Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5430/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi, Cavabdeh və cavabdehin vəkili ESnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 avqust 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(004)-7389/2018 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia ərizəsi qismən təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 03.09.2018-ci il tarixdən hesablanmaqla cavabdeh X2 13 aprel 2005-ci il təvəllüdlü X4 və 14 oktyabr 2001-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, həmçinin 03.09.2018-ci il tarixdən hesablanmaqla cavabdeh X2 13 aprel 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün hər ay 100 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən, məruzəçi), Z.Ə liyev və V.Sadıqov, 2(103)-3861/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(004)7389/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh X5 qarşı «alimentin miqdarının dəyişdirilməsi və əlavə xərclərdə iştiraka cəlb olunma» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək,cavabdehdən 14.10.2001-ci il təvəllüdlü Dilarənin və 13.04.2005-ci il təvəllüdlü Fın saxlanması məqsədi ilə hər biri üçün 200 manat olmaqla, cəmi hər ay sabit pul məbləği formasında 400 manat alimentin, 13.04.2005-ci il təvəllüdlü Fın stasionar qaydada aldığı müalicə nəticəsində çəkilmiş xərclərdə və onun gələcəkdə müalicəsi üçün çəkiləcək xərclərdə cavabdehin iştirakın ı təmin etmək məqsədilə, hər ay sabit pul məbləği formasında 150 manatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və cavabdehin vəkili ES kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İdd iaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyy ətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsin ə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbi yə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin göstərdiyi dəlillər (işləməməsi, maddi vəziyyətinin aşağı olması, yeni ailə qurması və s.) onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Çünki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da göstərilmişdir. «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 160 manat məbləğində müə yyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını və azyaşlıların mənafeyini nəzərə alaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan alimentin miqdarını minimum dolanacaq xərcləri həddində (hər uşağa 154 manat olmaqla) müəyyən etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İşdə çoxsaylı sübutlarla (təbbi sənədlər) müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan olan 13 aprel 2005-ci il təvəllüdlü X1 böyrəyi 02 may 2018-ci il tarixdə cərrahi yolla götürülmüş (Sağtərəfli sidiklik sidik axarı refleksu, sağ böyrəyin pielonefritik büzüşməsi, fəaliy yətinin kəskin zəifləməsi ilə. Nefrogen hipertoniya), uşaq müalicə kurslarına məruz qalmışdır. İşdə olan digər tibbi sənədlərdən görünür ki, həmin uşaqda 16 noyabr 2018-ci il tarixdə “Adenotonzillektomiya” əməliyyatı da icra olunmuş, həmçinin görmə qabiliyyəti zəifləmişdir. AM-in 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. AM-in 81.2-ci maddəsinə görə maddəsinə görə, valide ynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. AM-in 81.3-ci maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, valideynlər müəyyən hallarda əlavə xərclərin ödənilməsinə cəlb edilir. İddiaçının təqdim etdiyi çoxsaylı tibbi sənədlərdən (epikriz, müayinə, analiz və s.) azyaşlının müəyyən xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması açıqaşkar görünür. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübut u məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını və azyaşlı uşağın mənafeyini, habelə onun xəstəliyi ilə bağlı xərc tələb edən müalicə kursları keçmək məcburiyyətində qalmasını və s. diqqətəlayiq halları nəzərə alaraq, hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi əlavə xərclərə (hər ay 100 manat sabit pul məbləğində) cəlb etməkdə də düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edi lməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5430/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5430/2019
07.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver