Məhkəmə qərarları › İş №2(102)-5419/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5419/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5419/2021 11.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərindən ipoteka yüklülüyünün götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6141/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tari xli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X1 oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış 24.05.2017-ci il tarixli 10085072481/3 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən E.Qabiyevə illik 20% olmaqla, 36 ay müddətinə 75.000 manat məbləğində kredit ayrılmışdır. Bakı şəhəri 14 saylı Notariat Kontorunun sözügedən mənzilə dair ipoteka müqaviləsi üzrə 24.05.2017-ci il tarixli, 3M-475 nömrəli notariat işinin təsdiq edilmiş surətindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsində göstərilən öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin notariat işində olan İddiaçı ərizəsində göstərilmişdir ki, o, əri Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzili Cavabdeh1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına razıdır. İpotekaya qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeydşərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24.02.2012-ci il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndə icraat İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 qarşı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərindən ipoteka yüklülüyünün götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Cavabdeh2 birgə nikah dövründə aldıqları Bakı şəhəri Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 108 giriş D mənzil 34-ü onun razılığı olmadan X1 oğlunun krediti üçün Cavabdeh1 ASC-yə girov qoymuşdur. Həmin ev birgə nikah dövründə alınmışdır. Sonradan məhkəmədən evə bildiriş göndərildikdən sonra ona məlum olur ki, X1 oğluna 24.05.2017-ci il tarixdə Cavabdeh1 ASC tərəfindən 75000 manat pul verilmışdır. Həmin kre ditin təminatı kimi qeyd olunan mənzil girov qoyulmuşdur. Mənzil girov qoyularkən o, notariat kontorunda razılıq ərizəsi verməmiş, evin ipotekaya qoyulmasına razı olmamışdır. Əvvəllər 2014-cü ildə o, digər kreditə görə mənzilin girov qoyulmasına razılıq vermiş, həmin kredit üzrə borc bağlanmış və ya həmin borca görə ola bilsin ki, yeni kredit verilmişdir. Lakin sonuncu kredit veriləkən razılıq ərizəsi verməmiş, notariat kontoruna getməmiş, razılığı olmadığı üçün ipoteka müqaviləsi etibarsızdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-494/2020) İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməkl ə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlak üzərindən ipoteka yüklülüyünün götürülməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Expressbank” ASC ilə X1 oğlu arasında illik 20% olmaqla, 36 ay müddətinə 75.000 manat kredit ayrılmasına dair 24.05.2017-ci il tarixli 100850-72481/3 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsində göstərilən öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, 34 saylı mənzili ipoteka ilə yüklü edilməsinə dair tərəflər arasında həmin tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin bağlanması üçün iş üzrə İddiaçı Notariat Kontoruna ərizə ilə m üraciət edərək sözügedən mənzili Cavabdeh1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına razı olmasını, qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeydşərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürdüyünü bildirmişdir. Mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-6141/2020) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı verdiyi apelyasiya şikayətində mənzilin ipotekaya qoyulmasına razılıq vermədiyini bildirmişdir. Kollegiya iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan qeyd etmişdir ki, hazırkı mülki işdə iddiaçı iddia ərizəsində, eləcə də apelyasiya şikayətində mənzilin ipotekaya qoyulmasına razılıq vermədiyini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanu n pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6141/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 269.5-ci maddəsinə əsasən girov və ipoteka borclunun kreditor qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Deməli, ipoteka müqaviləsi əsas müqavilə üzrə icra edilməyən və ya lazımınca icra edilməyən öhdəliyin icrasını təmin etmək məqsədilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. 270.1-ci maddəsinə əsasən ipoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf əsas öhdəliyinin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətdə üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi ( çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnı z o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167№-li Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın lll Fəsil 49-cu bəndindən göründüyü kimi, nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsi və ya ipote ka qoyulması haqqında müqavilələr o zaman təsdiq oluna bilər ki, əmlaka sərəncam verilməsi barədə ər-arvadın digərinin yaşayış yeri üzrə harada qeydiyyatda olmasından asılı olmayaraq notariat qaydasında təsdiq edilmiş razılığı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri il ə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kən ara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kasasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmlakın ipotekaya qoyulması zamanı iddiaçının razılığının olmaması ilə bağlı heç bir sübuta malik deyildir. Əksinə iş materialları ilə müəyyən edilir ki, ipoteka müqaviləsinin bağlanması üçün iş üzrə İddiaçı Notariat Kontoruna ərizə ilə müraciət edərək sözügedən mənzili Cavabdeh1 ASC-nin xeyrinə ipotekaya qoyulmasına razı olmasını, qoyulmuş əmlaka gələcəkdə tutma yönəldikdə və ya həmin əmlak satıldıqda onu qeyd-şərtsiz tərk etməyi və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6141/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar