlərdən müəyyən olundu ki, iddiaçı 2018-ci ilin may ayında cəmi 8 gün işləmiş, 18 gün isə işləməmiş, həmçinin iyun ayında işləməmiş, iyul ayında isə cəmi 3 gün işləmişdir. İşlədiyi günlərə görə isə iddiaçıya əmək haqqının ödənilməsi faktı məhkəmə araşdırmaları zamanı tam təsdiqini tapmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi əlavə apellyasiya araşdırmasına ehtiyac görməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə gö rə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bu barədə hər hansı sübutu nə birinci instansiya, nə də apellyasiya baxışı zamanı məhkəməyə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1 maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instasiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır və ona görə iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5418/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5418/2019
03.09.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver