Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-543/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Nadirov Ramis Mövlud oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-543/22 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)4640/2021 saylı qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq, sonuncu ilə aralarında bağlanmış 28 aprel 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.A.Xəlilov) iddia rədd edilib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli qə tnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Məhərrəmova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 23 iyul 2021-ci il tarixdə iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən kassasiya şikayəti verməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş edib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməyib. 26 avqust 2021-ci il tarixdə iddiaçı qətnamədən kassasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının həmin məhkəmənin 05 may 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qa ytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməklə verib. Belə ki, işə əlavə edilmiş xəbərnaməli məktubdan görünür ki, sözügedən qətnamənin surəti 15 may 2021-ci il tarixdə iddiaçının yaşadığı ünvana göndərilib və 26 may 2021-ci il tarixdə sonuncu qətnamənin surətini alıb. Lakin, iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti məhkəməyə 26 avqust 2021-ci il tarixdə daxil olub. Göründüyü kimi iddiaçı qətnamədən kassasiya şikayətini prosessual müddəti ötürməklə verib. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 128.1, 130.1, 130.3-cü ma ddələrinin və digər prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, kassasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, 09 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədi kləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və sair). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, q ərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəs i). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məh kəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 405.0.1 və 405.0.2-ci maddələrinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi, sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə tətbiq edib, işin hallarını nəzərə alıb müəyyən etmişdir ki, sözügedən qətnamənin surəti 15 may 2021-ci il tarixdə iddiaçının yaşadığı ünvana göndərilib və 26 may 2021-ci il tarixdə sonuncu qətnamənin surətini alıb. Lakin, iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti məhkəməyə 26 avqust 2021-ci il tarixdə daxil olub. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının arqumentləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəblərdən ötürmüşdür. İddiaçı kassasiya şikayətində qətnamənin surətini 26 may 2021-ci il tarixdə aldığını və qətnamədən verdiyi kassasiya şikayətinin məhkəməyə 23 iyul 2021-ci il tarixdə daxil olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin mənasına görə, bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti kassasiya icraatında işə baxılmasının predmeti ola bilər. Hazırki halda iddiaçının qətnamədən verdiyi kassasiya şikayəti sözügedən maddələrin tələ blərinə cavab vermədiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq geri qaytarılıb. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də əsassız sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qətnamədən verdiyi kassasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutara q, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-4640/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-543/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-543/2022
15.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver