Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5419/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli 2(103)3655/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-2271/2018) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair id diası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, S.F.Hacıyev və F.Ş.Talışınski, iş № 2(103)7463/2017) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)499/2019) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli, iş № 2(103)3655/2019) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə 5000 manat məbləğində sığorta ödənişinin tutulması qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçının əri X6 18 may 2013-cü il tarixdə X2 sığortalı avtomobilini idarə edərkən törətdiyi qəza nəticəsində ölmuş və həmin hərəkətinə görə X1 Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2014-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2017-ci ilin noyabr ayında mərhum Nun həyat yoldaşı İddiaçı ərinin ölümünə görə ona sığorta ödənişinin verilməsi ü çün sığorta şirkətinə müraciət etmiş, lakin şirkət iddia müddətinin ötürülməsini əsas göstərməklə ödənişin verilməsindən imtina etmişdir. 2018-ci ilin fevral ayında İddiaçı ərinin ölümünə görə ona 5000 manat məbləğində sığorta ödənişinin verilməsi barədə məhkəmədə iddia qaldırmış, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək iddiaçının qanunda müəyyən olunmuş üç illik iddia müddətini ötürməklə məhkəməyə 4 ildən sonra müraciət etməsini, qətnamənin qanunun qüvvəsi düzgün tətbiq edilməməklə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Sığorta Şirkəti ödənişin verilməsindən imtinaya dair 29 yanvar 2018-ci il tarixli məktubunda yalnız iddia müddətinin ötürülməsini əsas göstərmiş və bu zaman baş vermiş hadisəni “sığorta hadisəsi hesab edilə bilən hadisə” kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsinə əsaslanmaqla hesab etmişdir ki, hazırkı tələbə iddia müddəti şamil edilmir və bu əsasla ödənişin verilməsindən imtina olunması əsassızdır. Mülki Məcəllənin 384.0.3-cü maddəsinə görə fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Müəyyən olunduğu kimi baş vermiş hadisə nəticəsində Rasim Ələsgərov ölmüşdür. İddiaçıya sığort a ödənişinin verilməsini əsaslı sayarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926 və 936-cı maddələrinə və “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14 və 19-cu maddələrinə əsaslanmışdır. Qanunun göstərilən normaları baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsinə imkan verdiyindən məhkəmə kollegiyası iddianı əsaslı saymışdır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5419/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5419/2019
01.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver