Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5437/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının Vəkil işti rakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-466/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsi ilə bank tərəfindən cavabdehə illik 22% faiz hesablanmaqla 24 ay müddətinə 4800 manat məbləğində kredit verilmiş, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kreditin ödənilməsinin təminatı olaraq İddiaçı ASC və Cavabdeh arasında xx xxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanılmış və cavabdeh özünə m əxsus olan “xxx” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan avtomobil iddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir. Girov qoyulmuş əmlak 23500 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxx 2014-cü il tarixli digər kredit müqaviləsi ilə bank tərəfindən cavabdehə illik 22% faiz hesablanmaqla 24 ay müddətinə 3600 manat məbləğində kredit verilmiş, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi xx xxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə 3394,38 manat əsas borc, 309,83 manat fa iz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 manat borcu vardır. Həmçinin iddiaçının təqdim etdiyi xx xxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx xxx 2014-cü il tarixli digər kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə İddiaçı ASC-yə 2701,68 manat əsas borcu, 195,59 manat faiz borcu, 403,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 manat borcu vardır. İş üzrə apelyasiya baxışı zamanı “X2” MMC tərəfindən keçirilmiş xx xxx 2020-ci il tari xli qiymətləndirmə rəyinə əsasən, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh mülkiyyətində olan “xxx 350 CLS” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobilin xx xxx 2020-ci il tarixinə mövcud vəziyyətə uyğun olaraq bazar dəyəri 20000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə 2701,68 manat əsas borc, 195,59 manat faiz borcu, 403,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 manatın; xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə xx xxxxx 2019-cu il tarixə 3394,38 manat əsas borc, 309,83 manat faiz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC- nin hesabına ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “xxx” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobilə tutma yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca icra etməmiş, götürdüyü kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. O, dəfələrlə Bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)3761/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) iddia təmin edilərək, xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə 2701,68 manat əsas borc, 195,59 manat faiz borcu, 403,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 3301,21 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə xx xxxxx 2019-cu il tarixə 3394,38 manat əsas borc, 309,83 manat faiz borcu, 501,14 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 4205,35 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, xx xxx 2014-cü il tarixli 1749 saylı kredit müqaviləsi (təminatlı) üzrə tələbin Cavabdeh məxsus, ipoteka ilə yüklü edilmiş “xxx CLS350 minik” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin ilkin satış qiymətinin 23 500 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 4235,35 manat (4205,35 manat cəmi borc və 30 manat dövlət rüsumu) məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və qalan məbləğin Cavabdeh verilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcu iddiaçıya ödəməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-3761/2019 nömrəli qətnaməsinin avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)466/2020 nömrəli qətnaməsi ilə (hakim Ş.Vəkilnın sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apelyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)3761/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “xxx CLS350 minik” markalı, ** -UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apelyasiya şikayətində qətnamə ilə müəyyən edilmiş ipoteka ilə yüklü edilmiş “xxx CLS350 minik” markalı, 90UR949 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətini mübahisələndirmiş və ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası da apelyasiya şikayətinin həmin dəlillini nəzərə alıb, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin etmişdir. “X2” MMC tərəfindən aparılmış ƏEM/M 04-213/20 nömrəli xx xxx 2020-ci il tarixli ekspertiza tə dqiqatının nəticə hissəsindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh mülkiyyətində olan “xxx 350 CLS” markalı, qara rəngli, buraxılış ili 2005-ci il olan, **-UR-*** dövlət nömrə nişanlı avtomobilin xx xxx 2020-ci il tarixinə bazar dəyəri 20000 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi ekspert tədqiqatının nəticəsi ilə razılaşaraq və iddia təmin olunsa da, ipoteka predmetinin ilkin satış qiymətinin tələbə daxil olmamasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin ilkin satış qiyməti hissəsində dəyişdirilməli və Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “xxx” CLS350 minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən olunmalıdır. Kasasiya şikayət inin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-466/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarının aydınlaşdırılmaması ilə qəbul edilmişdir. İpoteka predmeti olan avtomobilə qoyulan 20000 manat ilkin hərrac qiyməti çox yüksəkdir. Məhkəmə tərəfindən avtomobilə baxış keçirilmədən qiymət qoyulması qanunsuzdur və bu hissədə qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərba ycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Ap elyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətini iddiaçı vermiş və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasını mübahisələndirmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yalnız mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 -ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkə məsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq nor malarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx xxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “xxx CLS350 minik” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil 23500 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan borcun ipoteka predmetinə yönəldilməsi məqsədi ilə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən avtomobilin ilkin satış qiyməti məhz tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları məbləğdə müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi isə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etsə və ipoteka predmetinin ilkin satış qiymətini “X2” MMC-nin xx xxx 2020-ci il tarixli rəyinə əsasən mü əyyən etsə də, həmin rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspert tədqiqatı tədqiqat obyektinə baxış keçirilmədən, qərardada və hüquqi sənədlərə istinadən aparılmışdır. Məhkəmə kollegiyası izah edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iki qaydada müəyyənləşdirilə bilər: razılaşma əsasında və ya qiymətləndiricinin rəyi ilə. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru bağlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. Belə ki, ipoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müə yyənləşdiriblər. İlkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Konkret olaraq hazırki işdə ipoteka predmeti avtomobildir. İpoteka müqaviləsi 2014cü ildə bağlanılmış və ötən müddət ərzində həm dövlətdə ictimai-iqtisadi vəziyyətin dəyişməsi nəticəsində, həm də ipoteka predmetinin istismarı və amortizasiyaya uğraması səbəbindən onun satış qiymətinin kəskin dəyişməsi əsaslı olaraq ehtimal olunur. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşd ırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə mübahisəsi zamanı tərəflər arasında ipoteka predmetinin ilkin satış qiymətinə dair razılaşmanın mövcud olması iş materialları ilə müəyyən olunmur. Odur ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, avtomobilin ilkin satış qiyməti qiymətləndiricinin rəyi ilə müəyyənləşdirilməlidir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan avtomobilin hazırda iddiaçının sərəncamında olmaması, eyni zamanda cavabdeh tərəfindən onun məhkəməyə təqdim edilməməsi, o cümlədən avtomobilin hal-hazırda texniki cəhətdən hansı vəziyyətdə olması barədə məlumatların olmaması səbəbindən, onun ilkin satış qiymətinin məhkəmə qaydasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq (qiymətləndirm ə) ekspertizasının rəyinə əsasən müəyyən edilməsi qeyri-mümkündür. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birinin əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyini eyni həcmdə müdafiə olunmasını tələb edir. Bu baxımdan tərəflər arasında razılaşma olmadan, həmçinin əmlaka baxış keçirərək real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qiymət məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən təmin olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədilə tərəflərin razılığı olmadan və ipoteka predmeti olan avtomobilə baxış keçirmədən onun ilkin satış qiymətinin müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çə rçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)466/2020 nömrəli qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiymətinin 20000 (iyirmi min) manat məbləğində müəyyən olunması hissəsində ləğv edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5437/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5437/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver