Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5431/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya icraatına xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1705/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020- ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533.5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-cı il tarixli 2(105)-123/2017 saylı qətnaməsi ilə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dollan borcun, həmçinin 12 iyun 2020-ci il tarixədək olan 25828.03 ABŞ dolları əsas, 34160.28 ABŞ dolları faiz, 4565.94 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533.5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 məxsus 25 dekabr 2014- ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzi linə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-cı il tarixli 2(105)- 123/2017 saylı qətnaməsi ilə tutulmuş cəmi 5391.56 ABŞ dolları məbləğində borcun, 12 iyun 2020-ci il tarixədək olan cəmi 65087.75 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Sumqayıt şəhəri, 1-ci məhəllə ünavnında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi, 36.8 kv.m yaşayış, 23.5 kv.m yardımçı sahəsədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 Sumqayıt şəhəri, 1-ci məhəllə ünavnında yerləşən, 2A nömrəli evin 49 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Rəfayıl qızının, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində cavabdehin ad hissəsində yanlışlıqla qeyd olunmuş Cavabdeh5 X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dollan məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 (əlli yeddi min iki yüz əlli üç ABŞ dolları yetmiş üç sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manatın tutulması, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2017-cı il tarixli 2(105)123/2017 saylı qətnaməsi ilə 25 dekabr 2014-ci il tarixli kredit müqaviləsi üzrə tutulmuş 2658.63 ABŞ dolları əsas, 2732.93 ABŞ dolları faiz borcu olmaqla cəmi 5391.56 ABŞ dolları borc, həmçinin 25828,03 ABŞ dolları əsas, 30592,65 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2019-cı il tarixdən 12.06.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 533,5 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 57253,73 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat üzrə tutmanın Cavabdeh1 məxsus 25 dekabr 2014-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş xxx ünvanında yerləşən, 2 otaqlı, 60.3 kv.m ümumi sahədən ibarət 2A nömrəli evin 49 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinim 60.000 (altmış min) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıx ıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1705/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 11 fevral 2021-ci il tarixli 2(060)252/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Cavabdeh1 kassasiya şikayətindən imtina ərizəsi göndərərək, kassasi ya icraatına xitam verilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
11. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. (maddə 410.1)
12. İşdə iştirak e dən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. (maddə 410.2) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, qeyd edilən ərizə başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından Cavabdeh1 kassasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilməlidir.
14. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 410.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Sumqayıt Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(105)-1705/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Cavabdeh1 münasibətdə hazırkı iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.